turizm mərkəzləri : Helsinki, Turku, Tampere, Lahti və Hyamenlinnadır. Turistlərin
əsas toplanış bölgələri - Sayma gölü və Laplandiya tarixi - coğrafı əyalətidir.
Helsinki turizm mərkəzi . Helsinki Fin körfəzinin qayalıq sahilində yerləşmiş mənzərəli, müasir və
nisbətən cavan şəhərdir. Helsinki memarlıq abidələri, muzeyləri və digər görkəmli yerləri ilə turistləri cəlb
edir. Mərmər sütunlu Parlament binası, Prezident sarayı, Müqəddəs Nikolay kilsəsi, Olimpia stadionu və s.
belə görkəmli yerlərdən hesab olunur. Muzeylərdən, fin, rus və Qərbi Avropa incəsənətinin misilsiz
nümunələrinin toplandığı Atensum Bədii muzeyi, Seurasari adasında açıq səma altında yerləşən Tarix -
etnoqrafıya və memarlıq - məişət muzeyi, Suomenlinin Qala - muzeyini qeyd etmək olar. Helsinkidə bir
neçə teatr, o cümlədən Fin opera teatrı, Fin milli və fəhlə teatrları, dahi fin bəstəkarı Yan Sibeliusun adını
daşıyan konservatoriya fəaliyyət göstərir. Hər il yayda burada "Sibelius həftəsi" beynəlxalq musiqi festivalı
keçirilir.
Tampere (Tammerfors) turizm mərkəzi. Əhalinin sayına görə ölkənin ikinci böyük şəhəridir.
Şəhər, memarlıq abidələri və muzeyləri ilə turistlərin diqqətini cəlb edir.
Lahti turizm mərkəzi. Ölkənin yeni və sürətlə inkişaf edən şəhərlərindən biridir. Şəhər müasir
tikililəri, muzey və rəsm qalareyalarının zəngin ekspozisiyası ilə turistləri cəlb edir.
Turku turizm mərkəzi. Turku ölkənin qədim şəhərlərindən biridir. Şəhərin muzeyləri, geniş
meydanları, parkları, həmçinin tarixi -memarhq abidələri turistlərin marağına səbəb olur. Ən maraqlı
memarlıq abidəsi XIII əsrdə tikilən kilsədir.
Hyamenlinna turizm mərkəzi. Şəhər dahi fin bəstəkarı Sibeliusun vətənidir. Şəhərə gələn turistlərə
Sibeliusun ev muzeyi, XIII əsr qəsri, Ratuşa binası nümayiş etdirilir. Şəhər kənarında Avropanın ən gözəl
parklarından biri olan Aulanko milli parkı yerləşir.