“Təsdiq edirəm” Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev


Psixi sağlamlıq sahəsində informasiya sisteminin yaradılması



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.01.2017
ölçüsü0,63 Mb.
#4014
1   2   3   4   5   6   7

1.5. Psixi sağlamlıq sahəsində informasiya sisteminin yaradılması  

1.5.1. Psixi sağlamlıq üzrə  məlumat bazasını beynəlxalq standartlara uyğun 

şəkildə təkmilləşdirmək.  

1.5.2. Psixi sağlamlıq üzrə məlumatların obyektiv şəkildə toplanmasını təmin etmək. 

1.5.3.  İnformasiyanın toplanması  və  işlənməsinin keyfiyyətinə texniki nəzarəti 

həyata keçirmək. 



1.5. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Hadisənin qeydiyyatı formasının və psixi sağlamlıq sistemi müəssisələri 

üzrə məlumatların toplanmasının yeni formasının tətbiq edilməsi 

 Müasir 


beynəlxalq tələblərə cavab verən psixi sağlamlıq üzrə elektron 

məlumat bazasının mövcudluğu 

 PSS üzrə informasiyanın kompüterdə son işlənməsi və  təhlili üçün 



cavabdeh olan mütəxəssislərin mövcudluğu 

 

II. Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı 



2.1. Fiziki resursların təmin edilməsi 

2.1.1.  İxtisaslaşdırılmış psixiatriya xəstəxanalarında çarpayıların sayını ixtisar 

etmək və  ənənəvi tipli psixiatriya müəssisələrinin bəzilərini xəstəxanadan kənar 

(community-based) xidmətlər göstərən müəssisələrə çevirmək. 

2.1.2. Ümumi tipli xəstəxanalarda stasionar psixiatriya şöbələri açmaq. 

2.1.3. Müəssisələrin sanitar-texniki normalara uyğunluğunu təmin etmək və onları 

lazımi  avadanlıq və ləvazimatla təchiz etmək. 

2.1. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  İxtisaslaşdırılmış psixiatriya müəssisələrində ixtisar edilmiş çarpayıların 

sayı 


 

27


 Ümumi 


profilli 

xəstəxanalarda stasionar psixiatriya şöbələrinin sayı 

 Psixi 


pozuntuları olan şəxslərə yardım göstərən müəssisələrin sanitar-

texniki vəziyyətinin müasir standartlara uyğunluğu 



2.2. Kadr potensialının inkişaf etdirilməsi 

2.2.1. Psixiatrların müxtəlif sahələr, o cümlədən uşaq/yeniyetmə psixiatriyası, 

məhkəmə psixiatriyası, herontologiya, psixoterapiya, narkologiya, neyropsixiatriya 

və digər sahələr üzrə ixtisaslaşması sistemini tətbiq etmək. 

2.2.2. Klinik psixoloqlar, sosial işçilər, psixiatriya tibb bacıları, psixi pozuntuları olan 

şəxslərin reabilitasiyası üzrə mütəxəssislərin PS sahəsində diplomaqədər və 

diplomdan sonra təhsil alması sisteminin inkişafına dəstək vermək. 

2.2.3. Klinik psixoloqlar, sosial işçilər, psixi pozuntuları olan şəxslərin reabilitasiyası 

üzrə mütəxəssislərin səhiyyə/psixi sağlamlıq sisteminə inteqrasiyasının dövlət 

mexanizmini yaratmaq. 

2.2.4. PSS-in idarə olunması  və müxtəlif mövzular üzrə ildə 4-5 dəfə keçirilən 

alternativ qısamüddətli (3-5 günlük) treninqlərin tətbiq olunması vasitəsilə PSS-də 

fasiləsiz təlim sistemi təşkil etmək. 

2.2.5. ATM və orta peşə  təhsili müəssisələrinin psixi sağlamlıq üzrə  tədris 

proqramlarını təkmilləşdirmək. 

