MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Mərkəzi və yerli özünüidarəetmə orqanları arasında səlahiyət bölgüsünün ümumi prinsipləri



Yüklə 110,44 Kb.
səhifə4/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   2   3   4   5   6   7   8   9   ...   23
yerli özünüidarəetmə2

1.3. Mərkəzi və yerli özünüidarəetmə orqanları arasında səlahiyət bölgüsünün ümumi prinsipləri.
« Səlahiyyət » termini ümumi şəkildə hər hansı bir ( fiziki və hüquqi ) şəxsə rəsmən müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun verilməsidir, hüquqi cəhətdən səlahiyyət dedikdə, müəyyən orqanın və ya vəzifəli şəxsin hüquq və vəzifələrinin məcmusu başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyası yerli özünüidarə orqanlarının müstəqilliyinə təminat verərək, « bələdiyyyələrin səlahiyyətləri » anlayışından istifadə edir. Yerli özünüidarə orqanları müstəqildir, qanunvericilik bu səlahiyyətlərin məhdudlaşdırılmasını qadağan edir.
Yerli özünüidarə orqanlarının səlahiyyətləi yerli əhalinin , seçkili və digər orqanlarının müvafiq ərazidəki vəzifə və funksiyalarının həyata keçirilməsi üçün zəruri olan bələdiyyə hüquq normaları ilə möhkəmləndirilmiş hüquq və vəzifələrin məcmusudur. Yerli özünüidarənin səlahiyyətləri bilavasitə əhali tərəfindən həyata keçirilir. « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası qanunun 12-ci maddəsinə əsasən müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər. Bələdiyyyə qurumu əhalisi yerli özünüidarə orqanlarını seçmək, öz iradəsini birbaşa ifadə etmək kimi müstəsna səlahiyyətlərə malikdir. Əhali bələdiyyə orqanlarının strukturunu formalaşdırır, bələdiyyə nizamnaməsini qəbul edir. Bələdiyyə nizamnaməsi üzrə deyil əhəmiyyətli məsələlərin həlli üzrə bələdiyyə aktları yaratmaq təşəbbüsünə malikdir. Bələdiyyə qurumu ərazisində dəyişikliklər aparılarkən müvafiq ərazidəki əhalinin rəyi nəzərə alınır.11
Bələdiyyə qurumu əhalinin yerli özünüidarənin səlahiyyətlərinin realizəsində mühüm rol oynayır. Yerli özünüidarənin bir sıra səlahiyyətləri yalnız əhali tərəfindən həyata keçirilir. Yerli özünüidarənin səlahiyyətləri bələdiyyə qurumu ərazisindəki əhali ilə yanaşı yerli özünüidarə orqanları və onun vəzifəli şəxsləri tərəfindən həyata keçirilir. Yerli özünüidarə orqanlarının və onun vəzifəli şəxslərinin səlahiyyətləri bələdiyyə qurumu üzrə normativ hüquqi aktlarla və bələdiyyə nizamnamələri ilə müəyyənləşdirilir.
Yerli özünüidarənin səlahiyyətlərinin bir sıra xüsusiyyətləri vardı:
1. yerli özünüidarə haqqında qanunvericilik, bələdiyyə nizamnaməsi ilə müəyyənləşdirilən səlahiyyətlər;
2. yerli özünüidarənin ayrı-ayrı dövlət səlahiyyətlərinin icrası ilə bağlı səlahiyyətləri.
Yerli özünüidarənin ikinci qrup səlahiyyətləri Azərbaycan Respublikası qanunlarına müvafiq şəkildə icra olunur. Bu səlahiyyətlərin icrası ilə bağlı zəruri vəsaitlər dövlət büdcəsindən ayrılmaqla maliyyələşdirilir. Yerli özünüidarə orqanlarının həmin səlahiyyətlərin icrası üzərində nəzarət qaydaları Azərbaycan Respublikası qanunları üzrə dövlət hakimiyyət orqanları tərəfindən həyata keçirilir.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri bələdiyyələrin hüquq və vəzifələri, idarəetmə predmetindən ibarətdir.12
Yerli özünüidarə orqanlarının idarəetmə predmeti bələdiyyə orqanlarının səlahiyyətlərinin yerli həyatın əhatə etdiyi sahələrdir.Yerli özünüidarə orqanlarının hər birinin özünəməxsus fəaliyyət sahələri vardır.
Yerli özünüidarə orqanlarının idarəetmə predmetinin hüquqi tənzimlənməsi Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununu, bələdiyyə nizamnaməsi və yerli özünüidarənin digər normativ hüquqi aktları ilə həyata keçirilir.
Yerli özünüidarənin idarəetmə predmetindən asılı olaraq bələdiyyə orqanları ümumi və xüsusi səlahiyyətli orqanlara bölünür.
Yerli əhəmiyyətli məsələləri həll edən yerli özünüidarənin nümayəndəli və idarəetmə orqanları ümumi səlahiyyətli orqanlar koteqoriyasına aiddir.
Yerli özünüidarənin nümayəndəli orqanların fəaliyyəti yerli həyatın bütün sahələrini əhatə edir. Bələdiyyələrin nümayəndəli orqanları öz səlahiyyətləri çərçivəsində müvafiq olaraq ərazi üzrə ümumməcburi qərarlar qəbul edir, yerli büdcəni və inkişaf planlarını təsdiq edərək yerli əhəmiyyətli məsələləri həll edir.
Yerli özünüidarə orqanları bələdiyyələr haqqında qanunvericilik, bələdiyyə nizamnamələrinə uyğun olaraq bələdiyyə mülkiyyətini, yerli maliyyəni idarə edir, bələdiyyə qurumu əhalisinin əsas yaşayış təlabatının ödənilməsi üzrə məsələləri həll edir.
Yerli özünüidarənin ayrı-ayrı sahələri üzrə səlahiyyətlərini həyata keçirən orqanlar xüsusi orqanlar kateqoriyasına daxildir.
Yerli özünüidarə orqanlarının səlahiyyətlərinin ikinci elementi bu orqanların hüquq və vəzifələridir. Bələdiyyə orqanları funksiya və vəzifələrini hüquq və vəzifələr vasitəsilə realizə edirlər.
Yerli özünüidarə orqanlarının idarəetmə predmeti bu orqanların səlahiyyətlərinin ( hüquq və vəzifələrinin ) həyata keçirilməsi həddini xarakterizə edir.
Bələdiyyələrin səlahiyyətlərinin ikinci elementi olan hüquq və vəzifələr bir sıra xüsusiyyətlərə malikdir. Belə ki, yerli özünüidarənin hüququ eyni zamanda onun vəzifəsini təşkil edir. Məsələn, yerli özünüidarə orqanları müstəqil şəkildə yerli vergi və ödənişləri müəyyənləşdirmək hüququna malikdir. Yerli özünüidarənin hüququ eyni zamanda yerli vergi və ödənişlər (bələdiyyələr tərəfindən) müəyyən edilməsidir. Yerli özünüidarənin səlahiyyətləri, hüquq normalarında təsbit olunur. Bu orqanlar öz hüquq və vəzifələrini qanun çərçivəsində realizə edərək, onların yerinə yetirilməməsi üçün məsuliyyət daşıyırlar.13
Yerli özünüidarənin hüquq və vəzifələri üst-üstə düşərək, bir-birindən fərqlənmir. Onların müstəqilliyi nisbi xarakter daşıyır. Yerli özünüidarənin hüquqları onların müəyyən məsələnin bu və ya digər üsulla həll etməsi ilə şərtlənir. Məsələn, yerli özünüidarə nümayəndəli orqanlarının yerli büdcə və ya sosial inkişaf proqramlarının layihəsini müzakirə etməsi, onların mütləq qəbul edilməsinə əsas verilir. Bələdiyyənin nümayəndəli orqanı müzakirəyə təqdim olunmuş layihələrə əlavə və düzəlişlər edə bilər. Yerli özünüidarə orqanları bir sıra hallarda qanunla müəyyənləşdirilmiş hüquqların öz mülahizəsi əsasında qərar qəbul etməklə realizə edirlər.
Yerli özünüidarənin vəzifələri qanunla reqlamentləşdirilmişdir. Konkret məsələ üzrə qərarların qəbul edilməsində seçimə yol verilmir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi yerli özünüidarənin vəzifələrindən birini əhatə edir. Bu maddəyə müvafiq olaraq, bələdiyyələrə, bələdiyyə orqanları və onların vəzifəli şəxslər, vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri ümumi və konkret xarakter daşıyır. Yerli özünüidarənin ümumi səlahiyyətləri bələdiyyələrin fəaliyyətinin əsas vəzifələrinin realizəsinə yönələrək, konkret səlahiyyətlərlə realizə olunur. Yerli özünüidarənin nümayəndəli orqanı müvafiq səlahiyyətlərin icrasına nəzarəti yerli büdcənin və sosial-iqtisadi, ekoloji inkişaf proqramlarının icrası haqqında hesabatları dinləmə ilə həyata keçirir.
Bələdiyyələrin konkret səlahiyyətləri cari və müəyyən məsələlərin həllinə yönələrək, ümumi səlahiyyətlərini icrasının təmin edir.
Yerli özünüidarə orqanlarının səlahiyyətlərini müəyyənləşdirən prinsiplər yerli özünüidarə haqqında Avropa Xartiyasının 4-cü maddəsində əks olunmuşdur:
1.Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri Konstitusiya və qanunla müəyyənləşdirilir. Bu qayda əsasında yerli özünüidarə orqanlarına ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
2.Yerli özünüidarə orqanları öz səlahiyyətləri daxilində və digər hakimiyyət orqanının səlahiyyətinə aid olmayan istənilən məsələ üzrə öz təşəbbüsünü həyata keçirməkdə qanun çərçivəsində tam sərbəst hərəkət etmək hüququna malikdir.
3.Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlər qarşıya qoyulmuş məqsədli həcmin və təbiəti, eləcə də səmərəlilik qənaətlilik tələbləri nəzərə alınaraq hər hansı bir digər orqana həvalə edilə bilər.
4.Yerli özünüidarə orqanlarına həvalə edilmiş səlahiyyətlər bir qayda olaraq tam və müstəsna xarakterli olmalıdır. Bu səlahiyyətlər yalnız müvafiq qanun çərçivəsində digər hakimiyyət orqanlar tərəfindən mübahisə edilə və ya məhdudlaşdırıla bilər.
5.Yerli özünüidarə orqanları mərkəzi və regional orqanların həvalə etdiyi səlahiyyətləri həyata keçirərkən mümkün olarsa onların yerli şəraitə uyğunlaşdırılmasında sərbəst olmalıdır.14
Yerli özünüidarə haqqında Avropa Xartiyasının qeyd olunan prinsipləri bir çox ölkələrdə olduğu kimi Azərbaycan Respublikasının da bələdiyyə qanunvericiliyində öz əksini tapmışdır.
Demək olar ki, bir çox müasir dövlətlərdə yerli özünüidarəetmə orqanları böyük səlahiyyətlərə malikdirlər. Əslində bələdiyyə orqanlarının səlahiyyətləri yerli idarəçilik haqqında qəbul edilmiş xüsusi qanunlarla müəyyən olunur. Xarici ölkələrdə qanunvericilik , bələdiyyələrin səlahiyyətlərini iki hissəyə bölür: 1-ci məcburi , 2-ci qeyri-məcburi.
Məcburi səlahiyyətlər ümumdövlət məsələlərin həlli ilə bağlı səlahiyyətlərdir. Yolların qaydaya salınması, təhsil və s.məsələlərə baxılır.
Qeyri-məcburi səlahiyyətlər isə bələdiyyələrin yerli əhəmiyyətli məsələlər üzrə özlərinin müəyyənləşdirdiyi səlahiyyətlərdir. Bura məişət-kommunal, mənzil xidmətləri, mənzil tikintisi, nəqliyyatın təşkili və s.daxildir.
İdarə və müəssisələrin fəaliyyətlərinin iki bələdiyyə mülkiyyətinin tənzimlənməsi, nəzarəti və bilavasitə idarə olunması bələdiyyələrin fəaliyyətlərinin əsasının təşkil edir.


Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin