“RAZILAŞDIRILIB” “TƏSDİQ EDİRƏM”
“NQT” trestinin DBMZ – nun “NQT” trestinin DBMZ – nun
HT – nın sədri Baş mühəndisi ______________ İ.Ə.Əliyev _____________N.İ.Əsgərov
“___”________2008 – ci il “___”________2008 – ci il
DƏMİR-BETON İSTEHSALI AVADANLIĞININ PULTLA İDARƏ
EDİLMƏSİ ÜZRƏ OPERATORU ÜÇÜN
ƏMƏYİN MÜHAFİZƏSİ ÜZRƏ
TƏ L İ M A T
Ümumi tələblər.
Operator işinə yaşı 18 – dən az olmayan, tibbi müayinədən keçmiş, xüsusi təlim keçmiş, təlimatlandırılmış, bilikləri yoxlanmış və müvafiq sənədi olan şəxslər buraxıla bılər.
İşə buraxılmış iışçilər ilkin tibbi yardımın (həkimə qədər) qayda və üsullarını bilməli, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını bilməli və onlara əməl etməlidir.
İşə buraxılmış iışçilər müəyyən edilmiş xüsusi paltarda işləməli, mühafizə vasitələrini tətbiq etməli, xilasedici vasitələrdən istifadə etməlidir.
İşə buraxılmış işçilərin maşın mexanızmləri haqqında, operator pultu haqqında, dəmir-beton məmulatları haqqında müəyyən anlayışı olmalıdır.
İşə başlamazdan əvvəl.
Fərdi mühafizə vasitələrindən tam istifadə etməlidir.
İş yerinin hər bir sahəsinin normal işıqlamdırılmasını yoxlamalıdır.
İş yerinə baxış keçirməlidir, beton daşıyan arabacıqların və paylayıcının hərəkətlərinə mane olan əşyaları və zibilləri onların ətrafından və yolundan təmizləməlidir.
İşlə əlaqəli vasitələrin, cihazların, avadanlıqların və alətlərin işə yararlı və saz vəziyyətdə olduğuna əmin olmalıdır.
İdarəetmə otağının döşəməsində elektrik aparat və şitlərinin qarşısında dielektrik rezin xalçaların olmasına fikir verməlidir.
İstehsal olunan bütün dəmir-beton məmulatlarının markalarını bilməlidir.
İş vaxtı.
İş vaxtı operator FMV – dən tam istifadə etməli, təhlükəsizlik texnikasının bütün tələblərini yerinə yetirməlidir.
İş vaxtı nasaz cihaz, avadanlıqlar və alətlərlə iş görmək qadağandır. Həmin alətlərlər və cihazlar təmiz quru halda olmalıdır.
İş vaxtı cərəyan kabelində, izolyasiyada tüstü gördükdə və ya iy hiss etdikdə dərhal rubilniki şəbəkədən ayırmaq, sex rəisinə və ustalara xəbər vermək lazımdır.
Operator idarəetmə kabinəsini heç kəsə həvalə etməməlidir, idarəetmə pultunda nasazlıqlar yarandığı halda dərhal rəhbərliyə xəbər verməlidir.
Operatora elektrik şitlərini və mexanizmləri təmir etmək qadağan olunur.
Xüsusi növ betonların (xlorlaşdırılmış əhəng, nitratlı və plastikator tərkibli) paylanması və nəqli zamanı ehtiyyatlı olmalıdır.
Beton daşıyan arabacıqların hərəkətə gətirilməsi və dayandırılması zamanı onların sürətini düzgün nizamlamalıdır. Əks halda qəzalar baş verə bilər ki, bu da zədələnmələrə və istehsalat xəsarətlərinə gətirirb çıxara bilər.
İş qurtardıqdan sonra.
Arabacıqları və betonpaylayıcını onlar üçün ayrılmış xüsusi yerdə saxlamaq.
İş yerini tam səliqə-səhmana salmaq.
İşlə bağlı olan cihazların, alətlərin və digər vasitələrin onlar üçün ayrılmış xüsusi yerə yığmalı.
Müəyyən olunmuş çatışmamazlıqlar barədə ustaları məlumatlandırmaq.
Tərtib etdi:
BQS – in rəisi: İ.N.Hüseynov
Razılaşdırılıb:
ƏMŞ – nin A.Q.Nəsibov
Dostları ilə paylaş: |