Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin demək olar ki, 1-2%-də təsadüf olunur



Yüklə 5,11 Mb.
tarix03.02.2017
ölçüsü5,11 Mb.
#7615



Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin demək olar ki, 1-2%-də təsadüf olunur.

  • Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin demək olar ki, 1-2%-də təsadüf olunur.



Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət etmiş xəstələrin 50%-də

  • Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət etmiş xəstələrin 50%-də

  • miokard infarktı (Mİ),

  • qeyri-sabit stenokardiya,

  • ağ ciyər arteriyasının tromboemboliyası (AATE) və

  • ürək çatmamazlığı kimi kardioloji vəziyyətlər aşkar edilir.

  • Lakin ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər hallarda

  • əzələ-sümük patologiyaları,

  • mədə-bağırsaq xəstəlikəri,

  • gərginlik stenokardiyası,

  • panik pozulmalar və ya digər psixiatrik vəziyyətlər,

  • ağ ciyər xəstəlikləri aşkar edilir



A. İntratorakal patologiyalar

  • A. İntratorakal patologiyalar

  • Ürək mənşəli

  • Ürəyin İşemik Xəstəliyi (anginoz tutma)

  • Ürəyin qapaq xəstəlikləri

  • Miokardın xəstəlikləri (hipertrofik kardiomiopatiya, sağ mədəciyin təzyiqlə yüklənməsi)

  • Perikardit

  • Miokardit

  • Damar mənşəli

  • Aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası

  • Ağciyər hipertenziyası və ağciyər tromboemboliyası



B. Ekstratorakal patologiyalar

  • B. Ekstratorakal patologiyalar

  • Döş qəfəsi divarının patologiyaları

  • Onurğa sütunu patologiyaları

  • Herpes Zoster

  • Döş qəfəsi divarı törəmələri

  • Süd vəzisi xəstəlikləri

  • C. Subdiafraqmal orqanların patologiyaları

  • Mədə xorası

  • Xolesistit

  • Pankreatit





Anamnez

  • Anamnez

  • Ağrının başlanğıcı və inkişafı haqqında təfsilatlı məlumatın toplanması mühüm əhəmiyyət kəsb edir. Ağrının

  • lokalizasiyası,

  • xarakteri,

  • davametmə müddəti,

  • irradiasiyası,

  • ağrını meydana çıxaran,

  • ağırlaşdıran və yüngülləşdirən amillərə,

  • onu müsaiyət edən əlamətlərə:

  • - bayılma (Mİ, AATE, aortanın laylanan anevrizması);

  • - tənəffüs aktı ilə əlaqəsi (nəfəsalma zamanı ağrının artması – plevrit, perikardit, pnevmotoraks, əzələ, sümük-oynaq xəstəlikləri),

  • - təngnəfəslik, öskürək, boğulma, qanhayxırma (ürək, ağ ciyər patologiyası),

  • - ürəkbulanma, qusma, disfagiya, requrgitasiya (mədə-bağırsaq patologiyası),

  • - həyəcan, tərləmə, hiperventilyasiya, zəiflik (psixi patologiya) və s. xüsusi diqqət verilməlidir.



Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin mühüm əhəmiyyəti vardır.

  • Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin mühüm əhəmiyyəti vardır.

  • Keçirilmiş və hazırda mövcud olan xəstəliklər (arterial hipertenziya (AH), Marfan sindromu, anemiya, sistem qırmızı qurd eşənəyi və s.) haqda məlumat toplanılmalıdır.



Residivləşən və ya davamlı ağrı sindromu zamanı provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə əlaqədar olması və s.) aşkar edilməlidir.

  • Residivləşən və ya davamlı ağrı sindromu zamanı provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə əlaqədar olması və s.) aşkar edilməlidir.

  • Ağrının əmələ gəlməsində psixi amillərin (keçirilmiş emosional stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə alınmalıdır.

  • Yaş və cins kimi amillərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir



Xəstənin emosional vəziyyəti nəzərə alınmalıdır.

  • Xəstənin emosional vəziyyəti nəzərə alınmalıdır.

  • Vizual müayinə zamanı

  • - döş qəfəsi, onurğa sütunu və süd vəziləri nəzərdən keçirilir;

  • - aterosklerozun xarici əlamətlərinin (ksantomalar, ksantelazmalar, buynuz qişada senil həlqə, arteriyaların sərtləşməsi və qalınlaşması),

  • - herpetik səpgilərin,

  • - aşağı ətraflarda venaların varikoz genəlmələrinin olub-olmaması müəyyənləşdirilir;

  • Nəbz bud və mil arteriyalarında, arterial təzyiq (AT) aşağı və yuxarı ətraflarda təyin olunur;



Bədən hərarəti ölçülür;

  • Bədən hərarəti ölçülür;

  • Döş qəfəsinin palpasiyası (ağrilı (trigger) nöqtələrin, qabırğa sınıqlarının, onurğa xəstəliklərinin təyini) və perkussiyası aparılır;

  • Ürəyin və döş qəfəsinin auskultasiyası

  • - ürək tonlarının dəyişməsi, əlavə ürək tonlarının, küylərin

  • – əlavə tənəffüs küylərinin, məs. plevranın sürtunmə küyünün aşkar olunması

  • Yuxarı ətrafların palpasiyası: əzələlərdə zəiflik, atrofiyalar, gərginlik, hissiyyatın pozulması, lokal ağrılılığın olması qiymətləndirilir.



İnstrumental müayinə üsulları (EKQ, döş qəfəsi və mədə-bağırsaq sisteminin rentgenoqrafiyası, ExoKQ, qastroezofaqoskopiya, KT və s.)

  • İnstrumental müayinə üsulları (EKQ, döş qəfəsi və mədə-bağırsaq sisteminin rentgenoqrafiyası, ExoKQ, qastroezofaqoskopiya, KT və s.)

  • laborator müayinə üsulları (qanın ümumi analizi, troponinlər, kreatin FK MB fraksiyası, d-Dimer (AATE diaqnostikasında istifadə olunur), qanın qaz tərkibinin təyini, spirografiya və s.) diaqnozun dəqiqləşdirilməsində mühüm, bəzən isə həlledici rol oynayır.







  • İdarəolunmayan (modifikasiya olunmayan) risk amilləri

  • 50-60-dan yuxarı yaş

  • Kişi cinsi

  • İrsi meyllilik

  • (bəzi məlumatlara görə kişilərdə 45 yaş , qadınlarda 55 yaş risk qrupu

  • təşkil edir)

  • İdarəolunan (modifikasiya olunan) real sübuta yetirilmiş risk amilləri

  • Dislipidemiyalar

  • Arterial hipertenziya

  • Tütünçəkmə

  • Piylənmə

  • Şəkərli diabet

  • Hipodinamiya

  • Qeyri-rasional qidalanma

  • Hormonal disbalans

  • Podaqra

  • Psixoemosional gərginlik



Tipik anginoz tutmanın 4 əsas xüsusiyyəti mövcuddur:

  • Tipik anginoz tutmanın 4 əsas xüsusiyyəti mövcuddur:

  • 1. Lokalizasiya və irradiasiyası:

  • Anginoz tutma tipik olaraq döş sümüyü arxasında meydana çıxır (nəzərə alınmalıdır ki, həmin nahiyədə ağrının olmaması işemiyanı inkar etmir)

  • Hər iki qola (ən çox sol qola), boyuna və alt çənəyə, bəzən də kürəyə yayıla bilər

  • Bəzən ağrılar irradiasiya nahiyəsində meydana çıxa bilər

  • Tipik anginoz tutma lokal bir təzyiq şəklində və ya geniş bir sahədə də təzahür edə bilər.

  • 2. Fiziki gərginliklə əlaqəsi:

  • Xəstələrin əksəriyyətində ağrılar fiziki gərginliklə başlayır, istirahətlə və nitroqliserin qəbulundan keçir. Adətən, eyni gərginlik zamanı meydana çıxır, lakin soyuq havada və yeməkdən sonra daha az fiziki gərginliklə yarana bilər.

  • Emosional gərginlik anginoz tutmanı ən çox provokasiya edən faktordur.



3. Xarakteri:

  • 3. Xarakteri:

  • Anginoz ağrı adətən, kəskin ağrı olmayıb, sıxılma, təzyiq, yanma, göynəmə, agırlıq, boğazda sıxılma hissi kimi təsvir olunur.

  • Bütün ürək mənşəli ağrılar kimi səthi deyil.

  • 4. Müddəti:

  • Fiziki gərginlikdən meydana gələn ağrı 1-3 dəqiqə, bəzən 10 dəqiqəyə qədər davam edə bilər (onun 20-30 dəqiqədən artıq davam etməsi kəskin koronar sindrom diaqnozunun qoyulmasına əsas verir).



Xəstələrin uzaq proqnozları fərqli olduğu üçün onların RS aparılmalıdır. Məqsəd xəstənin gələcək taleyinin müəyyənləşdirilməsi və adekvat müalicənin seçilməsidir.

  • Xəstələrin uzaq proqnozları fərqli olduğu üçün onların RS aparılmalıdır. Məqsəd xəstənin gələcək taleyinin müəyyənləşdirilməsi və adekvat müalicənin seçilməsidir.

  • Yüksək risk meyarı ÜD ölümünün ildə > 2%;

  • Orta risk – ildə 1-2%

  • Aşağı risk ildə < 1% olmasıdır

  • Xəstələrin risk qiymətləndirilməsi üçün

  • Klinik müayinə

  • Fiziki gərginlik sınaqları

  • SM funksiyası

  • Koronar aterosklerozun dərəcəsi







  • ŞD, MS, AH, HXS, TÜTÜNÇƏKMƏ

  • YAŞ, KEÇİRİLMİŞ Mİ, ÜÇ OLMASI, QEYRİ-SABİT STENOKARDİYA, ONUN AĞIRLIĞI, MÜALİCƏYƏ ADEKVAT CAVABIN OLMAMASI PROQNOZU AĞIRLAŞDIRIR

  • İLK MƏRHƏLƏDƏ EKQ VƏ LABORATOR MÜAYİNƏLƏR APARILMALIDIR

  • STENOKARDİYA TUTMASININ XÜSUSİYYƏTLƏRİ, ONLARIN TEZLİYİ VƏ

  • SAKİT HALDA EKQ DƏYİŞİKLİKLƏRİN OLMASI ( KEÇİRİLMİŞ Mİ, HİSS DƏST-NİN SOL AYAQCIĞININ BLOKADASI, SMH, II-III DƏRƏCƏ AV BLOKADA, SƏYRİCİ ARİTMİYANIN OLMASI ) PROQNOZU PİSLƏŞDİRİR



Stress-testlərin köməyilə RS

  • Stress-testlərin köməyilə RS

  • xəstələrin klinik qiymətləndirilməsilə bərabər aparılır və ÜD riski haqda əlavə məlumat verir, əks-ğöstərişlər olmadıqda bütün xəstələrə aparılır

  • Fiziki gərginlik sınaqları ilə EKG qeydə alınması və proqnostik indekslərin hesablanması (məs, Dyuk indeksi) ÜİX olan xəstələrin risk stratifikasiyasında effektiv üsul hesab olunur.



  • DTS = [fiziki yükün davametmə müddəti (dəq)] –

  • [5 x ST seqmentinin maksimal yerdəyişmə kəmiyyəti (mm)] – [4 x stenokardiya indeksi (Sİ)]

  • Sİ 0 – döş qəfəsində ağrı yoxdur;

  • Sİ 1 – gərginlik zamanı stenokardiya;

  • Sİ 2 – sınağın dayandırılmasını tələb edən stenokardiya.

  • DTS > 4 aşağı risk ( 1 il ərzində ölüm 0,25%)

  • DTS = (-10)-dan (+4)-dək orta risk (1,25%)

  • DTS < (-10) yüksək risk (5,3%)



ExoKQ –da SM atım fraksiyasının azalması

  • ExoKQ –da SM atım fraksiyasının azalması

  • (35%-dən az olan xəstələrdə ölüm faizi 3%-dən çoxdur)

  • Stress-ExoKQ –da SM yığılmasının seqmentar pozulmalarının aşkar olunması

  • Perfuzion ssintiqrafiyada böyük və geniş perfuziya defektlərinin aşkar edilməsi, SM-in fiziki sınaq fonunda keçici işemik dilatasiyası, s.

  • KAQ-da Sol KA kötüyünün stenozu, Sol ön enən arteriyanın ağır proksimal stenozu proqnozun ağır olmasının göstəriciləridir



ÜİX üçün orta dərəcəli risk:

  • ÜİX üçün orta dərəcəli risk:

  • - Atipik ağrılarla 50 yaşdan yuxarı qadınlar və bütün kişilər;

  • - Qeyri-anginal ağrılarla 60 yaşdan yuxarı qadınlar və 40 yaşdan yuxarı kişilər

  • Orta risk səviyyəsi olan xəstələrdə elektrokardioqrafik dəyişikliklər stress EKQ vasitəsilə aşkar oluna bilər

  • - Sakitlik EKQ-də dəyişiklik olan xəstələrdə perfuzion ssintiqrafiya stress EKQ ilə bərabər aparılır,

  • - fiziki yük sınağı aparmaq mümkün deyilsə, farmakoloji sınaqlar vasitəsilə qiymətləndirilir.

  • Aşağı risk səviyyəsi olan xəstələrin ailələrində və anamnezlərində ÜİX ehtimalını artıran digər risk amilləri yoxdursa, sonrakı sınaqların aparılmasına ehtiyac yoxdur.

  • ÜİX-nin risk səviyyəsi yüksək olan, başqa testləri qeyri-informativ olmuş və revaskulyarizasiyanın nəticələri faydalı ola biləcək xəstələr birbaşa angioqrafiyaya göndərilməlidir.



Tipik halda status anginosus müşahidə olunur – anginoz ağrı nisbətən daha intensiv, uzunmüddətlidir.

  • Tipik halda status anginosus müşahidə olunur – anginoz ağrı nisbətən daha intensiv, uzunmüddətlidir.

  • Fiziki gərginliklə əlaqədar olmaya bilər.

  • Mİ diaqnozu ehtimalını artıran əlamətlər:

    • anginoz ağrının hər iki qola irradiasiya etməsi,
    • təzyiqedici xarakterli olması,
    • hipotenziya,
    • profuz tərləmə,
    • auskultasiyada S3 çapma ritmi.
  • Anginoz ağrı həmçinin halsızlıq, təngnəfəslik və ölüm qorxusu ilə müşaiyət oluna bilər.



NB! Ürək-damar (ÜD) risk amilləri:

  • NB! Ürək-damar (ÜD) risk amilləri:

  • kişi cinsi

  • 60 yaşdan yuxarı yaş

  • diabet

  • hiperlipidemiya

  • və anamnezdə ÜİX və ürək çatmamazlığının olması hətta qeyri-işemik xarakterli ağrısı olan xəstələrin nəzarətdə saxlanılmasına əsas verir

  • ! belə xəstələrin 3%-ə qədərində ağrının meydana çıxmasından 30 gün ərzində Mİ və ya ölüm baş verə bilər



EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində çəkilməlidir

  • EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində çəkilməlidir

    • ST seqmentinin qalxması və ya Hiss dəstəsi sol ayaqcığının yeni əmələ gəlmiş blokadası STQMİ diaqnozunu təsdiq edir


anginoz tutma fonunda ST seqmentinin horizontal depressiyası STQOMİ diaqnozunu təsdiqləyir

    • anginoz tutma fonunda ST seqmentinin horizontal depressiyası STQOMİ diaqnozunu təsdiqləyir
    • Q dişciyi, yeni meydana çıxmış T-dişciyinin dərin simmetrik inversiyası Mİ ehtimalını həmçinin artırır
    • Sağ mədəcik Mİ şübhə olduqda (aşağı divarın Mİ olan xəstələrdə hipotenziya, ağciyərlər üzərində patoloji tənəffüsün olmaması və vidaci venada təzyiqin artması) EKQ sağ döş aparmalarında çəkilir
    • Normal və ya şübhəli EKQ olduğu hallarda, EKQ qeydləri təkrar alınmalıdır və əvvəlkilərlə müqayisə edilməlidir.
    • ExoKQ ilə sağ mədəcik infarktı diaqnozu təsdiqlənə bilər.


NB! normal EKQ KKS olmadığını istisna etmir. Bir sıra tədqiqatlarda təcili yardım şöbəsindən normal EKQ ilə evə yazılan xəstələrin 5%-də son nəticədə kəskin Mİ və ya QSS aşkar olunmuşdur.

  • NB! normal EKQ KKS olmadığını istisna etmir. Bir sıra tədqiqatlarda təcili yardım şöbəsindən normal EKQ ilə evə yazılan xəstələrin 5%-də son nəticədə kəskin Mİ və ya QSS aşkar olunmuşdur.



KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı ərzində 6,0 ng/ml (6.0 mcg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və ölüm ehtimalının mötədil artmasına səbəb olur.

  • KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı ərzində 6,0 ng/ml (6.0 mcg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və ölüm ehtimalının mötədil artmasına səbəb olur.

  • Müraciətdən ən azı

  • 6 saat sonra troponin İ (1 ng/ml) 8 saat sonra troponin T (2 ng/ml),

  • səviyyələrinin artması Mİ və kəskin koronar sindrom diaqnozunu təsdiq edir və 30 gün ərzində Mİ residivi və ölüm ehtimalını artırır (A).



Döş qəfəsində ağrı tutmasından 6-72 saat ərzində troponinlərin normal səviyyədə qalması, xüsusən əgər EKQ normal və ya normaya yaxın olarsa, Mİ və KKS əleyhinə ciddi sübutdur.

  • Döş qəfəsində ağrı tutmasından 6-72 saat ərzində troponinlərin normal səviyyədə qalması, xüsusən əgər EKQ normal və ya normaya yaxın olarsa, Mİ və KKS əleyhinə ciddi sübutdur.

  • BELƏLİKLƏ,

  • Döş qəfəsində ağrı ilə müraciət etmiş,

  • ÜD xəstəlikləri risk səviyyəsi aşağı,

  • normal və ya normaya yaxın EKQ,

  • troponin səviyyəsi normal olan şəxslər ambulator xəstələr kimi qiymətləndirilə bilər



  • STQOMİ və QSS-li xəstələrdə uzaq dövr ölüm göstəriciləri yüksək olduğu üçün vaxtında qoyulub kardioreanimasiya şöbələrinə göndərilməsi həyati əhəmiyyət kəsb edir.

  • İlk növbədə görüləcək tədbirlər:

  • Ağrı, təngnəfəslik və həyəcanın aradan götürülməsi

    • İntravenoz opioidlər (məsələn, 4-8 mq morfin) 2 mq-lıq əlavə dozalar, 5 dəqiqəlik intervalla verilə bilər.
    • Əgər təngnəfəslik və ya ürək çatmamazlığı olarsa, oksigen (2-4 l/dəq) verilməlidir.
    • Əgər opioidlər ağrının götürülməsinə kifayət etməzsə, vena daxilinə beta-blokatorların və ya nitratların yeridilməsi barədə düşünülməlidir.
    • Xəstəyə 250 mq enterik örtüyü olmayan Aspirin çeynədilməlidir (A).
    • Trankvilizatorlar təyin edilə bilər.
  • İlkin dozada heparin vena daxilinə yeridildikdən sonra xəstə kardioloji reanimasiya şöbəsinə köçürülməlidir.



xəstələrin 80-90%-də AATE və aşağı ətrafların dərin venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə risk amilini (RA) aşkar etmək olur.

  • xəstələrin 80-90%-də AATE və aşağı ətrafların dərin venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə risk amilini (RA) aşkar etmək olur.

  • - xəstənin immobilizasiyası –yataq rejimi,

  • - ürək çatmamazlığı,

  • - çanaq orqanlarında, qarın boşluğu orqanlarında, aşağı ətraflarda cərrahi əməliyyat (bu zaman artıq çəki və yuxarı yaş riski artırır),

  • - aşağı ətraf sınıqları,

  • - oynaqlarının iltihabi xəstəlikləri,

  • - venaların varikoz genəlmələri,

  • - qarın boşluğu və kiçik çanaq orqanlarının bəd xassəli şişləri metastazlaşma dövründə,

  • - piylənmə,

  • - hamiləlik,

  • - doğuşdan sonrakı erkən dövr,

  • - əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və ya keçirilmiş AATE,

  • - həmçinin kiçik risk amilləri (hava səyahətləri, hormonal kontrasepsiya),

  • - trombofiliyalar



Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır, ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-ürək çatmamazlığı və ölümlə nəticələnir.

  • Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır, ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-ürək çatmamazlığı və ölümlə nəticələnir.

  • Kəskin gedişdə qəfildən döş sümüyü arxasında meydana çıxan “xəncər” ağrısı, kəskin təngnəfəslik, ölüm qorxusu, huşun itməsi, AT enməsi, sianoz (çuqun rəngi), boyun venalarının şişməsi aşkar olunur.



Kiçik və orta şaxələrin təkrari tromboemboliyalarında klinikada ağrı üstünlük təşkil edir:

  • Kiçik və orta şaxələrin təkrari tromboemboliyalarında klinikada ağrı üstünlük təşkil edir:

  • kəskin meydana çıxır

  • döş sümüyünün arxasında, parasternal nahiyədə lokalizasiya edir, psevdokoronar xarakterli ola bilər

  • ağ ciyər infarktı və plevranın zədələnməsi nəticəsində nəfəsalma aktı ilə əlaqədar olur

  • təngnəfəslik, öskürək, qanhayxırma ilə müşaiyət olunur



Taxikardiya, taxipnoe, sianoz (bəzən kül rəngdə avazıma), AT-nin enməsi, kollaps

  • Taxikardiya, taxipnoe, sianoz (bəzən kül rəngdə avazıma), AT-nin enməsi, kollaps

  • Ag ciyər arteriyası üzərində II tonun aksenti

  • Ağ ciyər infarktı inkişaf etdikdə ağ ciyərlər üzərində səs titrəməsi və bronxofoniya güclənmiş, perkutor səsin kütləşməsi, bronxial tənəffüs fonunda xırda kalibrli yaş xırıltılar, infarkt nahiyəsində plevra zədələndikdə plevranın sürtünmə küyü

  • Qara ciyərin böyüməsi



EKQ standart aparmalarda Sı-Qııı, mənfi T sağ döş aparmalarında, III və aVF aparmalarında, Hiss dəstəsinin sağ ayaqcığının blokadası

  • EKQ standart aparmalarda Sı-Qııı, mənfi T sağ döş aparmalarında, III və aVF aparmalarında, Hiss dəstəsinin sağ ayaqcığının blokadası

  • ExoKQ ağ ciyər arteriyasında təzyiqin yüksəlməsini göstərir

  • Arterial qanda PaO2 azalmış, Pa CO2 artmışdir



Döş qəfəsinin rentgenoqrafiyası ağ ciyər infarktinda subplevral yerləşmiş pazşəkilli kölgəlik aşkar olunur

  • Döş qəfəsinin rentgenoqrafiyası ağ ciyər infarktinda subplevral yerləşmiş pazşəkilli kölgəlik aşkar olunur



Aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası

  • Aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası

  • Qanda d-Dimerin (fibrinolizin laborator göstəricisi) səviyyəsinin təyini (onun normal göstəricisi DVT-ni inkar edir)

  • Spiral kompüter tomoqrafiyası (mərkəzi və seqmentar trombları aşkar etməyə imkan verir)

  • Ağ ciyərlərin ventilyasion-perfuzion ssintiqrafiyası yüksək informativliyə malikdir, ilk 24 saat ərzində aparılır

  • İmpedans pletizmoqrafiya (doppleroqrafiya mümkün olmaqıqda aparılır)

  • “Qızıl standart” rentgenkontrast KT müayinə üsulları (fleboqrafiya, angiopulmonoqrafiya)







Gənc (20-40 yaşda) siqaretçəkən şəxslərdə və ağ ciyərlərin xronik obstruktiv xəstəlikləri olan pasiyentlərdə döş qəfəsində kəskin ağrı və təngnəfəslik meydana çıxdiqda PT-dən şübhələnmək lazımdır.

  • Gənc (20-40 yaşda) siqaretçəkən şəxslərdə və ağ ciyərlərin xronik obstruktiv xəstəlikləri olan pasiyentlərdə döş qəfəsində kəskin ağrı və təngnəfəslik meydana çıxdiqda PT-dən şübhələnmək lazımdır.

  • - Birincili, spontan (20-40 yaşda, arıq və hündür kişilərdə), - ikincili (ağ ciyər xəstəlikləri: ağ ciyər vərəmi, absesi, sisti, stafilokokk destruksiyası fonunda meydana çıxan),

  • - travmatik,

  • - gərgin (hava bir istiqamətdə yalnız plevra boşluğuna daxil olur) PT ayırd olunur.

  • Xəstəlik adətən

  • qəflətən, surətlə inkişaf edir;

  • əksər hallarda fiziki gərginlik, öskürək, kəskin nəfəsalma fonunda “xəncər” ağrısı, təngnəfəslik, öskürək meydana çıxır;

  • zədələnmiş nahiyədə çiyinə irradiasiya edir;

  • simptomlar nəfəsalma və fiziki gərginlik zamanı artır;

  • qorxu hissi, soyuq tərlə müsaiyət olunur.



gərgin PT-də sianoz, taxikardiya, arterial hipotenziya

  • gərgin PT-də sianoz, taxikardiya, arterial hipotenziya

  • dərialtı emfizema, travma əlamətləri (hematoma, sınmış qabırğanın krepitasiyası)

  • döş qəfəsinin asimmetriyası, zədələnmiş tərəfin tənəffüsdə geri qalması

  • perkutor olaraq zədələnmiş nahiyədə timpanik səs

  • auskultasiyada tənəffüsün zəifləməsi

  • Rentgen müayinəsi: xarakter dəyişikliklər



  • Gərgin pnevmotoraks təxirəsalınmaz müalicə tələb edir. Çətinləşmiş tənəffüs olduqda istənilən iynə ilə (venanın punksiyası üçün kanyula) torakosentez aparıla bilər.



Divararalığında havanın toplanması, burada yerləşən hər hansı havalı orqanın cırılması nəticəsində meydana çıxır:

  • Divararalığında havanın toplanması, burada yerləşən hər hansı havalı orqanın cırılması nəticəsində meydana çıxır:

  • Valsava sınağı və normal tənəffüsün digər pozulmaları (qişqırma, funksional ağ ciyər sınaqları, doğuş, qusma, defekasiya, nəfəs alətlərində ifa etmək)

  • tənəffüs yollarının obstruksiyası (bronxial astma, ağ ciyərlərin xronik obstruktiv xəstəliyi, şişlər)

  • dekompressiya (uçuşlar və s.)

  • dös qəfəsi daxili təzyiqin xarici amillərin təsiri ilə yüksəlməsi (ağ ciyərlərin süni ventilyasiyası, oksigenoterapiya, avtomobil travmaları)

  • qida borusunun zədələnməsi (məs, fibroezafaqoqastroduodenoskopiyanln ağırlaşması kimi).



  • Döş sümüyü arxasında dözülməz ağrılar

  • Tənəffüs aktı və bədənin vəziyyətinin dəyişməsi ilə əlaqədardır

  • Kürəyə, çiyinə, qola irradiasiya edir

  • Disfagiya, səsin dəyişməsi (nazal, “tın-tın” səs)

  • Təngnəfəsliklə müşaiyət olunur



Döş qəfəsinin yuxarı yarısında və boyunda dərialtı krepitasiya (dərialtı emfizema)

  • Döş qəfəsinin yuxarı yarısında və boyunda dərialtı krepitasiya (dərialtı emfizema)

  • Ürək nahiyəsində auskultasiyada ürəkdöyünmə ilə üst-üstə düşən xışıltı (Hamman simptomu)

  • Hərarətin yüksəlməsi

  • Rentgenoloji müayinədə yan proyeksiyada pnevmomediastenum.

  • İlk yardım:

  • Səbəb aradan qaldırılmalıdır.

  • Dərialtı toxumaya keçmiş qazın bir neçə gün ərzində rezorbsiyası baş verir.

  • ASV zamanı meydana çıxmış pnevmomediastenum zamanı gərgin PT meydana çıxa bilər ki, bu da təxirəsalınmaz yardım tələb edir.



  • Mədə-bağırsaq xəstəlikləri bəzən döş qəfəsində ağrıya səbəb ola bilər.

  • Lakin anamnez toplanması və fizikal müayinə ciddi qastrointestinal xəstəliklərin inkar və ya təsdiq edilməsi üçün qeyri-dəqiq üsullardır, buna görə də ağrıya səbəb ola biləcək həyat üçün təhlükəli ÜD və ağ ciyər xəstəlikləri inkar olunmalıdır.



  • Ritmikdir, qida qəbulu ilə əlaqədardır (erkən, gecikmiş, acqarına və gecə ağrıları)

  • Lokalizasiyası mədənın kardial şöbəsinin xorasında atipik olub, döş sümüyünün arxasında və ya ondan solda, kiçik əyriliyin xorasında – epiqastral nahiyədə, pilorik və duodenal xoralarda – epiqastaral nahiyədə orta xətdən sağda, postbulbar xoralarda – sağ kürəkaltı və kürəkarası nahiyədə

  • Antasid, antixolinergik və spazmolitik preparatlardan, qusmadan sonra azalır və ya keçib gedir, gecikmiş və gecə ağrıları qida qəbulundan sonra keçir

  • Periodikdir (dövri xarakter daşıyır) – kəskinləşmə (bir neçə gündən 6-8 həftəyə qədər) və remissiya dövləri (bir neçə aydan bir neçə ilə qədər) növbələşir:

  • - sutka ərzində dövrilik – ağrı günün II yarısında güclənir,

  • - fəsli dövrilik – mövsümi xarakter daşıyır, payız-qış aylarında kəskinləşir

  • Xarakteri və intensivliyi – küt, sızıldayan, yandırıcı, kəsici, sancı tutmaları şəklində, bəzən çox intensiv

  • Ağrı sindromu ilə yanaşı qıcqırma, gəyirmə, ürəkbulanma, turş möhtəviyyatla qusma, iştahanın artması, bəzən azalması, sitofobiya, qəbizlik müşahidə edilir



Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların meydana çıxması ilə təzahür edə bilər.

  • Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların meydana çıxması ilə təzahür edə bilər.

  • Təcili diaqnostika və tibbi müdaxilə tələb edən ağirlaşma xoranın perforasiyasıdır. Bu zaman ağrı çox intensiv (“xəncər” ağrısı) olub, qusma, bəzən kollapsla müşaiyət oluna bilər.



  • Xəstənin məcburi vəziyyəti – önə əyilmiş, böyrü üstə uzanmış, əlləri ilə epiqastral nahiyəni sıxir

  • Palpasiyada epiqastral nahiyədə lokal ağrı, mötədil gərginlik aşkar olunur

  • Perforasiya zamanı qarnın ön divarı əzələlərinin kəskin gərginliyi (“taxtavari” qarın), peritonun qıcıqlamna simptomunun meydana çıxması, qara ciyər kütlüyünün itməsi təyin olunur



Nəcisdə gizli qanın aşkar olunması

  • Nəcisdə gizli qanın aşkar olunması

  • Mədənin yuxarı şöbələrinin xoraları zamanı rentgenoloji usul həmişə informativ olmur. Endoskopiya bu zaman daha informativ müayinə üsulu hesab olunur

  • İlk yardım:

  • Mədə xorasının perforasiyasına şübhə olduqda, xəstə dərhal cərrahi klinikaya çatdırılmalıdır.



Pankreasın quyruq hissəsinin zədələnməsi zamanı ağrı döş qəfəsinin sol yarısına irradiasiya edə bilər.

  • Pankreasın quyruq hissəsinin zədələnməsi zamanı ağrı döş qəfəsinin sol yarısına irradiasiya edə bilər.

  • Ağrının aşağıdakı xüsusiyyətləri vardır:

  • müxtəlif intensivlikli, kəskin, tutmaşəkilli, bəzən getdikcə artan

  • sol qabırğaaltı nahiyədə lokalizasiya edir

  • sol qola, çiyinə, kürəyə irradiasiya edir, kəmərləyici ola bilər

  • çoxlu miqdarda, yağlı, qızardılmış, ədviyyatlı qida, alkohol qəbulu ilə əlaqədardır (40-60 dəq sonra baş verir; saatlarla, hətta günlərlə davam edir)

  • önə doğru əyildikdə azalır

  • gəyirmə, qıcqırma, ürəkbulanma, meteorizm, epiqastral nahiyədə ağırlıq hissi, təkrari qusma, xronik gedişdə horrayabənzər, yağ parıltılı nəcis ifrazı ilə müşayiət olunur.

  • anamnezdə öd yolları xəstəlikləri, alkohol, bəzi dərman preparatlarının uzun müddət qəbulu



Hərarətin yüksəlməsi (37-380 C)

  • Hərarətin yüksəlməsi (37-380 C)

  • Palpasiyada orqanın proyeksiyası nahiyəsində ağrı, müsbət frenikus-simptom

  • Laborator-instrumental müayinələr:

  • Serum amilazası və lipazasının səviyyəsinin dəyişməsi

  • Transabdominal USM-də və kontrast KT zamanı xəstəliyin gedişindən asılı olaraq səciyyəvi dəyişikliklər aşkar olunur.

  • İlk yardım:

  • Ağır gedişli kəskin pankreatit zamanı xəstə təcili intensiv terapiya şöbəsinə köçürülməlidir. Ağrıkəsici kimi narkotik vasitələrdən istifadə olunur.



Ağrı sindromunun xüsusiyyətləri:

  • Ağrı sindromunun xüsusiyyətləri:

  • Döş sümüyünün arxasında, qida borusunun gedişi boyunca, bəzən tutmaşəkilli

  • Daimi, müxtəlif intensivlikli yanğı, dolma və ya təzyiq hissi (axalaziya zamanı), bəzən isə çox intensiv (“xəncər “ağrısı) olur (bu, diafraqma dəliyi yırtığının boğulması əlamətidir)

  • Boyuna, bəzən çənəyə, kürək nahiyəsinə irradiasiya edir

  • Reflüks-ezofagitdə antasidlərin qəbulundan keçir, ezofaqospazm zamanı nitroqliserin effektiv ola bilər

  • Odinofagiya (kəskin ezofagitdə – əksərən soyuq, isti qidalar, xronik ezofagitdə – kobud, bərk qidalar)

  • Qida qəbulu ilə əlaqəli (ezofageal spazmda, axalaziyada), uzandıqda, önə əyildikdə meydana çıxır (reflüks-ezofagitdə), disfagiya, qıcqırma, turş möhtəviyyatla gəyirmə, qida borusu qusması, requrgitasiya ilə müşayiət olunur



Rentgenoloji müayinə: qida borusunun hərəki funksiyasının pozulması, konturlarının nahamar olması, eroziyalar nahiyəsində barium depolarının aşkar olunması, axalaziya zamanı barium horrasının qida borusunda uzun müddət ləngiməsi, distal şöbədə iyəbənzər daralma

  • Rentgenoloji müayinə: qida borusunun hərəki funksiyasının pozulması, konturlarının nahamar olması, eroziyalar nahiyəsində barium depolarının aşkar olunması, axalaziya zamanı barium horrasının qida borusunda uzun müddət ləngiməsi, distal şöbədə iyəbənzər daralma

  • Ambulator pH-monitorlama, rentgenoloji müayinə, fibroezofaqoskopiya, bazal manometriya, təxribat sınaqları (Bernstein sınağı, xolinesteraza inhibitoru edrofonium ilə)

  • Fiziki gərginlik sınaqlarının mənfi olması diaqnostik əhəmiyyət kəsb edir.

  • İlk yardım:

  • qida borusunun spontan cırılması zamanı xəstə təcili cərrahi klinikaya çatdırılmalıdır.







Osteoxondroz,

  • Osteoxondroz,

  • gənclik kifozu,

  • hormonal spondilopatiya,

  • vərəm spondiliti,

  • qabırğa oynaqlarının artriti və artrozu,

  • Distrofik dəyişikliklər (spondilyoz),

  • döş şöbəsi disklərinin yırtıqları əksərən xroniki gedişə malik olur. Bəzən travmalardan sonra kəskin və yarımkəskin gedişli ola bilər.



kürək və döş nahiyəsində lokalizasiya olunur

  • kürək və döş nahiyəsində lokalizasiya olunur

  • Hərəkət zamanı onurğa sütununda meydana çıxır

  • Döş şöbəsi disklərinin orta lokalizasiyalı yırtıqları zamanı kəskin aşağı paraplegiya meydana çıxa bilər

  • Yan yırtıqlarda sinir kötüklərinin sıxılması ilə əlaqədar olaraq döş qəfəsində meydana çıxan ağrı stenokardiya, plevral ağrıları imitasiya edə bilər

  • Kompression-işemik mielo- və radikulopatiyalardan başqa əksərən qabırğaarası nevropatiyalar da meydana çıxır (spinal pozulmalarla müşayiət olunmur)

  • Diaqnostika

  • Döş qəfəsinin yırtıqları zamanı R-qrafiya ya norma daxilindədir, ya da degenerativ dəyişikliklər aşkar olunur

  • KT və MRT daha informativ üsuldur (diskin yırtığı və onurğa kanalının stenozu aşkar olunur)



Herpes Zoster (kəmərləyici dəmrov)

  • Herpes Zoster (kəmərləyici dəmrov)

  • Xəstəliyin aşkar klinik təzahürlərinin əmələ gəlməsindən bir

  • Bir neçə gün əvvəl hərarətin yüksəlməsi,

  • zəiflik və əzginlik hissi,

  • başağrıları,

  • limfa düyünlərinin böyüməsi (gələcəkdə səpgi əmələ gələcək tərəfdə) meydana çıxır.

  • Sonralar dərinin müəyyən hissəsində lokal hiperesteziya, yanğı, qaşınma hissi, paresteziya aşkar olunur.

  • EKQ-də spesifik dəyişikliklər yoxdur.

  • 3-14 gün ərzində səpgilər meydana çıxa bilər.



Əzələlərin birincili zədələnməsi ilə əlaqədar meydana çıxır

  • Əzələlərin birincili zədələnməsi ilə əlaqədar meydana çıxır

  • Ağrının lokalizasiya nahiyəsinin palpasiyası zamanı ağrılı və spazma uğramış əzələ bərkimələri

  • Ağrı irradiasiya edir

  • Trigger nöqtələrinin (bərkimə nöqtələri) palpasiyası zamanı kəskin ağrı meydana çıxır və irradiasiya nahiyələrində əks olunur

  • Bir neçə əzələ eyni zamanda zədələnə bilər

  • Fiziki gərginlik, qeyri-fizioloji poza, soyuqlama, psixi amillər (emosional stress) əzələ spazmına səbəb ola bilər.

  • Qeyri-steroid iltihab əleyhinə preparatlar az effektlidir, ağrılı nöqtələrə steroid ağrıkəsicilərin yeridilməsi effektiv olur



Sol qolun sinir-damar dəstəsinin ön və orta pilləli əzələ və əlavə boyun qabırğası və ya I qabırğa arasında sıxılması zamanı meydana çıxır.

  • Sol qolun sinir-damar dəstəsinin ön və orta pilləli əzələ və əlavə boyun qabırğası və ya I qabırğa arasında sıxılması zamanı meydana çıxır.

  • ağrı boyun, bazu oynağı nahiyəsində, döş qəfəsinin ön divarında lokalizasiya olunur,

  • saidin ulnar səthinə irradiasiya edir

  • küt, sızıldayan xarakterlidir

  • fiziki gərginlik zamanı artır

  • bir neçə dəqiqədən bir neçə saata qədər davam edir

  • ağrının lokalizasiya və irradiasiya nahiyəsində hissiyyatın azalması, parasteziyalar, IV, V barmaqlarda əzələ gücünün azalması müşahidə edilir

  • ağrı bəzən başgicəllənmə, qısamüddətli bayılmalar, ürəkdöyünmə hissi ilə müşayiət olunur



Titse sindromu

  • Titse sindromu

  • döş sümüyü-qabırğa birləşməsində (II-IV qabırğa qığırdaqları nahiyəsində) lokalizasiya

  • qola və çiyinə irradiasiya edən ağrılar

  • fiziki gərginlik, döş qəfəsində hərəkətlər, asqırma, öskürmə, nəfəsalma zamanı artır

  • döş sümüyünün kənarında kəskin ağrılı şişkinlik (qabırğa qığırdağının ödemi və hipertrofiyası) qeyd olunur

  • qeyri-steroid iltihab əleyhinə preparatlar, fizioterapiya, blokada ağrının azalmasına, keçməsinə səbəb olur

  • Rentgenoloji müayinədə osteoporoz ocaqları aşkar olunur.

  • Manubriosternal sindrom

  • Döş sümüyünün yuxarı hissəsində kəskin ağrı ilə xarakterizə olunur

  • Fiziki hərəkət, bədənin vəziyyətini dəyişdikdə, öskürmə, asqırma zamanı ağrının artması səciyyəvidir

  • Həmin nahiyədə şişkinləşmə, palpator ağrı

  • Əksərən revmatoid artritdə rast gəlinir



Panik pozulmaların diaqnostikasında yüksək həssaslığa malik 2 sadə sualdan istifadə olunur:

  • Panik pozulmaların diaqnostikasında yüksək həssaslığa malik 2 sadə sualdan istifadə olunur:

      • Son 6 ay ərzində sizdə nə vaxtsa qəfildən qorxu, həyəcan və ya güclü narahatlıq hissi ilə müşayiət olunan tutmalar olubmu?
      • Son 6 ay ərzində sizdə nə zamansa heç bir səbəb olmadan qəfildən ürəkdöyünmə, zəiflik və ya nəfəsalmanın çətinləşməsi kimi tutmalar olubmu?


Ümumiyyətlə, psixo-emosional pozulmalar zamanı (depressiyalar, psixopatiyalar) döş qəfəsində meydana çıxan ağrıların aşağıdakı xüsusiyyətləri vardır:

  • Ümumiyyətlə, psixo-emosional pozulmalar zamanı (depressiyalar, psixopatiyalar) döş qəfəsində meydana çıxan ağrıların aşağıdakı xüsusiyyətləri vardır:

  • çox qısa sancıcı xarakterli və ya uzunmüddətli ağırlıq hissi (depressiya zamanı)

  • bir qayda olaraq ürəyin zirvəsində lokalizasiya edir

  • emosional gərginlik və yorulma ilə əlaqəli, fiziki gərginliklə əlaqəsi olmur

  • nevroloji əlamətlərlə müşayiət olunmur

  • EKQ norma daxilindədir

  • psixoterapiya aparılması və stress amilinin aradan qaldırılması effektli olur









58 yaşlı kişi döş qəfəsinin yuxarı hissəsi və kürək nahiyəsində ağrıdan şikayət edir.

  • 58 yaşlı kişi döş qəfəsinin yuxarı hissəsi və kürək nahiyəsində ağrıdan şikayət edir.

  • EKQ-da işemiya əlamətləri (I,II, V4-V6)

  • Həkim döş qəfəsi orqanlarının R-qafiyasını tövsiyə etmişdir (ürəyin ölçülərini aşkar etmək üçün). R-qramda: ürəyin sərhədlərinin sola böyüməsi , enən aortanın 7 sm qədər genişlənməsi

  • Hansı xəstəliklər aortanın genişlənməsinə səbəb ola bilər?



CAVAB

  • CAVAB

  • Ateroskleroz

  • Sifilis

  • Aortoarteriit

  • Aorta anevrizmi

  • XƏSTƏ HANSI ƏLAVƏ MÜAYİNƏ ÜSULLARINA GÖNDƏRİLMƏLİDİR?

  • CAVAB

  • KT, MRT, EXOKQ VƏ YA MÜTƏXƏSSİS MÜAYİNƏSİ



Döş qəfəsində ağrı sindromu olan xəstələrdən ilk növbədə ağrının anginal (tipik və ya atipik) və ya qeyri-anginal olması araşdırılmalıdır

  • Döş qəfəsində ağrı sindromu olan xəstələrdən ilk növbədə ağrının anginal (tipik və ya atipik) və ya qeyri-anginal olması araşdırılmalıdır

  • Ürək-damar (ÜD) risk amillərinin (kişi cinsi, 60 yaşdan yuxarı yaş, diabet, hiperlipidemiya) mövcudluğu, anamnezdə ÜİX və ürək çatmamazlığının olması hətta qeyri-işemik xarakterli ağrısı olan xəstələrin nəzarətdə saxlanılmasına əsas verir

  • EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində çəkilməlidir və normal EKQ KKS olmadığını istisna etmir

  • Anamnez və fizikal müayinələrin nəticələrinə əsasən döş qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda belə, əksər yaşlı şəxlərə ən azı EKQ və döş qəfəsinin rentgenoqrafiyası müayinələri aparılmalıdır.



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin