Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Ünsiyyət fenomeni sosial-psixoloji problem kimi



Yüklə 93,9 Kb.
səhifə15/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   11   12   13   14   15   16   17   18   ...   51
Sosial psixologiya (1)

Ünsiyyət fenomeni sosial-psixoloji problem kimi

Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdi. Onlardan birini qeyd edək: iki və daha çox adamın ümumi nəticə əldə etmək məqsədilə öz səylərini birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ünsiyyətin predmeti başqa adamdan ibarətdir. Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onlardan ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı.
Ünsiyyət tələbatı sosial tələbatdır,insan tələbatları içərisində xüsusi yer tutur. L.S.Viqotski ünsiyyət təlabatına uyğun psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Körpənin hər bir təlabatı inkişaf prosesində tədricən insanla təmasa,onunla ünsiyyət təlabatına çevrilir. Ünsiyyət tələbatı sonrakı yaş dövrlərində də uşaq şəxsiyyətinin inkişafında mühüm rol oynayır.
Ünsiyyət motivləri də başqa adamlarla əlaqədardır. Lakin ünsiyyətin motivləri son dərəcə mürəkkəb xarakter daşıyır.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir.Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin mimik vasitələri də mühümdür: təbəssüm,sərt baxış,mimika,tərs baxış,əl və bədənin ifadəli hərəkətləri. Ünsiyyətin əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır.
Hər baxış və ya təbəssüm ancaq kommunikativ funksiya daşıdıqda, ünsiyyət vasitəsinə çevrilir. Ünsiyyət situasiyasının 2 tipini fərqləndirmək olar. Onlara birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət deyilir.
Birgə fəaliyyət şəraitində ünsiyyətin mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. Bu zaman birgə fəaliyyəti həyata keçirmək üçün yolların axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.
Şəxsi ünsiyyətin iki səviyyəsini fərqləndirirlər. Birinci səviyyədə ünsiyyət iki adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. İkinci səviyyədə isə emosional ünsiyyət şəraitində adamlar özlərini müdafiə etməyə, bir-birlərinin fikirlərini, əməllərini və s. müəyyən mövqedən qiymətləndirməyə başlayırlar. İnsanların istər bir-birini, istərsə də özlərini dərk etməsində şəxsi ünsiyyətin ikinci səviyyəsi xüsusilə mühüm rol oynayırlar.
Müasir psixologiyada ünsiyyətin üç tərəfini-kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Bunların hər üçü bir-biri ilə vəhdətdədir.Onların birini o birindən ayrılıqda təhlil etmək olmaz.



  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin