Microsoft Word Stom-qayda-norma



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   17
stom qayda norma



1
 
 
 
 
 
 
STOMATOLOJİ TİBB MÜƏSSİSƏLƏRƏ (KABİNETLƏRƏ) DAİR
SANİTARİYA-GİGİYENA TƏLƏBLƏRİ 
1. Ümumi müddəalar və tətbiq sahələri 
 
1.1. “Stomatoloji tibb müəssisələrə (kabinetlərə) dair sanitariya-gigiyena tələbləri 
(bundan sonra “Sanitariya qaydaları”) “Sanitariya-epidemioloji salamatlıq haqqında”
Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə 
Nazirliyinin 7 aprel 2009-cu il tarixdə təsdiq edilmiş və 16 aprel 2009-cu il tarixdə Ədliyyə 
Nazirliyində qeydə alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair 
Qaydalar”a uyğun olaraq hazırlanmışdır.
1.2. Bu sanitariya qaydaları mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq
hüquqi şəxslər və stomatoloji yardım fəaliyyətini həyata keçirən fərdi sahibkarlar üçün nəzərdə 
tutulmuşdur.
1.3. Bu sanitariya qaydaları stomatoloji yardım göstərmək və avadanlığın, tibbi texnika 
və tibbi təyinatlı məhsulların istismarı üçün nəzərdə tutulmuş bina və sahələrin 
layihələşdirilməsi, tikintisi, yenidən qurulması fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi 
sahibkarlar tərəfindən Azərbaycan Respublikası ərazisində icra etmək üçün məcburidir.
1.4. Sanitariya qaydaları stomatoloji tibbi müəssisələrin (kabinetlərin) – bundan sonra 
“stomatoloji müəssisə”lərin yerləşdirilməsinə, quruluşuna, avadanlıqla təchizatına, saxlanmasına, 
sanitariya-epidemioloji rejimin gözlənilməsinə və tibbi personalın əmək şəraitinə dair tələbləri 
müəyyənləşdirir. 
1.5. Yeni stomatoloji müəssisələrin layihələşdirilməsi və tikintisi, mövcud olanların isə 
yenidən qurulması bu sanitariya qaydalarının tələblərinə uyğun həyata keçirilməlidir.
1.6. Stomatoloji müəssisə Azərbaycan Respublikası qanunvericiliyi ilə 
müəyyənləşdirilmiş lisenziyalaşdırma üçün müraciət edilən tibbi fəaliyyət növlərinin, iş və 
xidmətlərin həyata keçirilmə şəraitinin sanitariya tələblərə uyğunluğu haqqında dövlət sanitariya-
epidemioloji nəzarəti orqanlarının müsbət rəyinə malik olmalıdır.
1.7. Sanitariya qaydalara riayət edilməsinə Dövlət sanitariya-epidemioloji nəzarəti həyata 
keçirməyə səlahiyyətli olan ərazi gigiyena və epidemiologiya mərkəzləri həyata keçirir.
1.8. Hər bir stomatoloji müəssisə bu sanitariya qaydaların çap edilmiş nüsxəsinə malik 
olmalıdır.
1.9. Sanitariya əks epidemik rejimin tələblərinə riayət edilməsinə görə məsuliyyət fərdi 
sahibkarlara, hüquqi şəxslərə, onların rəhbərlərinə və digər vəzifəli şəxslərə həvalə edilir.
1.10. Tibbi texnika, tibbi təyinatlı predmetlər, tikinti və bəzək materiallarının, eləcə də 
istifadə edilən tibbi texnologiyanın Azərbaycan Respublikası ərazisində müəyyənləşdirilmiş 
qaydada istifadə edilməsinə icazə verilir.
1.11. Əks epidemik rejimə riayət edilməsi məqsədi ilə həkim orta tibb işçi heyətinin
müşaiyəti ilə işləməlidir. Orta tibb işçi heyəti iş yerlərinin təmizlənməsini, dezinfeksiyasını, 
eləcə də mərkəzləşdirilmiş sterilizasiya şöbəsi olmadıqda tibbi vəsaitin sterilizasiyaönü 
təmizlənməni və sterilizasiyanı həyata keçirir.
1.12. Tərkibində stasionarı, o cümlədən gündüz stasionarı olan stomatoloji 
müəssisəsində stasionar şöbəsi “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair 
Qaydalar”ın tələblərinə uyğun qurulmalıdır.


2

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin