14
- çirkləri təmizləmək və mikroorqanizmlərin miqdarını azaltmaq üçün əllərin sabun və su
ilə (əllərin gigiyenik yuyulması) yuyulması;
- mikroorqanizmlərin təhlükəsiz səviyyəyə qədər azalması üçün əllərin dəri antiseptiki
ilə təmizlənməsi (əllərin gigiyenik təmizlənməsi).
Əllərin təmizlənməsi üsulunun seçilməsi çirklənmə dərəcəsindən və xarakterindən
asılıdır.
8.6.2. Əlləri yumaq üçün dozatorun (dispenser)
köməyi ilə maye sabundan, yaxud bərk
(kərpiçəşilli), konstruksiyası sabunun islanmasına yol verməyən maqnit, yaxud başqa sabun
qablarına yerləşən sabundan istifadə edilir.
Əllər birdəfəlik istifadə üçün olan fərdi məhraba (salfetka) ilə silinir.
8.6.3. Əlləri zərərsizləşdirmək üçün tərkibində spirt və başqa istifadə üçün
icazə verilmiş
antiseptiklər olan istifadə edilir.
8.6.4. Əllərin antiseptiklə gigiyenik təmizlənməsi aşağıdakı hallarda həyata keçirmək
lazımdır:
- pasiyentlə bilavasitə təmasdan qabaq;
- pasiyentin zədələnməmiş dərisi ilə təmasdan sonra (misal üçün nəbzi, yaxud arterial
təzyiqi ölçən zaman);
-
orqanizmin sekreti, yaxud ekskretləri, selikli qişalarla, sarğılarla təmasdan sonra;
- bədən nahiyələrinin kontaminirləşdirilmiş mikroorqanizmləri
ilə təmasdan sonra
pasiyentə qulluqla bağlı müxtəlif manipuliyasiyaları yeninə yetirən zaman;
- pasiyentlə bilavasitə təmasdan sonra;
- irinli iltihabi proseslər olan (periodonitlər, qanqrenoz pulpitlər), parodontal ciblərin
kyuretajı, parodontal absseslərin yarılmasından sonra pasiyentlərin müalicəsindən sonra,
çirklənmiş səthlər və avadanlıqlarla hər
bir təmasdan sonra;
- əlcəkləri çıxarandan sonra axar su altında əlləri yuyana qədər.
8.6.5. Əllərin antiseptiklə gigiyenik təmizlənməsi (qabaqcadan onları yumadan) onun əl
daraqlarının dərisinə istifadə etmə təlimatı ilə tövsiyə edilən miqdarda sürtülməsi yolu ilə,
barmaqların uclarının, dırnaqların ətrafındakı, barmaqlar arasındakı dərinin təmizlənməsinə
xüsusi diqqət yetirməklə keçirilir. Əllərin effektiv zərərləşdirilməsinin
mühüm şərtlərindən biri
təmizlənmə üçün tövsiyə edilən vaxt ərzində onların nəm vəziyyətdə saxlanılmasıdır.
8.6.6. Dozatordan istifadə edən zaman yeni antiseptik dozasını (yaxud sabun) onu
dezinfeksiya etdikdən, su ilə yuduqdan və quruladıqdan sonra dozatora tökürlər.
8.6.7. Dozatorlar və ondan istifadə etmə imkanı olmadıqda fərdi qablarda (kiçik həcmli
flakonlar) antiseptiklərdən (o cümlədən, gellərdən) istifadə edilir və istifadədən
sonra utilizasiya
edilirlər.
8.6.8. Əllər qan, tüpürcək və başqa bioloji mayelərlə çirkləndikdə, aşağıdakıları etmək
lazımdır:
- çirkləri antiseptiklə isladılmış tampon, yaxud əlsilənlə silmək;
- əlləri iki
dəfə antiseptiklə təmizləmək;
- əlləri sabun və suyla yumaq;
-əlləri birdəfəlik istifadə üçün olan məhraba ilə səliqə ilə qurutmaq;
- antiseptiklə təmizləmək.
8.6.9. Əlcəkləri pasiyentin yanında istənilən manipulyasiyadan qabaq taxmaq lazımdır.
Əlcəklər çıxarıldıqdan sonra əllər gigiyenik təmizlənir.
Hər bir pasiyentdən sonra əlcəkləri hökmən dəyişdirmək lazımdır. Əlcəklərdən təkrar
istifadə etmək qadağan edilir.
Dostları ilə paylaş: