Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqından azad olunurlar
Məcburi köçkünlər
Azərbaycan Respublikasının Prezidentinin Bakı şəhəri 14 sentyabr 2011 № 1722 sərəncamı ilə məcburi köçkünlər təhsil haqqından azad olunmuşlar.Bu tip abituriyentlər qeydiyyata gələn zaman özləri məcburi köçkün vəsiqəsinin əslini və surətini gətirməlidirlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı,suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan,
hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarınnın təhsil xərclərinin ödənilməsindən azad olunması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həyata keçirilir. (göstərilən halları təsdiq edən sənəd)
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuşlar (Hər iki valideynlərini itirmiş 18 yaşınadək olan şəxslər )
Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər. (Həmin şəxslər valideynlərinin ölüm kağızlarının surətini və I və II qrup əlilliyi təsdiq edən sənədin surətini təqdim etməlidirlər.)
I və II qrup Qarabağ əlilləri və onların övladları (əlilliyi təsdiq edən sənədin surəti təqdim olunmalı)