II FƏSİL. Bəzi xarici ölkələrdə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin ümumi xarakteristikası. 2.1. Türkiyədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili. Türkiyə Cümhuriyyətində yerli özünüidarəetmə orqanları içərisində bələdiyyələr xüsusi yer tutur. Türkiyə Cümhuriyyətinin bələdiyyə sisteminin 150 ilə yaxın yaşı vardır. Türkiyədə ilk bələdiyyə seçkiləri Osmanlı İmperiyasının son dövrlərində keçirildi. Türkiyədə ilk bələdiyyə seçkiləri 1908-ci ilkdə Bəyazid dairəsi üçün keçirilmişdir.15 Türkiyə Cümhuriyyətində iki cür bələdiyyə mövcuddur. Birincisi, bütünlüklə Bələdiyyə Qanununa görə qurulan və fəaliyyət göstərən bələdiyyələr; ikincisi isə yalnız böyük şəhərlərdə fəaliyyət göstərən və fərqli statusa malik olan Böyükşəhər Bələdiyyələridir. Türkiyədə bələdiyyə idarəetmə sisteminin üç orqanı mövcuddur; bələdiyyə sədri, bələdiyyə məclisi, bələdiyyə əncüməni .
Türkiyə Bələdiyyələr Birliyi 1945-ci ildə yerli özünüidarəetmə sahəsində fəaliyyət göstərmək üzrə ictimaiyyət xeyrinə bir dərnəy olaraq qurulmuş və bələdiyyələrin hüquq və mənafelərini dərnəy səviyyəsində qorumağa məqsədyönlü olaraq 57 il fəaliyyət göstərmişdir. Türkiyə Bələdiyyələr Birliyi Türkiyədəki bütün bələdiyyələri bir qurum tərkibində toplamaq məqsədilə Nazirlər Kabinetinin 21 Avqust 2002-ci il tarixli 4559 saylı qərarı ilə məhəlli idarə birliyi statusunu almışdır.
Türkiyədə bələdiyyələrin təşkilat və vəzifələrini tənzimləyən əsas qanun 03.07.2005-ci il tarixli və 5393 saylı Bələdiyyə Qanunudur. Bələdiyyə yerləşdiyi ərazidə öz vəzifələrini yerinə yetirmək üçün müəyyən səlahiyyətlərə malik olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Türkiyənin bələdiyyə qanunvericilik sistemində 5393 saylı Bələdiyyə Qanunu əsas yer tutur. Belə ki, 5216 saylı Böyükşəhər Bələdiyyə Qanunun tənzimləyə bilmədəyi bir sıra məsələlər məhz adını yuxarıda qeyd etdiyimiz qanun tərəfindən nizama salınır. Qanuna görə 5000 və yuxarı əhalisi olan yerlərdə bələdiyyə yaradıla bilər. Rayon və şəhər mərkəzlərində ( il və ilçə) bələdiyyələrin yaradılması məcburidir . İçməli və istifadə edilməli su hövzələrində və digər qorunan ərazilərdə və bələdiyyə sahəsi sərhədlərinə beş min metr yaxın ərazilərdə bələdiyyə qurula bilməz.
Bir və ya bir neçə kəndin ağsaqqal məclisinin qərarı və ya seçicilərin ən azı yarısından yarısından bir artığı (50+1) ətrafın ən böyük mülki idarə amirinə yazılı müraciət və ya valinin buna gərək gördüyü halda 15 gün müddətində seçkilər keçirilərək bələdiyyə qurula bilər.İşləm dosyası valinin göstərişi ilə Daxili işlər Nazirliyinə göndərilir və danıştayın fikri nəzərə alınaraq müştərək qərarnamə ilə bələdiyyə qurulur.
Bələdiyyə qanunun 15-ci maddəsində bələdiyyənin səlahiyyət və imtiyazları öz əksini tapmışdır. Bu səlahiyyət və imtiyazlar aşağıdakı kimi göstərilmişdir.
1. Bələdiyyə sakinlərinin yerli müştərək ehtiyaclarını qarşılamaq məqsədilə hər cür fəaliyyət və məşğuliyyəti həyata keçirmək.
2. Qanunların bələdiyyələrə verdiyi səlahiyyət çərçivəsində bələdiyyə idarəetməsini həyata keçirmək, bələdiyyə qadağalarını qoymaq və tətbiq etmək, qanunlarda göstərilən cəzaları tətbiq etmək.
3. Fiziki və hüquqi şəxslərin fəaliyyətləri ilə bağlı qanunda göstərilən icazə və lisensiya verilməsi.
4. Xüsusi qanunlar gərəyincə bələdiyyəyə aid vergi, rüsum və yığımların alınması; vergi , rüsum və yığımların xaricindəki özəl hüquq hökümlərinə görə alınmalı olan təbii qaz, su və kanalizasiya xidmətləri qarşılığında kommunal xərcləri almaq və ya aldırmaq.
5. Müxtəsəb haqları gizli olmaq üzrə içmə, istifadə və sənaye suyu təmin etmək; knalizasiya və yağış sularının uzaqlaşdırılmasını təmin etmək və bunlar üçün lazımi təsislər qurmaq, qurdurmaq,idarə etmək və idarə etdirmək ; qaynaq sularını idarə etmək və ya etdirmək ;
6. toplu daşıma etmək ; bu məqsədlə avtobus , dəniz və su nəqliyyat vasitələri, tunel ,reysli sistem daxil olmaqla hər cür toplu daşıma vasitələri sistemini qurmaq ,qurdurmaq, idarə etmək və ya idarə etdirmək.
7. Qatı tullantıların toplanması, daşınması, ayrılması, gerı qazanılması, yox edilməsi və depolanması ilə əlaqəli bütün xidmətləri etmək və etdirmək.
8. Yerli müştərək xidmətlərin yerinə yetirlməsi məqsədilə bələdiyyə və yerli özünüidarə sahəsi sərhədləri daxilində daşınmaz əmlak almaq, satmaq, icarəyə vermək, icarəyə götürmək, təsis etmək, bunlar üzərində müəyyən eyni haqq təsis etmək.
9. Borc almaq , bağış qəbul etmək.
10. Vergi ,rüsum və yığımlar xaricində olan mübahisə mövzusu olan uyğunsuzluqların razılıqla aradan qaldırılmasına qərar vermək.
11. Topdan satış və pərakəndə satış müəssisələri, avtobus terminalları, yaxta limanı və iskələ qurmaq ,qurdurmaq, idarə etmək,idarə etdirmək və ya bu yerlərin fiziki və hüquqi şəxslər tərəfindən açmasına icazə vermək.
12. qeyri-sıhhı müəssisələr ilə ictimaiyyətə açıq istirahət və əyləncə yerlərini lisenziyalaşdırmaq və yoxlamaq.
13. Bələdiyyə ərazisində iqtisadiyyat və ticarətin genişləndirilməsi və qeydə alınması məqsədilə icazəsiz satış həyata keçirən səyyar satıcıların fəaliyyətinin ləğv edilməsi, icazəsiz satış həyata keçirən səyyar satıcıların fəaliyyətinin ləğv edilməsi nəticələri, cəzası ödənməyərək iki gün içində geri alınmayan qida məhsullarını qida banklarına, cəzası ödənməyərək otuz gün içində geri alınmayan qeyri-qida məhsullarını yoxsullara vermək.
14. Reklam və tanıtıcı tabellər mövzusunda standartlar gətirmək.
15. Qeyri-sıhhı iş yerlərini ,əyləncə yerlərini, xalq sağlığı və ətraf mühitə təsiri olan digər yerləri şəhərin müəyyən yerlərində yerləşdirmək; mayeləşdirilmiş petrol depolama sahələrini , inşaat materialları, odun, kömür depolama sahələri və satış yerlərini müəyyən etmək ; bu sahə və yerlərdə daşımalarda ətraf mühitin kirlənməməsi üçün lazımı tədbirlər görmək.
16. Quru, dəniz, su və dəmiryolunda istifadə olunan hər cür xidmət və toplu daşıma vasitələri ilə taksi sayını, bilet haqqı və tarifini, zaman və güzərgahlarını müəyyən etmək ; dayanacaq yerləri ilə dəniz yolu, yol ,küçə , meydan və bənzər yerlərdə vasitələrin dayanacaq yerlərini təsbit etmək, idarə etmək və ya etdirmək, kirayəyə vermək, qanunların bələdiyyələrə verdiyi nəqliyyat düzənləməsinin zəruriləşdirdiyi bütün işləri görmək.16