MÜDAFİƏ TEXNİKASI
Müdafiədə oyunun başlıca məqsədi öz qapısını icazə verilmiş vasitələrlə müdafiə etmək, rəqibin təşkil edilmiş hücumunu pozmaq və topa sahib olmaqdır.
Bu vəzifələri həll etmək üçün müdafiəçi meydanda sür'ətlə hərəkət etməyi, gözlənilmədən tempi və istiqaməti dəyişməyi bacarmalıdır. Müdafiəçi oyunçunu və uçan topu blokirovka etməyi bacarmalıdır.
Əgər müdafiəçinin duruşu mənimsənilsə bütün bu fəndləri (şəkil 21) daha müvəffəqiyyətlə icra etmək olar.
Müdafiəçinin əsas duruşu – bu ayaqların 160°-170° əyilməsi və 20-40 sm aralı qoyulmasıdır. Kürək gərginləşdirilmir, qollar dirsək oynağından düz bucaq altında bükülərək istənilən istiqamətdə tez hərəkət etmək üçün əlverişli vəziyyətdə olur. Bədənin ağırlığı hər iki ayaq üzərinə salınır, diqqət izlənilən rəqibə tərəf yönəldilir, periferik görmə digər oyunçulara və meydanda topun hərəkətinə nəzarət edir.
B
шякил 22.
ir qədər bükülmüş duruş bilavasitə hücumçu ilə fərdi mübarizədə istifadə edilir (şəkil 22). Rəqibin hərəkətinə reaksiya verərək özünün yerdəyişmə istiqamətini cəld dəyişmə imkanı əldə etmək üçün, müdafiəçi öz dayanıqlığını artırmalı, bədənin ağırlıq mərkəzini aşağı salmalıdır. Bədən qabağa əyilmiş, baş düz, çiyinlər zəifləmiş, qollar dirsəkdən bükülü olur.
YERDƏYİŞMƏ
Yeriş müdafiəçiyə hücumçunu izləyərkən mövqe seçmək üçün lazımdır. Müdafiəçi adi və bitişik addımla yerişi tədbiq edir. Bitişik addımla yeriş ayaqların bükülmüş vəziyyətində yerinə yetirilir və ayaqlar kənara baxır. Həndbolçu kiçik bitişik addımlarla yerişi tez-tez tədbiq etməli olur. Gövdə bu zaman yellənməməlidir. Bə'zən ayaqla edilən təkan demək olar ki, eyni vaxtda baş verir. Beləliklə, həndbolçu üzü və kürəyi qabağa düzünə, əyri (ziqzaqla) və gedib-qayıtmaqla (çelnoçno) hərəkət etməlidir.
Hoppanmalar blokirovka, top almada, topu qabaqlamaqla almada tədbiq edilir.
Hücumçunun hərəkətinə reaksiya verərək, müdafiəçi istənilən ilkin vəziyyətdən hoppanmağı bacarmalıdır. Müdafiəçi bir və iki ayağın təkanı ilə hoppanır. Müdafiəçinin texnikasında qabağa və yana hoppanma xüsusi əhəmiyyət kəsb edir. Bu topu vurub çıxarmaq və almaq lazım gəldikdə müdafiəçi və hücumçu arasında olan məsafəni tez dəf etmək üçün istifadə olunur. Müdafiəçi yerindən və yüyürərək hoppanmadan istifadə edir. O, yerindən hoppanmadan daha tez-tez istifadə etməli olur.
TOPA YİYƏLƏNMƏYƏ QARŞI ƏKS FƏALİYYƏT
Blokirovka - bu topun və ya hücumda olan oyunçunun hərəkət yolunun qarşısının alınmasıdır. Topun qarşısı bir və ya iki əllə yuxarıdan (şəkil 23), yandan, aşağıdan alınır. Topun atılma istiqamətini müəyyən edərək, müdafiəçi əlini (əllərini) tez düzəldərək topun yolunu kəsir. Əlin topa toxunduğu an gərgin olması vacibdir. Xüsusən bilək gərgin saxlanılmalıdır ki, zərbənin qüvvəsinə tab gətirə bilsin, əks halda topun qarşısının alınması baş tutmayacaqdır. Çalışmaq lazımdır ki, qarşıdan gələn topa qarşı gərilmiş əl aparılsın. Barmaqlar bükülü olmalıdır. Əlin belə vəziyyəti zədələnmələrin baş verməsinin qarşısını alır. Topun qarşısının alınması hoppanma və dayanıqlı vəziyyətdə icra edilir.
Topla olan oyunçunun blokirovkası aşağıdakı kimi baş verir. Müdafiəçi topla olan oyunçunun yanında olduqca tez olmalıdır. Hücumçu qulaylanma etdiyi zaman müdafiəçi bir əlini yuxarı qaldırır, o birini isə bir qədər yana aparır. Hücumçunun düz qarşısında durmaq lazımdır ki, ona yana getməyə imkan verilməsin. Sinəsi ilə hücumçuya toxunaraq müdafiəçi onu sıxışdıraraq oyunçu yoldaşı ilə dəqiq qarşılıqlı fəaliyyət göstərməsinə mane olur. Topsuz oyunçunu da blokirovka etmək olar. Lakin belə halda müdafiəçinin əlləri gövdəsinə sıxılmış olmalıdır.
Vurub qaytarma – bu fənd topun aparılmasının qarşısını alır. Onu topa bir əllə zərbə vuraraq icra edirlər. Topu apararkən vurmanı müdafiəçi o an icra edir ki, top hücumçunun əlləri ilə meydanın səti arasında olur. Topa çatmağa imkan verən məsafəyə qədər yaxınlaşaraq, həndbolçu əlini tez qabağa aparır və barmaqları ilə topu vurur (şəkil 24).
Atma zamanı topalma – bu atılmış topun qarşısının alınmasıdır. Müdafiəçi əlini topun atılacağı güman edilən istiqamətə tərəf aparır və sanki topu hücumçunun əlindən çıxarır. Fəndin icrasında ən vacib an – biləyin topa tərəf düzgün yönəldilməsidir. Barmaqlar topun üst səthinə nə qədər dəqiq qoyularsa, hücumçunun əlinin tutulması təhlükəsi bir o qədər az olar. Atarkən topalma hoppanaraq (şəkil 25) və dayanıqlı vəziyyətdə icra edilir.
Qapıçının duruşu xüsusi əhəmiyyət kəsb edir, çünki ki, o topun dəf edilməsinə hazırlığı tə'min edir. Qapıçının əsas duruşu ayaqların 160°-170° bükülmüş və 20-30 sm aralı qoyulmuş vəziyyətidir. Bədənin ağırlığını hər iki ayaq üzərinə bərabər bölməklə pəncənin qabaq hissəsinə dayaq etməli, əlləri yana açaraq bir qədər bükməli və ovucları qabağa çevirməli (şəkil 27).
Ayaqların düz duruşundan kənar mövqedən atılmış topların qarşısının alınmasında tədbiq edilir. Qapıçı ayaqları üstündə düz dayanır, bədənin ağırlığı isə daha çox dirəyə yaxın olan ayaq üzərinə keçirilir. Bədən şaquli vəziyyətdə olur. Dirəyə yaxın əl yuxarı qaldırılır, azacıq bükülür, ovuc baş üzərində olur. Uzaqdakı əyilmiş qol yana aparılır.
Dostları ilə paylaş: |