Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Psixoloji sirayət: hisslərin intelektuallaşması prosesləri



Yüklə 93,9 Kb.
səhifə12/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
Sosial psixologiya (1)

Psixoloji sirayət: hisslərin intelektuallaşması prosesləri

Psixoloji sirayət (və ya yoluxma) effekti sosial psixologiyada XIX əsrin sonu-XX əsrin əvvələrində müəyyən edilsə də, insanlara çoxdan məlum idi: bütün xalqların ədəbiyyatında ətraflı təsvir edilmişdir.
Psixoloji sirayət kütlə psixologiyası hadisəsidir. Ən yeni tədqiqatlar göstərir ki, psixoloji sirayət effekti kiçik qruplarda da müşahidə olunur. Lakin insanlar məhz kütlə daxilində psixoloji sirayətə daha asanlıqla məruz qalırlar. Bu kütlənin özünün psixoloji xarakteristikası ilə bağlıdır.
Nəzərə almaq lazımdır ki, psixoloji sirayət halları hər bir şəraitdə deyil, ancaq müəyyən şəraitdə özünü göstərir. Belə hallarda baş verən və ya baş verəcək hadisə haqqında informasiyanın olmaması və qəsdən təhrif edilməsi də psixoloji sirayətin dinamikasına mühüm təsir göstərir. Çox vaxt insanlarda şok vəziyyəti yaradan qeyri-adi bir xəbərin çıxması hətta vəlvələ və ya çaxnaşma situasiyasının yaranması ilə nəticələnir.
Psixoloji sirayətin xarakteri və səviyyəsi müxtəlif amillərlə şərtlənir. Təsadüfi (yanğın zamanı küçəyə yığılmış camaat), eksperessiv (dəfn mərasimi), konvensial (futbol oyunu tamaşaçıları) və ya fəal kütlədə (məsələn, təbii fəlakət zamanı xilas olan kənd camaatı) psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır.
Panika halları isə psixoloji cəhətdən kütləvi qorxu halətləri ilə xarakterizə olunur. Qrupun ümumi məqsədləri aydın olmadıqda, qrupun həmrəyliyi və onun liderinin nüfuzu aşağı olanda panikanın təsir sahəsi genişlənir.
Auditoriyanın yaş və cins xarakteristikası psixoloji sirayət dinamikasına mühüm təsir göstərir.
İnsanın ontogenetik inkişafının maraqlı xüsusiyyətlərindən biri hislərin intellektuallaşması prosesi ilə bağlıdır. Yaşı artdıqca, uşağın idrak fəaliyyəti inkişaf edir, onun emosional həyatında mühüm dəyişikliklər baş verir: uşaq sevinəndə də, ağlayanda da hər şeyə ağlın gözü ilə baxmağa başlayır. Hislərin intellektuallaşması dedikdə, adətən bu cəhəti nəzərə alırlar. Elmi-texniki tərəqqi dövründə insanların məlumatlılıq səviyyəsinin artması, şuürluluq səviyyəsinin yüksəlməsi və s. hislərin intellektuallaşması prosesini daha da intensivləşdirmişdir. Bütün bunlar isə psixoloji sirayətin məzumun və formasına köklü təsir göstərmişdir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin