Qasim haciyev



Yüklə 2.9 Kb.
PDF просмотр
səhifə1/12
tarix03.02.2017
ölçüsü2.9 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycan Milli Elmlər Akademiyası 
A.A.Bakıxanov adına Tarix İnstitutu 
 
 
 
 
 
 
QASIM  HACIYEV 
 
 
 
 
 
 
 
BƏRDƏ  ŞƏHƏRİ 
  
COĞRAFİ, SİYASİ  VƏ  MƏDƏNİ  TARİXİ 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2008 

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov 
adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 
 
Elmi redaktor:        AMEA-nın müxbir üzvü, 
                                 t.e.d., professor Y.M.Mahmudov 
 
Rəyçilər:                  AMEA-nın müxbir üzvü, t.e.d., 
                                      professor İ.A.Babayev 
                                      t.e.d. T.M.Məmmədov 
                                      t.e.d., professor V.Z.Piriyev 
                            t.e.d., professor T.T.Mustafazadə 
                                     filol.e.d.  S.Ş.Nuriyev 
 
   Hacıyev Q.Ə.  
  Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. – Bakı, Un-
iPrint, 2008. – 250 s. 
 
Əsər Azərbaycanın qədim şəhərlərindən biri, ölkənin beş əsrə 
qədər paytaxtı olmuş, 2500 ildən artıq yaşı olan Bərdənin tari-
xinə həsr edilmişdir. Kitabın I cildində Bərdənin qədim dövrdən 
XIX  əsrədək tarixi öz əksini tapmışdır.  Əsərdə eyni zamanda 
Bərdənin yerləşdiyi tarixi ərazinin təbii-coğrafi xüsusiyyətləri, 
şəhərin tarixi yeri, təşəkkül dövrü, quruluşu, adının 
etimologiyası, ictimai-inzibati şəraiti,  əhalisinin etnik tərkibi 
işıqlandırılmışdır. 
Əsərdən Azərbaycan tarixinin tədrisində ali və orta ixtisas 
məktəblərinin müəllim və tələbələri, elmi işçilər və şəhər tarixi 
məsələləri ilə  məşğul olan tədqiqatçılar, ümumiyyətlə, 
tariximizlə maraqlananlar yararlana  bilərlər. 
Kitabın işıq üzü görməsində xüsusi roluna görə  vətənpərvər 
ziyalı, polis polkovniki Əbülfət Hacıyevə minnətdarlıq edirik.  
 
İSBN  978-9952-440-33-1 
© Q.Hacıyev, 2008 

 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN  XALQININ ÜMUMMİLLİ     LİDERİ 
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN UNUDULMAZ 
XATİRƏSİNƏ  İTHAF  EDİRƏM! 

 
 
 
 
 
 
Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə ma-
likdir. 
 
Düzü, mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük 
hörmət bəsləyirəm.  
  
Heydər Əliyev 
 
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
5
MÜƏLLİFDƏN 
 
   
2000-ci ildə Azərbaycan MEA A.A.Bakıxanov adına Ta-
rix İnstitutunun Elmi Şurasının qərarı ilə «Bərdə şəhərinin tarixi 
(e.ə. III əsr – b.e. XVIII əsri)» adlı monoqrafiya çap etdirdik və 
2006-cı ildə Azərbaycan MEA Tarix İnstitutunun Birləşdirilmiş 
Müdafiə  Şurasında həmin mövzuda doktorluq dissertasiyası 
müdafiə etdik. 
Ulu Öndər Heydər  Əliyevin «Düzü, mən qədim Bərdəni 
çox sevir və  bərdəlilərə böyük hörmət bəsləyirəm» sözləri hər 
bir bərdəli kimi  bizi  də ruhlandırdı  və bu mövzuya yenidən 
qayıtmağa sövq etdi. 
Onu da qeyd edək ki, Azərbaycanın qədim  şəhərlərindən 
biri olan Bərdənin tarixinin yazılması, eləcə də qədim və zəngin 
tarixə malik Qarabağ bölgəmizin tarixini hərtərəfli və  dərindən 
tədqiq etmək üçün “Qarabağ tarixi” şöbəsinin yaradılması da  
Ulu Öndərin tövsiyəsinin nəticəsidir. 
Heydər Əliyev həm tarixi yaradan və bu mənada tariximizi 
tarixlərə yazan dahi şəxsiyyət, həm də tarixi yazanlara arxa du-
ran rəhbərdi. 
Məlumdur ki, Bərdə  şəhərinin adı yazılı  mənbələrdə 
Albaniyanın paytaxtı kimi çəkilir. Bu məlumatdan başqa yazılı 
mənbə əldə edilmədiyindən və arxeoloji tədqiqatların  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
6
aparılmaması  səbəbindən Bərdə bir qayda olaraq tarixi 
ədəbiyyatda orta əsr  şəhəri kimi təqdim olunmuşdur. Lakin 
erkən orta əsrlərdə (V əsr) ölkənin paytaxtına çevrilmiş, iqtisadi 
və strateji cəhətdən  əlverişli olan bu şəhərin bünövrəsinin elə 
həmin vaxtda qoyulması versiyası tarixşünaslıqda haqlı olaraq 
birmənalı qəbul edilməmişdir. 
Əsrlər boyu qaranlıq qalmış tarixi sirləri açan, hətta 
mövcudluğunu itirmiş neçə-neçə  qədim  şəhərin tarixini mey-
dana çıxaran arxeologiyanın möcüzəvi imkanlarından lazımınca 
bəhrələnmədən, elə həmin mənada, Bərdədə aparılmış arxeoloji 
qazıntı nəticələrini nəzərə almadan, yəqin ki, biz də şəhərin min 
beş yüz il tarixə malik orta əsr şəhəri olması fikrilə razılaşmaq 
məcburiyyətində qalardıq. Başqa sözlə, Bərdədə aparılan arxeo-
loji qazıntılar nəticəsində yerin dərin qatlarında arxeoloji qayda-
qanunlarla izlənən mədəni təbəqələrin açılması, külli miqdarda 
qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi, şəhərin 
tarixinin yazılı  mənbələr və arxeoloji tədqiqatlar  əsasında 
hərtərəfli və kompleks  tədqiqini mümkün etdi və Bərdənin daha 
qədim dövrdə yaranması barədə yeni söz deməyə, onun 
inkişafını, günümüzədək intensiv yaşayış  məskəni olaraq 
qalmasını,  şəhərin siyasi, iqtisadi, ictimai, mədəni tarixini 
öyrənməyə  imkan yaratdı. 
«Qarabağın Bərdə  şəhəri qədim tarixə, zəngin  ənənəyə 
malikdir» deyən Ulu Öndər Heydər  Əliyevin qədim  şəhərin 
keçmiş  şöhrətinin özünə qaytarılmasına dair tövsiyələrini biz 
Bərdədə onun öz dilindən dəfələrlə eşitmişdik. Heç də təsadüfi 
deyil ki, Ulu Öndərin tövsiyələri zaman-zaman öz bəhrəsini 
vermiş  və verməkdədir. Bərdə  şəhərində Ulu Öndərin göstəriş 
və  tələbi ilə inşa edilmiş  nəhəng tikililər – mədəniyyət sarayı, 
vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə 
kompleksi, poçt-rabitə, mehmanxana binaları, zavod və 
fabriklər,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
7
ticarət mərkəzi, bazar kompleksi, məktəb binaları, xəstəxana və 
poliklinikalar, çoxmərtəbəli ictimai və  məişət xidməti binaları, 
körpülər və s. vaxtilə    şəhərin həyatını dövrün  inkişaf 
səviyyəsinə uyğun yeniləşdirmişdisə, bu böyük işləri layiqincə 
davam etdirən Azərbaycan Prezidenti cənab  İlham  Əliyevin 
şəxsi təşəbbüsü və göstərişi ilə son dövrlərdə burada tikilmiş 
olimpiya idman kompleksi, Heydər  Əliyev muzeyi, akademik 
Zərifə  Əliyeva adına orta məktəb, ictimai binalar, istehsal 
müəssisələri, salınmış parklar və görülmüş çoxsaylı abadlıq 
işləri və s. Bərdə üçün  daha geniş inkişaf perspektivləri 
açmışdır. Bütün bunlar Bərdənin müasir quruculuq tarixidir və 
gələcək xüsusi tədqiqatların mövzusudur. 
Bunlarla yanaşı, aşağıdakıları da qeyd etməyi özümüzə 
borc bilirik: 
Bərdənin qədim tarixini və  zəngin  ənənələrini yaşadan 
əhalinin gözündə doğma  şəhərin inkişaf edib çiçəklənməsində 
əvəzsiz tarixi rolu olan Ulu Öndər Heydər  Əliyev və  cənab 
İlham Əliyev misilsiz insanlardır. “Qarabağın bütün guşələri, o 
cümlədən Bərdə mənim üçün daha doğma, daha əzizdir” deyən 
Ulu Öndərin Bərdəyə  məhəbbəti ilə  Bərdəni Azərbaycanın 
dilbər guşəsi adlandıran, onun Azərbaycanda xüsusi yeri 
olduğunu, həmçinin hər bir azərbaycanlı üçün doğma yer, 
doğma məkan olduğunu vurğulayan cənab  İlham  Əliyevin 
Bərdənin çox inkişaf edib gözəlləşməsindən, abadlaşmasından 
keçirdiyi xüsusi fərəh arasında birbaşa bağlılıq var. Sürətlə 
inkişaf edən Bərdədə böyük işlər görülməsinə  şad olduğunu 
dəfələrlə bildirən cənab İlham Əliyev xalqımızın ümummilli li-
deri Heydər  Əliyevin Bərdəyə göstərdiyi qayğı  və xüsusi 
münasibətə  dərin hörmətlə yanaşdığını və buna sadiq olduğunu  
dönə-dönə nümayiş etdirir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
8
Bərdəlilər xalqımızın Ulu Öndəri Heydər Əliyevin yolunu 
saxlayanları, Heydər Əliyev kursuna  sadiq və etibarlı insanları 
da ağırlayır, yüksək qiymətləndirirlər. Bu cür ali keyfiyyətlərə 
malik insanlar hörmətli cənab Prezident İlham  Əliyevin 
komandasında yetərincədir. Bu komandada Heydər  Əliyev 
kursuna  sadiqliyi ilə seçilən və Qarabağ camaatının, eləcə  də 
bərdəlilərin xüsusi rəğbət bəslədiyi Heydər  Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, millət vəkili 
Mehriban xanım  Əliyevanı, Daxili İşlər Naziri cənab Ramil 
Usubovu qeyd etməmək, düşünürük ki, ilk növbədə elimizin 
istəyinə qarşı ədalətsizlik olar – el gözü tərəzidir. 
2006-cı ilin ortalarında Bərdə İH başçısının     AMEA-nın 
prezidenti akademik M.K.Kərimova Bərdə  şəhərinin salınma 
tarixi barədə məlumat almaq üçün müraciəti ilə əlaqədar olaraq 
AMEA Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, 
professor Y.M.Mahmudovun, Arxeologiya və Etnoqrafiya 
İnstitutunun direktoru tarix elmləri doktoru M.A.Rəhimovanın 
razılığı ilə tarixçi və arxeoloqlardan (AMEA-nın müxbir üzvü, 
t.e.d., professor İ.A.Babayev, t.e.d.Q.Ə.Hacıyev, t.e.d. A.M. 
Məmmədov) ibarət elmi-tədqiqat qrupu yaradıldı  və  Bərdə 
şəhərinin  əsasının qoyulduğu tarixi dəqiqləşdirmək məqsədilə 
şəhərin qədim yerində arxeoloji qazıntı işləri aparıldı.  
Bərdə şəhərinin 2500 il tarixə malik olması sübuta yetiril-
di. 
Təqdim olunan bu əsər «Bərdə  şəhərinin tarixi (e.ə. III 
əsr–b.e. XVIII əsri)» monoqrafiyasından fərqli olaraq 
Azərbaycanın  əzəli-əbədi torpağı olan Qarabağ bölgəsinin 
qədim  şəhəri Bərdənin yaranması  və inkişafına dair yeni 
materialların da daxil edildiyi antik, orta əsrlər və yeni dövr (e.ə. 
IV əsr – b.e. XIX əsri) tarixini əks etdirən ikicildliyin I cildidir.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
9
Üzərində  iş gedən II cild də yaxın zamanlarda işıq üzü 
görəcəkdir. 
Məqsədimiz doğma vətənimizin,  qədim və zən-gin tarixə 
malik  şəhərimizin tarixini obyektiv yazıb oxuculara təqdim 
etməkdir. Buna nə  dərəcədə nail olduğumuzu isə hörmətli 
həmkarlardan və oxuculardan eşitmək ümidindəyik. 
Yeri gəlmişkən, vaxtında araşdırılmaması  səbəbindən 
erməni ideyapərdazları pərxaşlıq yazılarında Bərdəni də uydur-
ma «Şərqi Ermənistan», «əzəli erməni torpaqları» daxilinə 
«qatmışlar» və bu saxtakarlıqları genişləndirməkdə davam 
edirlər. Söz yox ki, erməni təbliğatçılarının yazdıqları o qədər 
cəfəngdır ki, tarixdən az-çox xəbərdar olan hər kəs həmin 
yazıları oxusa, onların uydurma olduğunu  anlamaqda çətinlik 
çəkməz. 
Biz təmkin və dözüm nümayiş etdirərək ermənilərin 
yazdıqları  cəfəngiyatlara detallarına qədər cavab vermək 
fikrindən yan keçirik. Onlara ən tutarlı cavab Azərbaycanın 
Qarabağ bölgəsinin qədim şəhərlərindən biri olan Bərdənin ob-
yektiv, elmi mənbələrə əsaslanaraq yazlmış bu tarixidir. Güman 
edirik ki, onlar da bu əsəri oxuyub uydurduqları yalanlardan 
usanarlar –  beş min illik dövlətçilik tarixi olan türk 
torpaqlarında özlərinə qədim məskən axtarmazlar. 
 
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
10
GİRİŞ 
 
Azərbaycan dünyanın 
ən qədim yaşayış 
məskənlərindəndir. Azərbaycan həm də ulu tarixə malik şəhərlər 
diyarıdır. Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqti-
sadi və  mədəni mərkəzi – paytaxtı olmuş  Bərdədir. Bərdə orta 
əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən olmuşdur. 
Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və 
əsas inkişaf xüsusiyyətləri,  şəhərin quruluşu, ictimai həyatı, 
hərbi-strateji mövqeyi, inzibati-idarə üsulu, sənətkarlıq və 
ticarəti, mədəniyyəti, xarici əlaqələri və  şəhər həyatı ilə bağlı 
digər məsələlər tarix elmimiz üçün vacib, habelə mühüm elmi 
axtarışlar tələb edən məsələlərdir. 
Mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr 
əsasında aparılmış tədqiqat Bərdənin çoxəsrlik və zəngin tarixə 
malik olması qənaətinə gəlməyə imkan verir. Cənubi Qafqazda, 
qədim və beynəlxalq ticarət yollarının kəsişdiyi yerdə yaranaraq 
inkişaf etmiş  Bərdə  şəhəri Azərbaycan xalqının iqtisadi, siyasi 
və  mədəni həyatında mühüm rol oynamışdır.  Bərdə orta 
əsrlərdə, mənbələrin dili ilə desək, «Arranın anası» 
olmuşdur.Yeri gəlmişkən,  ərəb mənbələrində indiki Cənubi 
Azərbaycan “Azərbaycan”, Albaniya isə “Arran” 
adlandırılmışdır. 
Əsər Bərdə şəhərinin eramızdan əvvəl I minilliyin sonun-
dan bizim eranın XIX əsrinədək tarixini əks etdirir. Bu  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
11
dövr Bərdə  şəhərinin yaranma, formalaşma, inkişaf 
mərhələlərini  əhatə edir. Şəhərin yarandığı  və  fəaliyyət 
göstərdiyi antik və orta əsrlər dövrü tarixinin tədqiqinə 
qanunauyğun bir maraq oyanır. Bu baxımdan qeyd olunan xro-
noloci çərçivə daxilində  Bərdənin ümumi tarixini elmi əsasda 
tədqiq etmək mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycanda  şəhər tarixinin tədqiqinə son dövrlərdə 
başlanılmışdır. Bu, hər  şeydən  əvvəl  ümummilli liderimiz   
Heydər  Əliyevin vaxtilə verdi-yi göstəriş  və  qərarları ilə 
bağlıdır. Ulu Öndərin imperativ şəkildə dediyi «Azərbaycanın 
qədim  şəhərlərinin tarixi öyrənilməlidir» fikri tarixçiləri 
ruhlandırdı, onların qarşısında böyük məsuliyyət qoydu, bu 
səpkidə mövzuların tədqiqinə diqqəti artırdı. Bu baxımdan Ulu 
Öndər Heydər  Əliyevin «Tariximizin hər səhifəsi bizim üçün 
əzizdir», «Xalq gərək daim öz kökünü xatırlasın» aforizmlərinin 
də böyük təsiri oldu. 
Azərbaycanın qədim və orta əsr  şəhərlərinin müxtəlif 
aspektdə öyrənilməsi  şəhər tarixşünaslığımızın bir çox 
problemlərinin üzərinə  işıq salmışdır. Azərbaycan tarixçiləri 
arasında şəhər tarixi problemi ilə məşğul olan böyük bir alimlər 
ordusu formalaşmışdır (S.B.Aşurbəyli, M.X.Heydərov, 
H.Ə.Ciddi, Q.M.Əhmədov, S.M.Onullahi, İ.A.Babayev, 
N.M.Vəlixanlı, V.H.Əliyev, T.M.Məmmədov, A.B. Nuriyev, 
Ş.F.Fərzəlibəyli, R.İ.Məmmədov,  İ.M.Cəfərzadə,  İ.N.Əliyev, 
F.V.Qədirov, R.M.Vahidov,  E.Q.Mirzəyeva və b.). Onların 
əsərləri, arxeoloji qazıntılar, yazılı mənbələr əsasında apardıqları 
elmi tədqiqatları  həm bütövlükdə    tarixşünaslıq, həm də 
Azərbaycan  şəhərlərinin öyrənilməsi baxımından böyük 
əhəmiyyətə malikdir. Həmin  əsərlər sırasına daxil olan 
İ.M.Cəfərzadənin «Köhnə  Gəncənin tarixi-arxeoloji oçerki», 
İ.H.Əliyev və F.V.Qədirovun «Qəbələ», H.Ə.Ciddinin «Orta əsr 
Şamaxı şəhəri IX-XVII əsrlərdə», R.M.Vahidovun «Mingəçevir  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
12
III-VIII  əsrlərdə», M.X.Heydərovun «Şəhərlər və  şəhər 
sənətkarlığı», «XIII-XVII əsrlərdə Azərbaycan  şəhərlərində so-
sial-iqtisadi münasibət və  sənətkarlıq təşkilatları», S.B.Aşur-
bəylinin «Bakı  şəhərinin tarixi», Q.M.Əhmədovun «Orta əsr 
Beyləqan  şəhəri», «Qədim Beyləqan», S.M.Onullahinin «XIII-
XVII  əsrlərdə  Təbriz  şəhərinin tarixi», İ.B.Babayevin «Qafqaz 
Albaniyasının antik şəhərləri», V.H.Əliyevin «Qədim 
Naxçıvan», R.İ.Məmmədovun «Naxçıvan  şəhərnin tarixi oçer-
ki», F.Ə.Əliyevin «XVIII əsrin ikinci yarısında Azərbaycan 
şəhərləri» və  Ş.F.Fərzəlibəylinin «Quba tarixi» Azərbaycan 
tarixşünaslığında mühüm yer tutur (adı çəkilən   əsərlərə     dair 
mənbə  və  ədəbiyyat göstəricisində kifayət qədər məlumat 
verilmişdir). 
Bərdə  şəhərinin tarixinin problem olaraq tarixşünaslığını 
araşdırmağa başlamamışdan öncə  əvvəldə qeyd etdiyimiz bir 
məsələni təkrarən diqqət mərkəzinə çəkmək istərdik. Bu da on-
dan ibarətdir ki, son vaxtlara qədər yazılı  mənbələrin azlığı  və 
arxeoloji tədqiqatların kifayət qədər aparılmaması  səbəbindən 
Bərdə şəhərinin tarixi dərindən öyrənilməmiş, elə  bu səbəbdən 
də  Bərdə elmi ədəbiyyatda  orta əsr  şəhəri kimi təqdim 
edilmişdir. Odur ki, biz   problemin öyrənilmə dərəcəsini təhlil 
edərkən tarixşünaslığın araşdırılmasında təkcə yazılı mənbələrlə 
kifayətlənməmiş,  təhlili ilk dəfə olaraq yazılı mənbələrdə  əldə 
edilən məlumatlardan, Bərdə 
şəhərinin arxeoloji 
materiallarından və qlobal şəhər probleminin öyrənilməsi 
təcrübəsindən istifadə etməklə aparmışıq. Bu baxımdan mono-
qrafiyada təkcə Azərbaycanın deyil, keçmiş SSRİ  məkanına 
daxil olan şəhərlərin, eləcə  də Asiya və Avropanın bir çox 
şəhərlərinin tarixinə dair əsərlərə, o cümlədən Yaxın və Orta 
Şərq ölkələrinin şəhər problemlərinə dair elmi ədəbiyyata geniş 
nəzər yetirilmişdir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
13
Bərdənin tarixinin öyrənilməsinə son dövrlərdə 
təşəbbüslər göstərilsə  də  hərtərəfli tədqiqatlar aparılmamış, 
yalnız müxtəlif səpkidə kiçik həcmli bir sıra  əsərlər çap 
edilmişdir. Həmin  əsərlər  şəhərin arxeoloji tədqiqinə  həsr 
edilmiş kitab (322), tarixi-arxeoloji oçerk (154) və orta əsrlər 
dövrünə aid dərs vəsaitindən (90) ibarətdir. Bərdə şəhərinin ta-
rixi probleminə bir namizədlik dissertasiyası həsr edilmişdir ki, 
burada da əsasən  şəhərin gil qab məmulatı öyrənilmişdir (9). 
A.B.Nuriyevin «Orta əsr Bərdə şəhəri»  kitabı Bərdə şəhərində 
1984-1985-ci illərdə arxeoloqun özünün rəhbərlik etdiyi arxeo-
loji ekspedisiyanın aşkarladığı materiallar əsasında yazılmışdır 
(322). Həmin kitabda Bərdənin orta əsrlər tarixinə  qısa  şəkildə 
toxunulmuş,  əsasən qazıntı zamanı müxtəlif mədəni təbəqədən 
aşkar edilmiş arxeoloji məmulatların təsnifatı verilmişdir. 
Bərdənin sonuncu arxeoloji tədqiqatlarına həsr edilmiş əsər A.B. 
Nuriyev və  Ə.H.Babayevin birgə yazdıqları «Bərdə  şəhərinin 
tarixi-arxeoloji oçerki»dir (2001-ci il). Əsər Bərdənin arxeoloji 
tədqiqini əks etdirmək baxımından əhəmiyyətlidir (136).  
Son dövrlərdə özlərinə  vətən tarixi yaratmaq istəyən 
erməni «tarixçiləri» Bərdəni də uydurma «böyük Ermənistan»a, 
«Şərqi Ermənistan»a daxil etmiş, guya onlara məxsus qədim 
yaşayış məskəni olması barədə iddialar irəli sürmüşlər. 
2006-cı ilin iyun ayında yaradılmış ekspedisya (bax: 
səh.8-9) Bərdə  şəhərinin qədim yeri hesab edilən «Şortəpə» 
abidəsində arxeoloji tədqiqat işləri apardı.   100 kv.m sahədə 
aparılan qazıntı 5 metr dərinliyə qədər davam etdirilərək mədəni 
təbəqənin stratiqrafiyasını müəyyənləşdirdi. Arxeoloji tədqiqat 
işləri zamanı  Bərdə  şəhərinin antik dövr tarixini öyrənmək 
baxımından maraqlı maddi mədəniyyət materialları aşkar edildi. 
Belə ki, qədim dövrə aid təbəqədə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
14
çay daşı və çiy kərpiclə tikilmiş divar qalıqları açıldı. Həmçinin 
müxtəlif təyinatlı və rəngarəng saxsı məmulatı, o cümlədən küp, 
kuzə tipli qab, bardaq, kasa, döyrə, boşqab tipli təsərrüfat, 
məişət və süfrə qabları, həmçinin kiçik həcmli metal əşya və 
şüşə qırıqları, eləcə də kirəmit, dən daşları, metal ərintisi, ocaq 
yerləri, habelə  təsərrüfat məhsullarının (arpa, buğda, darı) 
çürüntüləri və s. aşkar edildi (15). Bərdə şəhərinin qədim tarix-
inin öyrənilməsində xüsusi əhəmiyyətə malik olan bu maddi ma-
teriallar, qeyd etdiyimiz kimi, şəhərin tarixinin 2500 il oldu-
ğunu sübutlarla təsdiqlədi. 
Beləliklə, təqdim olunan bu əsər eyni zamanda 
Azərbaycanın bir çox şəhərləri, o cümlədən Bərdə haqqında 
əsassız iddialara, yəni Bərdə  şəhərinin guya nə vaxtsa 
ermənilərə məxsus olmasına dair saxta tədqiqatlara  cavabdır. 
Azərbaycan tarixinin şəhər tarixi ilə bağlı problemlərinin 
həllinin xüsusi əhəmiyyəti məsələsinə qayıdaraq bir daha qeyd 
edirik: Respublikamız yenidən müstəqilliyini  əldə etdi. Tarixi 
təhriflərin, çatışmazlıqların aradan qaldırılması üçün əlverişli 
şəraitin yarandığı bir dövr başlandı. Belə bir şəraitdə xalqımızın 
formalaşmasında, onun ictimai-iqtisadi, siyasi və  mənəvi 
varlığının möhkəmləndirilməsi və inkişaf etdirilməsində mühüm 
rol oynamış qədim şəhərlərin tarixinin öyrənilməsi, o cümlədən 
Azərbaycan torpaqlarının tarixi taleyinin böyük bir dövrünü 
özündə qoruyub saxlamış  Bərdə  şəhərinin tarixinin elmi 
əsaslarla, hərtərəfli, kompleks  öyrənilməsi, fikrimizcə, bir çox 
mürəkkəb və az tədqiq olunmuş problemlərin, Azərbaycanda 
yaranmış ictimai quruluşların, dövlətçilik formalarının müfəssəl 
və dərindən öyrənilməsini, diyarın daxili bazar münasibətlərinin 
formalaşması prosesini, azərbaycanlıların digər xalqların 
nümayəndələri ilə qonşuluq, iqtisadi  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
15
və  mədəni əlaqələrinin mənbəyini və s. aydınlaşdırmağa zəmin 
yaradır. 
Eyni zamanda doğma diyarın təbiəti, tarixi abidələri, 
xalqın iqtisadiyyat və mədəniyyətdə nailiyyətləri ilə tanışlıq in-
sanlarda Vətənə  məhəbbəti, xalqımızın mübariz ənənələrinə 
sədaqəti  şərtləndirir. Tədqiqat  əsasında elmi dövriyyəyə daxil 
edilmiş materiallar, milli özünüdərkin, milli iqtisadi, sosial və 
siyasi təfəkkürün formalaşmasında faydalı ola bilər. 
Bunlarla yanaşı, daha bir qeyd: müəllif Bərdə şəhərinin ta-
rixinin təqdim edilən  əsərdə birdəfəlik və tam şəkildə 
öyrənildiyini iddia etmir. Bərdə  şəhəri geniş miqyaslı arxeoloji 
tədqiqini hələ gözləyir. 
 
 
 
                                    

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
16
I FƏSİL 
 
BƏRDƏ ŞƏHƏRİNİN TARİXİ ƏRAZİSİ,  
TƏŞƏKKÜLÜ VƏ ADININ ETİMOLOGİYASI 
1.1. Bərdənin yerləşdiyi tarixi ərazi və onun təbii-
coğrafi xüsusiyyətləri. 
 
Bərdə  şəhəri dünyanın  ən qədim insan məskənlərindən 
olan Azıx yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər 
çayları arasında salınmşdır. 
Bərdə  ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata 
yunan və latın mənbələrində – Strabonun coğrafi təsvirində 
(354), Ptolemeyin «Coğrafiya dərsliyi»ndə (286), Böyük Pli-
niyin «Təbiət tarixi»ndə (342) rast gəlinir. Albaniyaya aid həmin 
təbii-coğrafi təsvirlər,  şərhlər qədim Bərdə  ərazisinin təbii-
coğrafi  şəraiti və eyni zamanda təbiətinin özünəməxsus 
xüsusiyyətləri haqqında ümumi nəticə  çıxarmağa imkan verir. 
Bu baxımdan Strabonun (e.ə. 64/63 – b.e. 23/24) «Coğrafiya» 
əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və 
hidronimlərinə aid məlumatlar böyük maraq doğurur (354, 
k.11). 
I  əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında 
danışarkən qeyd edir: «Çay suları daşarkən sahilləri daşlarla 
doldururdu» (354, k.11. b.4). Çox güman ki, həmin  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
17
fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloci 
qazıntılar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su seli-
nin yuduğu yerlərdə yarğanlar  əmələ  gəlmiş  və çay qumu 
təbəqələri əraziyə yayılmışdır (149). 
Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha 
əlverişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı 
daşarkən sahillərinin subasması bir neçə kilometrə qədər çatırdı. 
Bəlkə də buna görə Bərdə şəhəri Kür çayının lap sahilində deyil, 
bir qədər aralıda salınmışdır. Bu barədə müəyyən mülahizələr 
söyləmək mümkündür. Ərazinin hidronomiyası  və digər təbii 
xüsusiyyətləri göstərir ki,  Kür tarixən bol sulu, coşqun axan çay 
olmuşdur. Mənbəyini uzaqlardan götürən, sürətlə axan bu çay 
düzən ərazilərdə məcrasından çıxaraq sahillərindəki meşəlik və 
kolluqları yuyub aparır, yerində göllər və təbii kübrələnmiş tor-
paqlar qalırdı. Bu da əkinçilik – taxılçılıq və bostançılıq üçün 
əlverişli idi. Kürün sularından təbii və süni suvarma 
sistemlərində istifadə etməklə  təsərrüfat yaradılması  əlverişli 
olsa da çayın düzənlik hissəsində, onun lap kənarında  şəhər 
bünövrəsi qoymaq əlverişli deyildi. 
Tərtər çayı isə  mənbəyini Bərdədən çox da uzaqda ol-
mayan Qafqaz dağlarından götürərək iti və güclü axını ilə 
daşları yuyub gətirən coşqun dağ çayı olmuşdur. O, daşıb 
sahillərini basır, bəzən məcrasını da xeyli məsafədə birdəfəlik 
dəyişirdi. Çayın yatağı  ətrafında həmin izlər indi də 
qalmaqdadır. Hətta çayın yatağının və onun üzərindəki 
körpünün yerləşməsindən ilk baxışda çayın vaxtilə hansı 
istiqamətdə axdığını müəyyənləşdirmək mümkün olmur. Tərtər 
çayının  yaz fəslində gur sulu olduğunu və sürətlə axdığnı 
görənlər, onun həmin vaxt daşarsa, hər hansı bir yeri – şəhər və 
ya kəndi bir anda yuyub apara biləcəyini təsdiq edə bilərlər. An-
caq bütün bunlarla yanaşı, hər iki çayın resurslarından geniş 
istifadə edildiyi güman olunur. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
18
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) 
Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və 
onun qollarından bəhs edir (342, k. 4). Yeni eranın II əsrində 
yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 
şəhərin və 5 çayın adını çəkir (286, k. 5). 
Bu məlumatlar Bərdənin yerləşdiyi təbii-coğrafi  ərazi 
haqqında tarixi mənbədə verilən ilkin və qiymətli məlumatlardır. 
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan VII 
əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı  Bərdə  ərazisi 
haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı  məlumatlar 
verir. Əsərinin əvvəlində Albaniyanın coğrafi yeri və təbiətindən 
bəhs edən M.Kalankatlı göstərir ki, bu ölkənin paytaxtı  Bərdə 
şəhəridir (136, k.1, f.4). M.Kalankatlı  əsərinin sonrakı 
bölmələrində  də  bəzi hadisələri  şərh edərkən Bərdə  ərazisinin 
təbiəti haqqında geniş təsəvvür yaradır. Məsələn, o, III Vaçaqan 
dövründə Kürsahili qalın meşələr, şəhərətrafı bağlar, istirahət və 
ov yerləri haqqında, həmçinin Kür çayının təbii xüsusiyyətləri, 
onun sahillərinin vətəgələr üçün yararlılığı barədə, bölgənin təbii 
şəraiti, sərvətləri və təsərrüfatı haqqında məlumatlar verir (136, 
k.1). M.Kalankatlı yazır: «Dağlararası düzləri keçib (Viro və 
digərləri nəzərdə tutulur – Q.H.) Uti vilayətinin gözəl, hamar və 
bərəkətli düzənliklərinə enəndə,...» (136, k.2, f.14). Burada 
verilən təbii-coğrafi  ərazi təsviri Bərdə  ərazisinin   təsviridir. 
Bərdənin təbii şəraiti haqqında buna bənzər məlumatlara əsərin 
başqa yerlərində də rast gəlinir. 
Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın 
və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilində 
olan mənbələrdə də dəyərli məlumatlar vardır. Həmin mənbələr 
əsasən coğrafiyaşünasların və  səyyahların  əsərləri olduğundan, 
onlardan da Bərdənin təbii-coğrafi xüsusiyyətlərinə dair 
məlumat almaq mümkündür. Fars  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
19
dilində yazılmış «Hüdud-əl-aləm»də bildirilir ki, «...Bərdə 
böyük və  zəngin  şəhərdir. O, Arranın paytaxtı  və bu əyalətin 
şahının daimi iqamətgahıdır. Orada, onun ətrafında meyvə  və 
taxılla zəngin olan geniş, çiçəklənən  əkinlər var. Orada tut 
ağacları çoxdur» (97, s. 36). 
Ərəb müəllifləri də  Bərdənin təbii-coğrafi  ərazisi və s. 
barədə maraqlı məlumatlar verirlər. Məsudi bildirir ki, «Kür çayı 
Tiflis ölkəsindən və Curzan torpaqlarından, Suqdəbil 
şəhərindən, sonra isə  Bərdə vilayətindən axır» (302, s.33). O, 
daha sonra qeyd edir ki, «Kür öz yolunu Bərdənin üç 
milliyindən (1 coğrafi mil 7640 m.-ə, 1 mil 2-3 km-ə bərabərdir 
– Q.H.) davam etdirir və onun əyalətlərindən biri olan 
Beyləqanın yanından keçir» (302, s.58). Əbu-Duləf Bərdədə 
müalicə əhəmiyyətli isti su bulaqlarından danışır (173, s.75-85). 
Əl-Fəqih Bərdənin təbii sərvətlərindən bəhs edərək yazır: «Ar-
randa civə, mis kuprosu, mis və gümüş-qurğuşun yatağı vardır. 
Ora yerli fıstıq, şabalıd və çox gözəl şeylər düzəldilən tozağacı 
ağacları ilə zəngindir; həmin tozağacı ağacları Bərdə ölkəsindəki 
ağac və kollarla zəngin olan qalın meşələrdədir. Ər-Rəhman ad-
lanan bu meşə Xəzərə qədər uzanır və Xavarəzm ölkəsinə daxil 
olur» (267, s.39). İbn Rusta isə qısaca olaraq qeyd edir ki, «Kür 
çayı Alanlar ölkəsindən axır, Tiflis və Bərdənin yanından keçir, 
Təbəristan dənizinə tökülür» (266, s.35). İstəxri Bərdənin təbii 
xüsusiyətlərinə görə digər şəhərlərdən fərqləndiyini qeyd edərək 
yazır ki, «Arranda Bərdə, Bab əl-Əbvab və Tiflisdən böyük 
şəhər yoxdur (173, s.89). Beyləqan, Varsan, Bərdinc, Bərzənc, 
Şamaxı, Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki, Cənzə, Şəmkir, 
Xunan böyüklüyünə, çiçəklənməsinə  və  məhsullarına görə çox 
da diqqəti cəlb edən  şəhərlər deyil. Kür çayının suyu şirin, 
sağlam və yüngüldür» (8, s.110-117; 173, s.85-102; 270, s.21). 
İstəxri xüsusi olaraq bildirir ki, Bərdə «sağlam iqlimli,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
20
münbit, çoxlu əkin sahəsi və bol meyvəsi olan yerdir. İraqla Xo-
rasan arasında Rey və İsfahandan sonra Bərdədən daha münbit 
(torpaqlı),  əlverişli mövqe tutan bir şəhər yoxdur. Buradan 
(Bərdədən – Q.H.) bir fərsəxdən də az məsafədə, onunla yaxşı 
münasibətdə olan əl-Əndərab adlanan yer vardır. Bura Kərnə, 
Ləsub və  Yəqtan arasındadır və sahəsi bir günlük yol ərazisini 
tutur. Bura hər cür meyvəli bostan və bağlarla doludur» (173, 
s.88; 147, s.151; 270, s.9). İbn Hövqəl Bərdənin təbii şəraiti və 
ərazisinin təbii xüsusiyyətləri haqqında belə  məlu-mat verir: 
«Bərdə şəhərinə gəldikdə, bura Ümmu-l Randır (Arranın anası) 
(paytaxtı) və bu yerlərin ən yaxşısıdır... Bura parlaq vəziyyətdə 
və çox yaxşı haldadır. Bu isə onun saf havasından, 
məhsuldarlığından,  əkinlərin, meyvə  ağaclarının və çayların 
çoxluğundan irəli gəlir. Rey və  İsfahandan sonra İraqla 
Təbəristan arasında Bərdətək böyük və  məhsuldar, tutduğu 
mövqe və xəzinəyə verdiyi gəlirə görə yaxşı yer yoxdur» (173, 
s.108; 181, s.86). Müqəddəsinin məlumatı: «O ki qaldı Arrana, 
o, vilayətin üç hissəsini, Arras çayı ilə  dəniz arasındakı 
yarımadanı tutur, Məlik (Kür) çayı vilayəti ortadan bölür. Onun 
paytaxtı  Bərdə  şəhəridir. Bərdə baş  şəhərdir... Bərdədə  şəhəri 
kəsib keçən çay var, Kür çayı isə  şəhərdən iki fərsənglikdədir. 
Bərdə gözəl şəhərdir» (173, s.125-140; 302, s.7). İstəxri və İbn-
Xordadbeh Arran və Kürlə  bərabər Kərnə (Gərnə) sözlərini 
işlədir ki, bu da Bərdənin toponimlərinə aid məlumatı 
zənginləşdirir (173, s.88; 269, s.11). 
Bərdənin coğrafi yeri haqqında  İbn Rusta bildirir ki, 
«Adərbaycan: … Bərdaa, Nəşəva, Sisacan, Arzan, Xilat beşinci 
iqlimdədir» (266, s.43). 
Yaqut əl-Həməvinin yazdığına görə, «Kitab əl məlhəmə» 
əsərinin müəllifi danışıb ki, Bərdə şəhəri yetmiş doqquz dərəcə 
otuz dəqiqə uzunluq, qırx beş dərəcə en  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
21
dairəsində, altıncı iqlimdə yerləşir. Əbu Avn isə öz astronomik 
cədvəlində  Bərdəni beşinci iqlimin yetmiş  dərəcə uzunluq və 
qırx üç dərəcə endə göstərir (40, s.150-154; 382, s.134). Əl-
Biruni (X-XI əsrlər) «Məsud cədvəli»ndə  Bərdəni beşinci 
iqlimdə göstərir və qeyd edir ki, Bərdə Kür çayı yaxınlığındadır 
(8, s.146). 
Əl-İdrisi coğrafi ərazilər haqqında danışarkən qeyd edir ki, 
«Beşinci iqlimin altıncı hissəsinin  əhatə etdiyi yerlərə... 
Azərbaycanın bəzi  şəhərləri və bütün Arran daxildir. Biz buna 
Bərdə şəhərinin təsviri ilə başlayırıq. Çünki bura Arran ölkəsinin 
paytaxtıdır. Bu şəhər çox böyükdür, onun uzunluğu 3 milə 
qədərdir, eni də bundan az deyildir» (173, s.150). 
Həmdullah Qəzvini də Bərdəni beşinci iqlimə aid edir və 
göstərir ki, Bərdənin «yerləşdiyi coğrafi yer uzunluğu 80, eni 40 
dərəcə 20 dəqiqədədir...» Sonra müəllif yazır: «Suyu kiçik çay-
dan götürürlər ki, o da Tərtər (adı ilə) tanınır» (370, s.22). 
Həmdullah Qəzvini Bərdə  şəhərinə  məxsus olan yay 
iqamətgahından da bəhs edir:  «Hərik –  Bərdəyə yaylaq (yay 
iqamətgahı) kimi qulluq edir və o çox cazibədar və gözəl yerdir, 
bulaq suları, zəngin yaşıllıq və ov üçün yerlərlə zəngindir. Bərdə 
əhalisi yayda oraya gedir, qışda isə şəhərə qayıdır» (370, s.22). 
Məcdəddin  əl-Hüseyni (Məcidi) də (XVI əsr) Bərdənin  
beşinci iqlimə aid olduğunu qeyd edir (399, s.104). 
Bərdənin koordinatları  Nəsirəddin Tusinin və Uluqbəyin 
astronomik bölgülərə aid cədvəlində də verilmişdir (8, s.20). 
Bərdə şəhərinin gözəlliyinin təsvirinə Nizami Gəncəvinin 
«İskəndərnamə» poemasında da rast gəlirik: 
 
«Bərdə nə gözəldir, necə qəşəngdir, 
Yazı da, qışı da güldür, çiçəkdir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
22
İyulda dağları lalələr səpər, 
Qışını baharın nəsimi öpər. 
O yaşıl meşəsi cənnətə bənzər, 
Şən ətəklərinə bağlamış kövsər. 
Söyüdlük çöllərə vermişdir zinət, 
Ağ bağı elə bil həqiqi cənnət. 
Qırqovul yuvası hər sərv ağacı, 
Oxuyur kəkliyi, ötür turacı. 
Səssizlik içində dincəlir gülşən, 
Torpağı silinmiş qayğı, kədərdən. 
Reyhanı yaşıldır illər uzunu, 
Hər çeşid naz-nemət bürümüş onu. 
Yem üçün quş gələr bu gözəl yurda, 
İstəsən «quş südü» taparsan burda. 
Torpağı yoğrulmuş qızıl suyundan, 
Elə bil hər yanda bitmiş zəfəran. 
O yaşıl yerləri dolaşıb gəzsən, 
Şənlikdən başqa bir xəyal görməzsən»  
(147, s.372).   
 
Bərdəni tərənnüm edən ulu şair bu zəngin  şəhərin 
yerləşdiyi məkanın bənzətmə  və poetik ümumiləşdirmələrlə 
mənzərəsini yaratmışdır. 
Nisbətən son dövrün mənbələrində  də  Bərdə haqqında 
məlumatlar verilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov 
Bərdənin öz dövründəki görkəmi və  vəziyyəti haqqında qısa 
məlumat vermışdır (208, s.49). 
Yusif Vəzir Çəmənzəminli qeyd etmişdir ki, «min sənə 
əvvəl Bərdə bağlı-bağçalı, gözəl bir şəhər idi. Çoxlu hamamlar, 
karvansaralar, bazarlar şəhəri zinətləndirirdi...» (20, s.27). 
Qədim tarixi mənbələrin və  tədqiqat  əsərlərinin 
araşdırılması nəticəsində belə bir qənaətə gəlmək olur ki, Bərdə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
23
Qafqaz Albaniyasının geniş düzənlik  əraziyə,  əkinə yararlı tor-
paqlara, təbii və süni su hövzələrinə, malik olan Uti nahiyəsində, 
Kür çayı ilə  Tərtər çayının arasında yerləşmişdir.  İki tərəfdən 
çaylar, digər tərəflərdən böyük göl və ucsuz-bucaqsız meşələr, 
otlaqlar, əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin, 
eyni zamanda Albaniyanın mərkəzində yerləşmiş,  ətrafda olan 
həm düzənlik, həm də dağlıq hissələrin təbii sərvətləri ilə 
əhatədə olmuş,  əhali qeyd edilən təbii  şərait və  sərvətlərdən 
bəhrələnmişdir.  Ərazicə beşinci iqlimdə yerləşən, təbii-coğrafi 
cəhətdən özünəməxsus müsbət xüsusiyyətlərə malik olan 
Bərdədə müxtəlif təsərrüfat növləri inkişaf etmiş, burada 
sənətkarlığın meydana çıxmasına zəmin yaranmış və bütün bun-
lar şəhərin əmələ gəlməsi və inkişafında mühüm rol oynamışdır. 
Beləliklə,  əlverişli təbii şəraitə  və strateji mövqeyə malik 
olan Bərdə  ərazisində  təsərrüfatın, sənətin yüksək  inkişafı 
zəminində şəhər əmələ gəlmişdir (31, s.25; 44, s.149; 51, s.45; 
96; 112, s.15; 206, s.18; 241, s.12; 279, s.14; 294, s.15; 342). 
İindiki Bərdə  şəhərinin  şimal-qərbində yerləşən «Şortəpə» e.ə. 
III minillikdə yaşayış  məskəni, e.ə. IV əsrdən etibarən  şəhər 
olmuşdur. 
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə