Referat elmi rəhbər: Əminə Məmmədova Tələbə: Allahverdiyev İdrak, Ağayeva Nigar Bakı-2023 plan



Yüklə 72,11 Kb.
səhifə1/4
tarix14.12.2023
ölçüsü72,11 Kb.
#176710
növüReferat
  1   2   3   4
Allahverdiyev İdrak, Ağayeva Nigar. 823, Sosial işə giriş


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Sosial iş
Fənn: Sosial işə giriş
Kafedra: Humanitar elmlər
Qrup: 823
Kurs: 1
Mövzu: “Valideyn himayəsindən məhrum olmuş uşaqlarla sosial iş”

REFERAT

Elmi rəhbər: Əminə Məmmədova


Tələbə: Allahverdiyev İdrak, Ağayeva Nigar
Bakı-2023

PLAN
Giriş
1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar
2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssələr
3. Himayədar ailə və övladlığa götürmə anlayışı
4. Valideyn himayəsindən məhrum olmuş uşaqlarla sosial iş
5. Məzun evləri
Nəticə
Ədəbiyyat

GİRİŞ
Valideyn himayəsindən məhrum olmuş uşaqlar, Azərbaycan Respublikasında övladlığa götürülmək, himayədar ailəyə verilmək və ya müəssisələrdə yerləşdirilmək üçün müxtəlif qanunvericilik, qayda və tədbirlər mövcuddur. Bu sahədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səlahiyyətlidir. Bu nazirlik valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçotunu elektron qaydada aparır, onların fərdi inkişaf planlarını tərtib edir, sosial dəstək mexanizmlərini tətbiq edir və onların mümkün olduğu qədər ailə mühitində böyümələrini təmin etməyə çalışır.


1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar
Statistikaya görə hər il dünyada təxminən 10 milyona yaxın uşaq öz valideynləri tərəfindən atılır. Bu problem Azərbaycanda da özünü göstərir. Ən çox narahatlıq doğuran məsələlərdən biri də 3 yaşına qədər körpələrin valideynləri tərəfindən tərk edilməsidir. Aparılan araşdırmalara görə uşaqların atılmasının ilkin səbəbi kimi qeyri-qanuni nikahlar və sağlamlıq imkanı məhdud olan uşaqların dünyaya gəlməsini göstərmək olar. Bəzi valideynlər, xüsusilə qadınlar qeyri-qanuni nikahdan doğulan uşaqların dünyaya gətirdikdə cəmiyyət tərəfindən qınaq obyekti olmaqdan qorxaraq uşağından imtina edir, bəzi valideynlər isə sağlamlıq imkanı məhdud uşaq dünyaya gələn zaman belə uşaqlardan utanc hissi keçirdikləri və baxımının çətin olduğu üçün ondan imtina edirlər. Valideynlərin öz övladlarından imtina etmələrinin daha bir səbəbi isə iqtisadi problemlərdir. Həyat səviyyəsinin aşağı olması, yoxsulluq, işsizlik, savadsızlıq bəzi ailələrin uşaqlarından imtina etməsi, öz uşaqlarını tərk etməsi ilə nəticələnir. Valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət tərəfindən himayəsi və müdafiəsi sahəsində çox işlər görülür. Lakin heç bir qayğının ailə nəvazişini əvəz edə bilmədiyi, heç bir kəsin ana məhəbbətini, ana qayğısını əvəz edə bilmədiyi danılmaz faktdır.
Liderlər dünyada təxminən 143.000.000 yetim və milyonlarla tərk edilmş uşaqlara qayğı göstərmək üçün mübarizə aparırlar. Qlobal siyasətçilər, internatlarda yaşayan yetimlərin və tərk edilmiş uşaqların mümkün qədər tez bir müddətdə bir ailəyə himayəyə verilməsini və onlara valideyn kimi qayğı göstərilməsini, internata verilmələrindən daha çox müdafiə edirlər.
Həmçinin Azərbaycanda da hər il yüzlərlə uşaq öz valideynləri tərəfindən tərk edilir. Aparılan statistika nəticələrinə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən Azərbaycanda valideyn himayəsindən məhrum olmuş və valideynlərini itirmiş uşaqlar üçün olan müəssisələrdə 1991-ci ildən 2017-ci ilə qədər hər ilin əvvəlinə aid olan uşaqların ümumi sayı göstərilmişdir. Bu statistikaya baxdığımızda əvvəlki illərə nisbətən atılmış uşaqların sayında ciddi dəyişikliklər olduğunu görə bilirik. Əgər 1991ci il və sonrakı illərdə atılmış uşaqların sayında artım müşahidə olunurdusa, 2009-cu ildən sonra ciddi azalmalar müşahidə olunmuşdur. Bunun səbəbini isə əhalinin rifah durumunun yaxşılaşması və maarifləndirici işlərin görülməsi ilə izah edə bilərik.
Aparılan tədqiqatlar göstərir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar valideynlərindən ayrıldığı müddətdə və gələcəkdə bir çox psixoloji və fizioloji problemlər yaşayırlar. Valideynlərin yoxluğu uşağın inkişafının ləngiməsi, danışmasının gecikməsi, əzələ inkişafının, zəka inkişafının zəifləməsinə gətirib çıxarır. Anadan ayrı böyüyən uşaqlar insanlarla əlaqələrində problemlər yaşaya bilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün uşaq evi və internatlarda psixoloji dəstəyin olması vacibdir. Uşaqlar ilə vaxtaşırı psixoloq ilə fərdi konsultasiyalar keçirilməlidir. Həmçinin kiçik yaşlı uşaqlar üçün oyun terapiyaları, qum terapiyası, nağıl terapiyası, kukla terapiyası, sine terapiya, art terapiaya və s. terapiyalar təşkil edilməli, yeniyetmələr üçün davamlı qrup terapiyaları keçirilməlidir.
Uşaqlar cəmiyyətin ən həssas üzvü sayıldıqları üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası daxilində 18 yaş və aşağı olan uşaqların xüsusi qorunması və qayğısına qalınması ilə əlaqədar bir sıra tədbirlər görülmüşdür. Uşaqlar güvənli, stabil və dəstəkləyici ailələrdə sağlam və xoşbəxt şəkildə yaşayırlar, ancaq təəssüflər olsun ki, heç də bütün uşaqların bu ehtiyaclarını qarşılamaq fürsətləri olmur. Bir çox səbəbdən (məs., yoxsulluq, valideynin vəfatı, valideynlərin fiziki, ruhi, zehni məhdudiyyətinin olması vs.), uşaqlar valideyn yanındaykən belə fiziki, zehni və emosional ehtiyaclarını qarşılamama riski daşıyırlar. Bu vəziyyətdə əvvəlcə uşağın yenə ailə və qohumlar əhatəsində, yəni uşağın ailə əsaslı himayə olunması, bunun da mümkün olmadığı hallarda ictimai qoruma sistemi içərisində yaradılan xidmət modelləri ilə uşağın baxımı təmin edilməkdədir. Bu xidmət modellərində uşaqların sağlam böyüməsini və inkişafını təmin etmək üçün bir sıra tədbirlər görülməkdədir.
Himayəyə ehtiyacı olan uşaqların qorunması üçün bir sıra fərqli metodların olduğu bəllidir. Bunlar, uşaqların öz ailələrinin yanında qalmaları şərtilə, onlara maddi, psixoloji və sosial dəstəyin verilməsi, uşağa qan bağı olmayan bir ailədə baxılması (qoruyucu ailə), qohumları tərəfindən uşağın himayə olunması, övladlığa alınma və hər hansısa bir qurum tərəfindən himayə olunma şəklində təsnif oluna bilər. Dünya təcrübəsinə baxıldığında uşaqların himayə olunma forması hər ölkənin öz sosial-iqtisadi vəziyyəti və həmin cəmiyyətin adət-ənənəsinə görə dəyişməklə yanaşı, bu xidmət modelləri içində ən geniş yayılmış olanları qurum baxımı, qoruyucu ailə və övladlığa götürmə xidmətləri olduğu görülməkdədir. Dünya ölkələri incələndiyində Norveçdə qoruyucu ailə sistemi ön planda ikən, Fransada himayə mərkəzlərində baxım və qoruyucu ailə eyni səviyyədə, Yaponiyada isə himayə mərkəzlərində baxımının ilk sırada olduğu bilinməkdədir [Yıldırım, 2013]. Ölkəmizdə ən geniş yayılan xidmət modeli dövlət və ictimai birliklər tərəfindən göstərilən xidmətlərdir. Bu qurumlarda uşaqların fiziki baxımının təmin edilməsi, onların sağlam bəslənməsi, sağlamlıq ehtiyaclarının zamanında qarşılanması kimi təməl baxım xidmətləri ilə bərabər, eyni zamanda onların ictimai və emosional ehtiyaclarının da əskiksiz şəkildə ödənilməsi çox əhəmiyyətlidir. Ancaq bu qurumlarda yaşayan uşaqların ailə bütünlüyü içərisində olmadığını nəzərə alsaq, uşaqların psixi sağlamlıqlarına təsir edəcək bir sıra risk faktorları mövcuddur. Aparılan başqa bir tədqiqatda, uşağın ehtiyaclarına həssas yanaşma, uşaq üçün pozitiv təqdir nümayiş etdirmək, uşaqla müəyyən bir bağ qurmaq kimi xüsusiyyətlərin zehni və fiziki inkişafla düz mütənasib olduğu müəyyən edilmişdir. Ailələri ilə birgə yaşayan uşaqların fiziki və zehni inkişaflarının himayə mərkəzlərində yaşayan uşaqlarla müqayisədə daha yüksək səviyyədə olduğu təsbit olunmuşdur.
Yuxarıda qeyd olunan tədqiqat nəticələrini də nəzərə alsaq, valideyn himayəsindən məhrum olmuş uşaqların psixi sağlamlıqlarının dəyərləndirilməsi və ehtiyac olan sahələrdə onların dəstəklənməsi əhəmiyyət kəsb etdiyini vurğulaya bilərik. Bu mövzudakı ədəbiyyata baxıldığında Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün fəaliyyət göstərən qurumlarda uşaqların psixi sağlamlıqlarının dəyərləndirilməsi ilə əlaqəli hər hansı tədqiqatla rastlanılmamışdır. Ona görə də bu tədqiqatın əhəmiyyətli olduğu düşünülməkdədir. Valideyn himayəsindən məhrum olan uşaqların sosial bacarıqlarının inkişaf etdirilməsi, əlaqədə olduğu digər ictimai sistemlərlə münasibətlərinin yaxşılaşdırılması, cəmiyyətin müvafiq qurumlarının bu statuslu uşaqların həyatında edə biləcəklərinin müəyyən olunması üçün əhəmiyyətlidir. Bu tədqiqat valideyn himayəsindən məhrum olmuş uşaqların psixi sağlamlığının dəyərləndirilib, ortaya çıxan nəticəyə görə ehtiyac olan sahələrdə dəstəyin formalaşmasına və bu istiqamətdə atılacaq addımlara çıxış nöqtəsi ola biləcək. Aparılan araşdırmada əldə ediləcək nəticələrin bundan sonra oxşar mövzuda aparılacaq tədqiqatlara dayaq nöqtəsi ola biləcəyi, eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı müəssisələrdə çalışan işçilərin sahə ilə əlaqəli bacarıqlarının yaxşılaşdırılması və ya hansı sahədə inkişaf etdirilmələrinə dair fikirlərin əldə olunmasına və yeni tədqiqat mövzularının ortaya çıxmasına töhfə verəcəyi düşünülməkdədir.


Yüklə 72,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin