Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   2   3   4   5   6   7   8   9   ...   14
BTC-movzu2

Oslo turizm mərkəzi. 
Oslo (Norveç dilində Uşlu kimi səslənir) ölkənin paytaxtı və əcnəbi turistlərin 
toplaşdığı əsas mərkəzlərdən biridir. Onun memarlıq abidələri arasında Ratuşa, XIV əsrdə salınmış Kral 
qəsri, XVII əsrdə inşası başa çatmış Kafedral kilsə xüsusilə seçilir. Şəhər muzeylərlə zəngindir. Onların 
arasında Taxta tikililər muzeyi, Milli bədii qalereya, Vikinq gəmiləri muzeyi, Kon-Tiki muzeyi, Norveç 
Texnika muzeyi, Norveç Dəniz muzeyi diqqəti cəlb edir. 
Şəhərdə Norveç Elmlər Akademiyası, 1,5 mln. cildli kitabxanası olan Universitet fəaliyyət göstərir. 
Osloda yerləşən Milli teatrın qarşısında məşhur Norveç dramaturqları İbsen və Börnsondun heykəlləri 
ucalır. Skandinaviya ölkələrində məşhur olan Oslo universitetində tanınmış alim, Arktika tədqiqatçısı 
Frityov Nansen təhsil almışdır. 
Yay mövsümündə Oslo sakinlərinin əksəriyyəti mənzərəli Oslo fyord sahillərinə, qışda isə Oslo 
ətrafındakı Sunvollen və Holmenkollen rayonlarına xizək gəzintisinə çıxırlar. İsti yay günlərində Oslonun 
minlərlə sakini Oslo fyordun qurtaracağında Skagerrak boğazı yaxınlığında yerləşən sahil kurortlarına, 



əsasən məşhur Lavrik kurortuna gəlirlər. Oslodan Lavrikə gedən yolun üzərində Norveçin ən qədim şəhəri 
olan (əsası 871-ci ildə qoyulub) Tönsberq yerləşir. Şəhərin görməli yerlərindən - şəhər qala divarlarının 
qalıqlarını, bir neçə muzeyi göstərmək olar. 
Myosa gölü və Qudbransdal turizm bölgəsi. 
Oslodan şimalda yerləşən Myosa, ölkənin ən böyük 
gölüdür. Onun mənzərəli sahilləri, məşhur çimərlikləri, dağlardan gölə enən yamacların dağ xizək idmanı 
üçün əlverişli olması, bu bölgənin daxili turizmin tanınmış mərkəzlərindən birinə çevrilməsinə səbəb 
olmuşdur. Lillehammer, Hamar, Yevin və digər kurort mərkəzlərində rahat mehmanxanaların, müxtəlif 
idman avadanlıqlarının olması, turizmin qış və yay növləri üçün əlverişli şəraiti təmin edir. 
Bol sulu dağ çayı olan Logenin Myosa gölünə töküldüyü ərazi -Qudbransdal adı ilə tanınmış turizm 
zonası, qeyri-adi gözəlliyi ilə seçilir. Burada yaxşı təchiz olunmuş Tretten, Vinsstra, Dombos və digər qış və 
yay kurortları fəaliyyət göstərir. 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin