İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 297.36 Kb.
PDF просмотр
səhifə3/4
tarix07.12.2016
ölçüsü297.36 Kb.
1   2   3   4

KOLLEKTİV QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

http://www.amu.edu.az

31 dekabr 2014-ъц ил

6



Valideyn  himayəsin dən  məhrum  olmuş    uşaq-



lar universitetin Stomatoloji Klinikasında müayinə və 

müalicə olundu 

 

Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il  öncəsi 



Azərbaycan  Tibb  Universiteti  kimsəsiz  uşaqları  özünəməxsus 

şəkildə sevindirib. Belə ki, universitetin rektoru, akademik Əhliman 

Əmiraslanovun  dəstəyi  ilə  ATU-nun  Stomatoloji  Klinikasında  vali-

deyn himayəsindən məhrum olmuş uşaqlara  xeyriyyəçilik məqsədi 

ilə stomatoloji xidmət göstərilib.

Ümumdünya  Səhiyyə  Təşkilatının    məlumatına  görə,  dünyada  5 

milyarda yaxın insanın  stomatoloji  problemləri  var.  Azərbaycanda 

isə  əhalinin  təxminən  90  faizi  kariyesdən  əziyyət  çəkir  və  bu 

göstəricinin böyük bir hissəsini uşaqlar təşkil edir. Xüsusilə də, va-

lideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar  arasında  stomatolo-

ji    problemlərə  daha  çox  rast  gəlinir.  Bunu  nəzərə  alan  ATU-nun 

rəhbərliyi  universitetin  Stomatoloji  Klinikasında    kimsəsiz  uşaqlar 

üçün xüsusi kampaniya təşkil edib.

Kampaniya çərçivəsində bu gün “Ümid yeri” uşaq sığınacağı və 

reabilitasiya mərkəzinin sakinlərinə ödənişsiz tibbi xidmət göstərilib. 

Stomatoloji Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, gün 

ərzində sığınacağın 25-dən çox sakini ən müasir  tibbi avadanlıq-

larla təchiz edilmiş diş kabinetlərində müayinə və müalicə olunub-

lar: “Müayinə nəticəsində uşaqların əksəriyyətində kariyes boşluğu 

müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşaqlarda kariyes, pulpit, diş ərpi 

aşkarlanıb və müvafiq stomatoloji yardım göstərilib”.

A.Səfərov  qeyd  edir  ki,    uşaq  evlərinin  sakinlərində    stomatoloji 

problemlər  daha  çox  olur:  “  Uşaqların  ağız  boşluğunda  yaranmış 

gigiyenik  problemlər  adətən  dişlərə  düzgün  qulluq  edilməməsi  ilə 

əlaqədar  olur.  Süd  dişləri  tökülənə  qədər  uşaqların  dişləri  ciddi 

həkim nəzarəti altında olmalıdır. Odur ki, ATU rəhbərliyi tərəfindən 

belə bir qərar verildi. Bu təşəbbüs uşaq evlərində qalan himayəsiz 

uşaqların sağlamlığının qorunmasına yönəlib”.

ATU-nun Stomatoloji Klinikası gələcəkdə digər uşaq evlərindən də 

müraciətləri  qəbul etməyə hazırdır.

u

 

 



Dekabrın 18-də 

Azərbaycan Tibb 

Universitetinin  

Stomatoloji Klinikasında 

universitetimizdə təhsil 

alan  iranlı tələbələrin 

elmi, mədəni və idman 

birliyinin təşəbbüsü ilə  

“eCligner-diş sırasında 

olan əyriliklərin şəffaf 

kappalarla müalicəsi” 

mövzusunda elmi-praktiki 

konfrans keçirilib.

Tədbirin əvvəlində Klini-

kanın direktoru Alqış Səfərov 

çıxış edərək konfransın möv-

zusu  haqqında məlumat verib. 

Onun sözlərinə görə, hazırda diş 

sırasında olan əyriliklərin şəffaf 

kappalarla müalicəsi stomatolo-

giyanın ən müasir kəşflərindən 

biri sayılır. Bu metodla ağrısız 

və estetik cəhətdən daha gözəl 

formada diş əyriliklərini aradan 

qaldırmaq mümkün olur.

Daha sonra  Stomatoloji  

Klinikanın həkim- stomatolo-

qu Elnur Həsənli qeyd edilən 

mövzuda məruzə edib. Natiq 

çıxışında bildirdi ki, bu me-

tod ilk dəfə Cənubi Koreyada 

1998-ci ildə tətbiq edilib. Onun 

sözlərinə görə, ilk şəffaf plastik 

lövhələr 20-ci əsrin ortalarında,  

ilk dəfə 1998-ci ilin sonlarında 

koreyalı professor Tae Weon 

Kim ortodontik müalicə almış 

xəstələrdə residiv hallarının 

müalicəsində istifadə etmişdir.

Eyni ildə bir pasien-

tin  bütün müalicəsini 

şəffaf  lövhələr vasitəsi 

ilə tamamlamışdır.Sto-

matologiyaya aid dərc 

olunmuş ədəbiyyatlara 

nəzər salsaq buna 

bənzər şəffaf kappala-

rın iş mexanizmi və is-

tehsal prinsipləri haqda 

bir çox məqalələrə rast 

gəlmək mümkündür 

(McNamara, Ponits, 

Qraber və s.).

 eCligner Aligner şəffaf  kap-

palar  ilə  müalicə planı (set up) 

xüsusi kompyuter proqramı və 

eyni zamanda Tae Weon Kimin 

şəxsi nəzarəti ilə tərtib olunur.  

CAPRO (IV-Tech, Kore) adlı 

proqram vasitəsi ilə kompyuter 

ekranında üst-üstə gətirilən iki 

rəqəmsal şəkil ilə hər bir dişin 

hərəkətini hesablamaq müm-

kündür. Xəstə  fərqli qalınlığa 

(0.5;0.62;0.74;0) malik 3 ədəd 

kappaların hər birini  bir həftə 

taxmalıdır. Müalicənin müddəti 

qüsurun böyüklüyündən asılı 

olaraq müxtəlif olur.

eCligner texnologiyası mü-

asir stomatologiyada yeni bir 

mərhələ sayılır. Qeyd olundu ki, 

bu metod xüsusilə yeniyetmələr 

üçün əlverişlidir. Çünki metal 

breketlər, məftillər estetik ba-

xımdan ağızda gözəl görünmür, 

bir sıra narahatlıqlar yaradır. 

Şəffaf kappalarla bağlı  isə belə 

problemlər yaşanmır. Bu üsulla 

diş sırasında əyrilikləri həm 

qısa müddətdə, həm də estetik  

diskomfort yaratmadan aradan 

qaldırmaq mümkündür. Bu 

zaman şəffaf protezlərlə müalicə 

yumşaq şəkildə, mərhələli olaraq 

aparılır. Şəffaf kappalar çox 

nazik materialdan hazırlanır və 

hər kəsin ağız ölçüsü üçün fərdi 

olaraq hesablanır.

Konfransda eCligner texno-

logiyasını digər üstünlükləri, 

tətbiqi ilə bağlı məsələlər 

haqqında fikirlər səsləndirildi. 

Sonda həkim stomatoloq Elnur 

Həsənli konfrans iştirakçılarının 

suallarını cavablandırdı.

Tədbirdə iranlı tələbələrlə 

birgə yerli və türkiyəli tələbələr 

də iştirak ediblər.

M.CAVADOV

Stomatoloji  Klinikada  eCligner  metoduna  aid 

konfrans keçirilib

İ

taliyanın  Genuya  Universitetinin  profes-

sorları  Azərbaycan  Tibb  Universitetinin 

qonağı  olub.  ATU-nun  professor-müəllim 

heyəti  ilə  görüş  zamanı  təhsil  müəssisələri 

arasında  əməkdaşlıq  perspektivləri  müzakirə 

edilib. 

Səfər zamanı professorlar  Anjelo Musaio və Mar-

co Frascio təmsil etdikləri universitetin tədris siste-

mi  haqqında  mühazirə  oxuyublar.  Bu  zaman  müa-

sir  dünyada  təhsilin  rolundan,  dünya  universitetləri 

arasında təhsil əlaqələrinin, təcrübə, müəllim-tələbə 

mübadiləsinin əhəmiyyətindən danışılıb. 

Həmçinin,  ATU  ilə  Genuya  Universiteti  arasında 

mövcud müqavilənin şərtləri də müzakirə olub. İta-

liya  tərəfinin  nümayəndələri  universitetlər  arasında 

qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi, 

əlaqələrin digər istiqamətlərdə də inkişaf etdirilməsi 

təşəbbüsü ilə çıxış edib.

Səfər zamanı italyan mütəxəssislər həmçinin ATU-

nun  Tədris  Cərrahiyyə  Klinikası  ilə  tanış  olub,  bu-

radakı  Tədqiqat  bacarıqları  laboratoriyasının  işi  ilə 

yaxından maraqlanıblar.

Qeyd edək ki, ATU ilə Genuya Universieti arasında 

TEMPUS proqramı çərçivəsində uğurlu əməkdaşlıq 

qurulub.  İndiyə  qədər  layihə  çərçivəsində  Genu-

ya  Universiteti  ilə  birlikdə  tədris  proqramlarının 

keyfiyyətin  yoxlanmasına  dair  bir  sıra  müzakirələr 

aparılıb.  Ümumilikdə  ATU  Avropa  Şurasının  TEM-

PUS  proqramı  çərçivəsində  5  layihənin  iştirakçısı 

olub.

İtalyan professorlar ATU-da

Tibb Universitetindən kimsəsiz 

uşaqlara dəstək

u

 



 

Dekabr ayının 26-da Azərbaycan Tibb 

Universitetində “Xoş gəldin körpə” 

Ana-Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi 

çərçivəsində təlimlərə start verilib. Layihə Türkiyə 

Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Ko-

ordinasiya Agentliyi (TİKA) tərəfindən keçirilir.

Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssislərin iştirakı 

ilə “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda 

təlim proqramında könüllülər iştirak edəcək. Dekabrın 

30-dək davam edəcək təlimlərdə könüllülərə əhali arasın-

da maarifləndirmə proqramında “əmizdirmə məsləhətçisi” 

qismində iştirak edə bilmək üçün məqsədilə bacarıqlar 

aşılanır.

Təlimlə yanaşı, həkim və tibb bacıları üçün “Neonatal rea-

nimasya” mövzusunda təlim proqramı, yeni doğulan körpələr 

üçün eşitmə testi ilə bağlı təlimlər təşkil olunub.

“Xoş gəldin körpə” layihəsi çərçivəsində indiyədək bir çox 

tədbirlər baş tutub. Bu ilin mayında Bakıda Türkiyəli təlimçi 

mütəxəssislərin iştirakı ilə ana və uşaq sağlamlığına təhlükə 

yaradan irsi xəstəliklər mövzusunda həkim və tibb bacıları 

üçün təlim proqramı keçirilib.

Layihə çərçivəsində həmçinin “Elmin ən son yenilikləri 

işığında sonsuzluq probleminin həlli” mövzusunda konf-

rans, “Neonatal reanimasya” mövzusunda təlimlər realla-

şıb. Bundan əlavə, tibb bacıları və analar üçün “Ana südü 

və əmizdirmənin əhəmiyyəti” mövzusunda əmizdirmə 

məsləhətçiliyi təlim proqramı da keçirilib.

Qeyd edək ki, TİKA-nın dəstəyi ilə bu ilin sentyabrında 

Azərbaycandan 2 təlimçi həkim və 1 təlimçi mama-tibb 

bacısı üçün Türkiyədə “Neonatal reanimasiya” mövzusunda 

təlim proqramları təşkil olunub.



ATU-da  “Ana  südü  və  əmizdirmənin  əhəmiyyəti” 

mövzusunda təlimlər keçirilib

ATU-nun mətbuat xidməti

31 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

7

Son  vaxtlar  havaların  soyuq 

keçməsi  ilə  əlaqədar  uşaqlar 

arasında  qripəbənzər  xəstəlik 

yayılıb. Xəstəlik əsasən qızdırma 

ilə başlayır, sonra isə öskürəyə 

keçir,  lakin  burunaxma  və 

asqırma  kimi  əlamətlər  olmur. 

Bu isə valideynləri narahat edir.

Bununla  bağlı  Azərbaycan  Tibb 

Universitetinin  terapevtik  və  pe-

diatrik  propedevtika  kafedrası-

nın  assistenti,  tibb  üzrə  fəlsəfə 

doktoru  Mədinə  Hacıyeva  bildirib 

ki,  ümumiyyətlə,  yuxarı  tənəffüs 

yollarının  infeksion  xəstəlikləri  el 

arasında həmişə qrip adlandırılıb. 

Əslində bu xəstəlikləri müxtəlif vi-

ruslar,  nadir  hallarda  isə  bakteri-

yalar törədir. Törədicidən asılı ola-

raq  xəstəliyin  əlamətləri  də  fərqli 

ola bilər. Qızdırma infeksion amilə 

qarşı  orqanizmin  normal  cavab 

reaksiyasıdır.  Burunaxma  və  as-

qırma isə tənəffüs yollarının infek-

siyasını  törədən  bütün  viruslara 

mütləq şəkildə xas deyil. Əlbəttə, 

bu, qrip xəstəliyi deyil. Lakin qeyd 

etməliyəm ki, heç qrip xəstəliyində 

də burundan ifrazat olmur.

Xəstəliyi  törədən  səbəblərə 

gəlincə,  pediatr  deyib  ki,  bəzi 

əlamətlərə  fikir  vermək  lazımdır. 

Düzdür, hər bir xəstədə bəlğəmin 

bakterioloji 

analizini 

apar-

maq  mümkün  olmadığına  görə 



törədicini  də  təyin  etmək  olmur. 

Lakin bəlğəmin müayinəsi zamanı 

daha çox mikoplazma infeksiyası-

na rast gəlinir. Bu infeksiyanın əsas 

əlamətlərindən  biri  tutmaşəkilli 

boğucu  öskürək  olduğuna  görə 

çox  vaxt  xəstəliyi  göyöskürəyə 

bənzədirlər.  Bəzi  hallarda  isə  vi-

rus bakterial mənşəli, yəni, qarışıq 

törədici xəstəliyə səbəb olur.

Həkim  vurğulayıb  ki,  bəzən 

valideynlər  belə  hallarda  uşaqları 

həkimə  aparmayıb  özləri  qızdır-

manı salmaqla kifayətlənirlər. An-

caq istənilən halda həkimlə əlaqə 

saxlamaq lazımdır. Çünki son za-

manlar atipik pnevmoniyalar geniş 

yayılıbdır ki, bunların da törədiciləri 

xlamidiya, mikoplazma və virus ola 

bilər.  Qızdırma  çox  yüksəkdirsə, 

həkim  gələnə  qədər  parasetamol 

tərkibli  dərman  preparatlarından 

istifadə  etmək  olar.  Əgər  qızdır-

ma  ilə  yanaşı,  bədəndə  ağrı  da 

varsa,  ibuprofen  tərkibli  prepa-

ratlar  məsləhətdir.  Digər  dərman 

vasitələrini  isə  yalnız  xəstəni 

hərtərəfli müayinə etdikdən sonra 

həkim təyin etməlidir.

Müraciət 

edənlər 

arasında 

tənəffüs 

yolları 


xəstəliklərinə 

daha  çox  rast  gəlindiyini  bildirən 

M.Hacıyeva 

qeyd 


edib 

ki, 


böyüklərdən fərqli olaraq tənəffüs 

sistemi  xəstəliyi,  hətta  ən  yüngül 

halda  belə,  uşaqlara  daha  çox 

əziyyət verir.



Günel ASLANOVA



Qış  aylarında  kərəvizdən  bol 



miqdarda istifadə etsək də, onun fay-

dalarının bir çoxundan xəbərsizik. Bu 

tərəvəzin 95 faizi sudan ibarətdir. Ona 

görə də xüsusilə arıqlamaq istəyənlər 

bol-bol  kərəviz  yeməlidirlər.  Demək 

olar  ki,  bütün  pəhriz  reseptlərində 

adı çəkilən kərəviz liflə zəngindir. Bu-

nun  sayəsində  həzm  sistemini  daha 

sürətlə  işləməyə  məcbur  edir.  Bu  da 

o  deməkdir  ki,  nə  qədər  çox  kərəviz 

yesəniz, o qədər tez arıqlaya bilərsiniz.

Bu  tərəvəzi  yeməklərdə  və  salatlarda 

istifadə edə bilərsiniz. Həmçinin qreyfurt, 

kahı, kələm, turp, soğan kimi tərəvəzlərlə 

birlikdə suyunu çıxararaq içə bilərsiniz.

Kərəvizlə  hazırladığınız  yeməyə  por-

tağal  da  əlavə  etsəniz,  qış  aylarında 

soyuqlamadan  və  qripdən  özünüzü 

müdafiə etmiş olarsınız.

Kərəvizin  faydası  təkcə  arıqlatmaqdan 

ibarət deyil.

Kərəviz A, B, C, D, E, K kimi vitaminlər 

baxımından  olduqca  zəngindir.  Bu 

tərəvəzdə  həmçinin  fosfor,  manqan, 

dəmir,  sink,  selenium,  kalsium  kimi 

bədən sağlamlığı üçün mühüm maddələr 

də var.

Kərəviz cinsi gücü artırır. Kərəviz yemək 



stressə  qarşı  da  təsirlidir.  Əsəbləri 

sakitləşdirir iştahı açır.

Ağız  qoxusunu  aradan  qaldırır,  xroniki 

öskürəyə qarşı təsirlidir. Qanı təmizləyir, 

qaraciyər  xəstəliklərinin  müalicəsini 

tezləşdirir. Təzyiqi nizamlayır.

Gündəlik  menyularında  kərəvizə  yer 

verənlər daha gec qocalırlar.

Bu  tərəvəzdən  bol  miqdarda  yedikdə 

üzdəki sızanaqlar azalır və tədricən yox 

olur.  Dəri  ləkələrinə  yaxşı  təsir  göstərir 

və dəri rəngini açır.



Tənəffüs sistemi xəstəliyi uşaqlara 

daha çox əziyyət verir



Qış  aylarında  biz  tez-tez  kəskin  respirator 



xəstəliklərinə  (KRX  və  ya  KRVİ)  tutuluruq.  El 

arasında bu xəstəlkləri “soyuqdəymə” adlandırırlar.

  

 

Bu çox dəqiq addır. Məsələ burasındadır ki, so-



yuq hava insan orqanizminin müdafiə imkanla-

rını kəskin azaldır. Nəticədə, selikli qişalarımız-

da yaşayan və adi vaxtlar bizim üçün nisbətən 

ziyansız  olan  müxtəlif  zərərli  mikroblar  kosmik 

sürətlə  çoxalmağa  başlayır  və  insan  xəstələnə 

bilər.


Təbii  ki,  soyuqdəymə  xəstəliklərinin  qarşısını 

almaq  onları  müalicə  etməkdən  daha  yaxşıdır. 

Bunun  üçün  insan  öz  immun  sistemini  hər  za-

man “döyüşə” hazır vəziyyətdə saxlamalıdır. Bu 

işdə düzgün və xeyirli qidalanma, kifayət qədər 

yuxu  və  istirahət,  fiziki  aktivlik,  vitamin-mineral 

komplekslərin  qəbulu  (həkimin  təyini  ilə!)  sizə 

kömək  edəcək.  İm-

muniteti 

zəiflədən 

əsas 

amillərdən 



biri  də  stresdir.  Bu 

səbəbdən  stresdən 

uzaq olmağa çalışın.

Əgər 


profilaktik 

tədbirlərə 

baxma-

yaraq  siz  özünüzdə 



xəstəliyin 

ilkin 


əlamətlərini 

hiss 


etmisinizsə, 

vaxt 


itirmədən  aşağıda 

sadaladığımız tədbirlərə başlayın:

- Dərhal isti vanna və ya isti duş qəbul edib ya-

tağa uzanın və yorğana bürünün. Fiziki aktivliyi-

nizi minimuma endirin.

- İsti maye qəbul edin. Ən yaxşı variant moruq-

lu  və  ya  ballı  isti  çaydır.  Moruğu  “təbii  aspirin” 

adlandırırlar.  Məsələ  burasındadır  ki,  moruqda 

aspirin  preparatınının  tərkibinə  daxil  olan  sali-

sil  turşusu  var.  Moruq  immun  sistemini  stimul-

laşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı 

aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı 

təsir edir.

- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan 

əvvəl  ayaqlarınızı  10-15  dəqiqə  ərzində  (bun-

dan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış 

suda  saxlayın.  Əgər  sizdə  allergiya  yoxdursa, 

suya  bir  qədər  xardal  da  əlavə  edə  bilərsiniz. 

İsti  suyun  təsirindən  qan  aşağı  ətraflara  axır, 

baş hissəsində isə damarlar daralır və nəticədə 

zökəm  keçir.  Zökəm  zamanı  istifadə  olunan 

burun  damcıları  da  bu  prinsip  əsasında  işləyir. 

Vannadan  sonra  ayaqlarınızı  yaxşı  qurulayın 

və yun corab geyinin. Nənələrimiz corablara da 

xardal tökürdülər.

- Öskürək və zökəm zamanı inqalyasiyalar yax-

şı təsir edir. Bir neçə qabıqlı kartof bişirib suya 

evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam 

ağacı  (“pixta”)  yağı  əlavə  edin.  Sonra  başınızı 

dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs 

alın (çalışın ki, selikli qişalarınız yanmasın!).

-  Zökəm  zamanı  burnunuzu  yod-duz  məhlulu 

ilə yumaq olar (1/2 stəkan su + 2-3 damla yod 

+ bıçağın ucunda duz). Bu məhlulla burnunuzu 

gündə 3-4 dəfə yuyun.

- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan 

ilıq su + 1 ç.q duz) və ya soda (1 stəkan ilıq su 

+  1  ç.q  soda)  qatılmış  su  ilə  yaxalayın.  Belə 

məhlullar  mikrobları  və  virusları  məhv  edir,  ilti-

habla mübarizə aparır. Bundan əlavə boğazınızı 

ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) 

ilə  yaxalaya  bilərsiniz.  Boğazınızı  gün  ərzində 

3-4 dəfə yaxalayın.

-  Boğaz  ağrısı  zamanı  bal  qatılmış  süd  yaxşı 

kömək edir.

-  Vitamin  C  soyuqdəymə  ilə  mübarizədə 

orqanizmə böyük kömək edir. Belə bir reseptdən 

istifadə etmək olar. 1 qaşıq nanə yarpağını 1 st. 

qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini 

sıxın və 1 ç.q. bal əlavə edin.

Əgər  bütün  bu  tədbirlərə  baxmayaraq  sizin 

vəziyyətininz  yaxşılaşmırsa  və  ya  daha  ağırla-

şırsa, mütləq həkimə müraciət edin.

 

qadin.net



Xalq təbabəti ilə 

soyuqdəymədən xilas olaq

Qış aylarının ən 

faydalı tərəvəzi



 



Qüsurlar multifaktor 

patologiyadır. Genetik 

mutasiyalar və düzgün 

fəaliyyət göstərməyən genlər bəzi 

xəstəliklərə müəyyən təsir göstərir. 

İnkişaf qüsurlarının çoxu uşaq 

doğularkən və ya ana bətnində ikən 

özünü büruzə verir.

Britaniya tədqiqatçıları müxtəlif 

inkişaf pozuntuları olan 1133 uşağın 

və onların valideynlərinin genom-

larını təhlil ediblər. AzərTAc “Zee 

News” saytına istinadən xəbər 

verir ki, ürək qüsurları və qıcolma-

larla, psixi inkişaf problemləri ilə 

müəyyən əlaqəsi olan 12 gen aşkar 

edilib.


Hələlik bu genlərin xəstəliklərə 

təsiri dərəcəsini müəyyən etmək 

çətindir, amma bu istiqamətdə iş 

aparılır. Alimlər əldə edilənlərlə 

kifayətlənməməyi və 12 min ailədə 

genetik təhlil aparmağı planlaşdı-

rırlar.

Qlobal araşdırma ciddi inki-



şaf qüsurlarının əksəriyyətini və 

onların formalaşmasında genlərin 

rolunu nəzərdən keçirməyə imkan 

verəcəkdir. Ola bilsin ki, gələcəkdə 

bu xəstəlikləri ən ilkin mərhələlərdə 

aşkar etmək və patologiyanın qar-

şısını almaq üçün genomda təshih 

aparmaq mümkün olacaqdır.



 

2012-ci ildə dünyaya 

gələn qız, çox güman, 

təqribən 73 il, oğlan isə 

68 il ömür sürəcək ki, bu rəqəm də 

1990-cı ilin oxşar göstəricisindən 

altı il çoxdur. Həmin vaxtdan 

etibarən inkişaf etməkdə olan 

ölkələrdə ömür müddəti doqquz 

il uzanıb. Gəlir səviyyəsi yüksək 

olan ölkələrdə bu rəqəmlər 

fərqlənir: 0,2 ildən (Rusiya) 9,2 ilə 

(Koreya Respublikası) qədər. Bu 

barədə məlumat DST-nin səhiyyə 

sahəsində statistikasında yer alıb.

AzərTAc xəbər verir ki, DST-nin 

məlumatına görə, ürəyin işemiya 

xəstəliyi, respirator xəstəliklər 

və insult vaxtsız ölümün əsas 

səbəbləridir.

Ömür müddətimiz artsa da, 

uşaqlarımız getdikcə daha çox 

artıq çəkiyə meyilli olur. DST-

nin məlumatına görə, 2012-ci ildə 

yaşı beşdən aşağı olan 44 milyon 

uşaq (bu yaşda olan uşaqların 

təqribən 7 faizi) artıq çəkidən və ya 

piylənmədən əziyyət çəkib. Bu isə 

fəsad və vaxtsız xəstəliklər riskini 

artırır.


Eyni zamanda bu il 6,6 milyon 

uşaq beş yaşına çatmayıb. Hərçənd 

2000-ci ildən başlayaraq ölüm 

halları hər min uşağa 75-dən 48-ə 

qədər azalıb.

Britaniya  alimləri  inkişaf  pozuntusu  ilə 

bağlı 12 gen tapıblar

Ömür müddətimiz artsa da, uşaqlarımız 

artıq çəkidən əziyyət çəkir

Mədinə HACIYEVA


http://www.amu.edu.az

31 dekabr   2014-ъц ил

Yeni il Fransada

Dünyanın  hər  yerində  bütün  insanlar 

Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, 

yeni  uğurlar,  xoşbəxtlik  arzusuyla 

gözləsələr  də  bayramı  hərə  öz  adət-

ənənəsinə  uyğun  qarşılayır.  Avropa 

ölkəsi  olan  Fransada  Şaxta  baba  Per 

Noel — yəni Noel ata adlanır. O, Yeni il 

gecəsi  gəlir  və  evin  balaca  sakinlərinin 

başmağına hədiyyələr qoyur. Böyüklərsə 

bayram  günü  daha  çox  yeyib-içməyi 

sevirlər. Fransanın şərab ölkəsi olduğunu 

nəzərə  alsaq,  vəziyyəti  təsəvvür  etmək 

olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi 

hədiyyələrdir.  Amma  burada  bir  qədər 

diqqətli  olmaq  lazımdır.  Hər  hədiyyəni 

hər  adama  vermək  olmaz.  Məsələn, 

bu  bayramda  qadının  öz  ərindən  baş-

qa  kimdənsə  hədiyyə  olaraq  ətir  qəbul 

etməsi yaxşı hal hesab olunmur.


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə