8.4. Sterilizasiyaya nəzarət 8.4.1. Sterilizasiyaya nəzarətə sterilizatorların fəaliyyətinə nəzarəti, sterilizasiya
rejimi parametrləinin göstəricilərinin yoxlanması
və onun səmərəliliyinin
qiymətləndirilməsi daxil edilir. Sterilizasiya fəaliyyətinə nəzarət təlimat/metodiki sənədlərə
müvafiq olaraq (nəzarət-göstərici cihazları) kimyəvi (kimyəvi indikatorların istifadə
edilməsi), fiziki, bakterioloji üsullarla həyata keçirilir.
Fizki və kimyəvi üsullarla sterilizatorların fəaliyyətinə nəzarət hər bir sterilizasiya
siklində həyata keçirlir.
8.4.2.Sterilizatorlar quraşdırıldıqdan sonra (təmir) bakterioloji nəzarətdən
keçirilməlidir, həmçinin belə nəzarət ildə iki dəfədən az olmayaraq istismar gedişində
istifadə edilməlidir.
8.4.3.Sterilizatorların texniki qulluğu, zəmanəti və cari təmiri müqavilələrə müvafiq
olaraq servis xidmətlərinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
8.5.Əllərin işlənməsi qaydaları 8.5.1.Həyata keçirilən tibbi manipulyasiyadan və əl dərisinin mikrob
kontaminasiyasının tələb edilən səviyyəsindən asılı olaraq tibbi personalın və cərrahların
gigiyenik işlənməsi həyata keçirlir.
8.5.2.Səmərəli yuyunmanın və əllərin dezinfeksiyasına nail olmaq üçün aşağıdakı
şərtlərə əməl etmək lazımdır:
dırnaqların qısa şəkildə kəsilməsi, dırnaqların laklı olmaması, süni dırnaqların
olmaması, əllərdə üzüklərin, həlqələrin və digər zərgər məmulatlarının olmaması. Cərrah
əllərinin işlənməsindən öncə saatı, bilərzikləri v.s-ləri çıxarmaq lazımdır. Əllərin
qurudulması üçün təkistifadəli salfetka və dəsmallardan istifadə edilir, cərrahların əllərinin
işlənməsi zamanı-yalnız steril parçalar istifadə edilir.
8.5.3.Dəri antiseptiklərinin, yuyucu vasitələrin və əl dərisinə qulluq vasitələrinin
seçilməsi zamanı dərinin dözümlülük xassəsi, dəri örtüyünün rənglənməsi intensivliyi,
örtük nəzərə alınmalıdır.
8.5.4.Tibbi heyyət əllərin effektiv yuyulması və dezinfeksiya edilməsi üçün yetəri
qədər vəsaitlə təmin edilməlidir, bu zaman kontakt dermatitlərin ortaya çıxması riskinin
aşağı salınması üçün əllərə qulluq vasitələri də (kremlər, losyonlar, balzamlar v.s) təmin
edilməlidir.