2.2.6. PSS-də elmi kadrların hazırlanması sistemini təkmilləşdirmək. 



2.2. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Psixiatrlar üçün psixiatriyanın xüsusi sahələri üzrə diplomdansonrakı 

təhsil proqramlarının mövcudluğu 

  Bu proqramlar üzrə təlim keçmiş mütəxəssislərin sayı 



 Klinik psixoloqlar, sosial işçilər, psixiatriya tibb bacıları, psixi 

pozuntuları olan şəxslərin reabilitasiyası üzrə mütəxəssislərin PS 

sahəsində diplomaqədər və diplomdansonrakı  təhsili üçün tədris 

proqramlarının mövcudluğu 

 Tibb universiteti/fakültələri tələbələrinin diplomaqədər təhsili üçün 



psixiatriya sahəsində beynəlxalq standartlara cavab verən tədris 

proqramının mövcudluğu 

 

28


  Klinik psixoloqlar, sosial işçilər, psixi pozuntuları olan şəxslərin 

reabilitasiyası üzrə mütəxəssislərin səhiyyə/psixi sağlamlıq sisteminə 

inteqrasiyası üzrə normativ sənədlərin mövcudluğu 

 Psixi sağlamlıq sistemində çalışan klinik psixoloqlar, sosial işçilər, 



reabilitasiya üzrə mütəxəssislərin sayı 

 PSS-də fasiləsiz təlim üçün təsdiq olunmuş qısamüddətli kursların sayı 



 Keçirilmiş  qısamüddətli kursların miqdarı  və bu kursları bitirmiş 

mütəxəssislərin sayı 

 Büdcə, kadr və mənbələr üzrə menecmentlik də daxil olmaqla PSS-in 



idarə olunması üzrə treninqlərin miqdarı. 

 Sübutlu təbabət prinsiplərinə  əsaslanan elmi tədqiqatların aparılması 



üzrə təlim keçmiş PSS mütəxəssislərinin sayı 

2.3. Dərman təminatının yaxşılaşdırılması 

2.3.1. İlkin və ixtisaslaşdırılmış yardım səviyyələrində əsas psixotrop preparatlarla 

təminat  mexanizmlərini təkmilləşdirmək. 

2.3.2.  Əhalinin imtiyazlı qruplarının  əsas psixotrop preparatlarla təmin edilməsini 

yaxşılaşdırmaq. 

2.3.3. Effektivliyi sübut olunmuş yeni psixotrop preparatların psixi pozuntuların 

müalicəsi üçün vaxtında tətbiq edilməsinə dəstək vermək. 

2.3. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 PSS xidmətləri göstərən müəssisələrin  əsas dərman vasitələri 

siyahısına daxil olan preparatlarla təmin edilmə səviyyəsi 

  Əhalinin imtiyazlı qruplarına aid olan şəxslərin  əsas psixotrop 



preparatlarla təmin edilməsinin əhatə səviyyəsi 

 Psixi 



pozuntuların müalicəsində istifadə üçün effektivliyi sübut olunmuş 

yeni psixotrop dərman preparatlarının qeydiyyata alınması 



2.4. Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi 

2.4.1. PS sisteminin maliyyə təminatı mexanizmini yaxşılaşdırmaq. 

2.4.2. PSS-də qeyri-tibbi xidmətlərin maliyyələşdirilməsini nəzərdə tutmaq. 

 

29



2.4.3. PS üzrə büdcənin xərclənməsinin hesabatın hazırlanmasının 

təkmilləşdirilməsi 

2.4.4. Həyati  əhəmiyyətli psixi pozuntu və  xəstəliklərin profilaktika və müalicəsini 

əsas tibbi sığorta xidmətləri paketinə daxil etmək. 



2.4. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  Səhiyyə büdcəsinin PS-ə ayrılan hissəsinin 5% səviyyəsinə  qədər 

artırılması 

 PS 


üzrə maliyyə hesabatının SN-in illik hesabatına daxil edilməsi  

 

III.  Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin profilaktikasına yönəlmiş 



tədbirlər sisteminin gücləndirilməsi 

3.1. Əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi 

3.1.1. KİV vasitəsilə  əhalinin sağlam həyat tərzi haqqında müntəzəm surətdə 

məlumatlandırılmasını təmin etmək. 

3.1.2. Məktəbəqədər müəssisələr və  məktəblər üçün sağlam həyat tərzinin və 

həyat vərdişlərinin öyrədilməsi üzrə təlim proqramları hazırlamaq və tətbiq etmək. 

3.1.3. Gənclər arasında sağlam həyat tərzi ilə bağlı müntəzəm informasiya 

kampaniyaları aparmaq. 

3.1. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  İl  ərzində sağlam həyat tərzini təbliğ edən məqalə, televiziya və radio 

proqramları, həmçinin xüsusi nəşrlərin miqdarı 

  Bu kampaniyalar tərəfindən əhatə edilmiş əhalinin sayı 



 Sağlam həyat tərzinin və həyat vərdişlərinin məktəbdə və sinifdənkənar 

(fakültativ) öyrədilməsi üzrə təlim proqramlarının mövcudluğu 

 Sağlam həyat tərzinin müxtəlif cəhətləri ilə bağlı informasiya 



kampaniyalarının miqdarı 

  Bu kampaniyalar tərəfindən əhatə edilmiş əhalinin sayı 



 

30


3.2.  Əhalinin psixi sağlamlıqla bağlı problemlərin icma səviyyəsində 

profilaktikasına yönəlmiş xidmətlərlə təmin edilməsi 

3.2.1. Qaynar xətlər, böhran mərkəzləri, ana və  uşaq mərkəzləri, zorakılıq və 

trafikinq (insan alveri) qurbanlarına yardım göstərilməsi üzrə mərkəzlər yaratmaq, 

həmçinin zahılıq dövründə olan qadınlar üçün psixoloji məsləhət xidməti də daxil 

edilməklə icma səviyyəsində psixoloji məsləhətxanaları  təşkil etmək. 

3.2.2. Məktəb və ATM-lərdə psixoloji yardımı təkmilləşdirmək. 

3.2.3. Müxtəlif  əhali qrupları arasında psixi dayanıqlığın, münaqişələri idarə 

etmək və  həyat çətinliklərinin öhdəsindən gəlmək bacarığının artırılmasına 

yönəlmiş proqramlar tərtib etmək və həyata keçirmək. 

3.2. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Qaynar 

xətlər, böhran mərkəzləri, ana və uşaq mərkəzləri, zorakılıq və 

trafikinq qurbanlarına yardım göstərilməsi üzrə  mərkəzlər, həmçinin 

zahılıq dövründə olan qadınlar üçün psixoloji məsləhət xidməti də daxil 

edilməklə icma səviyyəsində məsləhətxanaların mövcudluğu. 

  Məktəb psixoloqları üçün PS sahəsində treninqlərin sayı 



 ATM-lərdə psixoloji konsultasiyaların mövcudluğu 

 Psixoloji konsultasiya aparılması, psixi dayanıqlığın artırılması, 



emosiyaları idarə etmək bacarığı, məktəb və ATM-lərdə stressin 

öhdəsindən gəlmək bacarığı üzrə metodik vəsaitlərin mövcudluğu 

 Psixi dayanıqlığın, emosiyaları idarə etmək və stressin öhdəsindən 



gəlmək bacarığının artırılmasına yönəlmiş proqramların tətbiq edildiyi 

müəssisələrin sayı 

  Məktəb və ATM-lərdə psixoloji yardım göstərilməsi üzrə statistik 



məlumatların mövcudluğu 

3.3. İş yerlərində psixi pozuntuların profilaktikası və vaxtında aşkar edilməsi üzrə 

tədbirlər sisteminin təmin edilməsi 

3.3.1. İdarə və müəssisə rəhbərlərinin işçilərin psixi sağlamlığı ilə bağlı məsələlər 

haqqında xəbərdar olmasını və məlumatlılığını artırmaq. 

3.3.2. Qadınlar xüsusilə  nəzərə alınaraq, iş yerlərində psixi sağlamlığın 

qorunmasına yönəlmiş müntəzəm tədbirlər həyata keçirmək. 

3.3.3. İşçilərin psixoloji konsultasiyasını təmin etmək. 

 

31


 3.3. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  İdarə  və müəssisələrdə  işçilərin psixi sağlamlığının qorunması üzrə 

əsasnamənin mövcudluğu 

 Qadınlar xüsusilə  nəzərə alınaraq iş yerlərində psixi sağlamlığın 



qorunması  və sağlam həyat tərzinin təbliğinə yönəlmiş  tədbirlər və 

kampaniyalar planının olması 

  Psixoloji problem və psixi pozuntuların vaxtında aşkar edilməsi və 



işçilərin müvafiq PSS müəssisəsinə göndərilməsi sisteminin mövcud 

olması 


  İdarə  və müəssisələrdə  işçilərin psixoloji konsultasiyasının təmin 

edilməsi sisteminin mövcudluğu 

  Bu kampaniyalar tərəfindən əhatə edilmiş işçilərin sayı 



  İş yerlərində sağlamlığın qorunması, təhlükəsizlik və  ətraf mühitin 

mühafizəsi üzrə əsasnamənin mövcudluğu 

 

IV. PSS xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası 

4.1. Əhalinin psixi sağlamlıq haqqında məlumatlılığının artırılması və stiqmaya 

qarşı mübarizə aparılması 

4.1.1. Xidmət göstərilən  əhalini ilkin səhiyyə  səviyyəsində psixi sağlamlığın 

qorunması haqqında məlumatlandırmaq. 

4.1.2.  İlkin tibbi yardım sistemində çalışan mütəxəssislərin göstərdikləri xidmətlər 

haqqında əhalini müntəzəm şəkildə məlumatlandırmaq. 

4.1.3. Qadın və uşaqların psixi sağlamlığına xüsusilə diqqət yetirilərək, stiqmanın 

və psixi pozuntuları olan şəxslərə qarşı ayrı-seçkiliyin azaldılmasına yönəlmiş 

proqramlar həyata keçirmək, bu proqramlar üzrə kütləvi informasiya vasitələri ilə 

əməkdaşlıq etmək. 

4.1. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  İlkin səhiyyə  işçiləri tərəfindən PS haqqında məlumatlılığın artırılması 

və psixi pozuntuları müşayiət edən stiqma ilə mübarizə sahəsində 

həyata keçirilən tədbirlərin sayı 

 

32



  Əhali üçün nəzərdə tutulmuş  və ilkin səhiyyə  səviyyəsində xidmətlər 

haqqında məlumatların yer aldığı çap materiallarının miqdarı 

 Stiqma və ayrı-seçkilik məsələləri ilə bağlı  KİV nümayəndələrinin 



iştirakı ilə keçirilmiş "dəyirmi masa", seminar və treninqlərin sayı 

 Qadın və uşaqların psixi sağlamlığına həsr olunmuş tədbirlərin sayı  



4.2. İlkin səhiyyə səviyyəsində psixi pozuntuların birincili profilaktikası (qarşısının 

alınması) 

4.2.1.  İlkin səhiyyə  səviyyəsində  əhalinin müxtəlif qrupları (uşaqlar, gənclər, 

qadınlar, ahıl yaşlı şəxslər) üçün PSS-də profilaktik xidmətləri təmin etmək. 

4.2.2. Psixi pozuntuların  əmələgəlmə riski yüksək olan şəxsləri səhiyyə/psixi 

sağlamlıq sahəsində xidmətlərlə təmin etmək. 

4.2.3. Fövqəladə hallar üçün psixi sağlamlıq sahəsində təcili tədbirlər planı işləyib 

hazırlamaq və tətbiq etmək. 

4.2. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Psixi 

pozuntuların  əmələgəlmə riski yüksək olan əhali qruplarına ilkin 

səhiyyə  səviyyəsində psixososial yardım göstərilməsi üzrə xidmətlərin 

mövcudluğu 

 Psixi pozuntuların  əmələgəlmə riski yüksək olan şəxslərdə  həmin 



pozuntuların profilaktikası  və qarşısının alınması üzrə  tədbirlərin artıq 

fəaliyyətdə olan və tərtib edilən dövlət proqramlarına (narkomaniya, İİV 

infeksiyasının yayılması, zorakılıq və travmatizmlə mübarizə, palliativ 

qulluq və reproduktiv sağlamlıq ) daxil edilməsi 

 Fövqəladə hallar zamanı psixi sağlamlığın qorunması  və psixi 



pozuntuların profilaktikası sahəsində təcili tədbirlər planının     olması 

4.3. İlkin tibbi yardım səviyyəsində xidmətlər göstərilməsi 

4.3.1.  İlkin tibbi yardım sistemində çalışan mütəxəssislərin psixi sağlamlıq 

sahəsində bilik səviyyəsini yüksəltmək. 

4.3.2.  Ən çox yayılmış psixi pozuntular üçün ilkin tibbi yardım sistemini 

diaqnostika vasitələri və müalicə protokolları ilə təmin etmək. 

4.3.3.  İlkin tibbi yardım ilə ixtisaslaşdırılmış psixiatriya yardımı arasında 

müntəzəm və maneəsiz əlaqəni həyata keçirmək. 

 

33



 

34

4.3.4. Psixi pozuntuları olan şəxslərin ailələrinə  xəstəyə qulluqla bağlı  zəruri 



vərdişlərin öyrədilməsini ilkin tibbi yardım səviyyəsində tətbiq etmək. 

4.3. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



  Ən çox yayılmış psixi pozuntular (depressiya, həyəcanlı pozuntular, 

yuxu pozulmaları, alkoqoldan sui-istifadə, qida qəbulu pozuntuları, 

adaptasiya pozulmaları) üçün diaqnostika vasitələri və müalicə 

protokollarının mövcudluğu 

 PS 


üzrə treninq keçmiş ilkin səhiyyə həkimlərinin sayı 

  İlkin səhiyyə səviyyəsindən ixtisaslaşdırılmış PS müəssisələrinə və əks 



istiqamətdə göndərişlərin sayı 

 Mütəxəssislərin konsultasiyasının həyata keçirildiyi ilkin tibbi yardım 



müəssisələrinin sayı 

  İlkin səhiyyə  həkimləri tərəfindən xəstəyə qulluqla bağlı  zəruri 



vərdişlərin öyrədildiyi psixi pozuntuları olan şəxslərin ailələrinin sayı 

 

V. PSS xidmətlərinin təkmilləşdirilməsi və  ağır psixi pozuntuları olan şəxslərin 



sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi 

5.1. PS sistemində psixi pozuntuların ikincili profilaktikası üzrə  tədbirlər 

sisteminin yaradılması 

5.1.1. İcma səviyyəsində erkən müdaxilə xidmətlərinin yaradılmasına dəstək 

vermək.  

5.1.2. Residivlərin və ya psixi pozuntuların gedişinin ağırlaşmasının profilaktikasına 

yönəlmiş yardımın koordinasiyası (hadisənin idarə olunması) proqramını tətbiq 

etmək. 


5.1. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Erkən müdaxilələri həyata keçirən icma xidmətlərinin sayı 

 Erkən müdaxilələr üzrə xidmətlərlə əhatə olunmuş istifadəçilərin sayı 



 Hadisənin idarə olunması proqramı ilə  əhatə olunmuş istifadəçilərin 

sayı 


5.2. Psixi pozuntuların diaqnostikasının təkmilləşdirilməsi 

5.2.1. Psixi pozuntuların diaqnostikasının müasir beynəlxalq təcrübəyə uyğun 

gələn standart proseduralarını tətbiq etmək. 

5.2.2. Standartlaşdırılmış müayinə üsullarından istifadə etməklə psixi pozuntuların 

diaqnostikası proseduralarını tətbiq etmək. 

5.2. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Ölkədə standartlaşdırılmış diaqnostika vasitələrinin mövcudluğu və 

onlardan diaqnostika prosesində istifadə olunması 

 XBT-10 


istifadəsi üzrə treninq keçmiş PSS mütəxəssislərinin sayı 

  Əmək, hərbi-psixiatriya, məhkəmə-psixiatriya ekspertizalarının 



keçirilməsi zamanı diaqnostik proseduraların müasir beynəlxalq 

tələblərə uyğun gəlməsini qaydaya salan normativ sənədlər və 

təlimatların mövcudluğu 

5.3. Psixi pozuntuların müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması 

5.3.1. Psixi pozuntuların müalicəsinin beynəlxalq standartlara uyğun şəkildə 

aparılmasını təmin etmək. 

5.3.2. Psixi pozuntuların müalicəsinə məlumatlandırılmış razılıq alınması 

proseduralarını tətbiq etmək. 

5.3.3. Psixi pozuntuların müalicəsi zamanı kompleks çoxixtisaslı yanaşmanın 

həyata keçirilməsi. 

5.3. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Ölkədə psixi pozuntuların müalicəsi zamanı  dərman preparatlarından 

rasional istifadə üzrə SN tərəfindən təsdiq olunmuş klinik tövsiyələr və 

protokolların mövcudluğu    

 Psixi 



pozuntuları olan şəxslərin müalicəyə məlumatlandırılmış razılığını 

təmin edən normativ sənədin olması 

 Koqnitiv-bihevioral psixoterapiya (KBT), interpersonal terapiya (İPT), 



ailə terapiyasından istifadə olunması üzrə tövsiyələrin mövcudluğu 

 Diplomdansonrakı  təhsil proqramında psixoterapiya üzrə  təlim 



kursunun olması 

 

35



 Standartlaşdırılmış psixoterapiya üsulları üzrə treninq keçmiş 

mütəxəssislərin sayı 

 Psixiatriya yardımı göstərilməsində çoxixtisaslı yanaşmanın həyata 



keçirilməsi üzrə normativ sənədlərin mövcudluğu 

 PSS-də çoxixtisaslı mütəxəssis briqadalarının sayı 



5.4. Psixososial reabilitasiyanın və  ağır psixi pozuntuları olan şəxslərin 

cəmiyyətdə inteqrasiyasının inkişaf etdirilməsi 

5.4.1. Gender xüsusiyyətləri nəzərə alınaraq ağır psixi pozuntuları olan 

şəxslərin mərhələli psixososial reabilitasiyası sisteminin yaradılması. 

5.4.2. Psixi pozuntuları olan şəxslərin iş yerləri ilə təmin edilməsi. 



5.4. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 

 



  Ağır psixi pozuntuları olan şəxslərin psixososial reabilitasiyası üzrə 

icma mərkəzlərinin sayı 

  Ağır psixi pozuntuları olan şəxslərin reabilitasiyası üzrə müxtəlif 



proqramların mövcudluğu 

 Psixi 



pozuntuları olan qadınlar üçün reabilitasiya proqramlarının sayı 

 Psixi pozuntuları olan uşaq və yeniyetmələr üçün reabilitasiya 



proqramlarının sayı 

  Ağır psixi pozuntuları olan və reabilitasiya kursu keçmiş şəxslərin sayı  



  Reabilitasiya kursu keçmiş psixi pozuntuları olan qadınların sayı  

 Reabilitasiya kursu keçmiş psixi pozuntuları olan uşaq və 



yeniyetmələrin sayı 

 Psixi pozuntuları olan uşaq və yeniyetmələrin inklüziv təhsil aldığı 



məktəb və uşaq bağçalarının sayı   

 Psixi 



pozuntuları olan şəxslər üçün qorunmuş iş yerlərinin sayı 

 

36



 

37

5.5. Ağır psixi pozuntuları olan şəxslərə  və onların ailələrinə sosial yardımın 



yaxşılaşdırılması 

5.5.1. Psixi pozuntuları olan şəxslərə  və onların ailələrinə dövlət tərəfindən 

sosial yardımın yaxşılaşdırılması. 

5.5.2. Psixi pozuntuları olan şəxslərin sosial mənzillə təmin edilməsi.  



5.5. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Psixi pozuntuları olan şəxslərə  və onların ailələrinə ayrılan sosial 

yardımın həcmi 

 Psixi 


pozuntuları olan şəxslərə verilən sosial mənzillərin sayı 

 Psixi 



pozuntuları olan və sosial əlaqələrini itirmiş şəxslərə verilən sosial 

mənzillərin sayı 



Prioritetlər 2011 

1. PSS-də normativ-hüquqi sənədlərin işlənib hazırlanması 

2. PS sisteminin maliyyələşdirilməsinin artırılması  və maliyyə  vəsaitlərinin Milli 

Strategiya və 2011-2015-cü illər üçün Fəaliyyət Planı  məqsədlərinə uyğun 

şəkildə bölüşdürülməsi 

3.  İlkin tibbi yardım səviyyəsində PSS xidmətlərinin inkişaf etdirilməsi və 

ixtisaslaşdırılmış yardım sistemi ilə effektiv koordinasiyanın həyata keçirilməsi 

4. PSS-də əməkdaşlıq haqqında idarələrarası razılaşmaların imzalanması 

5.  İdarəetmə orqanlarının (PS üzrə  Təşkilati-metodik Mərkəz və SN yanında PS 

üzrə Koordinasiya Şurası) yaradılması 

6. PSS-də kadrların hazırlanması üçün tədris proqramlarının tərtib edilməsi 

7. Psixiatriya müəssisələrində insan hüquqlarına riayət edilməsinin təmin olunması 



Prioritetlər 2012 

1. PSS-də kadrların hazırlanmasının təkmilləşdirilməsi və müasir tədris 

standartlarının tətbiq edilməsi 

2. PS məsələləri ilə bağlı  əhalinin məlumatlılığının artırılması, stiqma və ayrı-

seçkiliyə qarşı mübarizə 

3.  PS sisteminin müxtəlif səviyyələrində koordinasiyanın yaxşılaşdırılması 

4.  İxtisaslaşdırılmış psixiatriya xəstəxanalarında çarpayı fondunun ixtisar edilməsi 

və buna paralel olaraq ümumi təyinatlı  xəstəxanalarda psixiatriya şöbələrinin 

açılması 

5. PSS-də siyasətin həyata keçirilməsində QHT-lərin rolunun gücləndirilməsi 

6.  İcma səviyyəsində xəstəxanadan kənar (community based) yardım növlərinin və 

reabilitasiyanın inkişaf etdirilməsi 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin