Microsoft Word Stom-qayda-norma



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
stom qayda norma

 
 
 
2. Stomatoloji tibbi müəssisələrin (kabinetlərin) yerləşdirilməsinə qoyulan tələblər 
2.1. Stomatoloji müəssisələr sanitariya qayda və normalara riayət edilməsi şərti ilə ayrıca 
duran binalarda, uyğunlaşdırılmış sahələrdə, yaşayış və ictimai təyinatlı binanın içərisində 
tikilmiş (tikilib əlavə edilmiş) sahələrdə yerləşdirilə bilərlər.
2.2. Yaşayış binalarında stomatoloji kabinetləri, stomatoloji ambulator-poliklinik 
müəssisələri, tərkibində gündüz stasionarına malik olan təşkilatları yerləşdirməyə icazə verilir. 
2.3. 
Yaşayış binalarında yerləşdirilmiş stomatoloji müəssisələr küçədən ayrıca girişə 
malik olmalıdırlar.
2.4. Stomatoloji müəssisələr təsərrüfat-içməli soyuq və isti su təchizatı və su ayırma 
(knalizasiya) sistemləri ilə avadanlıqlaşdırılmış sahələrdə yerləşdirilir.
2.5. Rentgen kabinetlərinin, aparatlarının yerləşdirilməsi və istismarı (o cümlədən, 
radiovizioqrafların) qüvvədə olan normativ sənədlərlə və bu qaydaların 7 bölməsi ilə nizamlanır.
2.6. Fizioterapiya kabinetlərinin quraşdırılması, avadanlıqlaşdırılması və istismarı, 
lazerlərin tətbiq edilməsi qüvvədə olan normativ sənədlərə cavab verməlidirlər.
2.7. Binanın zirzəmi və yarımzirzəmi sahələrində stomatoloji müayinə-müalicə 
kabinetlərinin yerləşdirilməsinə icazə verilmir. Burada işçilər üçün sanitariya-məişət otaqları 
(qarderob, duş otağı, sanitar qovşaq və s.), kompressor avadanlığı, ventilyasiya qurğuları və s. 
texniki otaqlar yerləşdirilə bilər.
2.8. Uşaqların stomatoloji qəbul edilməsini təşkil etmək üçün ayrıca kabinetlər ayrılır.
Uşaq əhalisinin qrafik üzrə qəbulu üçün böyüklərin qəbul kabinetindən istifadə edilməsinə yol 
verilmir. Uşaqların qəbulu üçün nəzərdə tutulmuş müayinə-müalicə kabinetlərinin ayrıca girişi 
olmaqla, gözləmə sahəsi sanitariya qovşağı ilə təchiz edilməlidir.
2.9. Hamilələrə tibbi yardımın göstərilməsi böyüklər üçün olan stomatoloji 
müəssisələrdə, yaxud qadın məsləhətxanalarının stomatoloji kabinetlərində keçirilir.
2.10. Stomatoloji kabinetlərdə əsas stomatoloji kürsü üçün sahə 14 kv. metrdən az 
olmayaraq, əlavə kürsü üçün isə -10 m2, universal stomatoloji qurğusu (bor cihazı) olmayan 
stomatoloji kürsü üçün -7 m2 sahə nəzərdə tutulur. Kabinetlərin hündürlüyü 3 m-dən az, bir 
tərəfli işıqlanma zamanı otağın uzunluğu isə 6 m-dən çox olmamalıdır.
2.11. Anesteziologiya və reanimatologiya üzrə tibbi fəaliyyətin həyata keçirildiyi operativ 
müdaxilələr əməliyyat bloku şəraitində keçirilir. Müvafiq halda əməliyyatdan sonra pasientin 
müvəqqəti qalması üçün yer avadanlıqlaşdırılır. Ehtiyac olduqda əməliyyat otağında tibbi 
qazların verilməsi təmin edilir.
2.12. Cərrahi stomatologiya kabinetinin işi «təmiz» (planlı) və «irinli» müdaxilələr 
axınının bölüşdürülməsi nəzərə alınmaqla təşkil edilir. Planlı müdaxilələr xüsusi olaraq ayrılmış 
günlərdə qabaqcadan əsaslı təmizlik işləri keçirilməklə həyata keçirilir. Cərrahiyyə əməliyyat 
blokundan digər şöbələrə keçid olmamalıdır.
2.13. Otaqların sayı stomatoloji müəssisənin gücü və fəaliyyət növləri ilə təyin edilir. 
Yerlərin minimal sahəsi və onların minimal sayı Əlavə 1-də verilir.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin