Referat elmi rəhbər: Əminə Məmmədova Tələbə: Allahverdiyev İdrak, Ağayeva Nigar Bakı-2023 plan


Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssələr



Yüklə 72,11 Kb.
səhifə2/4
tarix14.12.2023
ölçüsü72,11 Kb.
#176710
növüReferat
1   2   3   4
Allahverdiyev İdrak, Ağayeva Nigar. 823, Sosial işə giriş

2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssələr
Valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş müəssisələri aşağıdakı cür təsnifləşdirirlər:
1. Körpələr evi. Bu evlərdə əsasən 0-3 yaş qrupu arasında olan uşaqlar yaşayır. Körpələr evi Səhiyyə Nazirliyinin himayəsi altında olur.
2. Uşaq evləri. Uşaq evləri. Əsasən, burada valideyn himayəsindən məhrum olmuş uşaqlar 3-18 yaşlarına qədər qala bilərlər. Lakin ―Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında‖ Azərbaycan Respublikasının Qanununa görə, istisna hallarda uşaqlar bu müəssisələrdə 23 yaşına qədər qala bilərlər.
3. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəbləri. Bu cür internat məktəblərinə aşağıdakı tip məktəblər daxildir:
 zəif eşidən və sonradan eşitməyən uşaqlar üçün internat məktəbləri;
 ardıcıl polimielit və serebral paralic uşaqlar üçün internat məktəbləri;
 nitq problemi olan uşaqlar üçün internat məktəbləri. Bu tip internat məktəblərində uşaqlar yalnız dərs müddəti ərzində qalırlar.
4. Əqli cəhətdən inkişafdan geri qalan üçün internat evləri. Uşaqlar burada daimi qala bilərlər.
5. Ümumi tipli internat məktəbləri. Bu müəssisələrdə uşaqların yalnız məktəb ili ərzində qalmaları nəzərdə tutulub.

3. Himayədar ailə və övladlığa götürmə anlayışı
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 2022-ci ilin noyabrın 1-dən etibarən “Himayədar ailə” sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Ümumilikdə “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Övladlığa götürmədən fərqli olaraq “himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır.
Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər.
Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri müsahibədə düzgün qiymətləndirib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.
"Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarəedilməsi övladlığa götürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu altsistem vasitəsilə elektron qaydada aparılacaq.
Məlumat üçün bildirək ki, himayədar ailə modeli övladlığa götürmədən fərqlənir. Prosedur müəyyən qədər eyni olsa da, himayədar ailədə uşaqların saxlanılması üçün xərclər qarşılanır. Uşaqların xərclərinin qarşılanması üçün onlara dövlət tərəfindən müavinət təyin olunur. Övladlığagötürmədən fərqli olaraq burada uşaqla valideynlər arasında ata-ana-övlad münasibəti yaranmır. Himayədar ailə professional xidmətdir. Burada məqsəd uşağın müəssisəyə düşməsinin qarşısını almaq, onun ailə mühitində yaşamasını təmin etməkdir. Eyni zamanda ailədə uşaq sosiallaşır, cəmiyyətə qaynayıb, qarışır. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində belə müəssisələrin ləğv olunması istiqamətində addımlar atılır. Bunun yerində ən pis halda kiçik qrup evlərin, yəni 5-6 nəfərlik evlərin yaradılması mexanizmi işlənilir. Birinci prioritet uşaqların öz ailələrində qalması, ikincisi övladlığa verilməsi, üçüncüsü isə himayədar ailə xidmətindən faydalanmaqla ailə mühitində yaşamasıdır. 2022-ci ilə görə uşaqlar üçün yaşayış minimumu 210 manatdır. Aylıq olaraq yaşayış minumumu və bundan əlavə ailə üçün stimullaşdırıcı məbləğ formasında vəsait nəzərdə tutulub. Eyni zamanda stimullaşdırıcı məbləğə uşağın mövsümi geyim xərclərinin qarşılanması üçün birdəfəlik ödəmələrin verilməsi də planlaşdırılır. Türkiyədə 8 minə yaxın himayədar ailə var. Avropa ölkələrində də bu model geniş tətbiq olunur. Azərbaycanda himayədar ailə mexanizmi qanunvericilikdə nəzərdə tutulsa da, bu vaxta qədər tətbiq olunmurdu.
Ailə Məcəlləsinə görə, 18 yaşa qədər şəxslər uşaq hesab olunur, himayədar ailə xidmətlərindən bu yaşa qədər valideynlərini itirmiş, valideynləri tərəfindən müəssisəyə tərk edilmiş uşaqlar faydalana bilərlər. Himayədar valideynlərlə bağlı isə yaş tələbi yoxdur. Himayədar valideynin gəliri olmalı, məhkumluğu, yoluxucu xəstəlikləri olmamalıdır. Əvvəllər valideyn hüququndan məhrum edilmiş, övladlığa uşaq götürmüş, daha sonra onun səhvinə görə bu hüququ ləğv edilmiş şəxslər uşaq himayəyə götürə bilməzlər. Ümumilikdə kişi, qadın, evli, subay olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşları himayədar valideyn ola bilərlər. Övladları olan evli şəxslər də himayəyə uşaq götürmək hüququna malikdirlər. Uşaq seçimi də övladlığagötürmə qaydalarındakı kimidir. Yəni həmin şəxs elektron qeydiyyatdan keçdiyi zaman uşağın yaş aralığını, cinsini və digər məlumatları qeyd edirlər. Müəssisədə meyarlara uyğun uşaq olarsa, həmin şəxslərə təklif olunur, uşağın şəkilləri, videogörüntüləri göstərilir. Onlar seçim etdikdən sonra müəssisədə uşaqla namizəd arasında görüş təşkil olunur. Onların bir-birinə uyğunlaşması müşahidə edilir. Bundan sonra heç bir problem olmazsa, uşaq ailəyə yerləşdirilir. Övladlığagötürmədən fərqli olaraq bu müvəqqəti xidmət olduğundan, ailəyə ödəniş edildiyindən ailə nəzarət altında saxlanılır. Aylıq əsasda sosial işçilər tərəfindən monitorinqlər keçirilir. Uşağın yaşayışı, ona qulluq vəziyyəti, təlim-tərbiyəsi, ona qarşı münasibətdə hər hansı neqativ hallar yoxlanılır. Neqativ hal müşahidə edildikdə tövsiyə verilir, istiqamətləndirici görüşlər keçirilir. Əgər bu hallar kəskindirsə, uşağın həyat və sağlamlığı üçün təhlükə yaradırsa, uşaq dərhal ailədən götürülür və yenidən müəssisəyə yerləşdirilir.


Yüklə 72,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin