Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Qeyri-verbal ünsiyyət vasitələri haqqında



Yüklə 93,9 Kb.
səhifə17/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
Sosial psixologiya (1)

Qeyri-verbal ünsiyyət vasitələri haqqında

Qeyri-verbal kommunikativ ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar:
Mimika (yunanca mimos, təqlid, simanın dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Müəyyən edilmişdi ki, mimikanın 7əsas sifət konfiqurasiyası var: onlar yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağızla göz) sahəsində yerləşir.Bu sahəyə əsas mimika sahəsi deyilir. Onun əsas funksiyası insanın emosiya və hislərini ifadə etməklə şərtlənir.
İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti onun intonasiyasında əsk olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. Onun bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi vasitələrlə qaynaqlanır.
Kinesika – “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.
Proksimika (latınca proximity-yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünə məxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir. Ünsiyyət prosesində kimisə özünözə yaxın buraxırıq, hətta qolumuza girməsinə imkan veririk, kimisə özümüzə yaxın buraxmırıq-şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında psixoloji məsafə yaradır.
İnformasiya mübadiləsində qeyri-verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir.
Homo-Sapiens-in ən böyük uğuru məhz dilin yaranması ilə bağlıdır. Lakin bununla belə, bizim tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bizə sözlərə nisbətən daha çox məlumat verir.
Bu ikitərəfli prosesdir: insanlar bir tərəfdən özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər, poza və bədən hərəkətləri, təmas və baxışlar kimi qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər, digər tərəfdən başqa adamların qeyri-verbal davranışını onların ölçüləri ilə qiymətləndirirlər.
Qeyri-verbal kommunikasiya mürəkkəb prosesdir və ilk növbədə, şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, intravertlərə nisbətən ekstravertlər qeyri-verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender fərqləri də önəmli rol oynayır. Məlum olduğu kimi, qeyri-verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxusalar da, qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər.
Verbal kommunikasiya vasitələri ilə birlikdə qeyri-verbal ünsiyyət vasitələri insanların birgə fəaliyyəti üçün zəruri olan informasiya mübadiləsini təmin edir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin