SINAQ ÇIXIŞLARIN QURULUŞU
8.8.1 Sınaq çıxışları hər iki formada həyata keçirilir :
a) Kvalifikasiya mərhələsindən əvvəl, kvalifikasiyada iştirak
etmək hüququ olan hər idmançı, hər zolaqda, kvalifikasiya çıxış siyahısına uyğun
sınaq çıxışı edir ;
b) Ayrıca sınaq çıxışlarında hər bir komanda sınaq çıxışı edir. Bu
zaman Jüri prezidenti komandaların hansı sıra ilə çıxış edəcəyini ,hər komandakı
idmançıların sayından aslı olaraq komanda üçün ayrılan vaxtı təyin edir.
8.8.2 Jüri prezidenti yarışın xüsusiyyətlərini nəzərə alaraq sınaq çıxışlarının
vaxtını və formatını dəyişə bilər.
Qeyd : Sınaq çıxışların hər hansı texniki hadisənin təsiri olarsa,
idmançılar hər marşrutda ancaq bir dəfə çıxış edir və səhv başlama olduqda idmançı
dayandırılmır.
8.9
DIRMANMANIN QURULUŞU
Başlamaq
8.9.1
Yarış əvvəlcədən təyin olunmuş starterin verdiyi audial siqnal ilə
başlayır. Starter IFSC rəsmisi olmamalıdır. Starter idmançılar tərəfindən
görülməyəcəyi bir yerdə dayanmalıdır. Başlama siqnalı bütün idmançıların eşitmə
məsafəsində olmalıdır.
8.9.2 Başlamaq üçün marşruta çağrılan hər idmançı :
a)
10 saniyə ərzində təyin olunmuş başlama ərazisində
yerlərini tutmalıdır.
b)
Özlərini sığortaçılara təqdim etməlidir, sığortaçı dırmanma
ipini idmançının təhlükəsizlik kəmərini Maddə 8.3.5 və 8.3.7 - ə uyğun olaraq bağlayır
c)
Starterin göstərdiyi yerdə, arxası divara olmaqla, divardan
ən çox iki (2) metr aralıda dayanır.
8.9.3 “At your marks” – “ Yerlərinizə” əmri verildikdə idmançı 4 saniyədə
ərzində bir ayağı başlama Ərazisində (yerdə) , bir ayaq və iki əl başlama tutacaqlarında
olmaqla başlama vəziyyəti alır.
Qeyd : Jüri prezidenti və ( və ya ) Baş hakim idmançıya verilən
maksimum vaxtı aşdığına görə sarı kart verə bilər.
8.9.4 İdmançılar yerlərinə keçdikdən sonra starter hər hansı səbəbdən
vəziyyəti qeyri - qənaətbəxş hesab edərsə, idmançıları geri çağırır və yenidən yerlərinə
keçmə göstərişini verir.
8.9.5 İdmançılar yerlərinə keçdikdən və hərəkətsiz dayandıqda starter
sonuncu xəbərdarlığı edir “Ready” – “ Hazırlaş” , vaxt ölçən istemi başladır.
Qeyd : Starter “Hazırlaş” xəbərdarlığını verdikdən sonra 1-2 saniyə
ərzində başlama siqnalı verməlidir.
8.9.6 Starter “Hazırlaş” xəbərdarlığını verdikdə, idmançı əgər hazır deyilsə,
əlini qaldıraraq hazır olmadığını bildirməlidir. Əks halda daha sonra edilən etiraz
müraciəti qəbul edilmir.
8.9.7 İdmançı aşağıdakılardan birini etdikə starter yarışı dayandırır :
a) Yerlərinizə komandası veriləndə buna tabe olmasa və ya
komanda veriləndən sonra dörd ( 4 ) saniyə ərzində yarışı başlama vəziyyətinə
keçməzsə;
b) Yerlərinizə komandası verildikdən sonra səslə və ya hər hansı
şəkildə digər idmançılara mane olarsa;
Starter yarışı dayandırır. Jüri prezidenti düzgün olmayan
hərəkətinə görə idmançıya sarı kart verərək xəbərdarlıq edir. Əgər jüri prezidenti
staterin qərarı ilə razı olmazsa, müvafiq hərəkətinə görə idmançıya tövsiyyə verilməklə
kifayətlənir.
Səhv Başlama
8.9.8 Starter idmançının aşağıdakılardan hər hansı birini etdiyini düşünürsə,
idmançı qaydalara görə səhv başlama etmiş sayılır.
a) Başlama yerini starterin hazırlaş xəbərdarlığından sonra və
başlama siqnalından əvvə tərk etsə:
b) İstifadə olunmayıb !
c) Başlama siqnalına saniyənin 1/10 hissəsindən daha qısa
müddətə reaksiya versə
Qeyd:Mexaniki – Elektrikli Vaxt ölçən sistem istifadə olunduqda,
sistemin göstəriciləri dəqiq sübut kimi qəbul olunur. Yəni, ləvazimatın nasazlığına
aydın,ciddi bir sübut yoxdursa, səhv başlamanı təyin etməkdə sistemin göstəricisi
həlledici olur.
8.9.9 İdmançı yarış ərzində bir səhv başlama etsə, cəza tətbiq olunmur, eyni
idmançı ikinci səhv başlama etsə,
a) Səhv başlama etdiyi yarışda nəticəsi qeyri -məqbul vaxt kimi
qeydə alınır və sonraki mərhələlərdə iştirak etməsinə icazə verilmir;
b) İki səhv başlama edən idmançının dərəcəsi aşağıdakı kimi
hesablanır :
- Yarışın kvalifikasiya mərhələsində ikinci səhv başlama
edibsə, həmin mərhələnin sonuncusu kimi ;
- Əgər ikinci səhv başlama final mərhələsi ərzində olarsa,
idmançı həmin hissənin sonuncusu kimi dərəcələndirilir.Finalın son yarışında olarsa,
Maddə 8.10–a uyğun qiymətləndirilir.
Səhv başlama etməyən idmançı cəhdini bitirməlidir.
8.9.10
Səhv başlama zamanı starter hər iki idmançını dərhal dayandırır.
8.9.11
Səhv başlama baş verdiyi yarışda heç bir idmançı üçün məqbul
vaxt qeydə alınmır.
Cəhdin Tamamlanması
8.9.1 2
Maddə 8.9.11 – in məzmumuna uyğun olaraq idmançı
açar/lövhəyə toxunaraq dırmanma vaxtını dayandırdıqda cəhd uğurlu hesab olunur və
məqbul vaxt qeyd olunur.
Qeyd:Mexaniki – Elektrikli Vaxt ölçən sistem istifadə olunduqda,
sistemin göstəriciləri dəqiq sübut kimi qəbul olunur. Yəni, ləvazimatın nasazlığına
aydın,ciddi bir sübut yoxdursa, idmançının vaxtı dayandırmaq üçün açar/lövhəyə
toxunub toxunmamasını təyin etməkdə sistemin göstəricisi həlledici olur.
8.9.13 Əgər idmançı vaxtı dayandıra bilməsə, cəhd uğursuz sayılır və məqbul
bir vaxt qeyd olunmur. Əgər vaxt ölçən sistemdə nasazlıq olması təyin olunmazsa,
yeni bir cəhd və ya marşrutu yenidən qalxmağa icazə verilmir.
Qeyd : Vaxt ölçən sistemi dayandırmaqda fərdi uğursuzluqlar sistemin
nasazlığını iddia etməyə əsas vermir.
Qeyd : Əgər ard-arda eyni marşrutda idmançılar vaxtı dayandırmaqda
çətinlik yaşasa, jüri prezidenti sistemin yoxlanilmasını tələb edə bilər. Yoxlama
nəticəsində nasazlıq aşkar edilərsə, İdmançılar yenidən cəhd edir. Nasazlıq aşkar
olunmazsa, nəticə saxlanılır. Yoxlama marşrut qurucusunun dırmanıb açar/lövhəyə
toxunması ilə həyata keçirilir.
Qeyd : Jüri prezidenti sistemin yoxlanmasının lazım olub
olmamasını təyin etmək üçün video qeydlərə əsaslana bilər. Bununla belə video
qeydlər idmançının açar /lövhəyə toxunduğunu göstərsə (ancaq sistem dayanmasa) , bu
da sistemin nasazlığına ciddi bir sübut kimi götürülmür.
8.9.14 Aşağıdakılar baş verdikdə idmançının cəhdi uğursuz sayılır və məqbul
vaxt qeyd edilmir :
a)
yıxıldıqda;
b)
divarın kənarlarından və ya yuxarı hissəsindən istifadə ;
c)
başladıqdan sonra bədənin hamsisa hissəsinin yerə
toxunması ;
d)
hər hansı süni yardımdann istifadə.
8.10 HƏR MƏRHƏLƏDƏN SONRA DƏRƏCƏLƏNDİRMƏ
Kvalifikasiya
8.10.1 Səhv başlama haqqında Maddə 8.9.11 –də göstərilənlər də nəzərə
alınmaqla, idmançı A və ya B zolağında qeydə alınmış ən tez nəticəyə əsasən
dərəcələndirilir. Əgər idmançı hər iki zolaqda da məqbul vaxta nail ola bilməzsə,
sonuncu yerdə dərəcələndirilir.
Final
8.10.2 Final mərhələsinin yarışlarında məğlub olub yarışdan çıxmış
idmançılar, dırmanma vaxtları əsas götürülərək dərəcələndirilir ( yarımfinal və final
yarışlarından başqa ) .
Qeyd : Yarışda çıxmış idmançı üçün mərhələdə məqbul vaxt qeydə
alınmamışdırsa, sonuncu olaraq dərəcələndirilir.
8.10.3 Əgər yarışdan çıxmış iki və daha çox idmançı :
- hər biri məğlub olduğu mərhələdə məqbul vaxt qeydə
alınmamışdırsa,
- məğlub olduqları mərhələdə eyni vaxt qeydə alınmışdırsa, bu
zaman onların yerləri əvvəlki mərhələnin nəticələri nəzərə alınaraq müəyyən olunur (
əgər ehtiyac olarsa, kvalifikasiyanın ardından gələn uğurlu cəhdlərə baxılır) .
8.10.4 Yarımfinalda məğlub olmuş idmançılar 3-cü və 4-cü yerlər üçün
yarışır ( kiçik final ). Yarımfinalların qalibləri 1-ci və 2-ci yerlər üzrə yarışır ( böyük
final). Kiçik final tamamlandıqdan sonra böyük final başlanır.
8.11 TEXNİKİ HADİSƏLƏR
8.11.1 Texniki
hadisə
idmançının
hərəktinin
nəticəsində
meydana
gəlməmiş,idmançıya haqsız üstünlük verəcək və ya mane olacaq bir vəziyyətin
meydana gəlməsidir.
8.11.2
Texniki hadisənin təsdiqlənməsi baş hakimin ( IFSC hakimi)
səlahiyyətidir ( mümkün olmadıqda , jüri prezidentinin). Lazım olduqda marşrut
qrucusu ilə məsləhətləşdikdən sonra qərar verilir.
8.11.3
Vaxt ölçən sistemin nasazlığı texniki hadisə hesab ounur və hər
iki hala təsir edir :
- ancaq bir yarışda nasazlıq meydana gələrsə;
- nasazlıq bərpa edilə bilmir və həmin mərhələdəki bütün
yarışlara təsir edir ;
a) Nasazlıq təmir olunursa (məsələn : nasazlıq səhv bağlanma ilə
əlaqədar olarsa),sistem təmir olunduqdan və bu təsdiqləndikdən sonra yarış təkrar
keçirilir
b) Nasazlıq təmir olunmazdırsa, jüri prezidenti aşağıdakılardan
hər hansı birini edə bilər :
- nasazlığın meydana gəldiyi mərhələni ləğv edir və ya
- həmin yarışların yenidən keçirilməsinə qərar verir
Qeyd : Maddə 8.4.2 hər zaman tətbiq edilir. Şəraitdən asılı olmasan
eletrikli sistem və əl vaxt ölçəni eyni mərhələdə istifadə olunur.
Texniki Hadisənin Ardından Tətbiq Olunan Üsullar
8.11.4 Əgər idmançı və ya komanda rəhbəri texniki hadisə olduğunu hesab
edirsə, dərhal, ən gec halda isə növbəti yarış başlamadan əvvəl baş hakimə ( IFSC
Hakimi) müraciət olunmalıdır. Texniki hadisə haqqında növbəti yarış başlayana qədər
bildiriş olmazsa, etiraz diqqətə alınmır.
8.11.5 Texniki hadisə meydana gəlməsi təsdiqləndikdə buna məruz qalan
bütün idmançılar jüri prezidentinni tapşırığı ilə yarış ərazisində qalır.
8.11.6 Texniki hadisənin baş verdiyi yerə görə :
a) kvalifikasiya mərhələsində meydana gələrsə, təsir görmüş
idmançılar yenidən yarışır
b) Final müddətində meydana gələrsə, finalın həmin mərhələsinin
yarışları yenidən keçirilir.
8.11.7 Texniki hadisədən təsirlənmiş idmançılara yenidən yarışana qədər ən
az beş (5) dəqiqə istirahət verilir.
8.12 VİDEO QEYDLƏRDƏN İSTİFADƏ
8.12.1 Bütün idmançıların cəhdləri rəsmi video qeydlərinə alınır.
8.12.2 Rəsmi video qeydləri ən az iki (2) kamera ilə aparılır və bu qeydlərdə
aşağıdakılar mütləq görsənməlidir :
a) Hər yarışın əvvəlində hər iki zolaqda başlama vəziyyəti;
b) Hər yarış tamamlananda hər iki zolaq üzrə vaxt ölçən sistemin
açar/lövhələri
c) Hər yarışda hər idmançı cütlüyünün cəhdi
8.12.3 Hər mərhələdən əvvəl jüri prezidenti kamera operatorlarına uyğun
texnika və üsullarla bağlı təlimat verir. Video kameraların yerləşməsini jüri prezidenti
təyin edir.
Qeyd : Xüsusi diqqət verilməlidir ki, kamera operatorları vəzifələrini
icra edərkən narahat edilməsin və kameranın çəkilişinə mane olunmasın.
8.12.4 Video qeydləri monitorda göstərilir və hər hansı hadisə zamanı
hakimlər vizual materiallarla təmin edilir. Monitor elə yerləşdrilir ki, hadisə zamanı
kənar şəxslərin müdaxiləsi olmadan hakimlərin müzakirə aparmasına şərait
yaradılmalıdır. Hakimlərin stoluna uyğun uzaqlıqda olmalıdır.
8.12.5 Ancaq aşağıdakılar hakim qərarlarında sübut əhəmiyyəti daşıyır.
a) Rəsmi video qeydləri;
b) Jüri prezidentinin qərarı ilə IFSC yayımı video qeydlərindən
istifadə oluna bilər.
8.12.6 Hər mərhələnin sonunda əgər tələb edərsə, rəsmi video qeydlərini
kopyası jüri prezidenti üçün təmin edilir.
8.13. ETİRAZLAR
8.13.1 Bütün yazılı və şifahi etirazlar və rəsmi cavablar Azərbaycan dilində
(beynəlxalq yarışlarda ingilis dilində ) olur və
a)
Maddə 8.13.3 ilə bağlı etirazlar ancaq yazılı formada və
komanda rəsmilərinin imzası ilə təqdim olunur
b)
a) və ya yarış üçün qeydiyyatdan keçmiş belə bir şəxs
yoxdursa həmin idmançı tərəfindən
8.13.2 Maddə 8.13.3 və 8.13.4 – də göstərilən etirazlardan başqa digər
etirazlar ancaq rəsmi etiraz rüsumu ilə birlikdə qəbul olunur. Etiraz rüsumunun
məbləği IFSC tərəfindən illik nəşr olunan siyahıda göstərilir. Əgər etiraz qəbul edilsə ,
məbləğ geri qaytarılır, rədd edilsə, etiraz rüsumu geri qaytarılmır.
Təhlükəsizlik Etirazları
8.13.3 Əgər üç (3) fərqli komandanın məşqçisi təhlükəsizliklə bağlı hər hansı
risk olduğu qənaətinə gələrsə, təhlükəsizlik etirazı təqdim olunur. Jüri prezidenti
etirazı qiymətləndirir və etirazı haqlı sayarsa, lazımi tədbirlər görür.
Etiraz Prosesi
8.13.4
Etiraz müraciəti :
a)
yarışda idmançının cəhdi haqqında qərar ( məsələn : səhv
başlama qərarı vermək)
b)
finalın hər hansı yarışını nəticəsi,
dərhal və növbəti yarış başlamadan əvvəl müraciət olunmalıdır.
Bunula bağlı qərar verilmədən növbəti yarış başlamır. Bu etirazlara rüsum tələb
olunmur.
8.13.5 İdmançının dərəcələndirilməsi üzrə etirazlar yazılı formada jüri
prezidentinə təqdim olunur:
a)
Kvalifikasiya və yarımfinal mərhələlərində nəticələr dərc
olunduqdan beş (5) dəqiqə ərzində
b)
Final mərhələsində etiraz olunduqdan dərhal sonra etiraz
edilməlidir.
8.13.6 Etiraz müraciəti qəbul olunduqda jüri prezidenti ( əgər jüri prezidenti
orjinal qərar ilə əlaqəlidirsə, IFSC rəsmisi) dərhal müraciət üzrə hərəkət edir.
Etiraz rəsmi nəticələr ilə əlaqəlidirsə, jüri prezidenti rəsmi nəticələrin
etirazla bağlı yenidən nəzərdən keçirildiyinin elan olunmasını təmin etməlidir. Hansı
nəticənin etiraz obyekti olması da qeyd edilməlidir.
8.13.7 Jüri prezidenti və ya IFSC rəsmisi etirazı gecikdirmədən və qərəzsiz,
yarış müddətində bütün heyət və imkanlardan istifadə edərək həll etməlidir.
8.13.8 Mümkün sübutlar etiraz üçün təsirsiz sayılarsa, orjinal qərar qüvvədə
qalır. Etiraz rüsumu qaytarılır. Yazılı etirazlarda etorazın nəticəsi yazılı olaraq
hazırlanır və jüri prezidenti tərəfindən etiraz etmiş komanda rəsmisinə təqdim edilir.
Etirazların Nəticələri
8.13.9 Apelyasiya komissiyasının bir etirazın nəticəsində qəbul etdiyi qərar
yekundur və başqa etirazın obyekti ola bilməz.
8.13.10 Apelyasiya komissiyasını hər hansı qərarı ( orjinal qərar) ilə bağlı
ertirazlar :
a)
Kvalifikasiya mərhələsində orginal qərar dərc olunduqdan
beş (5) dəqiqə ərzində
b)
Final mərhələsində orginal qərar dərc olunduqdan dərhal
sonra etiraz edilməlidir.
c)
Göstərilmiş müddətlərin xaricində edilən etirazlar qəbul
olunmur.
Dostları ilə paylaş: |