Qasim haciyev


Bərdə Mehranilərin hakimiyyəti dövründə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix03.02.2017
ölçüsü1,62 Mb.
#7295
1   2   3   4   5   6   7   8   9   ...   12

 2.2. Bərdə Mehranilərin hakimiyyəti dövründə.  
 
Azərbaycanın (Albaniyanın), o cümlədən Bərdə şəhərinin 
tarixinin mühüm bir dövrü (VII əsr) Mehranilər sülaləsinin 
hakimiyyəti ilə bağlıdır. Sasanilər imperiyasının bir hissəsi olan 
Azərbaycan (Cənubi Azərbaycan)  ərəblər tərəfindən işğal edil-
diyi zaman, Azərbaycanın  şimalında (Albaniyada) Mehranilər 
nəslinin idarə etdiyi müstəqil dövlət var idi. (136, k.2, f.13). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
58
Mənbələrdə  və tarixi ədəbiyyatda Mehranilərin Alba-
niyaya gəlməsinin səbəbi və digər hadisələr barədə müxtəlif 
fikirlər mövcuddur (15; 96; 296). Bu barədə M.Kalankatlının  
məlumatı: «Xosrovun qohumu Mehran qaçıb ona sadiq olan 
ölkənin vilayətlərini öz hakimiyyəti altına keçirdi və Albaniyaya 
getdi. O, özü ilə 30 min ailə aparıb böyük Bərdə  şəhərinin 
yaxınlığında Uti vilayətinə daxil oldu və sonra xəzərlərin 
ölkəsinə gedərək, Sasanilərin bu düşmənlərinə qoşulmaq istədi» 
(136, k.2, f.13; 15, s.46;  295, s.30). 
Tarixi mənbələrə görə, Sasani şahı öz düşmənlərinin 
köməyindən istifadə etmək məqsədilə ölkənin  şimalına doğru 
hərəkət edən Mehranı  əldən buraxmamaq üçün istədiyi  ərazidə 
qalmağa razılıq verən məktub göndərərək onun Albaniyada 
yerləşməsinə icazə vermişdir (136, k.2, f.13). Mənbə 
məlumatına görə, Mehran məktubun ona çatdığı yerdə qalaraq 
Mehrəvan  şəhərini saldırmişdı. Sonra isə Mehranilər Girdman 
vilayətini  ələ keçirmiş, orada Girdman qalasını tikdirmişlər 
(600-615) (136, k.2, f.13). 
Mehranilərin Albaniya ərazisinə gəlmə səbəbi barədə belə 
fikir də mövcuddur ki, Sasani hökmdarları ölkənin daxilində 
siyasi böhranın dərinləşməsinə baxmayaraq şimal  əyalətini –  
Albaniyanı əldən buraxmaq istəmədiyinə görə Mehraniləri şimal 
torpaqlarına göndərmişdilər (15 s.72). 
M.Kalankatlı yazır: Mehran «ürəyinə  vəfasızlıq salaraq 
yuxarıda haqlarında tariximizdə yazdığımız qədim yerli 
Aranşahları guya qonaqlığa dəvət etdi. O, orada onlar üçün ölüm 
yeməyi hazırlayıb öz qanları ilə birlikdə onlara yedizdirdi. On-
lardan altmışının boynunu vurdurub yalnız birini – öz qohumu-
nun qızının  ərini, Aranşah Zərmehri sağ buraxdı» (136, k.2, 
f.13; 15). Beləliklə, Mehranilər Albaniyada yerləşərək ölkənin 
hakimləri oldular. Mehrani  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
59
Varaz-Qriqor 630-cu ildə Albaniyanın  şahı elan edildi. 
Mehranilərin iqamətgahı Girdmandan Bərdəyə köçürüldü (136, 
k.2, f.13; 295). 
M.Kalankatlı  qeyd edir ki, Mehranilər «Albaniyaya ha-
kim oldular… Mehranın nəslindən olan Alban şahı Varaz-
Qriqorun oğlu Cavanşir dünyaya gəldi. O, gənc yaşlarından öz 
məharəti və ağlı ilə fərqlənirdi» (136, k.2, f.13; 15, s.72-78; 296, 
s.96). 
M.Kalankatlı Cavanşiri belə  təsvir edir: «Varaz Qri-
qor…məğrur,  əzəmətli və gözəl bir gənc olan ikinci oğlu 
Cavanşirə nəzər saldı. Üzünə təzəcə tük gələn, atasının sevimli-
si, silahdan yaxşı baş çıxaran, şahin kimi çevik, hər işi bacaran, 
atasının dayağı olan Cavanşir idarə işlərində ona kömək etmək, 
görkəmli adamların cərgəsinə  çıxmaq və  həmişə  şahlarla bir 
yerdə olmaq arzusunda idi» (136, k.2, f.18). 
II Xosrov şahın ölümündən sonra onun nəvəsi III 
Yezdəgird (632-652) hakimiyyətə  gəlmişdi. Onun hakimiyyəti 
illərində  ərəblərin yürüşləri başlandı (136, k.2, f.18). Sasani 
dövləti ilə Albaniya ümumi düşmənə qarşı mübarizədə  iştirak 
etməyə borclu olduğundan Alban şahları müdafiə üçün öz 
ölkələrinin taleyini də onlarla əlaqəli  şəkildə  həll edirdilər. 
Xilafət qoşunlarına qarşı vuruşmaq üçün Alban hökmdarı Va-
raz-Qriqor ikinci oğlu, cəsur, görkəmli və qabiliyyətli Cavanşiri 
Sasani  şahının sarayına göndərmişdi. Orada Cavanşirin məşhur 
sərkərdə Rüstəmlə dostlaşması onun siyasi, dünyəvi qüdrətinin 
formalaşmasına müsbət təsir göstərdi (136, k.2, f.18). 
Mənbədə qeyd edilir ki, Xilafət ordularının hücumları 
zamanı Cavanşir onlara qarşı  dəfələrlə döyüşə girmiş, hər dəfə 
uğurla çıxmışdı (136, k.2, f.18). M.Kalankatlı Cavanşirin 
başçılığı ilə albaniya qoşununun ərəblərə qarşı vuruşmasını belə 
təsvir edir: «Onlara (ərəblərə) qarşı 30 000  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
60
atlı  və 20 000 piyada hücuma keçdi. Katşandan (Qadisiyyə) 
gələnlər (ərəblər) çoxlu atlı və 20 000 piyada qalxan taxmış hal-
da irəliyə atılaraq Sasani ordusu ilə vuruşmağa başladılar. Aran 
Sparapeti (Cavanşir) öz igid nəfərləri ilə onların (ərəblərin) 
cərgələri içərisinə hücum etdi, öz düşmənlərindən ikisini yerə 
sərdi və özü də bir neçə yerdən ağır yaralandı. Düşmən onu qu-
duz bir kinlə çayadək təqib etdi, o isə həmlələri dəf edə-edə çayı 
üzüb keçdi» (136, k.2, f.18; 15, s.72). 
Sasani  şahı III Yezdəgird Cavanşirə çox qiymətli 
hədiyyələr və rütbə verdi (136, k.2, f.18; 15, s.72). M.Kalankatlı 
yazır ki, «şah onu sərkərdəyə layiq olan mükafatlarla 
mükafatlandırdı, o cümlədən sərkərdə gəranayları, iki qızıl nizə 
və iki qızılla süslənmiş qalxanla fərqləndirdi. Bu qalxanları bun-
dan sonra Cavanşiri o biri sərkərdələrdən fərqləndirən şan-şöhrət 
əlaməti kimi həmişə onun önündə aparırdılar.  Şah onun belinə 
mirvari ilə işlənmiş qızıl kəmər və qızıl dəstəkli qılınc bağladı, 
qollarına qolbaqlar saldırdı, başının üstünə isə qaş-daşlı tac qoy-
durdu. Onun boynuna ağır mirvari boyunbağı asdılar, çiyninə 
taftadan tikilmiş  şah geyimi saldılar və  zərli ipək parçasından 
tikilmiş dörd qotazlı, mavi rəngli şalvar geyindirdilər» (136, k.2, 
f.18). 
M.Kalankatlı Cavanşirin şücaətlərindən bəhs edərək yazır 
ki, «sərkərdələr və pəhləvanlar arasında həm fiziki, həm də zeh-
ni qabiliyyəti ilə böyük hörmət qazanmış Cavanşir ərəblərə qarşı 
döyüşlərdə igidlik göstərdi. Sasani şahı Yezdəgirdi xilas edərək 
mühafizəsini təşkil etdi. Cavanşir artıq həmin vaxt Rüstəm və 
Xorazad kimi məşhur sərkərdələrdən yüksək səviyyədə 
dayanırdı» (136, k.2, f.18; 296, s.96). 
Sasani qoşunu məğlub olub darmadağın edildiyinə bax-
mayaraq, Cavanşir ərəblərə qarşı uzun müddət müqavimət  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
61
göstərərək onların hücumlarının qarşısını aldı. Bu barədə 
M.Kalankatlı yazır: «Cəsur Cavanşir yeddi il dalbadal bu ağır 
döyüşlərdə  iştirak edib, on bir dəfə  ağır yaralar almışdı» (136, 
k.2, f.19; 295, s.31; 296, s.158). 
Mənbənin verdiyi məlumata görə, Cavanşir böyük şan-
şöhrətlə  vətəninə qayıtdı. Bərdə  şəhərində  həsrətlə gözləyən 
atası onu böyük sevinc və  təntənə ilə qarşıladı (136, k.2, f.19; 
296, s.158). 
M.Kalankatlı  məlumat verir ki, «müharibələrdən  şöhrətlə 
qayıtmış Cavanşir çarın (Alban çarı Varaz-Qriqorun – Q.H.) 
sərəncamı ilə Albaniyanın bütün işlərinə  rəhbərlik edirdi. O, 
qoşununu götürüb atası ilə birlikdə  Bərdə  şəhərindən çıxaraq 
şimal tərəfə  çəkildi. Cavanşirin üsyanı haqda xəbər Sasanilərə 
çatanda onların qoşunları bizim ölkəyə soxuldular. Düşmən 
qoşunlarının ön dəstələri tezliklə bu vilayətin cənub dairələrinə 
girən zaman Cavanşir yaxşı silahlanmış dəstəsilə sürətlə onların 
qabağına çıxıb Deyləm mənşəli başçılarını vurdu. Cavanşir və 
onun döyüşçüləri onların çoxlarını qılıncdan keçirib, bir qismini 
də əsir aldılar. Onlar böyük qənimət, o cümlədən at və qatırlar 
ələ keçirərək geriyə döndülər. Lakin buna baxmayaraq, Sasani 
qoşunları onları  təqib etməkdən  əl çəkmədilər. Onlarla ikinci 
döyüş dağlıq yerdə baş verdi. O günü də Cavanşir qələbə 
qazandı və o, Allahın köməyilə düşməni darmadağın etdi. Am-
ma elə bu vaxt ona xəbər çatdı ki, sasanilər Bərdəyə daxil olub 
anasını və qardaşlarını əsir almışlar» (136, k.2, f.19; 296, s.158). 
Cavanşir öz qüvvələrini səfərbər edərək Kürün sahilində 
Sasani qoşunlarını  qılıncdan keçirmiş, anasını, qardaşlarını  və 
ərazini azad etmişdir. Bu barədə M.Kalankatlı yazır: «O, 
iranlıların hamısını öz qış iqamətgahı olan Bərdə  şəhərini azad 
edəndə də qırdı» (136, k.2, f.19; 296, s.158). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
62
Cavanşirin vuruşmalarını 
əks etdirən məlumatı 
M.Kalankatlı belə göstərir: «Cavanşirin  əldə  qılınc başqa 
döyüşlərdə nə qədər düşməni öldürməsi haqqında danışmağımız 
burada artıq olar və buna heç ehtiyac da yoxdur» (136, k.2, f.19; 
296, s.158). 
M.Kalankatlı göstərir ki, «Cavanşirin qələbələrini görüb, 
eşitmiş  …   gürcü əyanları öz nəsillərindən qız seçib onunla qo-
hum olmaq istədilər. Sasani sərkərdəsinə gəldikdə o, Cavanşirə 
vasitəçi ilə  məktub göndərib qohum olmağı, ittifaq bağlamağı 
xahiş etdi» (136, k.2, f.19). Bu zaman Sasani taxt-tacı uğrunda 
çəkişmələri və hakimiyyətin zəifləməsini görən, dövrün 
hadisələrini uzaqgörənliklə  dərk edən Cavanşir müstəqilliyin 
əhəmiyyətini və vacibliyini qiymətləndirərək üsyan qaldırdı 
(136, k.2, f.19; 296, s.158-159). 
M.Kalankatlının daha bir qeydi: «Cavanşir böyük Sasani 
şahlığının tənəzzülü haqqında fikirləşərək və keçmiş  Şərq 
şahlarının müstəbid olmalarını yada salaraq öz şəxsiyyətinə 
xüsusi təmtəraq verdi, belə  qənaətə  gəldi ki, bundan sonra öz 
hakimiyyətini heç kəsə tabe etməsin» (136, k.2, f. 19; 296, 
s.143). 
Qardaşları ilə birlikdə ata-baba yurduna getmiş Cavanşir 
atasının Sasanilər tərəfindən girov saxlandığını  eşidərək geri 
qayıtdı, vuruşaraq onu azad etdi. M.Kalankatlı bu barədə belə 
yazır: «İndi cəsur Cavanşir və onun böyük qardaşı  nə edə 
bilərdilər? Atalarının intiqamını almaq üçün onlar silahlandılar, 
yorğa atlarına minib uzun yolu qısaldaraq gəlib Firuzabad 
(Bərdə) şəhərinə çatdılar, …şir balaları kimi şəhərə hücum edib 
ona sahib oldular. Şəhərdə  və onun ətrafında Sasani 
sərkərdəsinin döyüşçülərindən kimi tapıb gördülərsə, hamısının 
cəzasını verdilər. Qardaşların yaxşı silahlanmış  dəstələri 
atalarını buraxmağa məcbur  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
63
edənə qədər düşməni qırdılar» (136, k.2, f.19; 296, s.159). 
Bu zaman ərəblərin hücumları davam edirdi. Onların 
hücumu ilə III Yezdəgirdin hakimiyyəti (630-651) dövründə Sa-
sani şahlığı tamamilə məhv edildi (651-ci ildə) (136, k.2, f.19). 
Bu, Sasani imperiyasının süqutu idi (136, k.2, f.19; 15, s.74; 
296, s.161). 
Ərəblərin  Şimal və  Şərq ölkələrinə doğru işğalçı 
hücumları Albaniyada, Bərdədə  də  gərgin vəziyyət yaratdı. 
Cavanşir  ərəblərə qarşı müqavimət göstərdi. Lakin ərəb 
qoşunları ilə qarşılaşdıqdan sonra onlara qalib gəlməyin çətin 
olduğunu hiss etdi. O, təslim olmaq, könüllü olaraq hakimiyyəti 
vermək istəmədi. M.Kalankatlı yazır ki, «ərəblərin amansız 
olduğunu görmüş Cavanşir onlara tabe olmayıb Kür çayının o 
biri sahilinə keçdi» (136, k.2, f.20). 
Qeyd etmək lazımdır ki, M.Kalankatlı  ərəblərin Bərdəyə 
müdaxiləsi, orada Cavanşirin və ya hər hansı bir hökmdarın 
fəaliyyəti barədə heç bir məlumat vermir. Lakin əsərinin başqa 
bir yerində yazır ki, Cavanşir yadellilərin hakimiyyətinə bir daha 
boyun əyməmək üçün öz döyüşçülərini də götürüb Kürün o biri 
sahilinə keçdi, ata yurdunda məskən saldı (136, k.2, f.20). 
Müəllif yazır ki, Cavanşir «bir qədər orada qaldıqdan so-
nra yenə  də ürəyinin atəşini söndürmək üçün ərəblərlə döyüşə 
yenidən başlamaq və atasını azad etmək istədi. Lakin atası onu 
bu fikirdən daşındırdı  və könüllü olaraq düşmənə  təslim oldu» 
(136, k.2, f.20). 
Hadisələrin sonrakı gedişi göstərir ki, Cavanşirin atasının 
(Varaz-Qriqorun) yaranmış  vəziyyəti yaxşı başa düşdüyündən 
qəbul etdiyi qərar, yeganə düzgün qərar idi. Cavanşir isə impera-
tor II Konstanta (641-668)  meyl göstərdi (136, k.2; 23; 126, 
s.166). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
64
Alban hökmdarı öz dövlətinin iqtisadi-siyasi qüdrətini qo-
rumaq, xalqı uzun müddət davam edən üzücü müharibələrdən 
xilas etmək üçün o dövrdə böyük gücə malik Bizans 
imperiyasına arxalanmağı üstün tutdu. O, Bizans imperatoru 
Konstant Avqusta məktub göndərdi, onunla ittifaq bağladı. Bu 
uzaqgörən siyasət Bizansın gələcəkdə Albaniya üzərinə basqın 
etmək ehtimalını da aradan qaldırdı (136, k.2, f.22). 
Həmin dövrün siyasi hadisələrinin mürəkkəbliyini nəzərə 
çatdıran M.Kalankatlı yazır: «Cavanşir erməni sərkərdəsi ilə itti-
faq bağlayıb onu Bizans imperatoruna tabe olmağa razı saldı. 
Sonra müttəfiq olduğu Bizans imperatoruna məktub göndərdi» 
(136, k.2, f.12). 
Cavanşirin Bizans imperatoru Konstanta göndərdiyi 
məktubuna böyük maraq göstərən imperator «Sənə – hökmdar 
Cavanşirə, Girdman sahibinə və Albaniya şahına – apoipata və 
proton patrikə və Şərqin hökmdarına» – sözləri ilə başlayan ca-
vab məktubu göndərərək, ona böyük rütbə və ənam verdi (136, 
k.2, f.13; 126, s.166). Beləliklə, Albaniyanın çarı kimi Cavanşir 
İberiya sərhədlərindən Dərbəndə  və Araz çayına qədər olan 
torpaqların hamısını idarə edirdi (136, k.2, f.13). 
Cavanşir Bizans imperatoru II Konstant ilə iki dəfə – 654-
cü ildə (indiki İran  ərazisində) və 660-cı ildə (Vaqarşapat 
şəhərində) görüşmüş, hər dəfə də onun tərəfindən imperatorlara 
layiq bir şəkildə qarşılanmışdır (136, k.2, f.13; 15, s.75; 126). 
Cavanşir imperator İraklinin oğlu Konstantın hakimiyyəti 
illərində Bizansla əlaqələr saxlayaraq öz torpaqlarının 
bütövlüyünü və hakimiyyətini saxlaya bildi. Sasani imperiyasına 
qarşı daim mübarizə aparan şimal ölkələri ilə əlaqəni kəsməmək, 
Cavanşir kimi uzaqgörən və  tədbirli dövlət xadimi 
xüsusiyyətlərinə malik müttəfiqlə əlaqələri  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
65
itirməmək üçün Bizans imperatorları Alban hökmdarına 
həddindən artıq yaxınlıq göstərirdilər (136, k.2, f.13; 15, s.75; 
126, s.266). M.Kalankatlı yazır ki, Cavanşir «imperator kimi 
təntənə ilə Konstansın sarayına daxil oldu. Cavanşiri görən kimi, 
Konstans onu qucaqladı  və bütün əyanlarından yuxarıda 
əyləşdirdi. Bu gün başqa günlər içərisində onun üçün daha 
uğurlu oldu, hər yan təmtaraqlı olub, qızıl və gümüş içində par-
par parıldayırdı. İmperator əmr etdi ki, Cavanşirin qabağına çara 
layiq olan süfrə açsınlar. Bundan başqa, imperator Cavanşirin 
belinə öz babası İraklinin və ulu nənəsi Niketanın çar kəmərini 
bağladı, çiyninə öz əbasını saldı  və iki bayraq bağışladı, 
Cavanşirin iki gənc oğlunu da patrik rütbəsinə layiq gördü. O, 
Albaniyanın ilk çarlarına məxsus bütün kənd və mülklərini 
Cavanşirə irsən, nəsildən-nəsilə keçmək şərtilə bağışladı və çar 
kimi bütün Şərq xalqına hökmran təyin etdi. Belə bir imkana 
malik olan Cavanşir ölkədə «xalqın tikmək,  əkmək,  əmin-
amanlıqda yaşaması üçün əmrlər verdi. Özü çoxlu saraylar tik-
dirdi» (136, k.2, f.13). 
M.Kalankatlı qeyd edir ki, «hətta Türküstan çarı da ondan 
əmin-amanlıq və dostluq gözləyirdi. Cavanşirə  hədiyyə olaraq 
seçmə atlar, nökər və xadimlər və sürünən heyvanların gönünü 
göndərirdi. Suriyadan, Atropatakandan, İberiyadan və  hətta 
Hindistandan adamlar gəlirdi ki, ona baxıb, onun səsini 
eşitsinlər» (136, k.2, f.13). 
Xilafət mərkəzində hakimiyyət uğrunda (Əməvilərin 
hakimiyəti ələ keçirməsi) gedən mübarizə ilə əlaqədar yaranmış 
vəziyyətdən istifadə edən xəzərlər 661/62-ci ildə Albaniya 
ərazisinə daxil oldular. Cavanşir Kür çayını keçərək xəzərlərə  
hücum etdi və döyüşdə qalib gələrək onları geri çəkilməyə 
məcbur etdi (136, k.2; 15, s.76; 126, s.267). 
M.Kalankatlı yazır ki, Cavanşir «özü ilə katolikosu, onun 
yepiskoplarını və öz əyanlarını götürüb, onlarla birlikdə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
66
 
Firuz-Qubad  şəhərindən  şimalda, bir günlük yolda yerləşən 
vəngə gəldi… Bundan sonra Cavanşir gözəl və ilahi təbriklərlə 
öz qış iqamətgahı olan Firuz-Qubad (Bərdə)  şəhərinə qayıdıb 
orada bütün ili əmin-amanlıqda keçirdi» (136, k.2, f.28). 
Cavanşir yaranmış nisbi sakitlikdən istifadə edərək Bərdədə iki 
il müddətinə böyük bir kilsə tikdirdi (136, k.2, f.26). 
664-cü ilin  qışında xəzərlər yenidən Albaniyaya gəldilər. 
Onlar Kür çayının o biri tayına keçib Albaniyada və Sünikdə 
xeyli qoyun və mal-qara sürülərini öz düşərgələrinə apardılar 
(136, k.2, f.29). M.Kalankatlı bildirir ki, «bundan sonra hunlar 
çarı (Xəzər xaqanı – Q.H.) Cavanşiri görmək istədi və 
Cavanşirin yanına öz qardaşlarını göndərərək, onların vasitəsilə 
görüş istədi ki, aralarında qardaş məhəbbəti yaransın» (136, k.2, 
f.29). 
M.Kalankatlı Cavanşirin qüdrət və  şücaətindən danışaraq 
qeyd edir ki, «bu vaxtadək heç bir Sasani hökmdarı Türküstan 
çarı ilə üzbəüz çıxmağa cəsarət etmirdi, lakin igid və  mərd 
Cavanşir ondan heç qorxmadı, …bütün əyanları ilə onun yanına 
getdi. Hunlar çarı da qayıqla çayın  (Kür – Q.H.) sərin suları ilə 
bu sahilə gələrək Cavanşirin qabağına çıxdı. Onlar öz aralarında 
sülh sazişinə  gələrək, ixtilaflara son qoyub qardaşlıq, dostluq 
haqda razılaşdılar. Müqavilə imzalayıb hər ikisi öz evinə 
qayıtdı» (136, k.2, f.29; 15, s.77). 
Lakin xəzərlərin basqın etmək təhlükəsi aradan 
qalxmamışdı. Cavanşir Xəzər xaqanı Alp İlitverin qızı ilə 
evlənməklə bu təhlükədən ölkəni  xilas etdi. Ərəblərə qarşı 
mübarizə aparmağın çətin olacağını görən Cavanşir xəzərlərlə 
müqavilə bağlayaraq  şimal qonşusunun təhlükəsindən xilas ol-
maq üçün bu addımı atmışdı (136, k.2, f.29; 15, s.77). Bu barədə 
M.Kalankatlı məlumat verir: «Amma görün mənim igid sahibim 
ertəsi gün necə hünər göstərdi!  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
67
On yeddi döyüşçü ilə o, çayın o biri sahilinə keçib Hunların 
düşərgəsinə gəldi və burada çarın qızını aldı, əsarətdən 120 min 
baş qoyun, 8 min at və öküz qurtardı  və 1200 əsiri azad etdi» 
(136, k.2, f.29; 15, s.76; 296, s.158). O, sonra əlavə edir ki, 
«bütün bunlar Cavanşirin hakimiyyətinin iyirmi səkkizinci 
ilində baş vermişdir. Bu, onun otuz illik hökmranlığı dövründə 
olmuş  və bütün bu illər  ərzində o, gənc yaşlarından 
yetkinləşməsinə  qədər hakim sipəhsalar kimi bir çox hallarda 
ləyaqətli qəhrəmanlıqlar göstərmişdir. Hakimiyyət illərinin 
dörddə üçünü əvvəlcə Sasanidə, sonra da Hunlar (Xəzərlər – 
Q.H.) darvazası  ətrafında keçirmişdir. Bu rəşadəti onu bütün 
dünyaya tanıtmış və haqqında olan xəbərlər uzaqlara – şərqdən 
qərbə  və  şimaldan cənuba qədər, arilər və qeyri-arilər arasında 
geniş yayılmışdır» (136, k.2, f.29). 
Bir sıra tədqiqatlarda Cavanşirin Xəzər xaqanının qızını 
almaqla xəzərlərdən asılı vəziyyətə düşdüyü bildirilir (15, s.76; 
23; 100). Hər halda xəzərlərin təxminən yüz il ərzində 
Azərbaycan torpaqlarına hücumları  və ona qarşı müxtəlif for-
mada aparılmış mübarizə haqqında xeyli məlumat verilir (136, 
k.2, f.29). M.Kalankatlı bildirir ki, sülh bağlandığına baxmaya-
raq xəzərlər sonralar Albaniyaya dəfələrlə yürüş etdilər (136, 
k.2, f.29). Yeri gəlmişkən, elmi ədəbiyyatda Xəzər-Alban 
münasibətlərinə dair məsələlərdə xeyli anlaşılmazlıqlar 
mövcuddur. Bu problemin geniş  şəkildə  və obyektiv tədqiqinə 
ehtiyac olduğunu düşünürük. 
Burada xatırlatmaq lazımdır ki, ərəblərin Sasani 
torpaqlarına hücum etdiyi ilk dövrlərdə Cavanşir yeddi il Sasani 
ordusu ilə birgə Xilafət ordusuna qarşı vuruşmuşdur. 
M.Kalankatlının məlumatına görə Sasani hakimiyyətinin Xilafət 
hücumları qarşısında dura bilməyəcəyini başa düşən Cavanşir 
geri çəkilərək Albaniya ərazisində hakimiyyətini 
möhkəmlətməklə məşğul olmağa başladı. Böyük  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
68
məğlubiyyətdən sonra (651-ci ildə) Sasanilərin bir hissəsi  
şimala doğru hərəkət edərək Albaniyada möhkəmlənmək 
istərkən Cavanşirin müqavimətinə rast gəldi. Cavanşir  İberiya 
(Gürcüstan) hökmdarı Aternerseh ilə razılığa gəlib onları 
ölkədən çıxardı (136, k.2, f.25). Bu dövrdə atası Varaz-
Qriqordan fərqli olaraq Cavanşir öz hakimiyyətinin 
müstəqilliyini qorumaq üçün hələ  ərəblərin hakimiyyəti 
güclənməmiş Bizans imperiyası ilə  əlaqələri yaxşılaşdırmaq və 
ölkəni bizanslıların hücumlarından qorumaq üçün Konstansla 
Albaniyanı  təbəəliyə götürməsi üçün danışıqlar aparırdı. Lakin 
ərəblərin Albaniyanı  əhatə edən bütün əraziləri tutması 
Cavanşiri Bizansla danışıqları  kəsib Xilafətlə hesablaşmağa 
məcbur etdi. Bu zaman ərəbləri Bələncər yaxınlığında (653-cü 
ildə) məğlub etmiş  xəzərlərin Albaniyaya hücumları yenidən 
başlandı. Cavanşir 662-ci ildə xəzərlərin hücumlarının qarşısını 
aldı. Xəzərlərin iki il ondan sonrakı hücumu (664-cü ildə) 
Cavanşirin Xəzər xaqanının qızını alaraq onların təbəəliyini 
qəbul etməklə başa çatdı (136, k.2, f.29; 15, s.76; 174, s.30). 
Xilafət qarşısında digər dövlətlərin (Bizans, Xəzər və s.) 
aciz qaldığını görən Cavanşir çıxış yolunu çevik siyasət 
yeritməkdə gördü. O, 667-ci ildə  xəlifə Müaviyənin yeni 
hücumlarından ehtiyat edərək  Şama (Dəməşqə), onun yanına 
getdi və Albaniyanın Xilafətin tam təbəəliyinə keçdiyini elan 
edərək, az miqdarda vergi alınması razılığını əldə edib Bərdəyə 
qayıtdı. Üç il sonra (670-ci ildə) Xəlifənin dəvətilə Cavanşir 
yenidən  Şama (Dəməşqə) getmişdi. Çətinliklə olsa da, o, Al-
baniyanın müstəqilliyini qoruyub saxlaya bilmişdi (136, k.2, 
f.30). 
M.Kalankatlı bunu yığcam  şəkildə belə  təsvir edir: 
«Cənub hökmdarı (Xəlifə – Q.H) eşitmişdi ki, bizim şahımızın 
(Cavanşir – Q.H.) Bizans imperatoruna qarşı meyli var və o, 
Türküstan qəbilələri ilə qohumluğu sayəsində onları  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
69
itaətdə saxlayıb, istədiyi vaxt yürüşə çağıra və ya yürüşdən sax-
laya bilərdi. Buna görə məğrur dünya fatehinin beynində həsəd 
əmələ  gəldi və o, inanılmış adamlar ilə Cavanşiri öz böyük 
andları və hesabsız mükafatları ilə birlikdə öz yanına dəvət etdi. 
Cavanşir çoxlu hədiyyələrlə kainat hökmdarının yanına getdi» 
(136, k.2, f.30). 
Cavanşir öz hakimiyyəti dövründə iki dəfə (667 və 670-ci 
illərdə) Xilafət mərkəzinə – Müaviyənin yanına getmiş (ikincidə 
dəvət olunmuşdu), hər ikisində də yüksək səviyyədə qarşılanmış 
və  hörmətlə yola salınmışdı (136, k.2, f.29, 31; 15, s.77; 126). 
Xəlifə Müaviyə  həm Albaniyanın təbii-coğrafi və strateji 
üstünlüyünü, həm də Cavanşirin  şəxsi nüfuzunu nəzərə alaraq 
onu Xilafətin paytaxtına – Şama dəvət etmişdi. Cavanşir bundan 
istifadə edərək birinci gedişində (667-ci ildə) Xilafətin 
təbəəliyini qəbul etməklə Albaniyanı  ərəb qoşunlarının 
qarətindən xilas etdi. O, bəzi güzəştlər alaraq ölkənin nisbətən 
əmin-amanlığını  təmin edə bildi (136, k.2, f.31; 15, s.78; 126, 
s.164). 
Ərəb xəlifəsi ilə ilk görüşdə yüksək rəğbət və hörmətlə 
qarşılanıb geri döndükdən sonra «Cavanşir üç il dalbadal (667-
670) özünü Cənub hökmdarının sadiq təbəəsi kimi göstərdi» 
(136, k.2, f.31). 
Ərəb Xilafətinin qərbə doğru genişləndiyi bir vaxtda 
Cavanşirin ağıllı məsləhətlərini qiymətləndirən xəlifə ikinci dəfə 
(670- ci ildə) onu öz yanına dəvət etdi, daha böyük ərazilərin 
hakimiyyətini – Süniki, Arazın o biri sahilində yaşayan 
atropatenalıların ixtiyarını da ona verdi. Şöhrətpərəsliyi 
sevməyən Cavanşir bu böyük ərazinin hakimiyyəti əvəzində öz 
ölkəsinin  əmin-amanlığı, tikinti və abadlıq işləri ilə  məşğul 
olmağı üstün tutdu (136, k.2, f.31; 126, s.125). İkinci görüşündə 
o, xəlifədən xahiş edərək ölkədən alınan verginin miqdarını xey-
li azaltdırdı. M.Kalankatlı  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
70
qeyd edir ki, «cənubun hökmdarı … əmr etdi ki, vergi onun 
üçdə biri qədər yüngülləşdirilsin» (136, k.2, f.31). 
Xəlifə Cavanşiri böyük hörmət və qiymətli hədiyyələrlə 
yola saldı: «Cənubun hökmdarı  Şərqin hakimini başına tac 
qoyulmuş padşah kimi, daha da yüksək təriflərə layiq gördü və 
əmr etdi ki, ona Hindistandan gətirilmiş  və yaxşı öyrədilmiş 
nəhəng fil bağışlasınlar … sonra xəlifə Cavanşirə quşların  ən 
gözəlini – tutuquşunu bağışladı. Bundan əlavə, xəlifə ona başqa 
hədiyyələr də  bəxş etdi: qızıl qınlı polad qılınc, mirvari ilə 
süslənmiş kaftan, qızıl xaçlar, ipək parçalar, əba və cürbəcür 
qiymətli geyimlər. Bundan başqa, ona özü mindiyi atlardan əlli 
ikisini bağışladı» (136, k.2, f.31). 
Cavanşir böyük ənamları ilə birlikdə geri qayıdaraq 
Bərdəyə  gəldi və  xəlifədən aldığı imtiyazları elan etmək üçün 
məclis çağırdı. M.Kalankatlı: Cavanşir «öz qış iqamətgahı olan 
ölkə paytaxtına (Bərdəyə – Q.H.) getdi və burada ümumxalq 
məclisini çağırdı» (136, k.2, f.31). 
M.Kalankatlı Cavanşirin yeni libasda çar kimi 
hərəkətlərindən, geyimindən, dövlət idarəçiliyindən, çar 
sarayının görünüşündən, nəhəng filin əzəmətindən, tutuquşunun 
qəribə  təsirindən, qızıl yəhər-yüyənli  ərəb atlarından bəhs edir 
(136, k.2, f.31). 
Beləliklə, öz hakimiyyəti dövründə Albaniya hökmdarı 
Cavanşir ölkəsini Bizans və ərəblərlə mübarizədə qoruyub sax-
laya bildi. O, bir sərkərdə, hökmdar, mahir diplomat, siyasətçi 
kimi ölkənin siyasi-iqtisadi mövqeyinin möhkəmləndirilməsilə, 
xalqın sosial vəziyyətinin və 
mədəni həyatının 
yaxşılaşdırılmasına və inkişafına geniş  şərait yaratdı. «O, dörd 
xalqın hakim padşahlarının hörmət və iftixarını qazanmışdı» 
(136, k.2, f.31; 15, s.76). Lakin Cavanşirin xəzərlərlə 
münasibətləri normal məcraya saldıqdan sonra Bizansın 
Xilafətlə apardığı müharibələrdə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
71
zəifləməsindən istifadə edərək Xilafətlə münasibətlərə üstünlük  
verməsi və qazandığı  uğurlar ona qarşı düşmən ünsürlərin baş 
qaldırmasına səbəb oldu. 
Albaniya dövlətinin qüdrətli hökmdarı Cavanşir 681-ci 
ildə sui-qəsd nəticəsində qəflətən öldürüldü (125, s.161). 
M.Kalankatlı Cavanşirin öldürülməsi barədə  aşağıdakı  
məlumatı verir: «İstirahətini Uti vilayətinin yaylaqlarında 
keçirən Cavanşir Bərdə  şəhərinə qayıdaraq xaçqaldırma 
bayramını özü tikdirdiyi kilsədə keçirmək istədi. Gecənin 
birində öyrədilmiş cani – Arcahunik mahalından olan Varazo 
hazırlıq tədbirləri görərək gecə Cavanşiri öldürdü» (136, k.2, f. 
36; 15; 296). Z.M.Bünyadovun fikrincə, Cavanşir təxminən 681-
ci ildə bizanspərəstlərin gizli qəsdi nəticəsində öldürülmüşdür 
(15, s.100). M.Kalankatlı bildirir ki, «Cavanşirin faciəli ölümü 
və  qəflətən öldürülməsi ölkədə çox narahatlıq yaratdı, dolaşıq 
hadisələrə səbəb oldu» (136, k.2, f.36). 
Qeyd etmək lazımdır ki, M.Kalankatlının «Albaniya tarix-
i»  əsərindən Cavanşirin öldürülməsi dövrün hakimiyyət 
mübarizəsi, dövlətlərin düşmən münasibətindən çox xainlik, 
paxıllıq, xəyanətkarlıq xislətindən yaranan bir qəsd kimi 
anlaşılır. Dövrün mürəkkəb hadisələrlə  zənginliyi və 
M.Kalankatlının qeyd etdiyi kimi, erməni  əyanları  və kilsə 
başçılarının Cavanşirin  şöhrətinə  həsədi, paxıllığı haqqında 
məlumat onun öldürülməsinin nə ilə bağlı olduğundan xəbər ve-
rir (136, k.2, f.36). Cavanşirin öldürülməsi haqqında M. 
M.Kalankatlının mətnindəki məlumatları təhlil edən K.V.Trever 
Knyazın öldürülməsinin  əsl səbəbinin müəmmalı qalması 
qənaətinə  gəlır (363, s.249). Tədqiqatçı o dövrün erməni 
müəlliflərinin də bu məsələnin üstündən sükutla keçdiyini xüsu-
si qeyd edir. M.Kalankatlı isə «böyük faciə» adlandırdığı, 
«ölümünə bütün ölkənin yas tutduğu» Cavanşirin öldürülməsinə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
72
səbəb olan qüvvələr haqqında konkret heç nə yazmır (363, 
s.249).  İnanmaq olmur ki, dövrün tarixçisi M.Kalankatlı 
hökmdar Cavanşirə dair hər bir məsələyə diqqətlə yanaşdığı, hər 
incəliyi qeyd etdiyi halda, Cavanşirin ölümünün səbəbini 
bilməsin və ya sadəcə, buna laqeyd qalsın. Bəlkə də bu məqam 
tarixçinin  əsərinin bu hissəsi tərcümə edilərkən (erməni dilinə) 
sonradan yox edilmişdir. 
M.Kalankatlı Bizans imperatorunun Cavanşiri yanına 
dəvət edib, onu hörmətlə qarşılamasından və ona hədiyyələr 
verməsindən bəhs edərkən yazır ki, «belə  səməvi hədiyyələri 
almış Cavanşiri gördükdə erməni  əyanları  və  sərkərdə Hama-
zasp ona paxıllıq etdilər, lakin o, buna heç əhəmiyyət vermədi» 
(136, k.2, f.36). Tarixdə belə halların dəfələrlə  təkrarlanması 
göstərir ki, ermənilərdə paxıllıqdan güclü hiss yoxdur. Erməni 
məkrinə fikir verməmək, onların hiyləsinə  məhəl qoymamaq, 
unutqanlıq belə hadisələrin tarixdə  dəfələrlə  təkrarına səbəb 
olmuşdur. Cavanşirin, katolikos Nersesin öldürülməsi, Xaqan 
qızına qəsd və s. hələ ilk orta əsrlərdə baş verənlər idi (136, k.2). 
M.Kalankatlı Cavanşirin  Şamda Xəlifə ilə  görüşdən 
təntənə ilə geri qayıtdığını  təsvir edərkən bildirir ki
«…Cavanşiri böyük şan-şöhrətlə yola saldılar. Ayrarat 
vilayətinə  gəldikdə onu Mamikonlar nəslindən olan Qriqor və 
onun  əyyanları qarşıladılar. Qriqor onu öz Aruc şəhərciyinə 
apardı. Buraya katolikos bakirə Anastas (666-667-ci illərdə ka-
tolikos olub) da gəldi. Cavanşir ona salam verdi və  təzim etdi, 
katolikos da ona xeyir-dua verdi» (136, k.2, f.30). Təəssüf ki, 
mənbədə bu xeyir-duaların Cavanşirin taleyində göstərdiyi 
nəticə  əlaqələndirilmir, başqa sözlə, bu barədə aydın məlumat 
verilmir. Cavanşirə sui-qəsd edilməsinin  əsl səbəbinin bu 
baxımdan araşdırılması düzgün olardı. Çünki həmin qəbildən 
olan faciələr sonrakı tariximizdə dəfələrlə təkrar edildiyindən bu 
fikir şübhə doğurmamalıdır.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
73
Hadisələrin sonrakı gedişi zamanı Albaniya taxt-tacının mərkəzi 
iqamətgahı olan Bərdədə baş vermiş hadisələr – erməni katoli-
kosunun satqınlığı  və araqarışdırması ilə  Xəlifə  Əbdü-l-Məlik 
tərəfindən törədilmiş hadisələr göstərir ki, bunların heç biri 
təsadüfi olmayıb – əvvəlcədən hazırlanıb razılaşdırılmış  və 
ardıcıl həyata keçirilmiş planlı hərəkətlərin nəticəsidir. 
Cavanşir Azərbaycan tarixində xüsusi yeri olan sərkərdə, 
hökmdar və tarixi qəhrəman olduğu halda, uzun müddət onun 
haqqında  əsaslı  tədqiqatların aparılmamasından hakimiyyəti və 
şəxsiyyəti haqqında obyektiv mühakimə yürütmək mümkün 
olmamışdır. Azərbaycan tarixçilərinin  dövrün hadisələrini təhlil 
etmək imkanının məhdud olmasından istifadə edən, «avtoxton-
luq», «böyüklük» xəstəliyinə tutulmuş ermənilər, özlərinə «ta-
rix» yazarkən ona da (Cavanşirə) «sahib çıxmaq» fikrinə 
düşmüşlər. 
Beləliklə, yuxarıda göstərilənlərdən ümumi bir nəticəyə 
gəlirik ki, Azərbaycan tarixinin Mehranilər dövrünün (VII əsr) 
görkəmli hökmdarı Cavanşir böyük sərkərdə, uzaqgörən 
siyasətçi, müdrik hökmdar kimi tarixi şöhrət qazanmışdır. 
Cavanşir çevik və uzaqgörən siyasəti ilə ölkəni bizanslıların, Sa-
sanilərin,  ərəblərin,  şimaldan gələn tayfaların basqınlarından, 
talanlarından xilas etmiş, onun müstəqilliyini qoruyub 
saxlamışdır. Cavanşir daxildə iqtisadiyyatın dirçəlməsinə, 
təsərrüfatın, sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına 
şərait yaratmışdır. Alimləri,  şairləri, memarları, mahir 
sənətkarları öz sarayına toplamış, ölkənin, o cümlədən Bərdənin 
inkişafına nail olmuşdur. Bərdə Cavanşirin hakimiyyəti 
dövründə strateji cəhətdən möhkəmlənmiş, iqtisadi cəhətdən 
inkişaf etmiş, eyni zamanda siyasi baxımdan  əhəmiyyətli bir 
şəhərə çevrilmişdir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
74
Cavanşirin qəfləti ölümü ölkədə  vəziyyəti xeyli 
gərginləşdirsə  də çox keçmədən ölkənin ağsaqqalları, valiləri, 
hakimləri və əyanları hakimiyyətə Cavanşirin Bizans imperatoru 
tərəfindən konsul və patrik rütbələrinə layiq görülmüş Varaz-
Peroz adlı qardaşının oğlu knyaz Varaz-Trdatı (681-688) 
seçdilər (136, k.2, f.38; 295, s.41). 
M.Kalankatlı bildirir ki, «öz müdrikliyi, ağlı, qayğıkeşliyi 
ilə tanınmış Varaz-Trdat ölkəni sərhədləri daxilində özünə tabe 
etdi və «şanlı paytaxtını» – Bərdəni ələ keçirdi» (136, k.2, f.38). 
Akademik Z.M.Bünyadov mənbəyə  əsaslanaraq qeyd edir ki, 
Varaz-Trdat Albaniya taxtına xəzərlərin 681-ci ilin yayındakı 
hücumu vaxtında (680 və ya 681-ci ildən 688-ci ilə qədər), eh-
timal ki, 681-ci ildə sahib olmuşdur (bax136, s.225). 
Qaynağın məlumatına görə, hün sərkərdəsi Alp İlitver 
Cavanşirin qəsdən öldürüldüyünü nəzərdə tutaraq intiqam almaq 
məqsədilə Qafqaz dağı  ətəklərindəki vilayətləri talan etmişdir. 
M.Kalankatlıya görə, «O (Alp İlitver – Q.H.), öz böyük, şəxsi 
dəstəsilə düzənlikləri aşaraq Kür çayını keçdi və Uti vilayətinə 
daxil olaraq, buradakı insanları öz mal-qarası ilə birlikdə əsarətə 
aldı. Sonra onlar qayıtdılar və Lping yaxınlığında olan 
düzənlikdə düşərgə saldılar» (136, k.2, f.38). 
M.Kalankatlı bu barədə  məlumat verir: «böyük katolikos 
Yelizarı hunlar padşahının yanına göndərdi ki, onun vasitəsilə 
padşaha öz həqiqi itaətini və məhəbbətini bildirsin və desin ki, 
o, bu məhəbbəti ona sevimli qardaş olduğu üçün bəsləyir, ona 
çatdırsın ki, biz albanların Cavanşirin ölümü ilə əlaqəsi yoxdur 
və bu ağır cinayət alçaq və mənfur bir adamın əlilə icra olunub» 
(136, k.2, f.38). Beləliklə, Yelizar Xəzər xaqanını inandırdı, 
Xəzər qoşunlarının Albaniya ərazisindən çıxıb öz ölkələrinə 
qayıtmasına nail oldu (136, k.2, f.38). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
75
M.Kalankatlı yazır:«Bu vaxtdan mömin şah Varaz-Trdatın 
nüfuzu gündən-günə etibarlı oldu. O, ərəblərin qüdrətli və 
əzəmətli hökmdarlarından  ən yüksək rütbələrə layiq görülüb, 
onun tərəfindən Şərq diyarlarının canişini, bütün Albaniyanın və 
Uti vilayətinin hökmdarı hüququnu almışdır. Varaz-Trdat 
hamıya qalib gəlib və hamını özünə tabe edib, ona tabe olan 
torpaqları həvəslə və əzmlə idarə edirdi» (136, k.2, f.38). 
Belə bir vəziyyətdə hunlarla münasibətləri qaydaya 
salmağa böyük ehtiyac var idi. Buna görə  də Albaniyanın  şahı 
Varaz-Trdat yepiskop İsraili hunlar ölkəsinə elçi göndərdi. 
M.Kalankatlı yazır ki, İsrail və onunla getmiş  şəxs «Firuz-
Qubad (Bərdə – Q.H.) şəhərindən çıxaraq, Kür çayını keçib 
Albaniyanın sərhəddini aşdılar və  səfərin on ikinci günündə 
Lpinq şəhərinə çatdılar…» (136, k.2, f.41). 
Din xadiminin orada yaxşı qarşılanması  və göstərilmiş 
münasibət səfərin əsas məqsədini həll etdi. Albaniyada nisbi sa-
kitlik yarandı. Xristianlığa rəğbət göstərən Hunlarla dini əlaqələr 
yaradılaraq yalnız vergi toplamaqla kifayətlənmək üçün razılıq 
əldə edildi (136, k.2, f.42; 295). 
M.Kalankatlı göstərir ki, «Xursanın Albaniyaya qayıdan 
il-tiqini və Çat Xəzər ölkə paytaxtı Bərdə şəhərinə gəldikdə Va-
raz-Trdat və katolikos Yelizarla görüşüb yenə də xahiş etdilər ki, 
yepiskop İsraili onların ölkəsinə buraxsınlar… «(136, k.2, f.47). 
Beləliklə, Varaz-Trdat İsrailə  Xəzər xaqanlığı ilə Albaniya 
arasında vasitəçi olmağa icazə vermişdi (136, k.2, f.43). 
Aparılmış danışıqlar və alınmış  nəticələr  əsərdə dini 
münasibətlər və bir qədər şişirtmələrlə izah edilsə də, hər halda 
məlum olur ki, Albaniya hökmdarları  ağıllı siyasət yeritməklə 
ölkəni bir çox fəlakətlərdən xilas etməyə çalışır, çox vaxt buna 
nail olurdular. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
76
Artıq VII əsrin axırlarında Albaniyanın ümumi siyasi 
vəziyyəti gərgin idi. Ərəblərin qoyduğu ağır vergilər, xəzərlərin 
ölkə daxilinə tez-tez müdaxiləsi, bizanslıların hərbi yürüşləri 
həmin dövrün siyasi səciyyəsidir. 
Xəlifə Əbdü-l-Məlik ibn Mərvanın (685-705) canişini Al-
baniya  şahlarının rütbələri  əsasında siyahı düzəldib xəlifə 
divanına təhvil vermişdi (136, k.2, f.8). 
M.Kalankatlının verdiyi məlumata görə, «Sasani şahlığı 
tamamilə  tənəzzülə  uğradıqdan və  Cənubi taciklər (ərəblər) 
qəbiləsinin qüvvətlənməsindən sonra, onların qoyduğu vergilər 
bütün dünya üçün, xüsusən  Şərq ölkələri üçün çox ağır oldu. 
Şah Varaz-Trdat vergini üç dövlətə – xəzərlərə, taciklərə 
(ərəblərə) və romalılara (bizanslılara) verirdi. Lakin ən ağır 
boyunduruq romalılar tərəfindən idi, çünki Varaz-Trdat üç oğlu 
ilə birlikdə imperator tərəfindən çar paytaxtı Konstantinopolda 
saxlanmışdı» (136, k.2I, f.8). 
İmperator II Yustinian və  xəlifə  Əbdü-l-Məlik arasında 
təxminən 685-ci ildə bağlanılmış sazişə görə, Qafqaz 
ölkələrindən yığılan vergilər Xilafətlə Bizans imperiyası 
arasında bölünürdü (136, k.2, f.10; 15; 126; 174). 
Varaz-Trdatın hakimiyyət illərindən başlayaraq Albaniya 
da başqa  Şərq ölkələri kimi, vergiləri  ərəblərə verməyə 
başladılar (136, k.2, f.10).  Bu, ərəb işğallarının başa 
çatdırılması ilə əlaqədar idi. Z.M.Bünyadov qeyd edir ki, «əhali 
ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam 
edən zülm və  əzablardan xilas olmaq imkanı hesab edirdi. 
Ərəblər dövründə (hər halda Əməvilər hakimiyyəti başla-
yanadək) kəndlilərin vəziyyəti  əvvəlkinə nisbətən, bir qədər 
yaxşılaşmışdı, çünki ərəblər yalnız vergi və töycüləri yığır, 
ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində  və 
dini ayinlərini icra etməkdə onlara sərbəstlik verirdilər» (15, 
s.86). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
77
Digər tədqiqatçılar (N.V.Piqulevskaya, P.K. Cuze) gös-
tərirlər ki, ərəblərin işğal etdikləri ölkələrdə sonrakı onilliklərdə 
ağır vergi yükü azaldılmış, dini əqidəyə görə  təqiblər 
dayandırılmışdı (260; 338). 
Xilafət mərkəzində hakimiyyət uğrunda çəkişmələrin 
artması ilə şimal əyalətlərində, o cümlədən Albaniyada nəzarətin 
zəifləməsindən istifadə edən Xəzərlər 685-ci ildə yenidən Alba-
niyaya hücum etdilər. Belə bir mürəkkəb dövrdə Albaniya 
Xilafətdə hakimiyyətə  gəlmiş  Əməvilərin, bizanslıların və 
xəzərlərin döyüş meydanına çevrildi (136, k.2, f.16; 15, s.112). 
Beləliklə, demək olar ki, VII əsrin axırında Albaniyada 
siyasi vəziyyət mürəkkəb idi. Cavanşir öldürüldükdən sonra 
xəzərlərin Albaniyaya diqqəti artmışdı. Ərəblər   şimaldan olan 
hücumların qarşısını almaq planlarını  həll edə bilməmişdilər 
(15; 174, s.40). Xəzərlərin Cənubi Qafqazda üstünlüyə malik 
olduğu belə bir vaxtda Xilafət mərkəzində hakimiyyət uğrunda 
kəskin mübarizə gedirdi. Əməvilərin VII əsrin 50-ci illərindən 
başlanmış hakimiyyət mübarizəsi onların 661-ci ildə Kufə 
şəhərini tutduqdan sonra ələvilərin istinadgahı olan İraqı  ələ 
keçirməklə, Xilafət hakimiyyətinə sahib olmaları ilə 
nəticələnmişdi. 
Əbdü-l-Məlik (685-705) Xilafət  ərazisində  təcili iqtisadi 
və  hərbi islahatlar keçirməklə hakimiyyətini möhkəmlədərək 
Bizans və  Cənubi Qafqaz cəbhələrində  uğurlu  əməliyyatlar 
aparmaq üçün imkan yaratdı. Bununla da Xilafət özünün ən 
qüdrətli dövrünü yaşamağa başladı. Xəlifələr bundan sonra 
Xilafətin şimalına marağı artırdılar. Xilafət üçün iqtisadi və stra-
teji cəhətdən  əhəmiyyətli olan Albaniyada «qayda-qanun» 
yaratmağa başladılar (174, s.41). 
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
78
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin