MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu



Yüklə 110,44 Kb.
səhifə1/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
  1   2   3   4   5   6   7   8   9   ...   23
yerli özünüidarəetmə2


MÜNDƏRİCAT


GİRİŞ


I FƏSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu.
1.1. Yerli özünüidarəetmə orqanlarının mahiyyəti , yaranma səbəbləri.
1.2. Yerli özünüidaəetmə sistemlərinin əsas xarakteristikası.
1.3. Mərkəzi və yerli özünüidarəetmə orqanları arasında səlahiyət bölgüsünün ümumi prinsipləri.
(ümumi səl-t prinsipi, xüsusi səl-t prinsipi, qarışıq səl-t prinsipi izah edilir)
II FƏSİL. Bəzi xarici ölkələrdə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin ümumi xarakteristikası.
2.1. Türkiyədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili.
2.2. Fransada yerli özünüidarəetmə orqanlarının formalaşması və onlarının səlahiyyətlərinin təhlili.
2.3. MDB ölkələrindən biri olan Ukrayna Respublikasında yerli özünüidarə orqanlarının səlahiyyətlərinin təhlili.
2.4. ABŞ yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili.
III FƏSİL. Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı.
3.1. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının ümumi xarakteristikası
3.2. Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının hüquqi əsasları.
NƏTİCƏ (1.bu mövzunu araşdırmaqla nə əldə etdik, 2. bu günkü Azərbaycandakı yerli özünü idarəetmə orqanlarındakı mövcud sistemə nə kimi təkliflərimiz vardır?)


ƏDƏBİYYAT SİYAHISI


GİRİŞ
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etməklə, öz dövlətçilik əlamətlərini ayırıb, sivil dövlətləri baxımından hüquqi dövlət və dünyəvi dövlət anlayışlarını əsaslandırmağa çalışır. Bu məqsədlə, dünya dövlətlərininin dövlətçilik ənənələrinə hörmətlə yanaşıb, özünün keçmiş dövlətçilik ənənələrinə sadiq olmaqla yeni tərzdə demokratik, hüquqi, dünyəvi və unitar bir dövlət yaratdı.
Demokratik hüquq azadlıqlarının geniş təmin oluna biləcəyi bu dövlətdə xalq hakimiyyəti və onun həyata keçirilməsi əsaslarına qanun təminat verir. Referendum yolu ilə Konsitusiyanın qəbul edilməsi , xalqın iradəsinə uyğun dövlət qurmaq, onu formalaşdırmaq, vətəndaş cəmiyyətinə nail olmaq Azərbaycan xalqının çoxəsrlik arzusudur. Xalqın hakimiyyətinə geniş vüsət verən, Azərbaycan dövləti müstəqil dövlət kimi, dünyəvi dəyərləri də qəbul edib, dünya dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək üçün öz fəaliyyətini formalaşdırmışdır.
Müstəqil Azərbaycan dövlətçiliyinin əsas hissələrindən biri də yerli özünüidarəçilikdir.Bu hakmiyyət bölgüsü prinsipi ilə yanaşı, hakimiyyət təşkilatının əsas prinsipi olan konstitusiya quruluşunun əsaslarından biridir və idarəçilik sistemini müəyyənləşdirir. Bütün dünya dövlətləri öz idarəçilik sistemlərində yerli özünüidarəçiliyə geniş və tutarlı yer verirlər.
Azərbaycan dövləti də yerli özünüidarəçiliyin, hakimiyyətin həyata keçirilməsində əsas pillə olmasını , bu məqsədlə adamları birləşdirməkdən , onları hər bir insana yaxın olan insan mənafeyi məqsədilə birliyə çağırmaqdan ibarətdir.
Azərbaycan dövlətçiliyi yerli özünüidarəçiliyə daha çox yer ayırmanı , onun dövlət həyatını və ictimai həyatın demokratikləşməsinin mühüm ünsürü kimi dəyişdirilməlidir.
Bütün hüquqi dövlətlərin konstitusiyası kimi, Azərbaycan Respublikasının Konstitusiyasında yerlərdə özünüidarənin təşkilinə geniş yer vermiş , onların konstitusiya hüquqları əsaslarını özündə möhkəmləndirmişdir. Hüquqi dövlət kimi Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində hakimiyyətin bölünməsi prinsipində yerli özünüidarəetmə orqanları ayrıca verilir.
Eyni zamanda icra və qanunverici orqanlarının yerlərdə vəzifə və funksiyasını həyata keçirərək , qarşılıqlı fəaliyyət göstərməklə özünüidarə orqanlarının səlahiyyətlərinin müstəqil həyata keçirilməsi Azərbaycan Respublikasında və bələdiyyələr haqqında qanunda təsbit edilir.Dövlət yerli özünüidarəetməni xalqa məxsus olan hakimiyyətin həyata keçirilməsi üzrə müstəqil səviyyəli orqan kimi tanıyır.Bu isə , yerli özünüidarəetmənin dövlət hakimiyyətindən ayrıca təşkil olunmasını və fəaliyyət göstərməsini nəzərdə tutur.
Qeyd olunduğu kimi, yerli özünüidarəetmə sosial məsələrin yuxarı hakimiyyət orqanlarının müdaxiləsi olmadan yerli əhalidən ibarət hakimiyyət orqanları tərəfindən müstəqil şəkildə həll edilməsidir. Yerli səviyyədə hakimiyyət bölgüsünü bu orqanlara tətbiqi yerli özünüidarəetmə orqanlarının işini mürəkkəbləşdirərək , qərarların operativ qəbulunu çətinləşdirə biləcəyi üçün məqsədə uyğun hesab edilmir.
Məhz bütün bu deyilənlər yazdığım diplom işinin xüsusi aktuallığa malik olmasını sübut edir. Belə ki, hər bir hüquqi dövlətdə hakimiyyətin demokratik prinsiplər əsasında qurulmasını göstərən əsaslardan biri həmin dövlətin yerli özüünüidarəetmə sistemidir.
«Yerli » və « dövlət » hakimiyyəti məfhumları araşdırılarkən belə qənaətə gəlmək olar ki, yerli özünüidarəetmə - xalq tərəfindən ona məxsus olan hakimiyyətin həyata keçirilməsinin müstəqil səviyyəsidir, yerli özünüidarəetmə əhalinin yalnız özünü təşkil sferası deyil, həmçinin o hakimiyyətin spesifik növüdür.
Azərbaycan dövləti də yerli özünüidarəetmənin hakimiyyətin həyata keçirilməsində əsas pillə olmasını nəzərə alır. Burada məqsəd adamları birləşdirməkdən onların hər bir işinin mənafeyinə uyğun mənafelər birliyinə çağırmaqdan ibarətdir.
Azərbaycan dövlətçiliyi yerli özünüidarəetməyə daha çox yer ayırmalı onun dövlət həyatının və ictimai həyatın demokratikləşməsinin mühüm ünsürü kimi dəyərləndirməlidir.
Yuxarıda qeyd etdiyim hallar yazacağım diplom işinin xüsusi aktuallığını göstərməyə imkan verir. «Azərbaycanda və bəzi xarici ölkələrdə yerliözünüidarəetmə orqanlarının səlahiyyətlərinin müqayisəli təhlili » mövzusunda yazdığım diplom işi üç fəsil, on paraqrafdan ibarətdir.Birinci fəsil «Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu» adlanır.Bu fəsil üç paraqrafdan ibarətdir. Birinci paraqrafda Yerli özünüidarəetmə orqanlarının mahiyyəti , yaranma səbəbləri təhlil edilir, ikinci paraqrafda yerli özünüidaəetmə sistemlərinin əsas xarakteristikaları sadalanır və sistemlərdə ayrılıqda təhlil edilir.Üçüncü paraqrafda isə mərkəzi və yerli özünüidarəetmə orqanları arasında səlahiyət bölgüsünün ümumi prinsiplərinin anlayışı və onların iyerarxik fəaliyyət qaydası izah edilir. İkinci fəsil «Bəzi xarici ölkələrdə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin ümumi xarakteristikası» adlanır. Bu fəslin birinci paraqrafında Türkiyə Cümhuriyyətinin yerli özünüidarəetmə sistemindən , ikinci paraprafında Fransa Respublikasının yerli özünüidarəetmə sistemindən , üçüncü paraqrafda Ukrayna Respublikasının yerli özünüidarəetmə sistemindən və nəhayət dördüncü paraqrafda isə ABŞ-ın yerli özünüidarəetmə sistemi izah edilmiş və bu ölkələrin hər birində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri müqayisəli təhlillə açıqlanmışdır. Yazdığım diplom işinin sonuncu fəsli «Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı» adlanır. Bu fəslin birinci paraqrafında Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının ümumi xarakteristikası verilmiş , ikinci paraqrafda isə Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının hüquqi əsasları təhlil edilmişdir. Diplom işimin nəticə hissəsində apardığım müqayisəli tədqiqatı izah etməyə çalışmışam.



Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin