“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Səhiyyə Naziri
_____________ O. Şirəliyev
“___” _________ 2011-ci il
Bakı – 2011
Layihənin rəhbərləri:
Ceyhun Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
direktoru
Gəray Gəraybəyli – ATU-nun psixiatriya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş
psixiatrı, professor, t.e.d.
Psixi sağlamlıq sahəsində ümumi strategiya üzrə işçi qrup:
Fuad İsmayılov – ATU-nun psixiatriya kafedrasının dosenti, Psixiatriyada Qlobal
Təşəbbüs təşkilatı Regional Ofisinin rəyasət heyətinin üzvü, t.e.d., işçi qrupun sədri
Ağahəsən Rəsulov – SN-nin 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi, t.e.f.d.
Əsmər Hacıyeva – Psixi Sağlamlıq və İİV/QİÇS üzrə Ekspert Mərkəzinin direktoru, DİN
Hospitalının psixiatrı
Murad Sultanov – psixiatr, Respublika Diaqnostika Mərkəzi
Aydın Səmədov – ATU-nun psixiatriya kafedrasının assistenti
Şirin Kazımov – direktor müavini, Abt Associates
Elturan İsmayılov – klinik psixologiya üzrə ekspert
Uşaq və yeniyetmələrin psixi sağlamlığı üzrə işçi qrup:
Nabil Seyidov – işçi qrupun sədri, “Uşaq hüquqları” QHT Alyansının rəhbəri
Gülnarə Musabəyova – Uşaq PND-nin baş həkimi
Kamran Salayev – ATU-nun II nevrologiya kafedrasının assistenti, t.e.f.d.
Əlipaşa Zeynalov – ATU-nun psixiatriya kafedrasının assistenti
Aynur Əhmədova – "Çıraq" Uşaq İnkişaf Mərkəzi QHT-nin psixoloqu
Nurlana Qaraxanova – uşaq hüquqlarının qorunması üzrə baş məsləhətçi, Ailə, qadın
və uşaq problemləri üzrə Dövlət Komitəsi
2
Məsləhətçilər
Lütfi Qafarov – SN-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ilkin səhiyyənin təşkili
şöbəsinin müdiri
Səbuhi Abdullayev – SN-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquq
məsləhətçisi
Zarina Məmmədova – Psixi sağlamlıq sahəsində təşəbbüslər QHT layihəsinin rəhbəri
Sevil Əsədova – ÜST-nin Azərbaycanda Ölkə Ofisinin Qeyri-infeksion xəstəliklər və
ətraf mühit proqramı üzrə mütəxəssis
Nailə Əliyeva – ictimai səhiyyə üzrə ekspert
Tofiq Nəcəfov – Azərbaycan Psixoterapevtlər Cəmiyyətinin prezidenti
İqor Marsinkovski – Ukrayna Sosial və Məhkəmə Psixiatriyası ETİ-nin uşaq şöbəsinin
müdiri, Ukraynanın psixi sağlamlıq üzrə milli əlaqələndiricisi
Ekspertlər
Əhməd Abbasquliyev – ATU-nun psixiatriya kafedrasının professoru, t.e.d.
Nadir İsmayılov – ATU-nun psixiatriya kafedrasının professoru, Azərbaycan Psixiatriya
Assosiasiyasının prezidenti, t.e.d.
Nadir Əliyev – PND-nin baş həkimi, t.e.d.
Teymur Qafarov – Ə. Əliyev adına ADHTİ-nin psixiatriya kafedrasının müdiri, professor,
t.e.d.
Bilal Əsədov – ATU-nun psixiatriya kafedrasının professoru, Məhkəmə Psixiatriyası
Mərkəzinin direktoru
Bəxtiyar Əliyev – akademik, BDU-nun psixologiya kafedrasının müdiri, Azərbaycan
Psixoloqlar Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, t.e.d.
Mixael Şneydman – İsrail Psixiatrlar Assosiasiyası Etik Komitəsinin sədri, ÜST-nin
məsləhətçisi
Metyus Mucen – ÜST-nin Avropa bürosunun psixi sağlamlıq üzrə regional məsləhətçisi
3
İXTİSARLARIN SİYAHISI
ADHTİ – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
AzPA – Azərbaycan Psixiatriya Assosiasiyası
ATM – ali təhsil müəssisəsi
ATU – Azərbaycan Tibb Universiteti
BMT – Birləşmiş Millətlər Təşkilatı
DİN – Daxili İşlər Nazirliyi
XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İİV – insan immunodefisiti virusu
İPT – interpersonal psixoterapiya
KBT – koqnitiv-bihevioral psixoterapiya
KİV – kütləvi informasiya vasitələri
QHT – qeyri-hökumət təşkilatı
QİÇS – qazanılmış immun çatışmazlığı sindromu
MDB – Müstəqil Dövlətlər Birliyi
PND – Psixonevroloji Dispanser
PS – psixi sağlamlıq
PSS – psixi sağlamlıq sahəsi
SN – Səhiyyə Nazirliyi
ÜST – Ümumdünya Səhiyyə Təşkilatı
4
MÜNDƏRİCAT
Psixi sağlamlıq sahəsində (PSS) Milli Strategiya
6
Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi 6
PSS-də Milli Strategiyanın ümumi prinsipləri 10
PSS-də Milli Strategiyanın ümumi məqsədləri 11
Prioritet sahələr 11
Prioritet sahələrə uyğun gələn vəzifələr 12
Psixi sağlamlıq üzrə milli strategiyasının iqtisadi əsaslandırılması
19
Strateji Plan
24
I. PS və insan hüquqlarının qorunması sahələrində sektorlararası
qarşılıqlı fəaliyyətin tənzimlənməsi və inkişafının yaxşılaşdırılması 24
II. Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı 27
III. Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin profilaktikasına
yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi 30
IV. PSS xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası 32
V. PSS xidmətlərinin təkmilləşdirilməsi və ağır psixi pozuntuları olan
şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin
edilməsi 34
2011-2015-ci illər üçün prioritetlər 38
Əlavələr 40
SƏNƏDLƏRİN SİYAHISI 40
TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 41
2011-2015-ci İLLƏRİ ÜÇÜN PSİXİ SAĞLAMLIQ SAHƏSİNDƏ
FƏALİYYƏT PLANI
44
5
P
P
P
S
S
S
İ
İ
İ
X
X
X
İ
İ
İ
S
S
S
A
A
A
Ğ
Ğ
Ğ
L
L
L
A
A
A
M
M
M
L
L
L
I
I
I
Q
Q
Q
S
S
S
A
A
A
H
H
H
Ə
Ə
Ə
S
S
S
İ
İ
İ
N
N
N
D
D
D
Ə
Ə
Ə
M
M
M
İ
İ
İ
L
L
L
L
L
L
İ
İ
İ
S
S
S
T
T
T
R
R
R
A
A
A
T
T
T
E
E
E
G
G
G
İ
İ
İ
Y
Y
Y
A
A
A
Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi
Psixi pozuntular dünyanın istənilən ölkəsində, hər iki cinsin nümayəndələrində və hər
bir yaşda, sosial və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq meydana çıxır,
xəstələrin özünə və onların yaxınlarına çox böyük iztirablar gətirir. Eyni zamanda psixi
pozuntular bütün cəmiyyətin üzərinə düşən ağır yükdür və mütəxəssislərin
proqnozlarına görə bu yük get-gedə artmaqdadır. Belə ki, dünya statistikasına görə
əgər 2000-ci ildə psixi pozuntular üçün qlobal xəstəliklər yükü göstəricisi 12,1%-ə
bərabər idisə, 2020-ci ildə o, 15% təşkil edəcəkdir
1
. Psixi və davranış pozuntuları
təkcə iqtisadi deyil, həm də çox böyük ictimai itkilərlə – intiharlar, zorakılıq,
narkomaniya, yoxsulluq, evsizlik, stiqma (psixi xəstəliyin bir damğa kimi qəbul
edilməsi), ayrı-seçkiliklə bağlıdır.
Avropada psixi pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə Avropa
Regionunun 52 ölkəsinin nümayəndələri tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın
paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi
Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı qəbul edilmişdir. Həmin sənədə
görə "psixi sağlamlığın qorunması sahəsində tədbirlər görməyə imkan verən, bütün
əhalinin rifah səviyyəsini yüksəltməyə qabil olan, psixi sağlamlıq problemlərinin
qarşısının alınması və profilaktikasını təmin edən, həmçinin psixi problemləri olan
şəxslərin sosial inteqrasiyası və fəaliyyət imkanlarını genişləndirən strategiyalar və
qanunvericilik aktları yaxın beş-on il ərzində işlənib hazırlanmalı, tətbiq edilməli və
effektivliyi qiymətləndirilməlidir"
2
. Azərbaycan Respublikası da qeyd edilən
Bəyannaməyə imza atmış və onun əsasında tərtib edilmiş "Fəaliyyət Planı”nın yerinə
yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür.
Bundan başqa, Azərbaycan BMT Baş Assambleyasının 46/119 saylı 17.12.1991-ci il
tarixli "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının
yaxşılaşdırılması" Qətnaməsinin, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının,
"İşgəncələrin, qeyri-humanist, yaxud ləyaqəti alçaldan təhqiredici rəftarın və ya cəzanın
qarşısının alınması" haqqında Avropa Konvensiyasının (təsdiq edilmə tarixi
15.04.2002-ci il) həyata keçirilməsi üzrə öhdəlik daşıyır. Nəhayət, Ümumdünya
Psixiatriya Assosiasiyasına üzv olarkən Azərbaycanın səlahiyyətli nümayəndələri
tərəfindən "Psixiatriya praktikasında etik standartlar" üzrə 25.08.1996-cı il tarixli Madrid
Bəyannaməsi imzalanmışdır. Azərbaycanın bu sənədləri qəbul etməsi əhalinin psixi
sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətin planlaşdırılması üçün vacib
addımdır.
2007-ci ilin yayında SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ÜST-nin Azərbaycan
üzrə ölkə ofisinin birgə səyləri ilə Azərbaycanda psixi sağlamlıq sisteminin
qiymətləndirilməsi üzrə layihə həyata keçirilmişdir. Həmin layihəni yerinə yetirən
1
Ümumdünya Səhiyyə Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında hesabat, 2001. Psixi sağlamlıq: yeni
anlayış, yeni ümid. WHO, Geneva, 2001
2
Avropa ölkələri səhiyyə nazirlərinin konfransı. Psixi sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi:
Problemlər və onların həlli yolları, Helsinki 2005
6
tədqiqatçılar qrupuna PSS mütəxəssisləri, həmçinin ictimai səhiyyə və tibbi
qanunvericilik sahəsində mütəxəssislər daxil olmuşdu. Layihənin həyata keçirilməsi
gedişində psixi sağlamlıq sisteminin əsas problemlərini aydınlaşdırmağa və həmin
sahədə islahatların prioritetlərini müəyyən etməyə imkan verən böyük həcmdə faktiki
material toplanmışdır.
Əldə edilmiş məlumatlar göstərir ki, ölkənin siyasi və iqtisadi həyatında baş verən
müsbət proseslərə baxmayaraq, onların psixi sağlamlıq sahəsində mövcud olan
vəziyyətə təsiri kifayət qədər deyildir. Psixi sağlamlıq xidmətinin təşkili və quruluşu
təşkilati yanaşma, həddən artıq mərkəzləşmə, ixtisaslaşdırılmış yardımın üstünlük təşkil
etməsi, əhalinin real ehtiyaclarının yetərincə qiymətləndirilməməsi və xidmət çeşidinin
məhdudluğu kimi köhnə Sovet modelinə məxsus əsas xüsusiyyətləri özündə
saxlamaqdadır.
Tətbiq və nəzarət mexanizmləri axıra qədər tənzimlənmədiyi üçün müasir
qanunvericiliyin (“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu
3
2001-ci ildə qəbul edilmişdir) mövcudluğu onun həkimlər, psixiatriya müəssisələrinin
rəhbərləri, o cümlədən inzibati və məhkəmə orqanları tərəfindən yerinə yetirilməsinə
heç də həmişə zəmanət vermir, bu isə öz növbəsində pozuntular üçün şərait yarada
bilir.
Psixi sağlamlıq sistemi səhiyyə sektorunun psixiatriya müəssisələri çərçivəsində
qalmaqda davam edir, onun digər sektorlarla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinə
ehtiyac vardır. Azərbaycanda psixi xəstəliyə görə əlil şəxslərə mənzil, təhsil, iş və digər
sosial güzəştlərin verilməsini nizamlayan qanunlar artıq qəbul edilmişdir və bu
qanunların icra edilməsi psixi pozuntuları olan insanların sosial müdafiəsini əhəmiyyətli
dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir.
Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsi onun oynadığı əhəmiyyətli rola uyğun
gəlmir – bu sahədə göstərilən xidmətlərə ayrılan xərclər ümumi səhiyyə xərclərinin
təqribən 3%-ini təşkil edir
4
, Avropa regionunun əksər ölkələrində isə səhiyyə büdcəsinin
6-8%-i psixi sağlamlıq sahəsinə ayrılır. Bununla bərabər, Azərbaycanda maliyyə
vəsaitlərinin ambulator və stasionar yardım arasında bölüşdürülməsində də müəyyən
disbalans mövcuddur, belə ki, vəsaitlərin 85%-i psixiatriya xəstəxanalarının saxlanması
və fəaliyyətinə sərf olunur.
Azərbaycanda ixtisaslaşdırılmış yardım sistemində göstərilən xidmətlər daha çox
üstünlük təşkil edir
5
. İlkin tibbi yardım səviyyəsində PSS xidmətlərinin göstərilməsi ilkin
səhiyyə işçiləri üçün psixiatriya yardımı sahəsində hazırlıq proqramının tətbiq
olunmasını tələb edir. Eyni zamanda ümumi tibb və ixtisaslaşdırılmış psixiatriya
müəssisələri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq lazımdır.
3
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı 2001
4
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı. Azərbaycan Respublikasında psixi
sağlamlıq sistemi, Bakı 2007.
5
World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005.
7
Bütövlükdə psixiatriya çarpayıları sayının standartlara uyğun gəlməsinə baxmayaraq,
ölkəmizdə ümumi profilli xəstəxanalardakı psixiatriya çarpayılarının sayı
ixtisaslaşdırılmış psixiatriya xəstəxanalarının çarpayı fondundan əhəmiyyətli dərəcədə
azdır. Ümumi profilli xəstəxanalarda psixiatriya şöbələrinin açılması və eyni zamanda
psixiatriya xəstəxanalarının çarpayı fondunun ixtisar edilməsi Avropa regionu
ölkələrində mövcud olan müasir təmayüllərə daha çox uyğun gələcəkdir
5
.
Ölkədəki psixiatriya xəstəxanaları və şöbələri qısamüddətli və uzunmüddətli
hospitalizasiya müəssisələrinə bölünməmişdir. Ona görə də yardım göstərilməsi zamanı
vəziyyətinin ağırlıq dərəcəsi və xəstəliyinin davam etmə müddəti müxtəlif olan
pasiyentlərin fərqli tələbləri nəzərə alınmır.
2007-ci ildə keçirilən SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ÜST-nin Azərbaycan
üzrə ölkə ofisinin birgə səyləri ilə Azərbaycanda psixi sağlamlıq sisteminin
qiymətləndirilməsinə əsasən psixonevroloji dispanserlər 100000 nəfər əhali içərisindən
1092 xəstəyə tibbi xidmət göstərmişdirlər. Qeyd etmək lazımdır ki, onlardan 75%-ni kişi
və yalnız 25%-ni qadınlar təşkil etmişdir. Yerli adət-ənənələrdən irəli gələn
xüsusiyyətlərə görə, Azərbaycanda qadınlar bir qayda olaraq tibbi xidmət üçün
psixiatriya müəssisələrinə müraciət etmirlər, çünki psixi pozuntuları olan kişilərə
nisbətən qadınlara münasibətdə stiqma daha güclüdür.
Bir çox psixiatriya müəssisələrinin sanitar vəziyyətinin və maddi-texniki təchizatının
gücləndirilməsinə ehtiyac vardır. Psixiatriya müəssisələri tərəfindən göstərilən xidmətlər
əsasən dərman müalicəsi ilə məhdudlaşır. Alternativ yardım formaları – psixososial
reabilitasiya, psixoterapiya, hadisənin idarə edilməsi, ailəyə dəstək verilməsi, peşə
təhsili və s. – hələ ki ölkədə geniş şəkildə yayılmamışdır.
Uşaq və yeniyetmələrdə meydana çıxan psixi pozuntular zaman keçdikcə yaşlı əhali
arasında əlilliyin yaranmasına gətirib çıxara bilər. Ölkədə tütün məmulatları və alkoqollu
içkilərdən istifadə edən uşaq və yeniyetmələrin sayının artması qeyd olunur.
Azərbaycanın, narkotik maddələrin Asiyadan Avropa və MDB ölkələrinə daşınması üçün
istifadə olunan tranzit dəhliz zonasında yerləşməsi nəticəsində narkotik və psixoaktiv
maddələr qəbul edən uşaqların və gənclərin sayı artmaqdadır
6
.
Son zamanlar dünyada uşaqlara qarşı zorakılıq məsələlərinə ayrılan diqqət get-gedə
artmaqdadır
7
. Qeyd etmək lazımdır ki, son illər ərzində ölkədə uşaq və yeniyetmələr
arasında intihar hallarının sayı çoxalmışdır. Uşaq və yeniyetmələrə yardım göstərilməsi
üçün ölkədə 1 uşaq PND-i, 1 uşaq gündüz stasionarı, 1 uşaq və 1 yeniyetmə stasionar
şöbələri mövcuddur, lakin bu müəssisələrin hamısı Bakı şəhərində mərkəzləşmişdir.
Eyni zamanda uşağın doğulduğu andan tamdəyərli inkişafı və düzgün tərbiyəsinin təmin
olunması ilə bağlı valideynlərə məsləhətlər verən xüsusi mərkəzlərin və proqramların
yaradılmasına ehtiyac vardır. Bundan başqa psixi pozuntulardan əziyyət çəkən uşaqları
olan ailələrə sosial, tibbi və psixoloji yardımın təşkilinin təkmilləşdirilməsi lazımdır. Uşaq
və yeniyetmələr üçün psixi sağlamlıq sahəsində xidmətlərin inkişaf etdirilməsi psixi
6
United Nations Office on Drugs and Crime 2007 World Drug Report, UNODC, 2007
7
Dünyada uşaqlara qarşı zorakılığın tədqiq edilməsi üzrə hesabat, BMT, 2007
8
pozuntulardan əziyyət çəkən və qapalı uşaq müəssisələrində saxlanılan uşaqların
sayının azalmasına kömək etməlidir.
Psixi sağlamlıq sisteminin kadrlarla təmin olunmasında çatışmazlıq qeyd edilir.
Ölkəmizdə psixiatrların (100 000 nəfər əhali üçün 4), psixiatriya tibb bacılarının (100
000 nəfər əhali üçün 8,4), sosial işçilərin (100 000 nəfər əhali üçün 0,3) və klinik
psixoloqların (100 000 nəfər əhali üçün 0,2) sayı Avropa regionunda qəbul edilmiş
analoji göstəricilərdən geri qalır
8
.
PSS-nin bütün səviyyələrində kadrların peşəkar hazırlığı kifayət dərəcədə deyil. İnkişaf
etmiş ölkələrdə həkim-psixiatrların diplomdansonrakı təhsil müddəti 3-4 il təşkil edir.
Azərbaycanda səhiyyə sektorunda aparılmış islahatlar nəticəsində 2012-cu ildən
etibarən psixiatriya üzrə 2 illik rezidentura təşkil olunmuşdur. Uşaq/yeniyetmə və
məhkəmə psixiatriyası, herontologiya, psixoterapiya və digər sahələr üzrə ixtisaslaşma
mövcud deyil. Həmçinin tibb bacıları, klinik psixoloqlar, sosial işçilər və reabilitasiya
sahəsində mütəxəssislər üçün PSS üzrə tədris proqramları yoxdur. Azərbaycan dilində
müasir xüsusi ədəbiyyatın çatışmaması köhnəlmiş biliklərin saxlanmasına və peşəkarlıq
qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Ölkədə məlumatların toplanması və hesabatların verilməsi sistemi mövcuddur, lakin
hesabatlarda təqdim edilən informasiya PSS-də olan real vəziyyəti tam əks etdirmir. Bir
çox zəruri məlumatlar (məsələn, rayon poliklinikalarındakı psixiatrların fəaliyyət
göstəriciləri) yetərincə təhlil edilmir, ayrı-ayrı müəssisələrin hesabatları isə keyfiyyətinə
görə fərqlənir və müxtəlif informativ dəyərə malik olur. PSS-də epidemioloji tədqiqatlar
qeyri-sistematik şəkildə aparılır, eyni zamanda belə tədqiqatların yerinə yetirilməsi üçün
klinik epidemiologiya və sübutlara əsaslanan təbabət sahəsində mütəxəssislərin
çatışmaması qeyd edilir.
PSS-də qeyri-hökumət təşkilatlarının fəaliyyəti hələ kifayət edəcək inkişaf səviyyəsinə
çatmamışdır. Hazırkı dövrə qədər bu təşkilatlar dövlət tərəfindən lazımi dəstək
almırdılar, onların fəaliyyətinin maliyyələşdirilməsi isə qeyri-müntəzəm şəkildə yerli və
xarici donorların ayırdığı qrantlar hesabına baş verirdi. 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılmışdır, bu
şuranın fəaliyyəti QHT-lərin, o cümlədən PS məsələləri ilə məşğul olan təşkilatların işinə
yardım edilməsinə yönələcəkdir. Dünyanın bir çox ölkələrində mövcud olan istehlakçı
təşkilatlarının (pasiyentlərin və onların qohumlarının birlikləri) Azərbaycanda da
yaradılması xüsusi əhəmiyyət daşıyır. Hal-hazırda istifadəçilər və onların ailələri psixi
sağlamlıq qurumları tərəfindən qəbul edilən qərarlara təsir etmək və onların fəaliyyətini
qiymətləndirmək imkanına malik deyillər. İstifadəçilər və onların ailə üzvləri ilə
əməkdaşlıq və onların aktiv şəkildə cəlb edilməsi PSS-də uğurlu islahatların
aparılmasına kömək edəcəkdir.
8
World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005.
9
Dostları ilə paylaş: |