AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI
SƏRBƏST İŞ
ATLETİKANIN TƏDRİSİ VƏ METODİKASI
TƏLƏBƏ: RƏSUL RZAYEV
QRUP: 110A11
MÜƏLLİM: BƏHRUZ SALEHLİ
MÖVZU: Hündürlüyə tullanma texnikası.”Fosbyuri-flop” üsulu ilə.
Qaçaraq «fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanma
«Fosbyuri-flop» üsulu (sadəcə «flop») hündürlüyə tullanmanın ən səmərəli
üsulu hesab olunur. Hərəkətin icra texnikası tullanma zamanı hündürlük plankasına
daha yaxından keçməyə imkan verir ki, bu da hündürlüyə tullanmanın digər üsulları ilə müqayisədə daha əlverişlidir. Bu üsulla tullanma zamanı hər bir
idmançı (şagird) öz hazırlığına müvafiq hərəkət trayektoriyası seçir. Sürət
qabiliyyəti nə qədər yüksəkdirsə, qövsvari qaçış hissənin radiusu da bir o qədər
böyükdür. «Fosbyuri-flop» üsulu ilə tullanmda qaçış hissəsi 9-11 qaçış addımı
məsafəsindən icra olunur.
İcra texnikası:Qaçışın əvvəlində gövdə xeyli irəliyə əyilmiş,
pəncə «dırmaqvari» (yuxarıdan- aşağıya-geriyə) olaraq dayağa qoyulur. Qaçış
addımları sərbəst, elastik və yüksək pəncə üzərində yerinə yetirilir. Qaçış
məsafəsinin sonuna yaxın sürət artır. Yüksək dərəcəli idmançılarda bu göstərici
7,5-8,3m. san. çatır. Qaçış məsafəsinin sonuncu 3-5 qaçış addımı qövsvari xətt üzrə
yerinə yetirilir. Pəncə dayağa bütün səthi ilə qoyulur, qollar asimmetrik olaraq
işləyir: holaylanma qolu bir az daxilə olmaqla irəliyə hərəkət edir, təkan qolu isə
arxaya hərəkət etdikdə kürəyə yaxınlaşdırılır.
Hündürlüyə tullanmanın ən mühüm elementindən biri təkana hazırlıqdır. Bu
sonuncu iki qaçış addımında icra olunur. Sərbəst qıç çox yumşaq dayağa qoyulur
və idmançı (şagird) sanki onun üzərindən yuvarlanaraq bədənini təkan ayağı
üzərinə fəal itələməklə onun dayaq yerinə effektli qoyulmasını təmin edir. Gövdə şaquli və yüksək vəziyyətini saxlayır. Təkan ayağı dizdən
düzələrək tam pəncə üzərinə, hündürlük plankasına paralel olmaqla dayağa qoyulur. Əzələlər gərginləşdirilir, hər iki qol dirsəkdən azacıq bükülərək
arxaya aparılır, çiyin və gövdə bir qədər arxaya və qaçış qövsünün mərkəzinə tərəf
meyllənir. Bu vəziyyətdən qolların yuxarıya kəskin hərəkəti,
dayaq qıçının sürətlə tam düzəldilməsi ilə təkan icra olunur.
Təkandan sonra sərbəst qıç təkan ayağına yaxınlaşdırılır, hər iki qıç dizdən
bir qədər bükülür və idmançı (şagird) kürəyi hündürlük plankasına tərəf çevrilir. Çiyinlər qollarla birlikdə hündürlük plankasının arxasına
istiqamətləndirilir. İdmançı (şagird) bel hissədən gövdəni
əyməklə planka üzərində «yarımkörpü» vəziyyəti alır, çənə sinəyə sıxılır. Çanaq hündürlük plankası üzərində yerləşdikdə çiyinlər aşağı endirilir,
qıçlar isə çanaq-bud oynağından azacıq bükülərək və diz oynağından tam açılaraq
yuxarıya qaldırılır. Qaçaraq hündürlüyə tullanma
hərəkəti yumşaq səth üzərinə yerə enməklə tamamlanır.
Qaçaraq «Fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanmanın icra üsulu.
Dostları ilə paylaş: |