7
Finlandiyanı meşə, göl və bataqlıqlar ölkəsi adlandırırlar. Ərazinin təxminən 70%-i meşə ilə
örtülüdür. 60 mindən artıq olan göllər ölkə ərazisinin təxminən onda birini tutur. Göllər suyunun şəffaflığı
və bol balıq ehtiyatı ilə seçilirlər.
Atlantik Okeanın Holfstrim mülayim cərəyanı ölkənin kontinental iqlimini bir qədər yumşaldır.
Skandinaviya dağları isə onu Arktikanın soyuq küləklərindən qoruyur.
Finlandiya inkişaf etmiş bazar iqtisadiyyatına malik sənaye ölkəsidir. Finlandiyanın daxili və xarici
turizmində, İsveçdəki analoji vəziyyət müşahidə edilir. Yəni, ölkəyə gələn əcnəbi turistlər əsasən paytaxta –
Helsinkiyə üstünlük verirlər. Daxili turistlərin üçdə biri fin göllərinin sahillərində
istirahətə üstünlük
verirlər. Fin turistlərin digər qismi isə şimaldakı ərazilərə,
daha dəqiq desək, Laplandiyaya gedirlər. Fin
turistlərinin böyük hissəsi qonşu Skandinaviya ölkələrinə səyahət edir. Digər ölkələrdən – Estoniya, Rusiya,
Aralıq dənizi sahilləri, Kanar adaları, həmçinin Qərbi Avropaya səfərlər olunur. Finlandiya 2015-ci ildə 2.6
mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 2.8 mlrd. ABŞ dolları təşkil etmişdir.
Finlandiya əsas turizm yollarından kənarda qalan ölkələrdəndir. Ona görə də 20-25
il öncə bu
ölkənin turizm ehtiyatları, təbiətinin gözəlliyi və özünəməxsus xüsusiyyətləri haqqında informasiya çox
bəsit idi. Finlandiyanın
Dostları ilə paylaş: