Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   ...   6   7   8   9   10   11   12   13   14
BTC-movzu2

Sayma gölü turizm bölgəsi. 
Sayma ölkənin ən böyük və gözəl gölüdür. Hər il bu gölün sahillərinə 
Finlandiyanın özündən minlərlə turist istirahətə gəlir. Sayma gölünün və onun yaxınlığındakı göllərin 
sahillərində Lappenranta, Lauritsala, İmatra kimi tanınmış kurortlar yerləşir. 
Laplandiya turizm bölgəsi
. Laplandiya ildən - ilə Finlandiyanın daha tanınmış turizm 
mərkəzlərindən birinə çevrilir. Laplandiya 4 ölkənin (Rusiya, Finlandiya, İsveç və Norveç) ərazisində 
yerləşməsinə baxmayaraq, bütün dünyada qış turizmi mərkəzi kimi əsasən Finlandiya Laplandiyası tanınır. 
Sərt iqlimi ilə seçilən bu ərazidə tempratur qış vaxtı -50 dərəcəyə qədər düşür, relyefi, iqlimi və 
infrasturkturu buranı universal qış kurortuna çevirir. Turistlərin ən çox üstünlük verdikləri turizm növləri- 
dağ-xizək turizmi və ailə turizmidir. Ailəli turistlər üçün daha çox “yeni il” əyləncələri maraqlıdır. Dağ-
xizək mövsümü noyabr-may arası davam edir. Bura əsl ekstrim, ekzotik və aktiv turizm mərkəzidir. Turizm 
burada mövsümi olduğundan hər vasitə ilə gələn turistləri maraqlandırıb, fərqli təkliflərlə saxlamağa 



çalışırlar. Məsələn buz üzərində balıq ovu, qütb parıltısını izləmə, yerli əhalinin mədəniyyəti və həyat tərzi 
ilə tanış olma və s. aiddir. Burada hətta qış bayramı Yeni il daha uzun müddətli qeyd edilir. Əsas səbəb 
çinlilərin Yeni ilinin gec başlamasını hədəf alaraq onları ölkəyə cəlb etməkdir. Laplandiyanın mərkəzi 
Rovaniemi şəhəridir. Bura ailəvi turistlərin gəldiyi əsas mərkəzdir. Şəhərin ən məşhur muzeyi 
“Arktikum”dur. Burada küllü miqdarda Laplandiyanın tarixi, saamilər və onların mədəniyyəti haqqında 
küllü miqdarda eksponatlar,
sənəd və şəkillər toplanmışdır. Şəhərdən 8 km məsafədə Santa-Klausun mənzil 
qərargahı və Santa parkı yerləşir. Qış mövsümündə turistlər bu əraziyə xizək yürüşlərində iştirak etmək üçün 
gəlirlər. Yay mövsümündə isə Laplandiya şimal təbiətini və balıq ovunu sevənləri cəlb edir. 
Danimarka.
Danimarka Avropa, Skandinaviya və Baltik regionun qovşağında yerləşir. Paytaxtı – 
Kopenhagen şəhəri dünyanın ən böyük dəniz və hava limanı mərkəzidir. Danimarka yeganə Skandinaviya 
ölkəsidir ki, Avropa ilə təbii sərhədə (Yutlandiya yarımadası) malikdir ki, bu da turistlərə həm hava, həm də 
quru yolla bura gəlmək imkanı verir. Danimarka 2015-ci ildə 10.4 mln. nəfər turist qəbul etmiş, turizmdən 
əldə etdiyi gəlir isə təxminən 6.7 mlrd. ABŞ dolları təşkil etmişdir.
 
Danimarkanın 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin