Allahverdiyev İdrak, Ağayeva Nigar. 823, Sosial işə giriş
4. Valideyn himayəsindən məhrum olmuş uşaqlarla sosial iş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər dövlət tərəfindən təmin olunur və qorunur.
Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil, əmlak, tibbi, əmək təminatları verilir.
Sosial işçilərin rolu:
Müəəssiədə yaşayan, eyni zamanda alternativ xidmətlərlə təmin olunan uşaqlar barəsində ilkin məlumatlar və həyat hekayələrini öyrənmək;
Uşaqlar və ailə ilə danışan zaman etik prinsiplər və sosial işçi bacarıqlarına riayət etmək;
Uşaqlarla danışan zaman daha mülayim olmaq, oyun və rəsm metodlarından istifadə etmək;
Övladlığa götürmənin mümkünlüyü haqqında məsələnin həlli zamanı hər bir konkret halda, eyni zamanda himayədar ailələrin və övladlığa götürənin (götürənlərin) mənəvi və digər şəxsi keyfiyyətləri (övladlığa götürənin işdə, məişətdə davranışını xarakterizə edən hallar), şəxsiyyət, tamah və digər qəsdən törədilən cinayətlərə görə məhkumluğu özünün və onunla birlikdə yaşayan ailə üzvlərinin ailədə qərarlaşmış qarşılıqlı münasibətləri, həmin şəxslərlə övladlığa götürülən şəxslər arasında yaranan münasibətlər sosial işçilər tərəfindən yoxlanılmalı və nəzərə alınmalıdır;
Müəssisələrdə yaşayan uşaqlara göstərilən xidmətləri qiymətləndirməli və monitorinqini aparmalı;
Qrup evlərində sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və uşağa sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlamaq;
Ailələrə səfər etmək davamlı uşağın inkişafını qiymətləndirmək;
Uşaqlar üçün xidmət standartlarını və proqramlarını hazırlamaq və həyata keçirmək;
Vəziyyəti araşdıraraq risk və ehtiyaclarını müəyyən etmək üçün araşdırmaların aparılması;
Uşaqlar üçün psixososial dəstək, sosial iş təcrübələri və sosial yardım təcrübələrini inkişaf etdirmək və həyata keçirmək;
Uşaqların hüquqlarının müdafiəsi üçün çalışmaq;
Milli və beynəlxalq səviyyədə siyasət və strategiyaların həyata keçirilməsini yaratmaq, inkişaf etdirmək, əlaqələndirmək, monitorinq etmək və qiymətləndirmək;
Ailələri və ya qohumları ilə birlikdə həyatlarını davam etdirmələrinə dəstək olacaq və həvəsləndirəcək mexanizmlər yaratmaq;
Uşaqlar üçün araşdırma aparmaq;
Sosial maarifləndirmə və həmrəyliyin gücləndirilməsi məqsədilə milli və beynəlxalq tədbirlər, seminarlar, layihələr, konqreslər və kampaniyalar təşkil etmək, müəssisə və təşkilatlar, könüllü təşkilatlar, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək;
Uşaqlar üçün gündüz qayğı və dəstək xidmətlərinin planlaşdırılması, icrası və əlaqələndirilməsi.
Uşaqlara gündüz xidməti göstərən müəssisələrin xidmət standartlarını müəyyən etmək, orada baxım proqramlarını inkişaf etdirmək, müəssisələrin açılması, bağlanması, tutumunun dəyişdirilməsi kimi əməliyyatları həyata keçirmək və istiqamətləndirmək.
Gündüz sosial xidmət təşkilatlarında/bölmələrində göstəriləcək psixososial dəstək xidmətləri ilə bağlı digər dövlət qurum və təşkilatları və fiziki və hüquqi şəxslər üçün kənar təlim və məlumatlandırma tədbirlərinin məzmununu yaratmaq və həyata keçirmək.
Gündüz qayğısı müəssisələrində saxlanılan uşaqların akademik, idman, sosial, mədəni və incəsənət nailiyyətlərinin monitorinqi və dəstəklənməsinə yönəlmiş fəaliyyətləri əlaqələndirmək. Bu istiqamətdə uğurları artırmaq üçün tədbirlər görmək.
Nazirliyimizə tabe olan fiziki və hüquqi şəxslər tərəfindən açılmış özəl uşaq bağçalarının, gündüzlər mərkəzlərinin və özəl uşaq klublarının iş və fəaliyyətini həyata keçirmək və onlara rəhbərlik etmək.
Vəzifə sahəsi ilə bağlı kadr, büdcə, investisiya, layihə, təlim, nəşr və rəy sorğularının qiymətləndirilməsi.