6.9.2
İdmançı MADDƏ 6.7.13 və 6.7.17 - ə uyğun dırmanma vaxtı ərzində,
marşrutu qaydalara uyğun dırmanaraq ipi final ekspresin karabinidə klip edərsə,
marşrutu uğurla bitirmiş hesab olunur.
6.9.3
İdmançı Marşrutda Cəhd Müddətində :
a)
ekspresləri ardıcıl klip etməlidir;
Qeyd :
İlk ekspresi yerdən klip etməyə icazə verilir
b)
Qeyd :
İdmançının ipi son kliplədiyi ekspresdən
çıxarıb təkrar klipləməsinə icazə verilir.
c)
İdmançı hər zaman Maddə 6.9.4.-ün tələblərinə uyğun
vəziyyətdə olmalıdır və bədəni marşrutda qaydalara uyğun dayanmalıdır :
i)
İdmançının
bədəni
(tamamilə)
növbəti,
kliplənməmiş ekspresin aşağısındakı karabindən yuxarı keşməməlidir və ya ;
ii)
İdmançı kliplənməmiş birinci ekspresi keçib
dayanarsa,
(a)
eyni katerqoriya /yaş qrupundan başqa bir idmançı
klip edilməmiş ilk ekspresin ayağı yuxarı çəkilərək klip ediləcəyinin mümkünlüyünü
göstərmişsə,
(b)
Marşrut qurucu belə vəziyyətdə ilk kliplənməmiş
ekspresin klip edilə biləcəyini göstərmişdirsə .
6.9.4
Jüri prezidenti bir və ya bir neçə ekspresin müəyyən tutacaqlardan
əvvəl və ya sonra kliplənməsini qayda kimi tətbiq edə bilər. Belə hal olarsa,
məlumatlar əvvəlcədən hərkəsə elan edilməli, həmin tutacaq(lar) və ekspres(lər)
aydın çəkildə işarələnməlidir. İşarələmə üçün mavi çarpaz lentlərdən istifadə
olunmasına üstünlük verilir. Bu hallar , həmçinin, müşahidə müddətində də qeyd
olunmalıdır.
6.9.5
Qaydalara uyğun olduqca, klip etməkdəki hərəkət fərqlilikləri
nəticələrdə nəzərə alınmır.
6.9.6
İdmançı ipi Maddə 6.9.3. a) –a uyğun klip etdikdə “Z-klip” alınarsa,
bunu düzəltməlidir. İdmançı lazım olan karabinlərdən ipi açıp yenidən klip edə bilər (
lazım olarsa, aşağı dırmanaraq). Vəziyyət düzəldildikdən sonra bütün təhlükəsizlik
nöqtələri təkrar klip edilməklə idmançı dırmanmağa davam edə bilər.
6.9.7
Baş hakim İdmançının irəliləməsini təhlükəli hesab edərsə, cəhdi
dayandıra bilər.
6.9.8
İdmançı marşrutda olanda hakimdən nə qədər vaxtı qaldığını soruşa
bilər. Bu zaman baş hakim məlumat verir və ya idmançının məlumatlandırılması
üçün tapşırıq verir. İdmançının vaxtı bitdikdə hakim onu dayandırır. İdmançı hakimin
təlimatına tabe olmayıb dırmanmağa davam etsə, BÖLMƏ 4- ə (İntizam Qaydaları )
uyğun tədbir görülür.
6.9.9 Aşağıdakı hallar baş verdikdə idmançınn cəhdi uğursuz hesab olunur :
a)
Yıxılsa;
b)
Vaxtı bitsə ;
c)
Divarın qara lentlə işarələnmiş bölgələrindəki tutacaqlardan və
ya divarın hər hansı hisəsindən istifadə ( başqa rəng lentdən istifadə olunarsa, texniki
iclasda jüri prezidenti bunu bildirir ) ;
d)
divarda bolt üçün olan oyuqlardan əllərilə istifadə , tutacağın
üstündəki oyuq istisnadır ;
e)
reklam və ya məlumat məqsədilə divara taxılmış lövhələrdən və
ya onların hissələrindən istifadə ;
f)
Divarın künclərindən , birləşmə hissələrindən və ya üst
hissəsindən istifadə ;
g)
Divardaki təhlükəsizlik nöqtələrindəki hər hansı ləvazimatdan
istifadə ( qulaq , bolt, ekspres ) ;
h)
Ekspresi qaydalara uyğun klip etmədikdə ;
i)
Cəhdə başladıqdan sonra bədənini hər hansı hissəsinin yerə
toxunması;
j)
Hər hansı süni yardımdan istifadə .
6.9.10
Hər hansı birinin pozulmasında :
a)
Maddə 6.9.3;
b)
Maddə 6.9.4;
c)
Maddə 6.9.9 b)- dən j) - a,
idmançının cəhdi dayandırılır. İdmançı cəhdin dayandırılması ilə bağlı Baş
hakimin təlimatına tabe olmasa, BÖLMƏ 4-ə (İntizam Qaydaları ) məsuliyyat
daşıyır.
6.10
HƏR MƏRHƏLƏDƏN SONRA DƏRƏCƏLƏNDİRMƏ
Giriş
6.10.1 İdmançının hər hansı marşrutdakı nəticəsi aşağıdakı meyarlara görə
dərəcələndirilir :
a)
Əvvəlcə Maddə 6.4.2 a) – a uyğun “TOP” edilməsinə baxılır;
b)
a) – dan sonra, yıxılan və ya Madə 6.9.10 – a uyğun olaraq
cəhdi dayandırılan idmançılar Maddə 6.4.3 və 6.4.4 - ə görə azalan sıra ilə
dərəcələndirilir.
6.10.2 İdmançı iştirak hüququ qazandığı mərhələdə hər hansı səbəbə görə
iştirak edə bilməzsə :
a)
İki kvalifikasiya mərhələsinin heç birində iştirak etməmişdirsə,
ümumiyyətlə dərəcələndirilmir ;
b)
Kvalifikasiya marşrutlarının birində, yarım – final və ya final
marşrutlarında
iştirak
etməmişdirsə, həmin
marşrut
üzrə
sonuncu
kimi
dərəcələndirilir.
6.10.3 Maddə 6.10.1 ve 6.10.2-ə uyğun qiymətləndirmədən sonra bir neçə
idmançı eyni yerdə qərarlaşarsa, əvvəlki mərhələlərdəki nəticələrə baxılır ( geriyə
sayma – countback ). Əvvəkli məhhələnin nəticə siyahısında idmançıların yerlərinə
görə dərəcələndirmə aparılır.
Qeyd : Əgər kvalifikasiya mərhələsi idmançıların iki (2) başlanğıc qrupu ilə
keçirilmişdirsə, geriyə sayma prosesində həmin mərhələnin nəticələrindən istifadə
olunmur.
6.10.4 Maddə 6.10.3´ə uyğun geriyə sayma prosesindən sonra bərabərlik
qalarsa :
a)
bərabərlik final mərhələsinin sonunda birinci, ikinci və ya
üçüncü yerlər üzrədirsə, idmançıların final marşrutunu dırmanma vaxtları həlledici
olur ( daha qısa vaxtda dırmanan daha üstündür).
Qeyd:
bu idmançılar arasında vaxtlar da bərabərdirsə, nəticələri
bərabər olan idmançılar eyni yerdə qərarlaşır
b) digər idmançılar arasında bərabərlik varsa, eyni yerdə qərarlaşır.
Kvalifikasiya Dərəcələndirməsi
6.10.5 Kvalifikasiya mərhələsində iştirak edən hər idmançıya hər marşrut üçün
aşağıdakı kimi dərəcələndirmə xalı verilir.
a)
bir yerdə bir idmançı qərarlaşmışdırsa, bu yer həmin başlanğıc
qrupunda həm də onun dərəcələndirmə xalı hesab olunur.
b)
İki və ya daha çox idmançı eyni yerdə qərarlaşmışdırsa, həmin
başlanğıc qrupunda idmançının dərəcələndirmə xalı aşağıdakı kimi hesablanır.
Məsələn : Əgər birinci yer üzrə Altı (6) idmançı varsa, onların
dərəcələndirmə xalı bu cür hesablanır :
( 1+2+3+4+5+6 ) / 6 = 3.50 Bu rəqəm birinci yerdə qərarlaşmış altı
idmançının həmin marşrut üzrə xalıdır.
Məsələn : İkinci yer üzrə 4 idmançı varsa, hər birinin xalı həmin
qayda ilə ( 2+3+4+5)/4 = 3.50 olaraq təyin olunur.
6.10.6 Hər iki marşrut üzrə idmançıların xalı hesablandıqdan sonra
Kvalifikasiya üzrə yekun yerləri aşağıdakı kimi hesablanır.
TP =
2
1xR
R
TP = Ümumi Xal
R1 = Birinci marşrutda Maddə 6.10.5-ə uyğun hesablanmış xal
R2 = İkinci marşrutda Maddə 6.10.5-ə uyğun hesablanmış xal
6.10.7 Maddə 6.10.5 və 6.10.6-ya uyğun xal və ümumi nəticə hesablanarkən
ixtiyari dəqiqlikdə hesabdan istifadə olunur. Xal və ümumi nəticə Rəsmi Nəticələrdə
təqdim olunarkən 1/100 dəqiqliklə göstərilir.
6.10.8 Kvalifikasiya mərhələsi iki başlama qrupu üzrə iki marşrut dəstində
keçirilərsə, kvalifikasiyanın ümumi dərəcələndirilməsi hər başlanğıc qrupundakı
dərəcələrin yaxınlaşdırılması ilə təyin olunur, eyni yerdə olan idmançılar üzrə
aşağıdakı kimi hesablama aparılır.
Məsələn : A Başlama Qrupunda 1-ci olmuş hər hansı idmançı və B başlama
Qrupunda 1-ci olmuş hər hansı idmançı Kvalifikasiyanın ümumi nəticələrində 1-ci
yazılır.
6.11 TEXNİKİ HADİSƏLƏR
6.11.1 Texniki hadisə idmançının hərəkətinin nəticəsində meydana
gəlməmiş,idmançıya haqsız üstünlük verəcək və ya mane olacaq bir vəziyyətin
meydana gəlməsidir. Aşağıdakları əhatə edir :
a)
Sınmış və ya açılmış tutacaq
b)
Uyğun olmayan şəkildə yerləşdirilmiş ekspres və ya
karabin
c)
İdmançıya yardım edən və ya mane olan gərgin ip
6.11.2 Texniki hadisənin təsdiqlənməsi baş hakimin ( IFSC hakimi)
səlahiyyətidir ( mümkün olmadıqda , jüri prezidentinin). Lazım olduqda marşrut
qurucusu ilə məsləhətləşdikdən sonra qərar verilir.
Texniki Hadisə Zamanı Ediləcəklər
6.11.3 Ümumiyyətlə, texniki hadisə zamanı aşağıdakı kimi davranılır :
a) Texniki hadisə səbəbindən idmançı əlverişsiz vəziyyətdə olarsa,
cəhdi dayandırılır. Baş hakim (IFSC hakimi) texniki hadisəni elan edir və idmançıya
irəlidə əlavə bir cəhd üçün icazə veriləcəyini bildirir.
b) Əgər idmançı texniki hadisə nəticəsində hələ də uyğun
vəziyyətdədirsə :
i)
Baş hakim (IFSC hakimi) tərəfindən texniki hadisə
bildirildikdən sonra idmançı davam etməyi və ya dırmanmağı dayandırmağı seçə
bilər. Əgər idmançı davam etməyi seçsə, daha sonra texniki hadisə ilə bağlı heç bir
iddia qəbul edilmir və etiraza icazə verilmir.
ii)
İdmançı tərəfindən texniki hadisə bildirildikdən sonra
hadisənin nədən ibarət olması aydın izah olunur. Baş hakim (IFSC hakimi) ilə
razılaşdırıldıqdan sonra idmançı davam etməyi və ya dırmanmağı dayandırmağı seçə
bilər. Əgər idmançı davam etməyi seçsə, daha sonra texniki hadisə ilə bağlı heç bir
iddia qəbul edilmir və etiraza icazə verilmir.
6.11.4 Əgər idmançı yıxılsa və bunun texniki hadisə səbəbindən olduğunu
iddia etsə, dərhal isinmə zonasına çıxış imkanı olan ayrı bir izolyasiya zonasına
aparılır və iddianın araşdırılmasını və əgər təsdiqlənərsə , dincəlmə müddətinin
gözləyir. Bu müddət ərzində idmançı IFSC və ya təşkilatçının rəsmilərindən başqa
heçkimlə kommunikasiya qurmasına icazə verilmir.
6.11.5 Əgər idmançı :
a)
Maddə 6.11.3-də göstərildiyi şərtlər üzrə dırmanmağı
dayandırsa və ya cəhdi dayandırılsa və ya
b)
Maddə 6.11.4-də göstərilən şərtlərə uyğun olaraq texniki hadisə
təsdiqlənsə
idmançıya daha sonra cəhd etməsi üçün icazə verilir. Cəhddən əvvəlki
dincəlmə müddəti texniki hadisəyə məruz qaldığı tutacaqdan əvvəlki hər tutacaq üçün
bir (1) dəqiqə , maksimum iyirmi (20) dəqiqə olmaqla müəyyən olunur.
6.11.6 Jüri prezidenti idmançının dincəlmə üçün tələb oplunan vaxtı nəzərə
alaraq ,növbəti cəhdin başlama sırasında hansı araya yerləşdiriləcəyinə qərar verir.
Bununla
əlaqəli
idmançılar
başlama
sırasındakı
bu
dəyişiklik
barədə
məlumatlandırılır.
6.11.7 Əgər idmançıya yeni cəhd üçün verilən yer həmin mərhələ üçün
başlama sırasında sonuncu idmançıdan sonradırsa və idmançı artıq birinci yerdədirsə,
marşrutda yeni cəhd üçün idmançıya icazə verilmir.
Nəticələrə Təsiri
6.11.8 Texniki hadisə meydana gəldikdən sonra uyğun idmançı :
a) Maddə 6.11.3-də göstərilmiş şərtlər üzrə davam etməyi seçsə,
həmin cəhdinin nəticəsi nəzərə alınır.
b) Maddə 6.11.5-ə görə təkrar cəhd etmək imkanı olarsa, idmançının
cəhdlərində əldə etdiyi ən yaxşı nəticə qeyd olunur.
6.12 VİDEO QEYDLƏR
6.12.1 Bütün idmançıların cəhdləri üçün rəsmi video qeydləri aparılır.
6.12.2 Rəsmi video qeydləri zamanı istifadə olunur :
a) Kvalifikasiya mərhələsində hər marşrut üçün ən az bir (1) kamera;
b) Digər mərhələlərdə hər marşrut üçün ən az iki (2) kamera;
hər kamera idmançınn marşrut başlanğıcından sona qədər izləmək
qabiliyyətində olmalıdır.
6.12.3 Mərhələnin əvvəlində baş hakim (IFSC hakimi) kameramanlara tələb
olunan çəkiliş üsulları ilə bağlı təlimat keçir.Kameraların yerləşməsini jüri prezidenti
və müzakirə ilə müəyyən edir.
Qeyd : Mütəmadi xidmət göstərən şəxslər operatorları narahat
etməməli və kamera çəkilişinə mane olmamalıdır.
Qeyd : Tövsiyyə olunur ki, yarışlarda kamera qeydlərinin aparılması
mövzusunda təcrübəli milli hakimlərdən biri operatora kömək etsin.
6.12.4 Video qeydləri monitorda göstərilir və hər hansı hadisə zamanı
hakimlər vizual materiallarla təmin edilir. Monitor elə yerləşdrilir ki, hadisə zamanı
kənar şəxslərin müdaxiləsi olmadan hakimlər müzakirə aparmasına şərait
yaradılmalıdır. Hakimlərin stoluna uyğun uzaqlıqda olmalıdır.
6.12.5 Video qeydlər ,həmçinin, hər mərhənin sonunda tutacaqların “idarəli”
istifadəsi ilə bağlı təsdiqləmələr üçün də istifadə oluna bilər.
6.12.6 Baş hakim (IFSC hakimi) cəhdi qiymətləndirmək üçün video
qeydlərdən istifadənin lazım olduğunu hesab etsə, idmançının qaydalara uyğun olaraq
cəhdini bitirməsinə icazə verilir. Cəhd bitdikdə baş hakim (IFSC hakimi) idmançının
cəhdinin nəticəsinin video qeydlərin yoxlanmasının ardından təsdiqlənəcəyini bildirir.
Təsdiq mümkün olan ən qısa zamanda aparılmalıdır.
6.12.7 Hakimlərin qərarlarında (etirazlar da daxildir) aşağıdakılardan başqa
hər hansı video qeydi dəlil kimi qəbul edilmir :
a) Rəsmi video qeydləri ;
b) Jüri prezidentinin uyğun görməsi ilə canlı yayın qeydləri kimi hər
qeydlər.
6.12.8 Hər mərhələnin sonunda əgər tələb edərsə, rəsmi video qeydlərini
kopyası jüri prezidenti üçün təmin edilir.
6.13 ETİRAZLAR
Ümumi
6.13.1 Bütün yazılı və şifahi etirazlar və onlara cavablar ingiliscə olmalıdır
və
a) Maddə 6.13.3 ilə bağlı etirazlar ancaq yazılı formada və komanda
rəsmisinin imzası ilə təqdim olunmalıdır
b) Maddə 6.13.4 və 6.13.5 ilə bağlı etirazlar ancaq yazılı formada, komanda
rəsmisinin və ya qeydiyyatdan keçmiş belə bir şəxs yoxdursa həmin idmançının
imzası ilə təqdim olunmlıdır.
6.13.2 Maddə 6.13.3 ilə əlaqəli etirazlardan başqa bütün etirazlar rəsmi
etiraz üçün təyin olunmuş etiraz rüsumu olan məbləğlə birlikdə təqdim olunmalıdır.
Bu məbləğin siyahısını IFSC illik nəşr edir. Əgər etiraz təsdiqlənərsə, məbləğ geri
qaytarılır, əgər rədd edilərsə, məbləğ qaytarılmır.
Təhlükəsizliklə Bağlı Etirazlar
6.13.3 Əgər üç (3) fərqli komandanın məşqçisi təhlükəsizliklə bağlı hər
hansı risk olduğu qənaətinə gələrsə, təhlükəsizlik etirazı təqdim olunur. Jüri
prezidenti etirazı qiymətləndirir və etirazı haqlı sayarsa,lazımi tədbirlər görür.
Etiraz Prosesi
6.13.4 İdmançının cəhdinin dayandırılması ilə bağlı və ya tələb edən etiraz
dərhal edilməlidir. Etiraz edilən zaman təsir görmüş idmançı lazım gərdikdə texniki
hadisəyə məruz qalmış kimi qiymətləndirilir və Maddə 6.11.5-dən 6.11.8-ə qədər
tətbiq edilir.
6.13.5 İdmançının xalının hesablanması ilə bağlı etirazlar Jüri prezidentinə
yazılı formada təqdim olunmalıdır.
a) Kvalifikasiya və yarım-final mərhələlərində rəsmi nəticələr elan
olunduqdan sonra beş (5) dəqiqə ərzində;
b) Final mərhələsində həmin idmançının nəticəsini elan olunduğunda
dərhal etiraz edilməlidir.
Qeyd : Xüsusilə bir tutacaqla bağlı idmançının nəticəsinin
hesablanmasına dair etiraz edilərsə, vəzifəli heyət ( appeal jury) həmin tutacağı
idarəli tutmuş və ya istifadə etmiş digər idmançıların nəticələrinə də təkrar baxaraq
qiymətləndirmənin dəqiqliyini sığortalamış olar.
6.13.7 Jüri prezidenti ( vəya uyğun yerdə IFSC nümayəndəsi ) etirazı
gecikdirmədən ,qərəzsiz, mümkün bütün imkanlar və heyətdən istifadə edərək həll
etməlidir.
6.13.8 Mümkün sübutlar etiraz üçün təsirsiz sayılarsa, orjinal qərar qüvvədə
qalır. Etiraz rüsumu qaytarılır. Yazılı etirazlarda etirazın nəticəsi yazılı olaraq
hazırlanır və jüri prezidenti tərəfindən etiraz etmiş komanda rəsmisinə təqdim edilir.
Etirazların Nəticələri
6.13.9 Apelyasiya komissiyasının bir etirazın nəticəsində qəbul etdiyi qərar
yekundur və başqa etirazın obyekti ola bilməz.
6.13.10 Apelyasiya komissiyasını hər hansı qərarı ( orjinal qərar) ilə bağlı
ertirazlar :
a)
Kvalifikasiya və ya yarım - final mərhələlərində orginal
qərar dərc olunduqdan beş (5) dəqiqə ərzində
b)
Final mərhələsində orginal qərar dərc olunduqdan dərhal
sonra etiraz edilməlidir.
Göstərilmiş müddətlərin xaricində edilən etirazlar qəbul olunmur.
BÖLMƏ 7 BOLDRİNQ
7.1
GİRİŞ
7.1.1 Boldrinq yarışları xüsusi dizayn edilmiş dırmanma divarlarında
qısa dırmanma marşrutu üzrə ipsiz sığorta ilə həyata keçirilir.
7.1.2 Boldrinq yarışları aşağıdakı mərhələlərdən ibarətdir.
a)
Kvalifikasiya mərhələsi hər başlama qrupu və hər
kateqoriyada beş (5) bolder üzrə keçirilir.
b)
Yarım final hər kateqoriyada dörd (4) bolder üzrə
keçirilir.
c)
Final hər kateqoriyada dörd (4) bolder üzrə keçirilir
7.1.3
İstisna hallarda jüri prezidenti:
a)
Bir mərhələdə ən çox bir (1) bolderi ləğv edə bilər
b)
Yarışın bir mərəhəlsini ləğv edilməsi – bu halda
idmançılar qalan mərhələlərin nəticələri üzrə dərəcələndirilir.
7.2
DIRMANMA QURULUŞU
7.2.1 Dırmanma quruluşu və dırmanma tutacaqları Bölmə 3 –dəki (
Ümumi Qaydalar) standartlara uyğun olmalıdır.
7.2.2 Dırmanma quruluşuna əsasən hər mərhələdə paralel yarışların
keçiriləcəyi on (10) bolder qurulur.
7.2.3 Bütün bolderlər yüksək platforma üzərində və qurulur və ictimai
ərazidən görüləcək şəkildə sıralanır.
Bolderlərin Dizaynı
7.2.4
Maddə 7.1.1 b) və ya c) icra olunduqda hər kateqoriya üzrə
kvalifikasiya mərhələsi iki (2) başlama qrupu üzrə keçirilir.Hər mərhələdə bolderlər
oxşar xarakterli və oxşar çətinlik quruluşunda olmalıdır.
7.2.5 Hər bolderdə aydın işarələnmiş başlama nöqtəsi aşağıdakılardan ibarət
olur:
a)
hər iki əl üçün işarələnmiş əl tutacağ(lar)ı
b)
hər iki ayaq üçün işarələnmiş ayaq tutacağ(lar)ı
c)
boş və ya çərçivələnməmiş hissələr başlama nöqtəsi kimi istifadə
oluna bilməz
d)
İstisna hallarda xüsusi başlama vəziyyətləri tələb olunarsa,
başlanğıc tutacaqları sağ və sol kimi göstərilir.
7.2.6 Hər marşrutun aydın işarələnmiş tamamlanma nöqtəsi olmalıdır. Bu
aşağıdakı formada ola bilər :
Dostları ilə paylaş: |