M.ƏLƏKBƏRLI
İran nümayəndə heyəti
ATU-da qonaq oldu
u
Dekabrın 29-da
“Elektron Azərbaycan”
Dövlət Proqramı
çərçivəsində Səhiyyə
Nazirliyinin Elektron Səhiyyə
Mərkəzi açılıb.
AzərTAc xəbət verir ki, açılış
mərasimində səhiyyə naziri Oqtay
Şirəliyev, Milli Onkologiya Mərkəzinin
direktoru, akademik Cəmil Əliyev,
Azərbaycan Tibb Universitetinin rekto-
ru, akademik Əhliman Əmiraslanov və
nazirliyin elmi-tədqiqat institutlarının
rəhbərləri iştirak ediblər.
Səhiyyə Nazirinin nümayəndəsi Ləman
Mursaqulova bildirib ki, mərkəzin yara-
dılmasında əsas məqsəd şəffaflığı qoru-
maq, vaxt itkisinə yol vermədən əhaliyə
keyfiyyətli və səmərəli sosial xidmətlər
göstərməkdir. Bir pəncərə sistemi ilə
fəaliyyət göstərəcək mərkəzə müraciət
edən vətəndaş birbaşa məmurla deyil, xü-
susi təcrübəli mütəxəssislərlə ünsiyyətdə
olacaq.
Nazirliyə yazılı müraciət etmiş
şəxslər xüsusi quraşdırılmış tabloda
müraciətinin hansı mərhələdə olma-
sını öyrənə biləcəklər. Bütün prose-
durlar peşəkar və xüsusi təlim keçmiş
əməkdaşlar tərəfindən icra olunacaqdır.
Mərkəzdə ümumilikdə əlaqələndirici,
operator və texniki heyət nəzərə alın-
maqla 10 nəfər əhaliyə xidmət edəcəkdir.
Aşağı mərtəbədə xüsusi otaq nəzərdə
tutulub. Burada problemli vətəndaşlar
qəbul olunacaq və onlara lazımi yar-
dım göstəriləcək. Eyni zamanda, bu
mərtəbədə uşaqlı anaların rahatlığı üçün
xüsusi guşə hazırlanıb.
Mərkəzdə vətəndaşlar işə qəbulla bağlı,
tibb işçilərinin sertifikasiyadan keçməsi
və ixtisas kurslarına göndərilməsi, lisen-
ziyaların verilməsi və.s. xidmətlərdən
yararlana biləcəklər.
Dostları ilə paylaş: |