Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Şəxsiyyətin "Mən-konsepsiyası" sosial psixoloji problem kimi



Yüklə 93,9 Kb.
səhifə10/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
Sosial psixologiya (1)

Şəxsiyyətin "Mən-konsepsiyası" sosial psixoloji problem kimi

Müasir şəraitdə insan amili, şəxsiyyət amili xüsusilə aktuallaşıb.Bu gün bütün humanitar elmlər praktik olaraq şəxsiyyət problemi ilə yaxından maraqlanır və onu öyrənməyə çalışır. Onlardan ikisini, sosiologiya və psixologiyanı, görünür, ayrıca qeyd etmək lazımdır.
Şəxsiyyət problemi istər sosiologiyada, istərsə də psixologiyada xüsusi yer tutur. Sosiologiyada «Şəxsiyyətin sosiologiyası», ümumi psixologiyada isə «Şəxsiyyətin psixologiyası» bölmələri konseptual bölmələr hesab olunur.
Sosiologiya şəxsiyyəti cəmiyyətin makrostrukturu kontekstində araşdırır və onu müəyyən sosial qrupun nümayəndəsi kimi öyrənir.
Sosiologiya üçün şəxsiyyət fərdiyyət deyil, sosial tipdir. İctimai həyatın subyektidir. Q.M.Andreevanın fikrincə, şəxsiyyətin sosial tipologiyası sosiologiya üçün başlıca problemdir. Sosiologiya sosial psixologiya ilə həmsərhəd olan problemlərə bu aspektdə yanaşır.
Bəs, ümumi psixologiyada şəxsiyyət problemi hansı ölçülərlə açıqlanır? Məşhur Amerika psixoloqu Q.V.Ollporta görə, şəxsiyyət fərdin davranış və təfəkkürünü müəyyən edən psixofiziki sistemlərin dinamik təşkilidir. A.V.Petrovski və M.Q.Yaraşevskiyə görə: psixologiyada şəxsiyyət dedikdə, fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli (sosial) keyfiyyətlər nəzərdə tutulur. Bu keyfiyyətlər fərddə ictimai münasibətlərin təmsil olunma səviyyəsini səciyyələndirir.
Şəxsiyyətin qrupla qarşılıqlı münasibətləri və onun qrupda ünsiyyətinin xüsusiyyətləri sosial psixologiya üçün köklü problemdir. Bu problemi təhlil etmək üçün cəmiyyətin məhz hansı qrup vasitəsilə şəxsiyyətə təsir göstərməsini araşdırmaq (Q.M.Andreeva), onun «Mən-konsepsiyasını» açıqlamaq, «Coqari pəncərəsində» davranışının xüsusiyyətlərini ayırd etmək, sosial münasibətləri necə qiymətləndirməsini aydınlaşdırmaq, sosial yönəlişlərinin qanunauyğunluqlarını öyrənmək, sosializasiya prosesinin xüsusiyyətlərini nəzərdən keçirmək zəruridir.
Fiziki, real, ideal, sosial - Mənlərin məzmunu insanın Mən - konsepsiyasını əks etdirir. Bu anlam şəxsiyyət psixologiyasının əsas anlamlarından biridir və sosial-psixoloji baxımdan da seçimlidir.
İnsanın «Mən-konsepsiyası» son dərəcə mürəkkəb fenomendir. Necə deyərlər, interpsixoloji fenomendir. Başqa adam insan üçün güzgüdür. O, bu mürəkkəb ölçülü güzgü vasitəsilə özünü tanıyır. «Sosial-mən» və bilavasitə onunla bağlı olan «İdeal-mən» insanın «Mən-konscpsiyası»nın kökünü təşkil edir. Onun sosial-psixoloji qaynaqları belədir.
Sosial-psixologiyada (E.Aronson, T .Uilson, R.Eykert) «Mən konsepsiyası»nın aşağıdakı funksiyalarını fərqləndirirlər.
Menecerial funksiya. «Mən» insana özünün fiziki və sosial aləmi ilə qarşılıqlı münasibətləri haqqında informasiya verir, onun davranışını formalaşdırır və gələcək əməllərinin planlaşdırılmasını şərtləndirir.
Təşkilatçılıq funksiyası. «Mən»in kökündə xüsusi mental struktur formalaşır. Bu sxem əsasında insan özünü və sosial aləmi haqqında informasiyanı xatırlayır və şərh edir.
Emosional funksiya.«Mən» insana özünün emosional reaksiyalarını müəyyənləşdirmək imkanı verir.
«Mən»in müəyyənləşdirilməsində bir tərəfdən, mədəniyyət fərqləri, digər tərəfdən gender fərqləri özünü göstərir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin