Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   2   3   4   5   6   7   8   9   ...   14
BTC-movzu2

1.
 
Turizm infrastrukturunun inkişafı və yüksək səviyyədə nəqliyyat xidməti
2.
 
Dünya əhəmiyyətli təbii və mədəni resursların olması; 
3.
 
Turizm məhsulunun seçim müxtəlifliyi (dənizsahili istirahətdən tutmuş qış idman növünəcən); 
4.
 
Hazırlıqlı kadrların olması; 
5.
 
İqtisadi bazanın yüksək inkişaf səviyyəsi; 
6.
 
Bir-birinə etnik cəhətdən yaxın dövlətlərin mövcudluğu, xalqların tarixi-mədəni yaxınlığı, dil 
və din oxşarlığı və s. 
Beynəlxalq turizm Avropanın bütün inkişaf etmiş ölkələrini əhatə etsə də, heç də hamısında eyni 
səviyyədə inkişaf etməyib. Ayrı-ayrı dövlətlərin beynəlxalq turizmdə iştirakı xarakteri də əsaslı surətdə 
fərqlənir. Avropada təxminən 50 müstəqil dövlər var, lakin onların əksəriyyəti ərazicə çox kiçikdir. Ərazinin 
məhdudluğu – turist getmələrinin intensivliyinə təkan verən amildir. Yalnız 2 ölkənin – Fransa və 
İspaniyanın ərazisi 500 min km²-dən çoxdur. Avropanın əhalisinin sayı 742.4 mln. nəfərdir (yanvar,2018) və 



əhalinin təxminən 75%-i şəhər aqlomerasiyalarında yaşayır. Urbanizasiyanın, əhali sıxlığının və təhsilin 
yüksək səviyyəsi - əhalinin turizm aktivliyinə təsir edən amillərdir. Avropa ölkələri bir-birinə nəzərən yaxşı 
mövqeyə malikdirlər və bir çoxlarının rahat təbii obyektlərdən keçən eyni sərhədləri vardır. Coğrafi yaxınlıq 
və sıx nəqliyyat şəbəkəsi bir ölkədən digərinə səyahəti rahat və əlçatan edir. Avropanın müxtəlif 
subregionlarında (əsasən ölkələrində), turizm-rekreasiya sahəsinin inkişaf səviyyəsi qeyri-bərabərdir. Bu 
sahədə kommersiya effektliliyi baxımından aparıcı subregionlar – Qərbi, Cənubi və Şimali Avropadır. 
Mərkəzi və Şərqi Avropa, yəni SSRİ-nin süqutundan sonra yaranmış yeni müstəqil dövlətlər, həmçinin sabiq 
sosialist ölkələri və Aralıq dənizinin şərqində yerləşmiş ölkələr (Türkyə, Kipr, İsrail) turizmin inkişafı 
baxımından, Avropanın inkişaf etmiş regionlarına “çatmağa” cəhd göstərirlər. 
Avropa ölkələrinin hüdudları daxilində təbii-coğrafi amillər, ilk öncə ərazinin relyefi və iqlimi, turist 
axınının intensivliyini və istiqamətini müəyyən edir. Aralıq dənizi hövzəsi daha çox turist cəlb edir. Avropa 
turistlərinin yarıdan çoxu və digər qitələrdən gələn turistlərin təqribən 30%-i bu ərazidən keçir. Günəşli 
Aralıq dənizi hövzəsi, rütubətli və soyuq Mərkəzi və Şimali Avropa sakinlərini özünə cəlb edir. Tarixi və 
mədəniyyət abidələrinə maraq da buna əlavə olunur. 
Qərbi Avropa hüdudları daxilində turizm əlaqələri əsasən, qonşu ölkələr arasında inkişaf etmişdir. 
Bunun əsas səbəbi, qonşu ölkələrin tarixi keçmişi və talelərinin oxşarlığı, iqtisadi və mədəni əlaqələrin sıx 
olmasıdır. 
Avropada səyahətlər müasir həyat tərzinə çevrilmişlər. Buna regiondakı iqtisadi və siyasi stabillik, 
müxtəlif ölkə hökümətlərinin əməkdaşlıq (o cümlədən turizm sahəsində) meylləri təkan verir. Bu sahədə 26 
ölkənin daxil olduğu Şengen razılaşmasının imzalanması (1985-ci il) xüsusi əhəmiyyətə malikdir. Belə ki, 
bu razılaşmaya əsasən bu ölkə vətəndaşları öz ümumvətəndaşlıq pasportları ilə Şengen zonası dövlətlərinin 
sərhədlərini maneəsiz keçə bilərlər. Turizmin inkişafına həm də Avropa birliyinin vahid valyutası – Avronun 
tətbiqi də təkan vermişdir.
Avropa – dünyanın qabaqcıl turizm regionudur və turistlərin gəlmə göstəricilərindəki payının 
azalmasına baxmayaq, özünün liderliyini qoruyub saxlayır. Beynəlxalq turistlərin gəlmə göstəriciləri 
Avopada 2015-cü ildə 2014-ci ilə nəzərən 90 mln. nəfər artaraq 608 mln. nəfərə çatmışdır ki, bu da dünya 
səyahətlərinin 51%-ni təşkil edir. Turizmdən gəlirlər isə 450 mlrd. ABŞ dolları təşkil etmişdir. Avropada 
turizm kəskin regiondaxili xarakter daşıyır. Regionlararası getmə turist axınlarında ABŞ xüsusi yer tutur.
Ümumiyyətlə Avropada regiondaxili turizmin payı 90%-dir, qalanı isə regionlararası turizmin payına 
düşür. Əgər region daxilində turistlərin payı çoxdursa, deməli həmin regionda turizmin infrstukturu və təşkili 
yaxşı inkişaf etmiş. Regionda sabitlik və yüksək iqtisadi inkişaf var. 
1990-cı illərdə sərhədlərin açılması Şərqi Avropa ölkələrindən Qərb ölkələrinə çoxlu turist axınının 
yaranmasına səbəb olmuşdur. İlk vaxtlar gedənlərin əksəriyyəti şopturizm etməklə qısamüddətli səfərlərə 
gedirdilərsə, tədricən dincəlmək və ölkə haqqında məlumat toplamaq üçün də vaxt ayırırdılar. Eyni zamanda 
kütləvi qrup halında səyahətlər tədricən daha kiçik qruplar və ailəvi səyahətlərlə əvəz olunurdu. Avropa 
daxilində əsas turist yaradan ölkələr Benilüks və Şimali Avropa ölkələridir. Belə ki, region daxilində turist 
axınının 42% bu ölkələrin payına düşür. Məlum olduğu kimi regionda turist axınlarının əsas istiqaməti 
Şimaldan Cənubadır. Bu turistlərin günəş-qum-dənizə olan marağından irəli gəlirdi

Ona görə də xüsusi ilə 
soyuq iqlimi olan Şimali Avropa ölkələrindən (Norveş, İsveç, Finlandiya, İslandiya, Danimarka) turistlər 
Aralıq dənizi (xüsusən Fransa, İspaniya, İtaliya) və Qara dənizin sahillərinə üz tuturdular. Lakin son 
zamanlar turistlərin yerdəyişməsi baş verməkdədir. Fərqlilik axtaran turistləri artıq Skandinaviya ölkələri və 
İslandiya da maraqlandırır. Bunun əsas səbəbi isə Şimali Avropa ölkələrində təbii sərvətlərin zənginliyi, 
ekoloji tarazlıq və təmizlik, valyuta sabitliyi, turistlərin təhlükəsizliyinin təmin edilməsi, turistləri bura cəlb 
etmək üçün turizm sənayesinə böyük miqdarda sərmayə qoymaları və yeni turist məhsullarını təklif 
etmələridir. 
Tədricən Avropa regionunun beynəlxalq turizm fəaliyyətində iştirakı azalmağa başlayır. Lakin La-



Manş tunelinin tikilməsi, Disneyland və s. yollarla turistlərin bu regiona olan marağının sabit qalması üçün 
cəhdlər göstərilir. 
Avropa turizminin ən gözəçarpan xüsusiyyəti turist axınlarının meridional istiqamətdə üstünlük təşkil 
etməsi və turistlərin Aralıq dənizi hövzəsi ətrafında cəmləşməsidir. Turist axını şimaldan cənuba doğru 
hərəkət edərək, turist qəbulu üzrə böyük dövlətlər sayılan Fransa, İspaniya və İtaliyada başa çatır. 
Avropaya turist göndərən əsas bazar, Şimali Amerikadır. Avropa hüdudlarından kənardan gələn 
turistlərin 35%-i ABŞ, Kanada və Meksikanın payına düşür. Qitə çərçivəsində turist axınının əsas mənbələri 
“isti dənizlərə” çıxışı olmayan, inkişaf etmiş dövlətlərdir. 
Avropa turizm bazarında Şərqi və Mərkəzi Avropa ölkələrinin, xüsusilə də Çexiya, Polşa, Rumıniya, 
Sloveniya və Rusiyanın aktivliyi artır. Avropada inkişaf etmiş turizm növləri içərisində müalicə-sağlamlıq, 
işgüzar, dini, təhsil, dərketmə, kruiz (dəniz, çay, göl) turizm növləri xüsusilə seçilir. Avropaya səyahət 
edənlərin əksəriyyəti öz səyahətlərinə müxtəlif əyləncə müəssisələrinin və tədbirlərinin ziyarətini də daxil 
edir. 
Avropa 5 subregiona bölünür: Şimali Avropa, Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa, Cənubi 
Avropa. 
Şimali Avropa ölkələrinə Skandinaviya ölkələri (Danimarka, İsveç və Norveç) və tarixən onlarla 
bağlı olan Finlandiya və İslandiya, eləcə də Qrelandiya və Farer adaları (Danimarkanın tərkib hissələri) 
aiddir. Bəzən bu ölkələrin hamısını Skandinaviya ölkələri adlandırırlar, lakin bu düzgün deyil, belə ki, 
İslandiya və Finlandiya Skandinaviyanın tərkib hissələri deyildir. 
Subregionda turizmin inkişafına təsir edən amillər İEÖ-lər olması, yüksək maliyyə təminatı, 
nəqliyyat və turizm infrastrukturunun inkişafı, təbii landşaftın gözəlliyi, unikallığı, bəzi hissələrinin 
toxunulmazlığı, siyasi-iqtisadi sabitliyin mövcudluğu, təhlükəsizliyin təmin edilməsi, tarixi-mədəni irsi 
ənənəvi yarmarka və sərgilər, şengen zonasına daxil olmaları və s. aiddir. İnkişafına mənfi təsir göstərən 
amillər qiymətlərin baha olması, dağlıq relyefin üstünlük təşkil etməsi (Danimarka,Finlandiya istisna), sərt 
iqlim şəraiti, Avropanın əksər ölkərindən uzaqlığı və s. aiddir. 
İsveç. 
Şimali Avropada, Skandinaviya yarımadasında yerləşmiş İsveçə Baltik dənizindəki Qotland və 
Aland adaları, həmçinin sahildən bir qədər aralı yerləşən bir sıra kiçik adalar da məxsusdur. Qərbdə və 
şimalda Norveç, şimal-şərqdə Finlandiya ilə həmsərhəddir. Şərqdə Baltik dənizi və Botnik körfəzi, cənub-
qərbdə Katteqat və Skagerrak boğazları ilə əhatə olunur. Eresunn boğazı İsveçi, Danimarkaya məxsus olan 
Zeland adasından ayırır. 
İsveçdə müxtəlif hündürlükdə yerləşən təxminən yüz min göl vardır. Onların əksəriyyəti bir-biri ilə 
çaylar vasitəsilə birləşərək göllər şəbəkəsi yaradırlar. Bir sıra iri göllər isə bir-biri ilə gəmiçilik üçün yararlı 
kanallarla birləşdirilib. Stokholmdan Geteborqa qədər, uzunluğu 50 km-dən artıq olan kanal vasitəsi ilə gəmi 
ilə səyahət etmək olar. 
İsveçin iqlimi mülayimdir, qış ayları şimalda şaxtalı və qarlı, cənubda qısa və yumşaq keçir. Qış və 
yay aylarında turizm üçün əlverişli bölgə ölkənin cənubudur. 
İsveç, əhalinin yüksək həyat səviyyəsini, praktiki olaraq tam məşğulluğunu təmin edən, sosial 
təminatı yüksək inkişaf etmiş sənayeyə malik dövlətdir. İsveç əhalisi üçün səyahətə meyllik səciyyəvi 
xüsusiyyətdir. Əhalinin böyük əksəriyyəti hər il (hətta bəzən ildə bir neçə dəfə) ölkə daxilində müxtəlif 
yerlərə səyahət edir və xarici səfərlərə gedirlər. İsveç 2014-cü ildə 10.5 mln. nəfər turist qəbul etmiş, 
turizmdən əldə etdiyi gəlir isə 11.8 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyd edək ki, İsveç müxtəlif zövqə və 
maddi imkana malik olan turistlərə və iş adamlarına ölkədə gecələmək üçün hər cür yerləşmə vasitələri 
(kənd evləri, kempinq, turist bazaları, ponsionatlar, adi və lyüks otellər) təklif edə bilər. İsveçin ən bahalı 
oteli Stokholmdakı Qrand Oteldir. Nobel mükafatı laureatları adına layiq görülən görkəmli şəxsiyyətlər 
burada yaşayırlar. 



İsveçin 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin