Microsoft Word Stom-qayda-norma


Cədvəl 3  İş səthlərinin işıqlandırılma səviyyələri



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   17
stom qayda norma

Cədvəl 3 
İş səthlərinin işıqlandırılma səviyyələri
Yerlərin adı 
Çıraqlarla ümumi işıqlandırma 
səviyyələri 
Lüminessent Gözərmə 
Əməliyyat otaqları, stomatoloji kabinetlər, 
diş texniklərinin kabinetləri, gips otaqları, 
polimerləşdirmələr 
500 200 
Fizioterapiya kabinetləri
200 
100 
Rentgenoloji kabinetlər
50 
50 
Müvəqqəti durma otağı
100 
50 
Sterilizasiya-avtoklav otağı
200 
100 
Dezinfeksiya vasitələrinin saxlanılma 
otaqları, sanitar qovşaqlar 
50 50 
6.13. Stomatoloji kabinetlər, diştexnikası laboratoriyasının əsas və cilalama otaqları, 
ümumi otaqdan başqa aşağıdakı şəkildə yerli işıqlandırmaya da malik olmalıdırlar: 
- stomatoloji qurğularda stomatoloji çıraqlar;
- cərrahın hər iş yeri üçün xüsusi reflektorlar (yaxşı olardı ki kölgəsiz). 
- əməliyyat otaqlarında kölgəsiz reflektorlar; 
- diş texnikinin hər iş yerində əsas və cilalama yerlərində çıraqlar;
6.14. Yerli mənbələrdən işıqlandırma səviyyəsi ümumi işıqlandırma səviyyəsindən 10 
dəfədən artıq olmamalıdır.
6.15. Yerli və ümumi işıqlandırma çıraqları onların nəmli təmizlənməsini və işçi heyətin 
görmə üzvlərini çıraqların gözqamaşdırıcı təsirindən qoruyan müvafiq mühafizə armaturuna 
malik olmalıdırlar.
7. Rentgen aparatlarının və kabinetlərinin yerləşdirilməsi və istismarı zamanı 
radiasiya təhlükəsizliyi 
7.1. Stomatoloji müəssisələrdə rentgen aparatlarının yerləşdirilməsinə ümumi 
tələblər 
7.1.1. Rentgen aparatlarının yerləşdirilməsinə və istismarına olan əsas tələblər radiasiya 
mühafizəsinin əsas meyarlarını, rentgen avadanlığına və işçi heyətinə qoyulan tələbləri, rentgen 
aparatlarının yerləşdirilməsinə və onların istismarına olan əsas tələbləri təyin edən, qüvvədə olan 
sanitariya qaydaların müddəalarına uyğun olmalıdır. Bu Sanitariya qaydaları stomatoloji 
müəssisələrdə rentgen aparatlarının yerləşdirilməsinə və onların istismarına olan tələbləri ətraflı 
göstərir. Rentgenoloji müayinələr keçirən zaman müəssisənin radiasiya-gigiyena pasportunda və 
hər illik dövlət statistik hesabat formalarında əksini tapmalı olan pasientlərin və işçi heyətinin 
şüalanma dozasının uçotu və qeydiyyatı təmin edilməlidir.


7
Rentgenoloji müayinələrin aparılması üçün ionlaşdırıcı şüa mənbəyi ilə fəaliyyəti həyata 
keçirmək üçün lisenziya rəsmiləşdirilməlidir.
7.1.2. İonlaşdırıcı şüa mənbələri ilə fəaliyyətin təşkili mərhələsində rentgenoloji 
müayinənin həyata keçiriləcəyi yerlərin seçimi həyata keçirilir: quraşdırılmış rentgen aparatı ilə 
ya ayrıca rentgen kabinetində, ya da stomatoloji kabinetdə. Bu mərhələdə həmçinin rentgen 
aparatlarının sayı və növü təyin edilir, onları yerləşdirmək üçün sahələr və otaqların sayı, eləcə 
də lazımi əlavə şərait (işıqlandırma, ventilyasiya, elektriktəchizatı, isitmə, kanalizasiya və s.) 
təyin edilir. Rentgen aparatının yerləşdirilməsinin seçilmiş sxemi (ayrıca rentgen kabinetində, 
yaxud stomatoloji kabinetdə) layihələşdirmə üçün texniki tapşırıq şəklində rəsmiləşdirilir.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin