“Təsdiq edirəm” Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev


Psixi sağlamlıq sahəsində Milli Strategiyanın ümumi prinsipləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.01.2017
ölçüsü0,63 Mb.
#4014
1   2   3   4   5   6   7

Psixi sağlamlıq sahəsində Milli Strategiyanın ümumi prinsipləri 

1. Dövlət təşkilatları  və ictimai təsisatlar vətəndaşların psixi sağlamlığı üçün 

məsuliyyət daşıyırlar və  əhalinin müxtəlif qruplarının (gənclər, qadınlar, ahıl yaşlı 

şəxslər, milli azlıqların nümayəndələri) psixi sağlamlığının yaxşılaşdırılması üçün 

tədbirlər həyat keçirirlər. 

2. Dövlət  əhalinin psixi sağlamlıq məsələləri ilə bağlı  məlumatlılıq səviyyəsini 

artırmağa kömək edir, stiqmaya və psixi pozuntuları olan şəxslərə münasibətdə 

ayrı-seçkiliyə qarşı mübarizə aparır. 

3. 

İrqi, dini, etnik mənsubiyyəti, yaşı, cinsi, həmçinin fiziki və psixi sağlamlıq vəziyyəti 



və ya əlilliyindən asılı olmayaraq, hər bir insan psixi sağlamlıq sahəsində 

xidmətlərdən bərabər səviyyədə istifadə imkanına malikdir. 

4. 

İnsanın psixi sağlamlığına qayğı onun doğulduğu ilk günlərdən başlamalı və bütün 



həyatı boyu davam etməlidir. 

5. Səhiyyə, təhsil, iqtisadi inkişaf, məşğulluq, miqrasiya və digər sahələrdə dövlət 

siyasəti həyata keçirilərkən psixi sağlamlıq məsələləri nəzərə alınır. 

6. Psixi 

pozuntuları olan şəxslərin hüquq və mənafelərinə əməl edilir və qorunur, psixi 

pozuntuları olan şəxslərin özləri isə psixi sağlamlıq sistemində  bərabərhüquqlu 

tərəfdaş kimi qəbul edilir. 

7. Uşağın mənafelərindən irəli gələn hüquq və ehtiyacları, uşaq və yeniyetmələrin 

psixi sağlamlığı sahəsində  qərar qəbul edilməsi zamanı başlıca meyarlar hesab 

olunur. 


8. Psixoloji 

problemlər və psixi pozuntular vaxtında aşkar edilmə  və erkən müdaxilə 

tələb edir. 

9. PS 


sistemində əsas xidmətlər icma səviyyəsində təşkil edilmişdir və istifadəçilərin 

yaşayış yerinə mümkün olan maksimal dərəcədə yaxınlaşdırılmışdır. 

10. Psixi pozuntuları olan şəxslərin hospitalizasiyası son tədbir kimi, minimal qısa 

müddətə və ən az məhdudlaşdırıcı şəraitdə tətbiq edilir.

 

11. Dövlət ictimai qruplarla (istehlakçı təşkilatlar, peşəkar cəmiyyətlər və QHT-lər) aktiv 



şəkildə  əməkdaşlıq edir və  cəmiyyət tərəfindən özünün ən zəif üzvlərinə qarşı 

göstərilən humanizm və qayğı ilə xarakterizə olunan sosial resursun inkişafına 

kömək edir. 

12. Psixi sağlamlıq sahəsində xidmətlər ictimai səhiyyə sisteminə inteqrasiya 

olunmuşdur və onların əhəmiyyətli hissəsi ilkin tibbi yardım səviyyəsində göstərilir, 

bu zaman xidmətlər istehlakçıya doğru yönəlir və  tələbatdan asılı olaraq ədalətli 

şəkildə bölünür. 

13. Psixi sağlamlıq sahəsində bütün fəaliyyət psixi pozuntulardan əziyyət çəkən 

şəxslərin mümkün olan maksimal dərəcədə sosial inteqrasiyasının  əldə 

 

10



 

11

14. Psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirləri müasir beynəlxalq 



standartlar əsasında həyata keçirilir və sübutlu təbabət prinsiplərinə uyğun gəlir. 

15. Psixi sağlamlıq sahəsində  fəaliyyət istehlakçılar və  cəmiyyət qarşısında hesabat 

verilməsi ilə  həyata keçirilir və yalnız resurslarla təmin olunma göstəriciləri və 

aralıq nəticələrə görə deyil, həm də son nəticələr əsasında qiymətləndirilir. 



Psixi sağlamlıq sahəsində Milli Strategiyanın ümumi məqsədləri 

  Əhalinin psixi sağlamlığının qorunmasının təmin olunması  və  ağır psixi 



pozuntuların inkişaf riskinin azaldılması 

 Psixi 



pozuntulardan 

əziyyət çəkən  şəxslərə  əlçatan, keyfiyyətli və kompleks 

yardımın göstərilməsi üçün şərait yaradılması 

 Psixi 



pozuntuları olan şəxslərin hüquq və  mənafelərinin qorunması, stiqma və 

diskriminasiyaya qarşı müqavimət göstərilməsi 

  Ağır psixi pozuntuları olan şəxslərin və onların ailələrinin sosial müdafiəsinin təmin 



edilməsi 

Prioritet sahələr  

  PS sistemi və insan hüquqlarının qorunması sahəsində  tənzimlənmənin 



yaxşılaşdırılması və sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi 

 Psixi sağlamlıq sisteminin resurs bazasının (kadrlar, texniki təchizat və 



maliyyələşdirmə) inkişaf etdirilməsi  

  Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin  əmələ  gəlməsinin qarşısını 



almağa yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi 

 Psixiatriya 



xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası 

 PS 



sistemində xidmətlərin təkmilləşdirilməsi və psixi pozuntuları olan şəxslərin 

sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi  



Prioritet sahələrə uyğun gələn vəzifələr 

I. PSS və insan hüquqlarının qorunması sahəsində  tənzimlənmənin 

yaxşılaşdırılması və sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi 

1.1 Azərbaycan Respublikası qanunvericiliyinin yerinə yetirilməsi və insan 

hüquqlarının qorunmasının təmini 

Milli Məclis tərəfindən qəbul olunmuş  və 15 iyun 2001-ci il tarixdə Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Psixiatriya yardımı haqqında" 

Azərbaycan Respublikasının Qanunu psixi sağlamlıq sahəsində göstərilən xidmətləri 

tənzimləyən və psixi pozuntulardan əziyyət çəkən  şəxslərin hüquq və  mənafelərinin 

qorunmasına zəmanət verən ən vacib qanunvericilik aktıdır. Psixi pozuntuları olan qadın 

və  uşaqlar daxil olmaqla  əhalinin həssas təbəqəsindən olan insanların hüquqlarının 

qorunmasına xüsusilə diqqət yetirilməlidir. 

Qanunvericiliyin yerinə yetirilməsi mövcud maneələrin aradan qaldırılmasını, ona riayət 

olunmasının monitorinqi və  nəzarətini təşkil etmək üçün effektiv mexanizmlərin 

yaradılmasını tələb edir. 

1.2. PSS-nin effektiv təşkilati strukturunun yaradılması 

Konkret fəaliyyətlərin yerinə yetirilməsi zamanı  rəhbərliyi təmin edən və problemlərin 

təhlilindən  əldə edilən nəticələri resursların bölünməsi üzrə  məsələlərin həlli ilə 

uzlaşdıran təşkilati strukturun yaradılması lazımdır. Təşkilati struktur bütün psixi 

sağlamlıq sisteminin effektiv fəaliyyətinin tənzimlənməsində çevik, həssas və  təsirli 

olmalıdır. 



1.3. Keyfiyyətin monitorinqi və son nəticələrin qiymətləndirilməsi, hesabat 

verilməsi 

PSS-də monitorinq proseduraları göstərilən xidmətlərin keyfiyyətinin gözlənilən 

nəticələrə  nə  dərəcədə uyğun gəldiyini və bu xidmətlərin müasir biliklər və yardım 

göstərilməsi üsulları ilə  nə  qədər uzlaşdığını müəyyən edir. Ölkədə ictimai və dövlət 

təşkilatlarının nümayəndələri tərəfindən müstəqil monitorinq aparılmalıdır, bu zaman 

fərdi səviyyədə konkret istifadəçilərə  və onların ailələrinə xidmət göstərən ayrı-ayrı 

mütəxəssislərin və müəssisələrin iş keyfiyyəti qiymətləndirilir, sistem səviyyəsində isə 

PSS-də müxtəlif sektor və proqramların fəaliyyəti nəzərdən keçirilir. 



1.4. PSS-də idarələrarası qarşılıqlı  əlaqənin və xidmətlərin koordinasiyasının 

yaxşılaşdırılması  

İnsanların müxtəlif ehtiyaclarına cavab verən  ən tam və  hərtərəfli xidmət göstərilməsi 

üçün psixi sağlamlığa birbaşa aidiyyəti olan dövlət müəssisələri ilə  fəaliyyəti bu və ya 

digər dərəcədə sağlamlıq və sosial rifaha təsir edən digər təşkilatlar arasında 

 

12


 

13

əməkdaşlıq və qarşılıqlı əlaqə sistemi mövcud olmalıdır.  Bu ilk növbədə sosial yardım, 



təhsil, məşğulluq, mənzil təminatı, ictimai asayiş  və hüquqi müdafiə üçün məsuliyyət 

daşıyan qurumlara aiddir. Həmin təşkilatların rəhbərləri idarələrarası qarşılıqlı əlaqənin 

gətirdiyi ümumi faydanı aydın başa düşməli və PSS-də aktiv əməkdaşlıq etməlidirlər.  

1.5. Psixi sağlamlıq sahəsində informasiya sisteminin yaradılması 

PSS-də informasiya sistemi psixi sağlamlıq qurumları  və onların xidmət etdiyi əhalinin 

ehtiyacları haqqında məlumatların toplanması, işlənməsi, təhlili, yayılması  və istifadəsi 

sistemidir. Dəqiq, doğru və müntəzəm toplanan epidemioloji məlumatlar informasiya 

sistemi üçün xüsusi əhəmiyyət kəsb edir. Məlumatların toplanması bütün psixi sağlamlıq 

qurumları  tərəfindən həyata keçirilməli və PSS-də xidmətlərin planlaşdırılması, yerinə 

yetirilməsi və qiymətləndirilməsində istifadə edilməlidir. 

 

II. Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı 



2.1. Fiziki resursların təkmilləşdirilməsi 

Psixi sağlamlıq sahəsində kompleks yardım sistemi psixoloji problemləri və psixi 

pozuntuları olan insanların müxtəlif ehtiyaclarını  təmin edə biləcək kifayət miqdarda 

fiziki resurslara malik  olmalıdır. Bu müəssisələr sanitar-texniki normalara cavab 

verməli, zəruri maddi vəsaitlər və avadanlıqla təchiz edilməlidir. Ambulator 

müəssisələrlə  qısamüddətli, ortamüddətli və uzunmüddətli yardım göstərən stasionar 

müəssisələri arasında rasional balansın gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Psixi 

sağlamlıq sisteminin fəaliyyəti stasionarlara qəbulların sayının və stasionar müalicə 

müddətinin azaldılmasına şərait yaramalıdır, bu isə tədricən ənənəvi təşkilati yardımdan 

müasir xəstəxanadan kənar yardıma keçilməsini nəzərdə tutur. 



2.2. Kadr potensialının inkişaf etdirilməsi 

PSS-də keyfiyyətli xidmətlərin göstərilməsi kifayət sayda ixtisaslı mütəxəssislərin cəlb 

olunmasını tələb edir, bu sıraya həkim-psixiatrlar və psixiatriya tibb bacılarından əlavə, 

klinik psixoloqlar, PSS-də çalışan sosial işçilər, reabilitasiya və  əmək terapiyası üzrə 

mütəxəssislər aiddir. Bu mütəxəssislərin PS sisteminə inteqrasiyası normativ sənədlərin 

(vəzifə təlimatları, ştat cədvəlləri, yardım standartları və s.) işlənib hazırlanmasını tələb 

edir. Bundan başqa bu mütəxəssislər üçün diplomdansonrakı hazırlıq və fasiləsiz təlim 

sistemi tərtib olunmalı  və  tətbiq edilməlidir. Həmçinin ali və orta ixtisas təhsili 

səviyyəsində psixi sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması, o cümlədən 

internatura və klinik ordinatura proqramları  təkmilləşdirilməlidir. Kadr potensialının 

inkişaf etdirilməsi təhsil və sosial müdafiə sistemi mütəxəssislərinin də PSS üzrə bilik və 

bacarıqlar əldə etməsini nəzərdə tutur. 



2.3. Psixi pozuntuları olan şəxslərin dərman təminatının yaxşılaşdırılması  

Psixi pozuntuların müalicəsinin həyata keçirildiyi hər bir müəssisə  əsas dərman 

vasitələri siyahısına daxil olan preparatlarla, o cümlədən psixotrop dərman maddələri ilə 

kifayət dərəcədə  təmin edilməlidir. Dərman preparatlarından rasional istifadə üzrə 

protokolların tərtib olunması, psixotrop preparatların alınması  və  təyinatı zamanı 

məhdud gəlirli istehlakçılar üçün qiyməti  əlçatan olan keyfiyyətli və  təhlükəsiz 

dərmanlara üstünlük verilməlidir. 

2.4. Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi 

Adekvat və sabit maliyyələşdirmə psixi sağlamlıq sisteminin normal fəaliyyəti üçün əsas 

şərtdir. PS sisteminin maliyyələşdirilməsi  ədalət, iqtisadi effektivlik, səmərəlilik və 

şəffaflıq prinsipləri üzərində qurulmalıdır. PSS-də konkret xidmətlərin 

maliyyələşdirilməsi üsulları bütün kateqoriyalardan olan istehlakçılar üçün dəqiq 

müəyyən edilməlidir.  İstehlakçılar psixi sağlamlıq problemləri nəticəsində iqtisadi 

rifahlarını itirmək təhlükəsindən müdafiə olunmalıdır. Səhiyyənin maliyyələşdirilməsinin 

ölkədə yaradılan yeni mexanizmləri (sığorta sxemləri və  əsas xidmətlər paketi) PS 

sistemi xidmətləri ilə bağlı xərcləri ödəməlidir. 

 

III.  Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin meydana çıxmasına qarşı 



yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi 

3.1. Əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi 

Psixi sağlamlıq psixi pozuntuların olmaması deyil, daha geniş anlayışdır və ehtiyacların 

təmin edilməsi, özünü reallaşdırma, muxtariyyət, bacarıqlar, emosional və intellektual 

özünüifadə kimi cəhətləri  əhatə edir. Sağlam davranış, düzgün qidalanma, təhlükəsiz 

əmək şəraiti, sanitar-gigiyenik normalara əməl edilməsi, balanslaşdırılmış iş və istirahət 

rejimi, idmanla məşğul olmaq psixi sağlamlığın yaranmasına kömək edir. Dövlət və 

qeyri-hökumət sektoru əhalinin məlumatlandırılmasının artırılması üzrə geniş 

kampaniyalar vasitəsilə sağlam həyat tərzinin təbliğ edilməsi, bu məsələlərin məktəb 

proqramına daxil edilməsi və KİV tərəfindən müntəzəm surətdə işıqlandırılması ilə bağlı 

səylərini birləşdirməlidir. 

 

3.2. Psixi sağlamlıqla bağlı problemlərin icma səviyyəsində profilaktikasına 

yönəlmiş xidmətlərin göstərilməsi üzrə mərkəzlərin yaradılması 

Ailələrə  və icmalara yardım göstərilməsinə yönəldilmiş  tədbirlər psixi sağlamlığın 

möhkəmləndirilməsi və onunla bağlı problemlərin profilaktikası üçün böyük 

əhəmiyyət kəsb edir. Bu tədbirlər icma psixi sağlamlıq qurumları, o cümlədən 

psixoloji məsləhət xidmətləri, gənclərə dostcasına yanaşan xidmətlər, böhran 

mərkəzləri, doğuşqabağı və doğuşdan sonrakı dövrdə qadınlar üçün xidmətlər, icma 

 

14


səviyyəsində zorakılığa məruz qalmış qadınlar üçün mərkəzlər,  qaynar telefon 

xətləri tərəfindən yerinə yetirilir. Ailədaxili münasibətlər psixi sağlamlığa həm 

müsbət, həm də  mənfi təsir göstərə bilər, ona görə  də ailə  həyatının sabitliyinin 

artırılması  və valideynlik səriştəsinin inkişaf etdirilməsi üzrə  iş aparmaq lazımdır. 

Uşağın erkən inkişaf dövrünə  və onun psixi sağlamlığına yardım edilməsinə xüsusi 

diqqət yetirilməlidir.  

 

3.3. İş yerlərində psixi pozuntuların profilaktikası və vaxtında aşkar edilməsi üzrə 

tədbirlər sisteminin təmin edilməsi  

Normal halda şəxsi məmnunluq, vəzifədə inkişaf və maliyyə sabitliyi mənbəyi olan peşə 

fəaliyyəti müəyyən  şəraitdə psixi sağlamlığa mənfi təsir göstərə bilər.  İş yerində 

meydana çıxan stress peşəkarlığın azalması, həmkarlar arasında münaqişələr, 

məhsuldarlıq və intizamın aşağı düşməsinə  gətirib çıxara bilər.  İşəgötürənlər peşəkar 

fəaliyyətlə bağlı olan psixi sağlamlıq məsələləri haqqında məlumatlı olmalı  və  iş 

yerlərində psixi pozuntuların profilaktikası üzrə tədbirlər həyata keçirməlidirlər. 

 

IV. PSS xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası 

4.1. İlkin səhiyyə səviyyəsində əhali arasında psixi sağlamlığın təbliğ edilməsi və 

psixi pozuntularla assosiasiya olunan stiqmaya qarşı mübarizə aparılması 

İlkin səhiyyə  işçiləri xidmət etdikləri  əhalini psixi sağlamlığın  əhəmiyyəti və onun 

yaxşılaşdırılması üsulları haqqında daim məlumatlandırmalıdırlar. 

Əhalinin 

məlumatlılığının artırılması üzrə  tədbirlər psixi sağlamlığa dəstək verməli, psixoloji 

problemlər və psixi pozuntular zamanı vaxtında aşkar edilmə  və yardım göstərilməyə 

kömək etməli, həmçinin sosial stiqma və psixi pozuntuları olan şəxslərə qarşı ayrı-

seçkiliyə mane olmalıdırlar. 



4.2. İlkin səhiyyə səviyyəsində psixi pozuntuların ilkin profilaktikasının həyata 

keçirilməsi 

Psixi pozuntuların profilaktikası məlum bioloji, psixoloji və sosial amillərin mənfi təsirinə 

mane olmaq üçün onların  əmələgəlmə riskinin azaldılması istiqamətində kompleks 

tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirləri  əhalinin  ən çox müdafiə  tələb 

edən qruplarına yönəlmiş xüsusi tibbi və / və ya sosial yardım proqramları çərçivəsində 

yerinə yetirmək lazımdır. Bu qruplara ağır xronik xəstəliklərdən əziyyət çəkənlər, əlillər, 

İİV-ə yoluxmuşlar, zorakılıq qurbanları, qaçqınlar və  məcburi köçkünlər, keçmiş 

döyüşçülər, uğursuz ailələr, tək analar, zahılılıq dövründə olan qadınlar, psixi 

pozuntuları olan şəxslərə qulluq edən ailələr, islahetmə müəssisələrində cəza çəkən və 

ya çəkmiş  şəxslər, palliativ qulluğa ehtiyacı olanlar və onların yaxınları, həyat və ya 

peşə situasiyası yüksək stress səviyyəsi ilə bağlı olan şəxslər aiddir. Uşağın tamdəyərli 

psixi inkişafının təmin edilməsi üzrə  tədbirlər ilkin səhiyyə sisteminin əsas vəzifələri 

 

15


sırasına daxildir. Uşağın normal inkişafı  mərhələləri haqqında gələcək valideynlərin 

məlumatlılığını artırmaq və inkişaf pozulmalarının erkən aşkar edilməsi üsullarını onlara 

öyrətmək lazımdır. 

Ölkədə fövqəladə hallar zamanı psixi sağlamlığın qorunması üzrə  tədbirlər planı 

mövcud olmalıdır. Bu tədbirlər planı müharibə, texnogen qəzalar, təbii fəlakətlər və 

terror aktları nəticəsində ciddi böhran vəziyyətinə düşmüş insanlara adekvat yardım və 

xidmətlər göstərilməsini təmin etməlidir.

 

4.3. İlkin səhiyyə səviyyəsində psixiatriya xidmətlərinin həyata keçirilməsi  

Ölkənin ilkin tibbi-sanitariya yardımı sistemində baş verən islahatlar səhiyyə, o 

cümlədən PSS xidmətlərinin təkmilləşdirilməsində böyük rol oynamalıdır.  İlkin səhiyyə 

səviyyəsində PSS xidmətləri sisteminin müvəffəqiyyətli inkişafı ixtisaslaşdırılmış yardım 

səviyyəsində yükü və  xərcləri  əhəmiyyətli dərəcədə azaltmalı  və  sərbəst qalmış 

resursların  ən ağır psixi pozuntulardan əziyyət çəkən  şəxslərə göstərilən yardımın 

keyfiyyətini yüksəltmək üçün istifadə olunmasına imkan yaratmalıdır.  İlkin səhiyyə 

həkimləri xidmət edilən  əhalidə, o cümlədən uşaq və yeniyetmələrdə psixi sağlamlıq 

problemlərini aşkar etməyi, diaqnoz qoymağı  və müalicə etməyi bacarmalı, ehtiyac 

yarandıqda isə aşkar ifadə olunmuş və / və ya mürəkkəb psixi pozuntuları olan şəxslərin 

mütəxəssisə göndərişini koordinasiya etməlidirlər. İxtisaslaşdırılmış yardım almış və ya 

alan pasiyentlərin vəziyyətinin monitorinqinin aparılması ilkin tibbi-sanitariya yardımı 

sisteminin funksiyalarına daxildir. 

 

V. PSS xidmətlərinin təkmilləşdirilməsi və  ağır psixi pozuntuları olan şəxslərin 

sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi 

5.1. PS sistemində psixi pozuntuların profilaktikası (ikincili) üzrə  tədbirlər 

sisteminin yaradılması 

Erkən müdaxiləyə konkret pozuntuların  əmələ  gəlməsinin qarşısını alan və / və ya 

onların daha uzun müddətli və daha ağır vəziyyətə keçməsi ehtimalını azaldan tədbirlər 

aiddir. Xüsusi ehtiyacları olan uşaqlara münasibətdə erkən müdaxilənin həyata 

keçirilməsi inkişaf pozulmalarını aradan qaldırmağa və sonrakı sosial adaptasiyanı 

yaxşılaşdırmağa imkan verir. Profilaktikanın digər forması hadisənin idarə olunması 

(case management), yəni residivlərin, erkən  əlilliyin və ixtisaslaşdırılmış müəssisələrə 

hospitalizasiyanın  qarşısının alınması  məqsədilə psixi pozuntular aşkar edilmiş 

şəxslərə göstərilən xidmətlərin koordinasiyasıdır. 

5.2. Psixi pozuntuların diaqnostikasının təkmilləşdirilməsi  

Psixi və davranış pozuntularının diaqnostikası yüksək doğruluq dərəcəsi ilə  həyata 

keçirilməlidir, bu dərəcə  əksər somatik xəstəliklərin diaqnostikasındakından aşağı 

 

16



olmamalıdır. Standartlaşdırılmış diaqnostik üsulların, diaqnostik meyarların və vahid 

şəklə salınmış qrafaların tətbiqi psixi pozuntu diaqnozunu yüksək dəqiqliklə müəyyən 

etməyə imkan verir. Psixi pozuntuların diaqnostikası  müasir beynəlxalq təsnifat 

prinsiplərinə  əsaslanmalı  və pasiyentin şikayətlərinin təhlili, anamnez məlumatlarının 

toplanması, fiziki və psixi vəziyyətin müayinəsi, həmçinin diaqnostika prosesini obyektiv 

etməyə imkan verən zəruri laborator, instrumental və psixoloji müayinələr (klinik 

şkalalar, sorğular, testlər) üzərində qurulmalıdır. Uşaq və yeniyetmələrdə psixi 

pozuntuların aşkar edilməsi və diaqnozunun qoyulması üçün klinik psixoloq, ailə həkimi, 

pediatr və məktəb psixoloqlarına təlim keçilməlidir. 

5.3. Psixi pozuntuların müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması 

Psixi pozuntuların müalicə metodlarına dərman preparatlarından (farmakoterapiya) və 

verbal, yaxud qeyri-verbal psixoloji vasitələrdən (psixoterapiya) istifadə daxildir. Müalicə 

qarşısında qoyulan əsas tələblər onun kompleks şəkildə həyata keçirilməsi və digər tibb 

mütəxəssislərinin, o cümlədən digər PSS mütəxəssislərinin iştirakı imkanının təmin 

edilməsidir. Hər bir müalicə  əvvəlcədən tərtib edilmiş müalicə planına  əsaslanmalı  və 

konkret diaqnoz, yaxud vəziyyətə yönəlmiş  və müalicə  tədbirlərinin həcmi, onların 

yerinə yetirilməsi qaydası və davam etmə müddəti təsvir edilmiş müalicə protokollarına 

uyğun olaraq həyata keçirilməlidir. 

5.4. Psixososial reabilitasiyanın və ağır psixi pozuntuları olan şəxslərin 

cəmiyyətdə inteqrasiyasının inkişaf etdirilməsi 

Ölkədə, psixi pozuntuları olan şəxslər tərəfindən cəmiyyətdə  fəaliyyətin optimal 

səviyyəsini təmin etmək üçün lazım olan vərdişlərin  əldə edilməsi və ya bərpa 

olunmasına yönəlmiş psixososioloji reabilitasiya sistemi yaradılmalıdır. Reabilitasiya 

proqramı fərdin ehtiyaclarına yönəlməli və onun yardım üçün müraciət etməsi anından 

başlayaraq ardıcıl  şəkildə  həyata keçirilməlidir. Beləliklə, psixososial reabilitasiya ona 

ehtiyacın müəyyən edilməsi anından, stasionar müəssisədə olan zaman başlamalı  və 

icma səviyyəsində ixtisaslaşdırılmış reabilitasiya mərkəzlərində davam etdirilməlidir. 

Psixi pozuntuları olan şəxslər və onların ailələri dövlət tərəfindən sosial müdafiə, 

məşğulluq, təhsil, mənzil təminatı və hüquqların qorunması üzrə məsul olan təşkilatların 

əməkdaşlıq  şəbəkəsi vasitəsi ilə sosial yardımla təmin olunmalıdırlar. Sosial xidmətlər 

yaş və gender xüsusiyyətləri nəzərə alınmaqla göstərilməlidir.  

Psixi pozuntuları olan uşaq və yeniyetmələrin effektiv sosial inteqrasiyasını təmin etmək 

üçün ailə, icma və  məktəbin daxil olduğu təsirli və  uşaqlara dostcasına yanaşan  ətraf 

mühitə əsaslanmış reabilitasiya tədbirləri sistemi yaradılmalıdır. Xüsusi ehtiyacları olan 

uşaqların reabilitasiyası qarşısında qoyulan əsas tələb uşağın bütün ailə üzvlərinin 

bərpa prosesinə cəlb olunmasıdır. 

 

17



 

18

5.5. Ağır psixi pozuntuları olan şəxslərə  və onların ailələrinə sosial yardımın 



yaxşılaşdırılması 

Psixi pozuntuları olan şəxslərə və onların ailələrinə sosial yardım, əməkdaşlıq edən və 

məşğulluq, təhsil, mənzillə  təminat, hüquqi müdafiə  və maddi dəstək sahəsində 

xidmətlər göstərən müəssisələr tərəfindən həyata keçirilməlidir. Sosial müavinətlər psixi 

pozuntuları olan şəxslərin, həmçinin psixi pozuntuları olan şəxslərə qayğı göstərən ailə 

üzvlərinin ehtiyaclarına uyğun gəlməlidir. 



 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin