АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 81-88 (2016)
81
Lənkəran Təbii Vilayətinin Düzənlik Qurşağında Gəmiricilərin Helmint
Faunası Və Onun Bioekoloji Xüsusiyyətləri
E.K. Aslanova
AMEA Zoologiya Institutu, A.Abbaszadə küç., 504-cü məhəllə, Bakı AZ 1073, Azərbaycan;
E-mail:elnuraaslanova@mail.ru
Məqalədə ilk dəfə olaraq Lənkəran təbii vilayətinin düzənlik qurşağında yayılan gəmiricilərin helmint
faunası və onun bioekoloji xüsusiyyətləri təhlil edilmişdir. Məlum olmuşdur ki, helmintlərin yayılması
müxtəlif biotik və abiotik amillərin təsiri altında aralıq və axırıncı sahiblərin mövcudluğundan, onla-
rın coğrafi yayılma xarakterindən, növlərin inkişafı üçün əlverişli fiziki-coğrafi amillərdən, təbiətdə
sıxlığından və digər bioekoloji xüsusiyyətlərdən asılıdır. Gəmiricilərin inkişaf dövriyyəsi araşdırılmış
və aşkar edilmiş 41 növ helmintdən 26 növünün biohelmint, 15 növünün geohelmint olması, bunlardan
9 növ helmintin insan və ev heyvanlarının helmintləri ilə ümumilik təşkil etməsi müəyyən edilmişdir.
Açar sözlər: Gəmiricilər, helmintfauna, landşaft, biohelmint, geohelmint, biotik və abiotik amillər
GİRİŞ
Məməlilər sinfinin nümayəndələri, o cümlədən
də gəmiricilər təkamül zirvəsində duran ən yüksək
inkişaf etmiş onurgalılar olub,təbii biosenozlarda və
insan həyatında müstəsna əhəmiyyətə malikdirlər.
Gəmiricilər məməlilərin geniş yayılmış dəstə-
lərindən biridir. Azərbaycan ərazisində 6 fəsilədə,
16 cinsdə birləşmiş 31 növ gəmirici aşkar edilmiş-
dir. Onlar Azərbaycanda, o cümlədən də Lənkəran
təbii vilayətində geniş yayılmaqla bərabər, həm də
yüksək sıxlığa malikdirlər. Başlıca olaraq bitkilərlə,
az hallarda isə heyvani yemlə qidalanırlar. Gəmiri-
cilər əsas etibarilə qiymətli xəz-dərili heyvanların
və quşların (əsasən yırtıcı quşların və bəzi toyuqki-
milərin) qida rasionunun əsasını təşkil edirlər. Bu
heyvanların və quşların təbiətdə sayının tənzimlən-
məsi gəmiricilərin miqdarından asılıdır. Belə ki, tə-
biətdə gəmiricilərin sayının azalması onlarla qidala-
nan heyvanların və quşların da sayının azalmasına
gətirib çıxarır. Onlar əsasən bitkilərlə qidalandıqla-
rından kənd təsərrüfatına, xüsusən də taxılçılığa,
bağçılığa ciddi iqtisadi zərər vururlar (Ələkbərov,
2004, s. 412-418).
Gəmiricilər insan və ev heyvanlarının sağlam-
lığı üçün çox təhlükəli olan bir çox infeksion və in-
vazion xəstəlik törədicilərinin (dikroselioz, qastro-
diskoidoz, mezosestoidoz, alveokokkoz, opistorxoz,
toksoplazmoz, taun, tutyaremiya, leptospiroz və s.)
aralıq və axırıncı sahibləri olmaqla yanaşı, həm də
bu xəstəlik törədicilərinin təbii ocaqlarının saxlan-
masında və sinantrop mühitə ötürülməsində mühüm
rol oynayırlar (Fətəliyev, 2011).
Azərbaycanın müxtəlif bölgələrində gəmirici-
lərin helmintlərinə dair bəzi məlumatlar olmasına
baxmayaraq Lənkəran təbii vilayətində bu problem
öyrənilməmiş qalmışdır (Мустафаев, 1965; Сады-
хов, 1981; Фаталиев, 2009).
Bu məqsədlə Lənkəran təbii vilayətinin düzən-
lik qurşağında gəmiricilərin yayılmasını, həyat tər-
zini, əraziyə bağlılığını, qidasını və diğər bioekoloji
xüsusiyyətlərini nəzərə alaraq 2012-ci ildən başla-
yaraq gəmiricilərin helmint faunası və onun bioeko-
loji xüsusiyyətlərini öyrənməyə başlamışıq.
MATERİAL VƏ METODLAR
Tədqiqat işləri 2012-2015-ci illər ərzində Lən-
kəran təbii vilayətinin düzənlik qurşağına daxil olan
quru-bozqır yarımsəhra və mülayim-rütubətli sub-
tropik landşaftlarında aparılmış və 1 dəstədə birlə-
şən, 2 fəsiləyə, 5 cinsə və 5 növə daxil olan 258 gə-
mirici heyvan, o cümlədən 37 boz siçovul, 100 ev
siçanı, 48 meşə siçanı, 27 boz siçancıq və 46 su si-
çovulu tədqiq edilmişdir.
Heyvanlar Qeore və diritutan tələlər vasitəsilə
tutulmuş və K.İ.Skryabinin tam helmintoloji yarma
üsulu ilə tədqiq edilmişdir.
Toplanmış helmintlərdən trematod, sestod və
akantosefallar 70
0
-li etil spirtində, nematodlar isə
Barbaqall məhlulunda fiksə edilmişdir.
Gəmiricilərdə trematod və sestodları təyin et-
mək üçün parazitoloji tədqiqatlarda qəbul edilmiş
rənglənmə üsulundan istifadə edilmişdir. Nematod-
lar isə distillə edilmiş suda yuyulduqdan sonra əşya
şüşəsi üzərinə keçirilmiş və 1:1 nisbətində olan süd
turşusu qarışığından bir neçə damcı əlavə edilərək
örtücü şüşə ilə örtülərək mikroskop altında təyin
edilmişdir (Боев, Соколова и др., 1962).
Helmintlərin növ tərkibi müvafiq təyinat kitab-
larına əsasən verilmişdir (Рыжиков, Гвоздев и др.,
1978).
Helmintlərin seçilməsi və təyini zamanı bino-
kulyarlupadan, MBİ–3, MBİ–6 mikroskop-larından
və 2,5
x
əl lupasından istifadə edilmişdir.
Lənkəran Təbii Vilayətinin Düzənlik
82
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Siçanlar fəsiləsi - Muridae
Siçanların əhatə etdiyi təxminən 100 cinsdən
Qafqazda və Azərbaycanda ən azı 18-i yayılmışdır.
Azərbaycanda təbii yaşayış yerləri başlıca ola-
raq yarımsəhra və aran meşələridir. İnsanın təsər-
rüfat tikililərində hər yerdə yaşayır (Ələkbərov,
2004, s.484).
Siçovullar cinsi – Rattus
Boz siçovul – Rattus norvegicus Berkenhout
Siçovul rütubətli yaşayış yerlərinə bağlıdır. Öz
sığınacaqlarını müxtəlif şəraitli yaşayış yerlərində-
zirzəmilərdə,anbarların rütubətli sahələrində, mal-
qara tövlələrində qururlar. Təbii şəraitdə isə çay və
göl sahillərində, bataqlıq yerlərdə məskunlaşırlar.
Adətən sadə yuvalar qururlar. Yaz daşqınları zama-
nı çayların aşağı axarında koğuşlarda yaşayır və ya
ağac budaqlarında yuva qururlar.
Boz siçovul hər şeyyeyəndir. Kənd yerlərində
və şəhər ətrafında əsasən tullantılarla qidalanırlar.
Təbiətdə heyvani yemlərdən daha çox istifadə edir-
lər. Onların arasında balıqlar, onurğasızlardan isə
molyusklar üstünlük təşkil edirlər. Bəzən quru otla
da qidalanırlar (Ələkbərov, 2004, s. 485).
Tədqiqat zamanı bizim tərəfimizdən Lənkəran
təbii vilayətinin müxtəlif xarakterli landşaftlarından
37 boz siçovul, o cümlədən 16 növ quru-bozqır və
21 növ mülayim-rütubətli subtropik landşaftda təd-
qiq edilmiş və onlarda 11 növ helmint aşkar edil-
mişdir. Helmint faunanın tərkibi 2 növ trematod, 5
növ sestod və 4 növ də nematoddan ibarətdir. Boz
siçovulun helmintləri və onların aralıq sahibləri
cədvəldə verilmişdir (Cədvəl 1).
Aşkar edilmiş helmintlərdən inkişaf dövriyyə-
sinə görə 8 növü biohelmint, 3 növü isə geohel-
mintdir.
Qeyd edilən trematodların aralıq sahibləri şirin
su ilbizləri, sestodların aralıq sahibləri isə başlıca
olaraq həşəratlar, böcəklər, bəzi hallarda gəmirici-
lərdir. Pl.arvicolae, Pl.eutamiatus, H.diminuta,
R.straminea, Tr.muris, Ganguleterakis spumosa və
Gongulonema neoplasticum növləri geniş yayıl-
maqla boz siçovulun helmint faunası kompleksinin
əsas nüvəsini təşkil edir.
Sestodlardan Rodentolepis straminea gəmiri-
cilərin geniş yayılmış parazitidir. Hydatigera
taeniaeformis, larvae növünün epidemioloji əhə-
miyyəti vardır.
Siçanlar cinsi - Mus
Ev siçanı - Mus musculus L.
Ev siçanı bütün dünyada, o cümlədən də Azər-
baycanda dəniz səviyyəsindən 500-3000 m-ə qədər
ən müxtəlif yaşayış yerlərində yayılmışdır. O Azər-
baycanda əsasən yovşanlı çöllərdə, şoranotulu-yov-
şanlı yarımsəhralarda, meşə massivlərində, bağlar-
da, bostanlarda, kolluqlarda, çay vadilərində və bu
kimi digər yerlərdə rast gəlinir. Meşənin dərinliyinə
girməyərək onun kənarlarında və seyrək hissələrin-
də olur. Azərbaycanda gəmiricilərin başqa növləri
ilə müqayisədə ev siçanı maksimal miqdarda bio-
toplarda, həmçinin dənli bitkilərin əkinlərində məs-
kunlaşır. Ev siçanlarında ilin soyuq vaxtlarında po-
pulyasiyaların böyük hissəsi insan məskənlərinə kö-
çərək yayda yenidən yabanı təbiətə qayıdır. Bu yer-
dəyişmələrin uzunluğu 3-4 km-ə çatır. Təbiətdə
müxtəlif sığınacaqlardan istifadə etməklə yanaşı
həm də sadə quruluşlu yuvalar qazır, digər gəmiri-
cilərin boş qalmış yuvalarından da istifadə edirlər.
Ev siçanları ən müxtəlif heyvani və bitki məh-
sulları ilə qidalanırlar. Təbiətdə yaşayan heyvanlar
əsasən dənyeyən olub, dənli bitkilərin, paxlalıların
və mürəkkəbçiçəklilərin toxumlarını həvəslə yeyir-
lər. Qidasında həmişə cücü qalıqlarına rast gəlinir
(Ələkbərov, 2004, s.487).
Tədqiqat zamanı bizim tərəfimizdən 100 ev si-
çanı, o cümlədən 42 fərd quru-bozqır yarımsəhra
landşaftında, 58 fərd isə mülayim-rütubətli subtro-
pik landşaftda tədqiq edilmiş və onlarda 18 növ
helmint aşkar edilmişdir. Ev siçanının helmintləri
və onların aralıq sahibləri cədvəldə verilmişdir
(Cədvəl 2).
2 saylı cədvəldən göründüyü kimi helmint fau-
nanın tərkibi 9 növ sestod və 9 növ də nematod-
danibarətdir. Aşkar edilmiş helmintlərdən 12 növü
biohelmint, 6 növü isə geohelmintdir.
Qeyd edilən sestodların aralıq sahibləri başlıca
olaraq tiriqlofoid gənələri, həşəratlar, bəzi hallarda
gəmiricilərdir.
Meşə və tarla siçanları cinsi - Apodemus
Meşə siçanı - Apodemus (Sylvaemus) sul-
vaticus L.
Azərbaycanda yarımsəhralardan tutmuş alp
qurşağına qədər (3000-3500 m və daha yüksək) hər
yerdə rast gəlinir. Meşə siçanı meşə və çöl landşaft-
larında daha geniş ərazilərdə yaşayır. Optimal yaşa-
yış şəraitini nisbətən aşağı temperaturlu və bol to-
xumlu rütubətlənmiş meşə kolluq rayonlarında ta-
pır. Bir sıra hallarda, daha çox ağac kökləri altında
sadə (2-3 çıxışlı) yuvalar qazır.
E.K. Aslanova
83
Cədvəl 1. Boz siçovulun helmintləri və onların aralıq sahibləri
Helmintin növü
Yoluxmanı təmin edən amillər
Trematoda Rudolfi
Plagiorchis arvicolae Schulz et Skworzow
Ax.-nutriya, sincab, siçovullar; Аr.- –şirinsu ilbizləri
Pl.eutamiatis Schulz
Ax.- siçovullar, siçanlar, dağ siçanları; Ar.- şirinsu ilbizləri, həşəratlar
(sürfələri və ya yetkin fərdləri)
Cestoda Rudolphi
Hymenolepis diminuta Rudolphi
Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar
Rodentolepis straminea (Goeze)
Ar.-həşəratlar;
Ax.-gəmiricilər, həşərat yeyənlər, primatlar
Taenia pisiformis, larvae (Bloch)
Ax.- itkimilər, pişikkimilər; Ar.- dovşanlar, gəmiricilər
Hydatigera taeniaeformis, larvae (Batsch)
Ax.- pişikkimilər, itkimilər, insan; Ar.- gəmiricilər, dovşanlar,
həşaratyeyənlər
Alveococcus multilocularis, larvae (Leuckart)
Ax.-itkimilər, pişikkimilər; Ar.-gəmiricilər, gövşəyən heyvanlar, insan
Nematoda Rudolphi
Trichocephalus muris Schrank
Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər
Ganguleterakis spumosa (Schneider)
Ax.- siçovullar, siçanlar; Abiotik amillər
Gongylonema neoplasticum, larvae (Fibiger, et Ditlevsen)
Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları;
Ar.- tarakanlar, böcəklər
Mastophorus muris (Gmelin)
Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər
Qeyd:*- burada və sonra cədvəldə verilmiş Ar.-aralıq sahib, Ax.-axırıncı sahib, F.-fakültativ sahib, Ə.-əlavə sahib kimi göstərilmişdir.
Cədvəl 2. Ev siçanının helmintləri və onların aralıq sahibləri
Helmintin növü
Yoluxmanı təmin edən amillər
Cestoda Rudolphi
Andryamontana Kirschenblatt
Ar.-gənələr, bəzi hallarda həşəratlar;
Ax.-gəmiricilər
Catenotaenia pusilla (Goeze)
Ax.- siçanlar, siçovullar, süleysin; Ar.- tiroqlifit gənələri
Skrjabinotaenia lobata (Baer)
Ar.-tiroqlifid gənələr;
Ax.-gəmiricilər;
Hymenolepis diminuta Rudolphi
Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar
Rodentolepis straminea (Goeze)
Ar.-həşəratlar;
Ax.-gəmiricilər
Taenia hydatigena,larvae Pallas
Ax.- əhli və vəhşi yırtıcılar; Ar.-əhli və vəhşi cütdırnaqlılar, dəvə, at,
gəmiricilər və insan
Hydatigera taeniaeformis, larvae (Batsch)
Ax.- pişikkimilər,itkimilər, insan; Ar.- gəmiricilər,dovşanlar,
həşaratyeyənlər
Alveococcus multilocularis, larvae (Leuckart)
Ax.-itkimilər, pişikkimilər; Ar. gəmiricilər, gövşəyən heyvanlar, insan
Mesocestoides lineatus, larvae (Goeze)
Ax.-əhli və vəhşi yırtıcılar, insan; Ar.- oribatid gənələri; Ə.- ada
dovşanı, quşlar, siçanabənzər gəmiricilər, sürünənlər, yirtıcı məməlilər
Nematoda Rudolphi
Thominx gastrica (Baylis)
Ax.- kürən siçovul, siçanlar, çöl siçanları; Abiotik amillər
Trichocephalus muris Schrank
Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər
Heligmosomoides laevis, (Dujardin)
Ax.- siçanlar, çöl siçanları; Abiotik amillər
Ganguleterakis spumosa (Schneider)
Ax.- siçovullar, siçanlar; Abiotik amillər
Aspiculuris tetraptera (Nitsch)
Ax.- siçovullar, siçanlar; Abiotik amillər
Syphacia obvelata (Rudolphi)
Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər
Gongylonema problematicum Schulz
Ar.- böcəklər;
Ax.-gəmiricilər, məməlilər, az hallarda quşlar
Rictularia caucasica Schulz
Ax.- meşə süleysini, ev siçanı, meridian qum siçanı, qarlıq tarla siçanı;
Abiotik amillər
Mastophorus muris (Gmelin)
Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər
Meşə siçanının sayı dağ meşə qurşağında ən
çox, aran meşələrində bir qədər az olmaqla möv-
süm və il dəyişkənliyinə malikdir. Ərazicə məhdud
lokal yaşayış yerlərində, alp və subalp çəmənlik-
lərində də onun sayı azdır. Yarımsəhra və çöl ra-
yonlarında bu gəmirici azsaylıdır.
Meşə, meşə talalarında və kənarlarında, bağ-
larda, bitki plantasiyalarında, bostanlarda və digər
yerlərdə, qış vaxtı isə insanın yaşayış və təsərrüfat
tikililərində məskunlaşırlar.
Meşə siçanının əsas qidasını toxumlar, xüsu-
sən ağac cinslərinin toxumları təşkil edir. İkinci
yerdə giləmeyvələr və heyvani yemlər (başlıca ola-
raq cücülər), sonuncu yerdə isə bitkilərin yaşıl his-
sələri durur (Ələkbərov, 2004, s.490).
Lənkəran Təbii Vilayətinin Düzənlik
84
Cədvəl 3. Meşə siçanının helmintləri və onların aralıq sahibləri
Helmintin növü
Yoluxmanı təmin edən amillər
Trematoda Rudolphi
Brachylaemus recurvus (Dujardin)
Ar.-quru ilbizləri;
Ax.-gəmiricilər
Cestoda Rudolphi
Andrya montana Kirschenblatt
Ar.-gənələr, bəzi hallarda həşəratlar;
Ax.-gəmiricilər
Paranoplocephala dentata Galli-Valerio
Ar.-oribatid gənələr;
Ax.-gəmiricilər
Catenotaenia pusilla (Goeze)
Ax.- siçanlar, siçovullar, süleysin; Ar.- tiroqlifit gənələri
Skrjabinotaenia lobata (Baer)
Ar.-tiriqlofoid gənələri;
Ax.-gəmiricilər
Hymenolepis diminuta Rudolphi
Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar
Hydatigera taeniaeformis, larvae (Batsch)
Ax.-pişikkimilər,itkimilər, insan; Ar.-
gəmiricilər,dovşanlar,həşaratyeyənlər
Alveococcus multilocularis, larvae (Leuckart)
Ax.-itkimilər, pişikkimilər; Ar.-gəmiricilər, gövşəyən heyvanlar,
insan
Mesocestoides lineatus, larvae (Goeze)
Ax.-əhli və vəhşi yırtıcılar, insan; Ar.- oribatid gənələri; Ə.- ada
dovşanı, quşlar, siçanabənzər gəmiricilər, sürünənlər, yirtıcı
məməlilər
Archiacanthocephala Meyer
Moniliformis moniliformis (Bremser)
Ax.- müxtəlif növ gəmiricilər və insan; Ar.- qara bədən böcəklər,
tarakanlar; F.- quşlar və insan
Nematoda Rudolphi
Armocapillaria sadovskajae (Morosov)
Ar.-oliqoxetlər;
Ax.-gəmiricilər
Trichocephalus muris Schrank
Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər
Heligmosomoides laevis (Dujardin)
Ax.- siçanlar, çöl siçanları; Abiotik amillər
Heligmosomum costellatum (Dujardin)
Ax.- sarıboğaz tarla siçanı, meşə siçanı, tarla siçanı; Abiotik
amillər
Aspiculuris asiatica Schulz
Ax.- qum siçanları; Abiotik amillər
A.kazakstanica Nasarova et Sweschnikowa
Ax.- ev siçanı, çöl siçanları; Abiotik amillər
Syphacia obvelata Rudolphi
Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər
Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen)
Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum
siçanları; Ar.-tarakanlar, böcəklər
Physaloptera dogieli Schachnasarowa
Ar.-böcəklər;
Ax.-gəmiricilər
Rictularia caucasica Schulz
Ax.- meşə süleysini, ev siçanı, meridian qum siçanı, qarlıq tarla
siçanı; Abiotik amillər
Mastophorus muris (Gmelin)
Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər
Tədqiqat zamanı bizim tərəfimizdən 48 meşə
siçanı, o cümlədən 21 fərd quru-bozqır yarımsəhra,
27 fərd isə mülayim- rütubətli subtropik landşaftda
tədqiq edilmiş və onlarda 21 növ helmint aşkar edil-
mişdir. Bunlardan 1 növü trematod, 8 növü sestod, 1
növü akantosefal, 11 növü isə nematodlar sinfinə aid-
dir. Meşə siçanında aşkar edilmiş helmintlər və onla-
rın aralıq sahibləri cədvəldə verilmişdir (Cədvəl 3).
3 saylı cədvəldən göründüyü kimi aşkar edil-
miş helmintlərdən 7 növü biohelmint, 14 növü isə
geohelmintdir.
Aşkar edilmiş 1 növ trematodun aralıq sahibi
quru ilbizləri, sestodların aralıq sahibləri əsasən ori-
batid gənələri, bəzən həşəratlar və böcəklərdir. Ne-
matodlardan 7 növünün inkişaf dövriyyəsi xarici
mühitlə gəmiricilər arasında gedir.
Sestodlardan Catenotaenia pusilla, Hymenolepis
diminuta gəmiricilərin geniş yayılmış parazitlərin-
dəndir.
Siçancıqkimilər fəsiləsi - Cricetidae
Fəsiləyə 96 cinsdaxildir. Bunlardan Qafqazda
9 cinsə, Azərbaycanda isə 8 cinsə daxil olan 17 nö-
və rast gəlinir.
Tədqiqat zamanı bizim tərəfimizdən siçancıq-
kimilər fəsiləsinin iki cinsinin nümayəndəsi tədqiq
edilmişdir.
Boz siçancıqlar cinsi - Cricetulus
Boz siçancıq - Cricetulus migratorius Pallas
Azərbaycanda Xəzər səviyyəsindən 2200-2400
m hündürlüyə qədər hər yerdə yayılmışdır.
Başlıca olaraq çöl növü olub, yarımsəhra qu-
raqlığı şəraitinə və rütubətli subalp çəmənliklərinə
də uyğunlaşır. Azərbaycanda onun qeydə alındığı
25 biotopun 12-si becərilən torpaqların payına dü-
şür. Landşaftdan asılı olmayaraq siçancıq müxtəlif
otluqlarda, kolluqlarda və cəmənliklərdə rast gə-
linir.
E.K. Aslanova
85
Cədvəl 4. Boz siçancığın helmintləri və onların aralıq sahibləri.
Helmintin növü
Yoluxmanı təmin edən amillər
Cestoda Rudolphi
Aprostatandrya caucasica Kirschenblatt
Ax.- çöl siçanları, siçanlar, su siçovulu; Ar.- fəsilə üçün
buğumayaqlılar
Catenotaenia cricetorum Kirschenblatt
Ar.-tiriqlifoid gənələri;
Ax.-gəmiricilər
Hymenolepis diminuta Rudolphi
Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar
Rodentolepis straminea (Goeze)
Ar.-həşəratlar;
Ax-gəmiricilər, həşərat yeyənlər, primatlar
Hydatigera taeniaeformis, larvae (Batsch)
Ax.- itkimilər, pişikkimilər, insan; Ar.-gəmiricilər, dovşanlar,
həşəratyeyənlər
Nematoda Rudolphi
Hepaticola hepatica Hall
Ax.- çoxlu sayda gəmiricilər, ada dovşanı, yırtıcılar, cütdırnaqlılar,
insan; Abiotik amillər
Thominx gastrica(Baylis)
Ax.- kürən siçovul, siçanlar, çöl siçanları; Abiotik amillər
Trichocephalus muris Schrank
Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər
Heligmosmoides yorkei Schulz
Ax.- boz siçancıq; Abiotik amillər
Aspiculuris asiatica Schulz
Ax.- qum siçanları; Abiotik amillər
Syphacia obvelata (Rudolphi)
Ax.- siçanabənzər gımiricilər, insan; Abiotik amillər
Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen)
Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları;
Ar.-tarakanlar, böcəklər
G.problematicumSchulz
Ar.-böcəklər;
Ax.-gəmiricilər
Mastophorus muris (Gmelin)
Ax.-müxtəlif növ gəmiricilər; Abiotik amillər
Əsasən bitki toxumları ilə qidalanırlar. Hey-
vani qidalardan həmişə quru molyusklardan, tirtil
və cücü sürfələrindən istifadə edirlər (Ələkbərov,
2004, s.493).
Tədqiqat zamanı Lənkəran təbii vilayətinin
müxtəlif xarakterli landşaftlarından 27 fərd boz si-
çancıq, o cümlədən 12 fərd quru-bozqır yarımsəhra,
15 fərd mülayim-subtropik landşaftda tədqiq edil-
miş və onlarda 14 növ helmint aşkar edilmişdir.
Bunların 5 növü sestodlar, 9 növü isə nematodlar
sinfinə aiddir. Boz siçancığın helmint faunası və on-
ların aralıq sahibləri cədvəldə verilmişdir (Cəlvəl 4).
Aşkar edilmiş helmintlərdən7növü biohelmint,
7 növü isə geohelmintdir. Qeyd edilən növlərdən
H.taeniaeformis sürfə mərhələsində aşkar edildi-
yinə görə boz siçancıq bu növ üçün aralıq sahib ro-
lunu oynayır. Qalan 13 növ isə yetkin mərhələdə
qeyd olunmuş və boz siçancığın helmint faunası
kompleksinə daxil olur.
Su siçovulu cinsi - Arvicola
Cinsə Azərbaycan faunasında bir növ daxil olur.
Su siçovulu - A. terrestris L., 1758
Bu gəmirici aran yarımsəhralarından subalp
çəmənliklərinə qədər (3000 m-dək) bütün təbii vila-
yətlərdə və landşaftlarda yayılmışdır. Ən çox sıxlığı
Kür-Araz ovalığında qeydə alınmışdır.
Biotopik cəhətdən su siçovulu qamış və su
qamışı basmış göllərdə, bataqlıqlarda, meşələrdə və
bağlarda, bataqlıqlaşmış dağ çəmənliklərində məs-
kunlaşmışdır. Onlar qurumayan su hövzələrində
daimi yaşayır, yuvalarını isə sahildə qururlar.
Su siçovulları su və sahil bitkilərinin həm yer-
üstü, həm də yeraltı hissələri ilə qidalanırlar. Çox
vaxt cücüləri, molyuskları, xırda balıqları və s. ye-
yirlər (Ələkbərov, s.506).
Tədqiqat zamanı bizim tərəfimizdən 46 fərd su
siçovulu, o cümlədən 14 fərd quru-bozqır yarımsəh-
ra, 32 fərd isə mülayim-rütubətli subtropik landşaft-
da tədqiq edilmiş və onlarda 16 növ helmint aşkar
edilmişdir.Su siçovulunun helmintləri və onların
aralıq sahibləri cədvəldə verilmişdir (Cədvəl 5).
Aşkar edilmiş helmintlərdən 14 növü biohel-
mint, 2 növü isə geohelmintdir.
Qeyd edilən trematodların aralıq sahibləri
şirinsu ilbizləri, sestodların və nematodlardan
G.neoplasticum növünün aralıq sahibləri isə başlıca
olaraq oribatid gənələri, bəzi hallarda isə müxtəlif
buğumayaqlılardır ki, bunlar da qidalanan zamanı
qida ilə birlikdə udulur və yoluxma baş verir.
Məlumdur ki, trematodların inkişaf dövriyyə-
sinin başa çatması üçün aralıq sahib şirinsu ilbizlə-
ridir. Bu zaman invaziya törədiciləri (adeloserka-
rilər və metaserkarilər) su və ot bitkiləri ilə birlikdə
udulur və yoluxma baş verir.
Bizim tədqiqatlarda 8 növ trematod, o cümlə-
dən 2 növ quru-bozqır yarımsəhra landşaftında, 7
növ isə mülayim-rütubətli subtropik landşaftda aş-
kar edilmişdir. Qeyd edilən bütün trematod növlə-
rinin aralıq sahibləri şirinsu ilbizləridir.
Helmintoloji ədəbiyyatlardan məlumdur ki,
bütün sestod növləri biohelmintlərdir. Gəmiricilər-
də quru-bozqır yarımsəhra landşaftda 11 növ, müla-
yim-rütubətli subtropik landşaftda isə 14 növ sestod
qeyd edilmişdir.
Lənkəran Təbii Vilayətinin Düzənlik
86
Cədvəl 5. Su siçovulunun helmintləri və onların aralıq sahibləri
Helmintin növü
Yoluxmanı təmin edən amillər
Trematoda Rudolphi
Plagiorchis arvicolae Schulz et Skworzow
Ax.-nutriya, sincab, siçovullar; Аr.- –şirinsu ilbizləri
Pl.eutamiatis Schulz
Ax.- siçovullar, siçanlar, dağ siçanları; Ar.- şirinsu ilbizləri, həşəratlar
(sürfələri və ya yetkin fərdləri)
Psilostomum arvicolae Schulz et Dobrowa
Ar.-şirinsu ilbizləri
Ax.-gəmiricilər
Gastrodiscoides hominis (Lewis etM.Connall)
Ar.-şirinsu ilbizləri
Ax.-gəmiricilər
Echinostoma mijagawai İschii
Ax.- amerika samuru, su siçovulu, toyuq, ördək, qaz; Ar.- şirinsu
ilbizləri, çömçəquyruq
Notocotylus noyeri Joyeux
Ax.- siçovullar, su samuru, adi qağayı; Ar.- şirinsu ilbizləri
Tetraserialis tscherbakovi Petrov et Tschertkova
Ax.- siçovullar; Ar.- şirin su ilbizləri
Cestoda Rudolphi
Aprostatandrya caucasica Kirschenblatt
Ax.- çöl siçanları, siçanlar, su siçovulu; Ar.- fəsilə üçün
buğumayaqlılar
Paranoplocephala dentata Galli-Valerio
Ar.-oribatid gənələr;
Ax.-gəmiricilər
P. omphalodes(Hermann)
Ax.- çöl siçanları, dovşanlar, ondatra; Ar.- fəsilə üçün quru
buğumayaqlıları: oribatid gənələri, həşəratlar
Hymenolepis diminuta Rudolphi
Ax.- gəmiricilər, insan; Ar.- həşəratlar
Hydatigera taeniaeformis,larvae (Batsch)
Ax.- itkimilər,pişikkimilər, insan; Ar.-gəmiricilər, dovşanlar,
həşəratyeyənlər
Archiacanthocephala Meyer
Moniliformis moniliformis (Bremser)
Ax.- müxtəlif növ gəmiricilər; Ar.- qarabədən böcəklər, tarakanlar;
F.- quşlar və insan
Nematoda Rudolphi
Capillaria wioletti Ruchljadeva
Ax.- su siçovulu; Abiotik amillər
Trichocephalus muris Schrank
Ax.- müxtəlif növ gəmiricilər; Abiotik amillər
Gongylonema neoplasticum (Fibiger, et Ditlevsen
Ax.- adi sincab, kürən siçovul, siçanlar, boz siçancıq, qum siçanları;
Ar.-tarakanlar, böcəklər
Bizim tədqiqatlarda hər iki landşaftda qeyd
edilən 14 növ sestoddan Paranoplocephala dentata,
Mesocestoides lineatus növləri üçün aralıq sahib
oribatid gənələri, M.lineatus növü üçün əlavə sahib
kimi ada dovşanı, quşlar, gəmiricilər, sürünənlər və
yırtıcı məməlilər iştirak edirlər. Qidalanma zamanı
gəmiricilərin bu növlə yoluxması qidalanma sahələ-
rində baş verir. Digər sestod növlərindən Hymeno-
lepis diminuta, Rodentolepis straminea növləri
üçün aralıq sahib həşəratlar; Andrya montana,
Catenotaenia pusilla növləri üçün aralıq sahib
tiriqlofit gənələri, axırıncı sahib gəmiricilər; Para-
noplocephala dentata növü üçün aralıq sahib oriba-
tid gənələr, axırıncı sahib gəmiricilər, P.omphalo-
des növü üçün aralıq sahib oribatid gənələr, axırıncı
sahiblər çöl donuzları, dovşanlar, ondatra təşkil
edir. Sestodlardan Taenia pisiformis, T.hydatigena,
Hydatigera taeniaeformis, Alveococcus multilocu-
laris növlərinin inkişaf dövriyyəsinin başa çatma-
sında gəmiricilər aralıq sahib rolunu oynayırlar.
Yırtıcı heyvanlar bu gəmiricilərlə qidalanan zaman
yoluxma baş verir.
Tədqiqat zamanı aşkar edilmiş 1 növ akan-
tosefal – Moniliformis moniliformis növünün inki-
şaf dövriyyəsinin başa çatmasında qarabədən bö-
cəklər aralıq, gəmiricilər axırıncı, quşlar və insan
fakültativ sahib rolunu oynayırlar.
Lənkəran
təbii
vilayətində
aparılan
helmintoloji tədqiqat zamanı gəmiricilərdə 18növ
nematod, o cümlədən quru-bozqır yarımsəhra land-
şaftında 16 növ, mülayim-rütubətli subtropik land-
şaftda isə 17 növ aşkar edilmişdir ki, bunlardan 4
növü: Gongylonema neoplasticum, G.problema-
ticum,
Physaloptera
dogeli,
Armocapil-laria
sadovskajae mürəkkəb inkişaf dövriyyəsinə ma-
likdir. Bu növlərin inkişaf dövriyyəsinin tamamlan-
masında böcəklər aralıq sahib qismində, təbii ocaq-
lılıqlarının saxlanmasında və arealının genişləndi-
rilməsində gəmiricilər axırıncı sahib qismində işti-
rak edirlər. Aşkar edilmiş nematodlardan 14 növü
geohelmint olub, inkişafları gəmiricilərlə xarici mü-
hit arasında başa çatır. Xarici mühitə tökülmüş
nematod yumurtaları əlverişli xarici mühitdə inva-
zion mərhələyə qədər inkişaf edir və belə yumur-
talar yemlə birlikdə axırıncı sahiblər tərəfindən
udulduqda yoluxma baş verir.
Məlumdur ki, heyvanların, o cümlədən də gə-
miricilərin helmint faunası daimi olmayıb müxtəlif
ekoloji və antropogen amillərin təsiri altında dəyi-
şilir. Son illər əksər ərazilərdə təbii biosenozlara
insan müdaxiləsi çoxalmış, təbii landşaftların struk-
turu dəyişdirilmiş, əkin sahələrinə çevrilmiş və yeni
antropogen landşaftlar yaradılmışdır. Əkin sahələ-
rinə yeni suvarma kanalları çəkilmiş, müxtəlif tex-
niki vasitələrdən istifadə edilmiş və əhali fəal əmə-
E.K. Aslanova
87
yə cəlb edilmişdir. Bunlarla yanaşı ərazidə heyvan-
darlıq, quşçuluq və digər təsərrüfat sahələri, icti-
mai-iaşə, müalicə-sanatoriya və digər sahələr də in-
kişaf etdirilmişdir ki, bunlar da getdikcə heyvan-
ların təbii arealının daralmasına, yaşayış uğrunda
mübarizədə qida rəqabətinə səbəb olmuşdur.
Tədqiqatın nəticələrindən göründüyü kimi,
Lənkəran təbii vilayətinin düzənlik qurşagında gə-
miricilərdə 41 növ helmint aşkar edilmişdir. İnkişaf
dövriyyəsinə görə 26 növ biohelmint, 15növ isə
geohelmintdir. Qeyd edildiyi kimi, biohelmintlərin
inkişaf dövriyyəsi müxtəlif növ onurğasız və onur-
ğalı heyvanların iştirakilə, geohelmintlərin inkişaf
dövriyyəsi isə əlverişli xarici mühit ilə sahib orqa-
nizm-gəmiricilər arasında başa çatır.
Göründüyü kimi, gəmiricilər 36 növ helmint
üçün axırıncı, 4 növ helmint üçün aralıq və 1 növ
üçün həm də əlavə sahib kimi helmint növlərinin
təbiətdə saxlanmasında və inkişaf dövriyyəsinin ta-
mamlanmasında mühüm rol oynayırlar.
İlk dəfə olaraq Lənkəran təbii vilayətində gə-
miricilərin helmintlərinin inkişaf dövriyyəsi araş-
dırılmış və müəyyən edilmişdir ki, gəmiricilərdə aş-
kar edilmiş helmintlərdən 9 növ: Gastrodiscoides
hominis,Syphacia obvelata, Hydatigera taeniaefor-
mis, Alveococcus multilocularis, Mesocestoides
lineatus, Hepaticola hepatica, Taenia pisiformis,
T.hydatigena və Hymenolepis diminuta insan və ev
heyvanlarınınhelmintləri ilə ümumilik təşkil etmək-
lə potensial təhlükə törədirlər.
Bütün bunlar onurğalı heyvanların, o cümlədən
də gəmiricilərin helmint faunası kompleksinin for-
malaşmasında və təbiətdə müxtəlif cür yayılmasın-
da əhəmiyyətli dərəcədə rol oynayan amillərdir.
Gəmiricilərin bütün bu göstərilən bioekoloji
xüsusiyyətləri onların helmint faunası kompleksinin
formalaşmasında özünü göstərir və bu amillərin ro-
lu təbiəti helmintoz törədicilərinə görə sağlam-
laşdırmaq və arealını genişləndirib sinantrop mühitə
keçməsinin qarşısını almaq məqsədilə onlara qarşı
mübarizə tədbirləri hazırlanarkən mütləq nəzərə
alınmalıdır.
ƏDƏBİYYAT
Azərbaycanın heyvanlar aləmi (2004) Onurga-
lılar. Bakı, III : 620.
Fətəliyev Q.H., Yolçuyev M.Ş., İbrahimova R.Ş.
(2011) Şirvanda vəhşi və əhli ətyeyən heyvanların
başlıca helmintoz törədicilərinin təbii və sinantrop
ocaqlıqları. AMEA-nın Xəbərləri (biol. və tibb
elmləri),66 (3): 132-136.
Боев С.Н., Соколова И.В., Панин В.Я. (1962)
Гельминты копытных животных Казахстана.
Алма-ата, т. 1: 30-100.
Мустафаев Ю.Ш. (1965) К изучению гельмин-
тофауны грызунов Азербайджана. Учен. зап.
Азерб. Гос. Ун-та, серия биол. наук, 1: 43-47.
Рыжиков К.М., Гвоздев Е.В., Токобаев М.М.,
Шалдыбин Л.С., Мацаберидзе Г.В. и др.
(1978, 1979) Определитель гельминтов гры-
зунов фауны СССР. Москва: т. 1, 2: 231-278.
Садыхов И.А. (1981) Гельминты промысловых
зверей Азербайджана. Баку, 168 c.
Фаталиев Г.Г. (2009) Гельминтофауна грызу-
нов (Rodentia) Азербайджана и пути ёё форми-
рования. Юг России; экология, развитие (Ма-
хачкала), 4: 118-122.
Гельминтофауна Грызунов В Равнинном Поясе Ленкоранской Природной Области
И Её Биоэкологические Особенности
Э.К. Асланова
Институт зоологии НАНА
В статье впервые описывается гельминтофауна грызунов, распространенных в равнинном поясе
Ленкоранской природной области, и её биоэкологические особенности. Выяснилось, что распро-
странение гельминтов связано с наличием промежуточных и окончательных хозяев под действием
различных биотических и абиотических факторов, географической распространенностью, с физико-
географическими условиями, подходящими для их развития, их плотностью в природе и другими
биоэкологическими особенностями. Изучен цикл развития грызунов и установлено, что из выявлен-
ного 41 вида гельминтов 26 видов являются биогельминтами, 15 видов –геогельминтами. Выясни-
лось, что 9 видов гельминтов имеют общность с гельминтами человека и домашних животных.
Ключевые слова: Грызуны, гельминтофауна, ландшафт, биогельминт, геогельминт, биотические и
абиотические факторы
Lənkəran Təbii Vilayətinin Düzənlik
88
Helminthfauna Of Rodents In Plain Zone Of Lenkaran Natural District
And Its Bioecological Peculiarities
E.K. Aslanova
Institute of Zoology, ANAS
The helminth fauna of rodents spread in the plain zone of Lenkoran natural district and its bioecological
peculiarities have been analyzed. The helminth distribution was found to be related to the availability of
intermediate and definitive hosts under the influence of various biotic and abiotic factors, geographical
spread, physico-geographycal conditions suitable for their growth, their density in the nature and other
biological properties. The study of the cycle of the evolution of rodents has revealed that from 41 species of
helminths 26 species are biohelminths, 15 are geohelminths and 9 speсies are common for human and
domestic animals.
Key words: Rodents, helminthfauna, landscape, biohelmint, geohelminth, biotic and abiotic factors
Dostları ilə paylaş: |