1
Mövzu 2. Avropada turizmin inkişafının müasir durumu. Şimali Avropa subregionunda
beynəlxalq turizmin coğrafiyası
PLAN:
Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi.
Avropada intensiv beynəlxalq turist axınları.
Avropada aktiv turizmin inkişafını şərtləndirən amillər.
Şimali Avropa subregionunda turizmin mövcud durumu.
Skandinaviya ölkələri, Danimarka və İslandiyada turizmin inkişaf xüsusiyyətləri.
Bölgədə turizmin inkişafına təsir edən amillər.
Subregionun turizm-rekreasiya potensialı və dinamik inkişaf edən turizm növləri.
Əsas turizm mərkəzlərinin qısa səciyyəsi.
Avropa dünyanın turizm baxımından ən inkişaf etmiş regionudur. Əlverişli təbii şəraitə malik olan və
turistlərin diqqətini cəlb edən, müxtəlif görməli yerlərin bol olduğu, turizm baxımdan daha çox inkişaf etmiş
ölkələr Avropada yerləşir.
Avropa cənubda, qərbdə
və şimali qərbdə Atlantik, şimalda isə Şimal Buzlu Okeanı dənizlərinin
suları ilə əhatə olunmuşdur. Avropada turizmin inkişafına regionun təbii-coğrafi xüsusiyyətləri təkan verir.
Onun sahilləri kəskin parçalanaraq,
daxili dənizlərin, körfəzlərin, buxtaların çoxluğu ilə seçilir, ki, bu da
sahildə çoxsaylı limanların yaranmasına gətirib çıxarmışdır. Avropa ölkələrinin
əksəriyyəti dənizsahili
mövqeyə malikdir, bəziləri isə Avropadan Asiya, Afrika, Avstraliya və Amerikaya gedən yollar yaxınlığında
olan ada və yarımadalarda yerləşir. Regionun təbii-rekreasiya ehtiyatları çox rəngarəngdir. Avropa
ərazisində
düzənlik, təpəlik və dağlıq rayonlar növbələşir. Dağlar əsasən orta yüksəkliyə malik olaraq,
iqtisadi əlaqələrin qurulması və turist səfərlərinin həyata keçirilməsi üçün maneə yaratmır. Dağ
aşırımlarında nəqliyyat magistralları salınmışdır. Avropanın böyük hissəsi mülayim, yalnız
Skandinaviya
yarımadasının şimalı arktik qurşaqda yerləşir. Regionun cənub hissəsi (Priney, Apennin və Balkan
yarımadaları) subtropik iqlim qurşağında yerləşir. Ümumilikdə, təbii-iqlim şəraiti istirahət üçün əlverişlidir,
bu, xüsusilə cənubi Avropanın günəş enerjisi və istiliyin yüksək göstəriciləri ilə seçilən dənizkənarı
ölkələrində müşahidə olunur.
Avropada təbii landşaftlar demək olar ki, qalmamışdır. Bütün qitələrin
içərisində Avropa daha çox
“mədəniləşmişdir” – onun ərazisinin yalnız 3%-i insan tərəfindən dəyişdirilməmişdir (xüsusilə şimal ölkələri
– Finlandiya, Norveç və İsveç). Avropanın qabaqcıl turizm regionuna çevrilməsinə mədəni-tarixi amillər də
təkan vermişdir. O, dünya irsinə böyük töhvələr vermişdir. Dünyanın heç bir yerində müxtəlif dövrlərə -
Neolit, Qədim Dövr, İntibah dövrü,
Böyük coğrafi kəşflər, Sənaye çevrilişi və inqilablar dövrünə aid bu
qədər tarixi və memarlıq abidələri ilə zəngin ərazi yoxdur.
Avropa beynəlxalq turizmdə turist qəbuluna görə liderliyi saxlayır. Buna səbəb: