Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Biznes Universiteti Fakültə: Biznes və menecment
Qrup: 412A
Kurs: 3
Mövzu: Bələdiyyə vergilərinin hesablanması və ödənilməsi
Fənn: Vergitutma
REFERAT Elmi rəhbər: dokt. Paşayeva.D.A
Tələbə: Rəhmanlı Elman
BAKI – 2023 GİRİŞ Plan
Yerli vergilər (bələdiyyə vergiləri) hansılardır.
Vergilərin hesablanması qaydaları.
Yerli (bələdiyyə) vergilərin hesablanması və ödənilməsi qaydaları
Nəticə Ədəbiyyat
GİRİŞ Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və "Bələdiyyələrin statusu haqqında" AR Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət gostərirlər. Bələdiyyə vergiləri dedikdə, AR Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" AR Qanunu ilə müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrə ödənilən vergilər nəzərdə tutulur.
1. Yerli vergilər (bələdiyyə vergiləri) hansılardır. Aşağıdakı vergilər yerli (bələdiyyə) büdcəyə ödənilməlidir: əlavə dəyər vergisi (ƏDV);
aksizlər;
hüquqi şəxslərin əmlak vergisi;
hüquqi şəxslərin torpaq vergisi;
yol vergisi;
mədən vergisi;
Qeyd: Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı - ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Vergi ödəyiciləri kimlərdir:
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər;
Xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri olan rezident və qeyri - rezident fiziki şəxslər;
2. Vergilərin hesablanması qaydaları. Vergilərin hesablanması dedikdə, büdcəyə ödənilməli olan vergi məbləğinin müəyyən edilməsi başa düşülür. Vergilərin hesablanması zamanı konkret vergi ödəyicisinin hər hansı bir vergi öhdəliyinin həcmi müəyyən edilir.
Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir.
Vergilərin hesablanması prosesinin aşağıdakı beş mərhələsini qeyd etmək olar: vergitutma obyektinin müəyyən edilməsi;
vergitutma bazasının təyin edilməsi;
vergi dərəcəsinin seçilməsi;
vergi güzəştlərindən istifadə edilməsi;
vergi məbləğinin hesablanması
3. Yerli (bələdiyyə) vergilərin hesablanması və ödənilməsi qaydaları Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
Fiziki şəxslərin torpaq vergisi və xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilir.
Fiziki şəxslərin torpaq vergisi, xüsusi mülkiyyətində olan binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi bərabər hissələrlə - həmin il avqustun 15 - dək və noyabrın 15 - dək bələdiyyə büdcəsinə ödənilir.
Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
NƏTİCƏ Vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikasında dövlət və vergi orqanlarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi və bilavasitə, ona tabe olan ərazi vergi orqanları təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası. 73-cü mad.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2021-ci il.
Azərbaycan Respublikasının “Vergilər Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı.
Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondundan istifadə Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı (31 may 2001-ci il).
Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı (05 mart 2002-ci il).