Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial qrupda şəxsiyyətin statusu fenomeni



Yüklə 93,9 Kb.
səhifə2/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   2   3   4   5   6   7   8   9   ...   51
Sosial psixologiya (1)

Sosial qrupda şəxsiyyətin statusu fenomeni

Qrup həyatı sistemində şəxsiyyətin yerini müəyyənləşdirmək üçün sosial psixologiyada status anlayışından istifadə olunur. Status insanın şəxsiyyətlərarası münasibətlər sistemindəki vəziyyətini əks etdirir. Mahiyyət etibarilə şəxsiyyətin statusu onun mənsub oldugu qrupun statusu ilə şərtlənir. Qrupun statusu onun sosial sistemdəki vəziyyətini əks etdirir.
Şəxsiyyətin statusunsa ən ümum zahiri əlaməti əmək haqqı olsada bu, əslində onun peşə-ixtisas səviyyəsi ilə müəyyən olunur və tutduğu vəzifə ilə bağlıdır. Bu baxımdan status anlayışı ,birinci növbədə, şəxsiyyətin hüquq və vəzifələri əsasında təhlil edilməlidir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, şəxsiyyətin səlahiyyəti bilavasitə onun hüquqları ilə müəyyən olunur. Lakin səlahiyyətlər hələ şəxsiyyətin qrupda hörmət və nüfuzunu öz-özünə müəyyən etmir. Şəxsiyyətin qrup üzvlərinə psixoloji təsir dərəcəsi onun hüquqlarından daha çox vəzifələrini ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır.
Şəxsiyyətin statusu müxtəlif amillərlə -onun ilk növbədə şəxsi keyfiyyətləri,qrup üzvlərinin xüsusilə qrupun liderinin ona münasibəti, qrup sərvətləri və.s ilə müəyyən olunur.
Şəxsiyyətin qrupun digər üzvləri ilə münasibətinin xarakteri şəxsi qarşılıqlı münasibətlərin bütün parametrlərinə təsir edərək onun statusunda əks olunur. Bu zaman status əslində vasitəli xarakter kəsb edir.
Eyni bir qrupda eyni hüquqla müxtəlif səviyyələrin qrup üzvlərinə təsir dərəcəsi müxtəlif olur. Sosial psixologiyada bu cəhəti şəxsiyyətin hörmət və nüfuzu anlayışı ilə ifadə edirlər.Hörmət və nüfuz psixoloji cəhətdən şəxsiyyətin xidmətlərinin ətrafdakı adamlar tərəfindən təsdiq olunması, bəyənilməsi və qəbul edilməsi deməkdir. Hörmət və nüfuz insanın şəxsi qarşılıqlı münasibətlər sistemindəki vəziyyətini xarakterizə etmək üçün mühüm əhəmiyyətə malikdir.
Eyni bir şəxsiyyətin müxtəlif qruplarda statusu müxtəlf olur. İnkişaf səviyyəsinə, fəaliyyət və ünsiyyətin məzmununa görə bir-birindən fərqlənən qruplarda şəxsiyyətin statusunun müxtəlif olması tamamilə qanunauyğun haldır. Şəxsiyyətin bir qrupdakı statusu onun digər qrupdakı statusunun formalaşmasına təsir göstərir. Məsələn, işlədiyi kollektivdə adamın statusunun yüksək olması, onun ailədəki statusuna mühüm təsir göstərir. Adama öz ailəsində həyat yoldaşı, uşaqlar və b. böyük hörmətlə yanaşdıqda, bu, qonşuların ona münasibətinə mühüm təsir göstərir və s.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin