Microsoft Word Stom-qayda-norma


Cərrahların əllərinin təmizlənməsi



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
stom qayda norma

8.7. Cərrahların əllərinin təmizlənməsi
8.7.1. Dəri örtüklərinin və selikli qişaların bütövlüyünün pozulması ilə bağlı olan operativ 
müdaxilə və digər manipuliyasiyaların keçirilməsində iştirak edən cərrahların və digər 
mütəxəssislərin əllərinin təmizlənməsi iki mərhələdə aparılır: 
I mərhələ – iki dəqiqə ərzində əllərin sabun və su ilə yuyulması, sonra isə steril məhraba 
ilə qurulanması (əl silənlə); 
II mərhələ – əllərin, biləklərin və bazu önünün antiseptiklə təmizlənməsi. 
8.7.2. Təmizləmə üçün lazım olan antiseptikin miqdarı, təmizləmənin sayı və onun 
davamlığı konkret vasitədən istifadə edilməsi üzrə metodik göstərişlərdə/təlimatlarda təyin edilir. 


15
Əllərin effektiv zərərsizləşdirilməsinin mühüm şərti onların tövsiyə edilən təmizlənmə müddəti 
ərzində nəm vəziyyətdə saxlanılmasıdır.
Steril əlcəklər, antiseptik əlin dərisində tam quruyandan sonra dərhal taxılır.
9. Əmək gigiyenası və işçi heyətinin şəxsi gigiyena qaydaları 
9.1. Stomatoloji müəssisə rəhbərliyi tibb işçi heyətinin təhlükəsiz əmək şəraitini təmin 
etməlidir. İşə daxil olarkən işçi heyətinin ilkin və müntəzəm tibbi müayinələri, 
müəyyənləşdirilmiş qaydada bu cür müayinələrin keçirilməsi üçün lisenziyası olan tibbi 
müəssisənin bazasında həyata keçirilir. Stomatoloji müəssisənin işçi heyəti epidemioloji 
göstərişlər üzrə immunlaşdırılmalıdır.
9.2. Tibb işçi heyəti dəyişək paltar dəsti ilə təmin edilməlidir: xalat və tibbi kostyumlar, 
papaqlar, maskalar, dəyişək ayaqqabısı. Dəyişək paltarının saxlanılması şəxsi və paltarlardan 
ayrı – fərdi ikibölməli şkaflarda qəbul kabinetlərindən kənarda (qarderob otağı, işçi heyəti üçün 
otaqlar, inzibati yerlər, divar şkafları) saxlanılır. İşçi heyətinin üst paltarı qarderobda, yaxud 
istehsaldan kənar sahələrdəki şkaflarda saxlanılır.
9.3. Sanitar paltarının dəyişdirilməsi (xalatlar, iş kostyumları, papaqlar) qanla 
çirkləndikdə təxirəsalınmadan - hər gün kabinetin profilindən asılı olmayaraq həyata keçirilir. 
Dəstlərin sayı hər bir işləyən üçün ən azı 3 ədəd olmalıdır.
9.4. Sanitar paltarının yuyulması mərkəzləşdirilmiş şəkildə camaşırxanalarla müqavilə 
üzrə, yaxud tibb müəssisənin özünün camaşırxanasında həyata keçirilir. Sanitar paltarının evdə 
yuyulması qadağan edilir.
9.5. Əməliyyatda iştirak edən həkimlər və digər şəxslər əməliyyat blokunda steril 
xalatlarda, əlcəklərdə və maskalarda işləməlidirlər.
9.6. Parenteral infeksiyaların yayılmasının profilaktikası məqsədi ilə pasiyentə potensial 
hemotəmas infeksiya mənbəyi kimi münasibətdə epidemioloji işçi heyətinin sayıqlığını 
formalaşdırmaq lazımdır.
Tibbi manipulyasiyaları keçirən zaman işçi heyəti fərdi mühafizə tədbirlərinə ciddi riayət 
etməlidir: 
- tibbi xalatlarda (kostyumlarda), papaqlarda, eynəklərdə (sipərlərdə), maskalarda, 
dəyişək ayaqqabılarda, əlcəklərdə işləmək; 
- əllərin üzərində mikrotravmaların, sıyrıntıların, cırmaq yaralarının olduğu təqdirdə, 
zədələnmiş yerlərə leykoplastır yapışdırmaq; 
- əllərin təmizlənmə qaydalarına riayət etmək (bax 8.5-8.7 bölmələr).
9.7. Xəstəni müalicə edən zaman qeydlər aparmaq, telefon dəstəyinə toxunmaq və s. 
olmaz. İş yerində qida qəbul etmək və kosmetikadan istifadə etmək qadağandır.
9.8. Dəri örtükləri zədələndikdə (təsadüfi iynə batma, kəsik və s.) dərhal əlcəkləri 
dezinfeksiyaedici məhlullarla təmizləmək, onları çıxarmaq, əlləri sabunla yumaq, zədələnmiş 
səthdən qanı sıxıb çıxarmaq, dərini 70° spirtlə, sonra isə yodla təmizləmək lazımdır. Pasiyentin 
bioloji mayesi ağız-boğaz seliklisinə düşdükdə ağız və boğazı dərhal 70% etil spirti ilə 
yaxalamaq lazımdır. Bioloji maye gözə düşdükdə burunu su, yaxud 1:10000 nisbətində 
marqanesturşu kalium məhlulu ilə yumaq lazımdır.
9.9. HİV infeksiya ilə yoluxma riski yüksək olduqda (dərin yara, HİV-ə yoluxmuş 
pasiyentlərdən gözlə görünən qanın zədələnmiş dəriyə və selikli qişalara düşməsi) kimyəvi 
profilaktika təyin etmək üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət olunmalıdır.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin