Tərcümə : Fərid Mustafayev
2015-Cİ İL ÜÇÜN
İDMAN DIRMANMASI ÜZRƏ
BEYNƏLXALQ QAYDALAR
BEYNƏLXALQ İDMAN DIRMANMASI FEDERASİYASI
BEYNƏLXALQ DIRMANMA YARIŞLARI ÜÇÜN
2015-Cİ İL QAYDALARI
BÖLMƏ 3 ÜMUMİ QAYDALAR
3.1
NÖVLƏR
3.1.1
Beynəlxalq dırmanma yarışları bu növlər üzrə keçirilir :
a)
Çətinlik:
İdmançı marşrutu təhlükəsizlik nöqtələrindən klip edərək
tamamlayır. Çıxılan marşrutun uzunluğuna görə idmançı dərəcələndirilir.
b)
Boldrinq : İpsiz olaraq dırmanılır və təhlükəsizlik üçün yerdə matlar
olur. Tamamlanan bolder sayına görə idmançı dərəcələndirilir.
c)
Sürət :
Yuxarıdan sığorta ( top-rope ) ilə dırmanmadır. İdmançı
marşrutu tamamlama vaxtına görə dərəcələndirilir.
3.2
TƏHLÜKƏSİZLİK
Məsuliyyətlər
3.2.1
Yarışın keçirilməsi ilə bağlı bütün fəaliyyətlərdə, yarış ərazisi və
tamaşaçılar olduğu bölgədə təhlükəsizliklə bağlı yarış təşkilatçısı məsuldur.
3.2.2
Hər idmançı cəhdi müddətində istifadə etdiyi geyim və ləvazimatdan
məsuldur.
3.2.3
Jüri Prezidenti Baş Marşrut Qurucusu ilə məsləhətləşərək təhlükəsizlik
səbəbindən yarışı dayandıra bilər və sonrasında davam etdirə bilər. Təhlükəsizlik
qaydalarının pozulmasına görə yarış ərazisindən məsul şəxsi və ya tamaşaçını
çıxartmaqda səlahiyyətlidir.
Ləvazimatlar
3.2.4
Dırmanma yarışlarında istifadə olunan ləvazimatlar ən azından EN
Standartları´na uyğun olmalıdır. Ləvazimatlatın aşağıdakı standartlara uyğun olması
tələb olunur:
Beynəlxalq dırmanma yarışlarında ləvazimatlar üçün tələb
olunan standartların siyahısı
Ləvazimat
CEN Standard
Belay Devices (Locking)
EN15151-1 (Draft)
Belay Devices (Manual)
EN15151-2 (Draft)
Climbing Harness
EN12277:2007
(Type C)
Climbing Holds
EN12572-3:2008
Climbing Rope
EN892:2004
Climbing Structures
EN12572-1:2008, EN12572-2:2008
Karabiners (Screwgate)
EN12275:1998
(Type H)
Karabiners (Self-Locking)
EN12275:1998
(Type H)
Quickdraw/ Tape Slings
EN566:2007
Quickdraw/ Connector (Karabiner)
EN12275:1998
(Type B, Type D)
Quickdraw/ Connector (Quick link)
EN12275:1998
(Type Q)
Tibb Heyəti
3.2.5
Jüri Prezidenti yarış ərazisində idmançı və ya vəzifəlilərə qəza və ya
yaralanma halında yardım göstərəcək tibbi heyətin hazır gözləməsini təmin etməlidir.
Həkim izolyasiyanın açılmasından son idmançı cəhdini bitirənə qədər yarış ərazisində
hazır gözləməlidir.
3.2.6
Jüri Prezidenti idmançının sağlamlığı haqqında şübhəli olarsa,
həkimdən fiziki testlər tətbiq etməsini tələb edə bilər :
a)
Aşağı ətraflar:
İdmançı bir ayağı üstündə ard–arda 5 dəfə
tullanmalıdır;
b)
Yuxarı ətraflar : İdmançı hər iki qolunu istifadə edərək ard-arda 5 jim
hərəkəti etməlidir;
c)
Qanama :
İdmançının qanaması varsa,tutacaqlara bulaşmamalıdır.
Yaranı bandladıqdan sonra ağ parça ilə bağlanmalı və qan izi görülmədiyindən əmin
olunmalıdır.
Testlər nəticəsində həkim idmançının sağlam olmadığı qənaətinə gələrsə, Jüri
Prezidenti idmançının yarışmasını məhdudlaşdırır. Daha sonra idmançı vəziyyətinin
yaxşı olmasını bildirərək təkrar test olunmaq üçün müraciət edə bilər. Həkim rəyi
müsbət olarsa, Jüri prezidenti idmançının yarışa davam etməsinə icazə verir.
3.2.7
Heçbir idmançıya heçbir şərtlə digərlərindən fərqli bir yanaşma
olmamalıdır.
Məsələn : boldrinqdə idmançının topdan aşağı nərdivanla endirilməsi kimi.
3.3
YARIŞ ƏRAZİSİ
Giriş
3.3.1
Yarış ərazisi ibarətdir :
a)
İzolyasiya / İsinmə zonası
b)
Keçid zonası
c)
Gözləmə zonası
d)
Yarış zonası
Bu zonalar işarələnərək ictimaiyyət üçün açıq ərazidən ayrılır.
3.3.2
Yarış zonası dırmanma divar(lar)ından ibarət olur. Ərazi dırmanma
divarının önündə və yaxın olmalıdır. Yarışın təhlükəsiz və ədalətli olması üçün
ayrılmış və görülə bilməyən hissələrin video kamera ilə qeydə alınması lazımdır.
3.3.3
Siqaret çəkmək üçün izolyasiya zonasının qapısından çöldə yer ayrıla
bilər , bu yer qətiyyən gözləmə zonası və yarış zonasının yaxınlığında ola bilməz. Bu
bölgə izolyasiya zonasının tərkibi olduğundan orada da izolyasiya qaydaları
qüvvədədir .
3.3.4
Yarış ərazisində heç bir idmançı və komanda rəsmisi jüri prezidentinin
icazəsi olmadan hər hansı kommunikasiya vasitəsindən istifadə edə bilməz.
Yarış Ərazisinə Giriş
3.3.5
Yarış ərazisinə ancaq aşağıda göstərilən şəxslərin daxil olmasına icazə
verilir.
a)
IFSC ( FAIREX ) rəsmiləri
b)
Təşkilatçılar
c)
Cari mərhələdəki idmançılar ( jüri prezidentinin tapşırığı ilə )
d)
Komanda rəsmiləri ( ancaq izolyasiya və isinmə zonalarına )
e)
Jüri prezidentinin icazə verdiyi digər şəxslər. Bu şəxslərə yarış
ərazisində olduğu müddətcə yarış ərazisinin təhlükəsiziyi, idmançıların fikrinin
yayındırılmaması üçün səlahiyyətli şəxslər tərəfindən nəzarət olunur
3.3.6
Jüri prezidentinin icazəsi olmadan yarış ərazisinə heyvan gətirilə
bilməz.
3.3.7
Bu qaydalara tabe olunmasa, BÖLMƏ 4-ə (İntizam Qaydaları) uyğun
intizam tədbiri görülür.
3.4
GEYİM VƏ LƏVAZİMATLAR
Texniki Ləvazimat
3.4.1
Bütün ləvazimatlar 3.2.4 bəndində göstərilən standartlara və ya IFSC
tələblərinə uyğun olmalıdır.
3.4.2
Hər idmançı maqnezium torbası və kaska istifadə etməkdə azaddır.
İdmançı marşrutda cəhd müddətində və ya boldrinqdə marşrutda olanda əllərində
ancaq maqneziumdan istifadə edə bilər
3.4.3
Təşkilatçı tərəfindən təmin edilərək idmançıya verilən rəsmi iştirakçı
nömrələri patların yuxarı hissəsində və arxada aydın görünəcək şəkildə yerləşdirilir.
İştirakçı nömrəsinin ölçüsü IFSC Təşkilatçı Qaydaları”nda göstəriləndən böyük ola
bilməz. Yarış təşkilatçısı iştirakçı nömrəsini şalvarın ayağına bərkidilmək üçün də
hazırlaya bilər.
Komanda Uniformaları
3.4.4
İdmançılar və komanda nümayəndələri rəsmi mərasimlərdə ( müsahibə,
mətbuat konfransı) milli komandalarını uzun qollu və xüsusi rəngli uniformalarla
təmsil edir . Geyimdə olur :
a)
ölkə adı və ya onun Beynəxalq Olimpiya Komitəsi (IOC)
tərəfindən təyin olunmuş üç hərfli qısalması;
b)
üzv federasiyanın loqosu;
c)
ölkənin bayrağı.
3.4.5 İdmançı dırmandığı müddətdə komandasını fərqli rəngdəki uniformada
təmsil edir. Geyimdə olur :
a)
Üst geyim (qısa və ya uzun qollu) milli rənglərdə və ya fərqli
rənglərdə dizayn olunur və üzərində olur :
i)
üzv federasiyanın loqosu
ii)
milli bayraq
iii)
ölkə adı və ya onun Beynəxalq Olimpiya Komitəsi (IOC)
tərəfindən təyin olunmuş üç hərfli qısaltması
b) istifadə olunmayıb.
3.4.6 Komanda uniforması qadın və kişi idmançılar üçün fərqli dizaynda ola
bilər. Dırmanarkən xüsusi dizaynlı – qısa/uzun qollu paltar, qısa/uzun şalvar ola bilər.
Reklam
3.4.7 Bütün ləvazimat və geyimlər aşağıdakı reklam qaydalarına tabe
olmalıdır:
a)
Baş geyimi : ancaq istehsalçı adı və ( və ya) loqosu;
b)
Komanda geyimlərində Sponsor etiketləri : cəmi 300sm
2
–
dən çox olmamalıdır. İstehsalçı loqosu 5 sm –dən geniş olmamalıdır.Dizayn markaları
aşağıdakı formalardan birində yerləşdirilə bilər.
i) paltarın qolunun altı boyunca
ii) paltarin qollarının çöl tikişləri boyunca
iii) paltarların çöl tikişlərinin aşağısı boyunca
c)
Maqnezium torbası : İstehsalçının loqosu və etiketi
ümumilikdə 100sm
2
- dən çox olmamalıdır.
d)
Ayaqqabı və corablarda ancaq istehsalçı adı və loqosu ola
bilər.
e)
Reklam ad və loqosu idmançı bədənində olarsa (məsələn :
tatuaj kimi), yuxarıda göstərilən ölçülərə tabe olmalıdır.
Qaydalara Tabe Olunmaması Halında
3.4.8 Uyğun olmayan Ləvazimat , düyün və ya geyimdən istifadə edilməsi
halında idmançı BÖLMƏ 4-ə (İntizam Qaydaları) uyğun məsuliyyət daşıyır.
3.5
DİVARA TEXNİKİ XİDMƏT
3.5.1 Marşrut Qurucusu yarışın hər mərhələsində, Baş hakimin tapşırığı ilə
müdaxilə edəcək texniki xidmət komandasının hazır gözləməsinə nəzarət edir.
Təhlükəsizlik qaydalarına dəqiq riayət olunmalıdır.
3.5.2 Baş Hakimin təlimatı ilə Marşrut qurucu hər hansı təmir işini dərhal
yerinə yetirməlidir. Təmir tamamlandıqdan sonra Marşrut Qurucu təmirin nəticəsinin
növbədəki idmançılar üçün üstünlük və ya əlverişsiz olduğunu Jüri Prezidentinə
bildirir. Jüri Prezidenti yarışın həmin mərhələsinin dayandırılması,davam etməsi və ya
yenidən başlanmasına qərar verir. Bu qərarla bağlı hər hansı etiraz qəbul edilmir.
3.6
SIRALAMA VƏ REKORDLAR
3.6.1 IFSC aşağıdaki ümumi sıralamaları dərc edir :
a)
Dünya Kuboku Sıralaması ;
b)
Dünya Sıralaması (WR)
Dünya Kuboku Sıralamasının hesablanması 11-ci Bölmədə ( Dünya Kuboku
Silsiləsi ) göstərilmişdir.
Dünya Sıralaması son on iki (12) ayda IFSC tərəfindən dəstəklənən
yarışların sıralamalarına görə müəyyən olunur.Dünya Sıralamasının hazırlanması
detalları IFSC-nin rəsmi internet saytında yayımlanır.
3.6.2 IFSC sürət yarışları üzrə Dünya Rekordlarını dərc edir.
4.BÖLMƏ İNTİZAM QAYDALARI
4.1 GİRİŞ
4.1.1
Yarış ərazisində yarışa təsir edəcək bütün qərar və fəaliyyətlərdə Jüri
Prezidenti tam səlahiyyətlidir.
4.2
İDMANÇILAR
Ümumi
4.2.1 Jüri Prezidenti və Baş Hakim hər hansı komanda üzvünün yarış
qaydalarını pozması və ya intizamsız hesab olunacaq hərəkətlərində aşağıdakıları
etməkdə səlahiyyətlidir :
a)
qeyri – rəsmi şifahi xəbərdarlıq ;
b)
Sarı Kart göstərməklə müşayiət olunan rəsmi xəbərdarlıq.
4.2.2 Jüri Prezidenti sarı və ya kırmızı kart göstəriləndən sonra uygun olan
ən qısa zamanda:
a)
Jüri Prezidenti komanda rəhbərindən ( bu mümkün olmadıqda
birbaşa şəxsin özünə ) qayda pozuntusu ilə və qaydalara uyğun növbəti intizam
tədbirlərinə etimad fikirləri ilə bağlı yazılı razılıq alınır.
b)
Qayda pozuntusu ilə bağlı yazılı izahatın bir nümunəsi ,
təfsilatlı məruzə və dəlillərlə birlikdə İntizam Komissiyasına göndərilir.
Sarı Kart Xəbərdarlığı
4.2.3 Sarı Kart xəbərdarlığı aşağıdakı qayda pozuntuları olduqda tətbiq
olunur :
Jüri Prezidentinin və ya Baş Hakimin təlimatlarına dair :
a)
Jüri Prezidentinin və ya Baş Hakimin təlimatlarına tabe
olmadıqda :
i)
Jüri Prezidenti və ya Baş Hakimin
təlimatından sonra izolyasiya zonasına qayitmaqda lazımsız ləngisə
ii)
Yarış zonasına daxil olmaq təlimatı verildikdə gözləmə
zonasını tərk etməkdə lazımsız ləngisə
iii)
Baş hakimin təlimatına uyğun başlamasa
Ləvazimat və Mərasimlərə görə :
b)
Geyim və ləvazimatı nizamlayan qaydalara tabe olmamaq ;
c)
Yarış təşkilatçısı tərəfindən verilən başlama nömrəsini
geyinmədikdə;
d)
istifadə olunmur
e)
Medal
alan
idmançıların
mükafatlandırma
mərasiminə
qatılmaması
f)
Söyüş, ədəbsiz söz və ya davranış
g)
İdman ruhuna zidd davranışlar
e)
Bu qərarlara etiraz 2. Hissənin uyğun bölməsinə görə aparılır.
4.2.4 Bir yarışda iki (2) sarı kart alan idmançı diskvalifikasiya edilir.
4.2.5 İdmançı bir sezon ərzində üç (3) sarı kart alarsa :
a)
İdmançı Dünya Sıralamasına daxil olan növbəti IFSC yarışına
qeydiyyatdan keçmiş olsa belə yarışda iştirakına icazə verilmir.
b)
Əgər ‘a’ maddəsi uyğun deyilsə, İdmançı Dünya sıralamasına
daxil olan növbəti IFSC yarışına qeydiyyata alınmayacaqdır.
c)
Və iki halda da təqsirli komandanın qeydiyyat kvotası buna
görə azaldılır.
Diskvalifikasiya
4.2.6 Jüri Prezidenti təkbaşına hər hansı idmançının diskvalifikasiya
olunması qərarını verə bilər. Bu qərar qırmızı kart verilməsi ilə müşayiət olunur.
4.2.7 Qırmızı Kart verilən qayda pozuntuları aşağıdakılardır. Birbaşa
diskvalifikasiya başqa bir sanksiya olmadan tətbiq olunur :
a)
marşrutları müşahidə üçün icazə verilən Müşahidə Zonasında
izolyasiya qaydalarını pozmaq
b)
təsdiqlənməyən ləvazimat istifadəsi
c)
İzolyasiya Zonasında və ya məhdudlaşdırılan başqa ərazidə hər
hansı kommunikasiya vasitəsindən icazəsiz istifadə ;
Bu qərarlara etiraz 2. Hissənin uyğun bölməsinə görə aparılır.
4.2.8 Aşağıdakı
qayda
pozuntuları
olduqda
idmançı
yarışdan
diskvalifikasiya olunur və İntizam Komissiyası məlumatlandırılır.
Yarış ərazisində komanda üzvü tərəfindən edilən qayda pozuntuları :
a)
Marşrut haqqında qaydalarda icazə veriləndən başqa məlumat
toplamaq. Şübhələrin qabağının alınması üçün yarışın izolayasiya qaydalarının tətbiq
edilmədiyi mərhələlərində ( mərhələ “flash” formatda olduqda ) idmançılar
cəhddən əvvəl və ya cəhd müddətində Yarış Zonasından kənardakı komanda
üzvlərindən məlumat ala bilər.
b)
Qaydalarda icazə veriləndən başqa məlumat toplamaq və digər
idmançılarla bölüşmək. (
6.7.6 və 7.7.5 Maddələrin pozulması )
c)
Marşrutda cəhddə olan və ya başlamağa hazırlaşan idmançının
fikrini dağıtmaq və ya mane olmaq
d)
Hakimlərin, təşkilatçıların, IFSC rəsmilərinin təlimatlarına tabe
olmamaq
e)
Geyim və lavəzimatlarda reklam qaydalarına tabe olmadıqda
f)
Yarış müddətində idman ruhuna zidd və ya ciddi narahatlığa
səbəb olacaq hərəkətlər ;
g)
IFSC rəsmilərinə, təşkilatçılara, idmançılara ( komanda
üzvlərinə ) və digər şəxslərə söyüş, hədə-qorxu, kəskin davranışlar
Yarış Ərazisindən kənarda , ictimai ərazidə idmançı və ya komanda
üzvünün törətdiyi qayda pozuntusu :
h)
İdman ruhuna zidd və ya digər ciddi narahatlığa səbəb olacaq
davranışlar ;
i)
IFSC rəsmilərinə, təşkilatçılara, idmançılara (komanda
üzvlərinə ) və digər şəxslərə söyüş, hədə-qorxu, kəskin davranışlar
4.2.9 Bədən Kütlə İndeksi (BMI) testi üçün Jüri Prezidentinin tapşırığına
etiraz edilsə, Qırmızı Kart verilir , idmançı yarışdan birbaşa diskvalifikasiya olunur
və İntizam Komisiyasına məlumat verilir.
4.3
KOMANDA RƏSMİLƏRİ
4.3.1 Komanda rəsmiləri idmançılarla eyni səviyyəli hesab olunur və buna
uyğun rəftar olunur.
4.3.2 Komanda rəsmisi sarı kart alarsa, yarış müddətində yarış ərazisinə
girişinə icazə verilmir və komandasına yardımı məhdudlaşır.
4.3.3 Sanksiya kimi :
a)
bir yarışda komanda rəsmilərinə iki (2) sarı kart verilməsi
komanda menecerinin yarışdan diskvalifikasiyası ilə nəticələnir ;
b)
komanda rəsmilərinə bir sezon ərzində üç (3) sarı kart verilərsə,
Dünya Sıralamasına daxil olan növbəti IFSC yarışı üçün komanda ancaq bir rəsmi ilə
qatıla bilər. Həmin komanda rəsmisi sonuncu yarışda kart göstərilməyən biri
olmalıdır.
4.4 DİGƏR ŞƏXSLƏR
4.4.1 Jüri Prezidenti qaydaları pozan hər hansı şəxsin yarış əzazisindən
çıxarılmasını tələb etmək səlahiyyətindədir. Lazım olduqda tələb yerinə yetirilənə
qədər bütün yarış fəaliyyətini dayandıra bilər.
5. BÖLMƏ ANTİ – DOPİNQ
5.1
QƏBUL ETMƏ
5.1.1 IFSC Dünya Anti - Dopinq Qaydalarını qəbul edir.
5.2
TƏTBİQ ETMƏ
5.2.1 IFSC səlahiyyəti altında keçirilən bütün yarışlarda anti – dopinq
qaydaları tətbiq edilir. Yarışa daxil olmuş hazırlaşan və ya iştirak edən hərkəs –
idmançı, təlimçi, rəsmi, tibbi heyət 5.4.1 – ci maddənin subyektidir və qaydalarla
razılaşmış hesab olunur.
5.3
IFSC DAXİLİNDƏ SƏLAHİYYƏTLİ ORQANLAR
5.3.1 Beynəlxalq dırmanma yarışlarında anti – dopinq üzrə səlahiyyətli
orqanlar Anti – Dopinq Komissiyası və İntizam Komissiyalarıdır.
5.4
QAYDA POZUNTULARI VƏ SANKSİYALAR
5.4.1 Dopinq pozuntuları zamanı IFSC anti – dopinq siyasəti və qaydaları,
IFSC İntizam və Etiraz Qaydalarına uyğun davranılır.
6. BÖLMƏ ÇƏTİNLİK
6.1 GİRİŞ
6.1.1
Çətinlik dırmanma yarışları bu məqsədlə dizayn edilmiş, minimum
yüksəkliyi on iki (12 ) metr olan süni divarlarda keçirilir.
6.1.2
Çətinlik yarışları ibarət olur :
a.
Kvalifikasiya mərhələsi hər kateqoriya üçün fərqli iki (2) marşrutdan
ibarət olur. Hər iki marşrut oxşar çətinlik dərəcəsində olur.
b.
Hər Kateqoriya üçün bir marşrutdan ibarət yarımfinal mərhələsi
c.
Hər Kateqoriya üçün bir marşrutdan ibarət final mərhələsi
Gözlənilməyən bir hadisə baş verərsə, Jüri Prezidenti yarışın həmin
mərhələsini ləğv edə bilər. Əvvəlki mərhələnin nəticələri həmin mərhələ üçün də
götürülür.
Dostları ilə paylaş: |