XX və XXI əsrlərin qovşağında: sosial-psixoloji problemlər, proseslər, vəzifələr
Əgər biz müasir ictimai həatın ən ündə xüsusiyyətlərinə diqqət yetirsək, ilk növbədə, nəzərimizi cəlb edən cəhət onun dinamikliyi olacaqdır. İctimai həyatın dinamikliyi özünü ictimai münasibətlərin çevikliyində göstərir. Bu, insanın psixi həyatında da aydın nəzərə çarpır. Müasir dövrdə elmi-texniki tərəqqi, ictimai münasibətlərdəki dəyişkənlik, informasiyaların artması, xüsusən də insanların ünsiyyət sahəsinin həddən ziyadə genişlənməsi onların başqa adamlarla, öz işinə, fəaliyyət sahəsinə münasibətlərində də özünəməxsus şəkildə əks olunur.
Urbanizasiya şəraiti, miqrasiya prosesləri, rabitələrin kütləviləşməsi, sosial rol və funksiyaların artması və s. ilə əlaqədar olaraq insanların psixi yükü nəinki artır, həm də onlar arasındakı münasibətlər sürətlə dəyişilir, yenixüsusiyətlər kəsb edir. Ilk növbədə diqqəti cəlb edən cəhət odur ki, insanın bütün fəaliyyəti və həyat tərzi, onun insanlarla münasibətinin intensivliyi ciddi surətdə dəyişdii üçünonun psixi fəaliyyətinin sürəti, ritmi və buna müvafiq olaraq gərginliyi artırır. Bu şəraitdə vaxt çatışmazlığı daha mühüm psixoloji məna kəsb edir. Insanlar gərinliyi bu və ya digər dərəcdə azaltmaq məqsədi ilə davranış stereotiplərindən daha geniş istifadə etməyə başlayırlar. Ünsiyyət daha artıq dərəcədə vasitəli səciyyə daşımağa başlayır. Adi və mobil telefonlar, radio və televizor vasitəsi ilə ünsiyyət saxlamaq imkanlarının artması ilə şəxsi görüşlərin, təmasların kəmiyyətini nisbətən azaldır. Ba da son nəticədə insanların bilavasitə ünsiyyət saxlamasını məhdudlaşdırır, qohumlar, dostlar, hətta qonşular arasındakı rabitələrin də zəifləməsiilə nəticələnir.
Müasir dövrdə insanların bir-biri haqqında məlumat almaq, ona bələd olmaq imkanları çox artmışdır. Əgər bir zamanlar bu vəya digər adam barədə yalnız müşahidə yolu ilə məlumat alınırdısa, indi müxtəlif kanallar vasitəsi ilə mümkündür.
Bundan başqa şəxsiyyətin bilik dairəsi genişlənir, mənəvi potensialı artır, tələbatı fərdiləşir, iddia səviyyəsi yüksəlir. Bu əsasda da onun idrakı və duyğusu həssaslaşır, xalqdilində desək qəlbi daha kövrək olur. Buna görə də onunla daha ehtiyatla, qayğı ilə davranmaq, fəaliyyət prossesində, münasibətlər zəminində bu cəhəti nəzərə alaq zərurəti meydana çıxır. İnsanların ünsiyyət sahəsinin optimallaşdırılması, ünsiyyət mədəniyyətinin yüksəldilməsi, kollektivdə sağlam psixoloji iqlimin yaradılması və s. aktual sosial-psixoloji preoblemə çevrilir.
XX yüzilliyin ən ümumi şəkildə sosial-psixoloji mənzərəsi belədir.
XX əsrin 90-cı illərində ölkənin həyatında tarixi dəyişikliklər baş verdi. Azərbaycan suveren, müstəqil və demokratik respublika kimi bazar iqtisadiyyatı kökündə inkişaf etməyə başladı. Ölkənin həyatında yeni sosial-psixoloji problemlər əmələ gəldi. Torpaqlarımızın 20% erməni qəsbkarları tərəfindən işğal edildi. Qarabağ problemi Azərbaycan tarixinin böyük probleminə çevrildi.Deportasiya prosesləri başladı. Şəhidlər, qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri, əsirlər ... problemləri ölkənin sosial-psixoloji həyatında xüsusi aktuallıq kəsb etdi.
Plyuralizm şəraitində şəxsiyyətin sosial-psixologiyada yeni meyllər əmələ gəldi. Qruplararsı münasibətlər köklü şəkildə dəyişdi. Ünsiyyət nmədəniyyəti informasiya əsrinin baçlıca probleminə çevrildi.
Aqressiya, konformizm (insanın öz davranışını başqalarının təsiri ilə dəyişməsi), alturizm (başqasının rifahı uğrunda öz şəxsi mənafeyini qurban vermək), tolerantlıq, attraksiya (digərinə qarşı müsbət və ya mənfi münasibətin formalaşması, cəlb etmək), tənhalıq, şəxsiyyətlərarası münasibətlər müasir sosial psixologiyada diqqəti daha çox cəlb edir. Onlar Azərbaycan sosial psixologiyası üçün də aktualdır.