4
5.3. Əməliyyat, əməliyyataqədər, narkoz, əməliyyatdan
sonra otaqlarda hamar səthli,
yuyucu və dezinfeksiya edən vasitələrin gündəlik təsirinə davamlı olan qızdırıcı cihazlardan
istifadə edilməlidir.
5.4. Tibb işçi heyətinin iş vaxtının 50%-dən çoxunu keçirdiyi, yaxud 2 saatdan artıq
fasiləsiz iş gördüyü daimi iş yerlərində mikroiqlim parametrləri cədvəl 1-ə uyğun təmin
edilməlidir.
5.5. İşləyənlərin müvəqqəti olduğu yerlər üçün (diş-texniki
laboratoriyalar üçün xüsusi
yerlər) mikroiqlim parametrləri cədvəl 2-ə verilir.
5.6. Ventilyasiya sistemlərinin layihələşdirilməsi və istismarı hava kütlələrinin «çirkli»
zonadan «təmiz» zonaya axmasını istisna etməlidir.
5.7. Stomatoloji tibbi təşkilatlarda havada dərman vasitələrinin və zərərli maddələrin
olması onlar üçün yol verimüəyyənləşdirilmiş qaydada təsdiq edilmiş konsentrasiyalardan
yüksək olmamalıdır.
Dostları ilə paylaş: