MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Yerli özünüidaəetmə sistemlərinin əsas xarakteristikası



Yüklə 110,44 Kb.
səhifə3/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   2   3   4   5   6   7   8   9   ...   23
yerli özünüidarəetmə2

1.2. Yerli özünüidaəetmə sistemlərinin əsas xarakteristikası
Hüquqi mənbələrdə xarici dövlətlərin bələdiyyə hüququ sahəsi üzrə qanunvericiliyin xüsusiyyətindən fərqli olaraq yerli özünüidarəetmənin aşağıdakı tipləri fərqləndirilir:
1. anqlo-sakson tip;
2. kontenental ( fransız modeli də ) tip.
Bu və ya başqa konsepsiyanın tətbiqindən, habelə müxtəlif dövlətlərin milli xüsusiyyətlərindən və ənənələrindən asılı olaraq , yerlərdə kütləvi hakimiyyətin həyata keçirilməsinin dörd əsas sistemi fərqləndirilir:
1. anqlosakson;
2. roman-german;
3. iberiya;
4. sovetlər sistemi.
Yerli özünüidarəetmənin anqlosakson sistemi İngilitərədə, ABŞ-da , Avstraliyada və Kanadada mövcuddur. Anqlo-sakson sisteminə müvafiq olaraq, yerli məsələrin həlli üçün inzibati ərazi vahidlərində əhali tərəfindən adətən , iki-dörd il müddətinə şura seçilir. Şura 3-7, iri şəhərlərdə isə 35-50 nəfərdən ibarət olur. əhali şura ilə yanaşı, bəzi vəzifəli şəxsləri də bilavasitə seçir. Bunlara şerif ( ABŞ-da bu əsasən, polis rəisidir ) , həmin inzibati ərazi vahidinin məhkməmədə nümayəndəsi olan attornej ( bu vəzifəli şəxs- yalnız iri ərazi vahidləri sayılan qrflıqlarda seçilir) , xəzinədar və başqalarını həmin şəxslərin sırasında göstərmək olar. Yeri idaəetmə fəaliyyəti ilə ABŞ-da əhali tərəfindən seçilən vəzifəli şəxslər və şuranın bu məqsədlə ayrılmış üzvləri , Böyük Britaniyada isə şuranın üzvlərindən təşkil olunan sahəvi daimi komissiyalar məşğul olurlar. Komitələr şuranın təsdiq etdiyi qulluqçuları işə götürür. Həmin qulluqçular daimi komitənin rəhbərliyi altında icra fəaliyyəti ilə məşğul olur, lakin bu fəaliyyət yalnız yerli özünüidarəetmə səlahiyyətləri çərçivəsində həyata keçirilir. Şəhərlərdə bir qayda olaraq , özünüidarəetmə xartiyaları qüvvədədir. Bu xartiyalardan bəziləri yüz il əvvəl monarx tərəfindən bəxş edilmişdir. Xartiyalar müvafiq olaraq, şuralar və merlər seçilir. Merlər ya bilavasitə vətəndaşlar, ya da şuralar tərəfindən seçilir. Birinci halda bu , «güclü» merdir, çünki öz vəzifəsini bilavasitə şeçicilərdən almışdır.Çünki çox vaxt o, hətta şuranın qərarlarına münasibətdə veto hüququna malikdir. Ikinci halda bu «zəif» merdir və bir çox cəhətdən onu seçmiş şuradan asılıdır. Bəzi şəhərlərdə şura idarəetmə üşün müəyyən müddətə ( bəzən 12 ilə qədər) muzdla mütəxəssis – menecer tutur. Menecer də mer və ya burqomister adlanır.9
Anqlo-sakson sistemi şeçkili şuraların fəaliyyətinə nəzarət etmək üçün mərkəzdən yerlərə məmur təyin edilməsini nəzərdə tutmur. Yerli şuralar qanunun, adətin və təşəkkül tapmış təcrübənin hüdudları daxilində mərkəzi dövlət orqanlarının səlahiyyətlərinə aid olmayan məsələləri müstəqil həll edir. Onların fəaliyyətinə mərkəzin nəzarəti maliyyə təftişləri , nazirlik yoxlamaları və məhkəmə nəzarəti yolu ilə həyata keçirilir.
Britaniyanın keçmiş müstəmləkələi olmuş inkişaf etməkdə olan ölkələrdə anqlo-sakson hüququnun təsirinə baxmayaraq, yerli özünüidarəetmənin belə sistemi geniş yayılmamışdır. Orada yerli orqanların seçkili və ya təyinatlı xüsusiyyətlərini birləşdirən daha çox mərkəzləşdirilmiş sistemlər yaradılmışdır. Bunlara misal olaraq Hindistanı, Malayziyanı və Keniyanı göstərmək olar.
Yerli özünüidarəetmənin roman-german sistemi Fransa, İtaliya , Polşa , Bolqarıstan üçün xarakterikdir. Bu sistem Türkiyə , Seneqal və başqa ölkələr tərəfindən əxz olunmuşdur. Həmin sistem yerli orqanların seçkili və ya təyinatlı cəhətlərinin birləşdirilməsi əsasında qurulur. Yerli orqanların təşkil olunmasının bu və ya başqa üsulunun tətbiq olnuması üçün , adətən iki məqam əsas rol oynayır:

  • inzibati ərazi bölgüsünün icma və regional həlqələrinin fərqləndirilməsi;

  • həmin inzibati ərazi vahidinin ərazi kollektivi hesab edilib-edilməməsi.

Icmalarda yalnız seçkili yerli özünüidarəetmə orqanları mövcud olur. Bu qurum qəsəbələrdə, şəhərlərdə, bir neçə kəndin birliyində adətən kommuna adlanır. Bu , şura və bir və ya bir neçə müavini olan merdir. Şura və mer əhali tərəfindən lakin ayrı-ayrılıqda seçilə bilərlər. əhali ayrılıqda şura üzvlərinə və merə səs verir. Fransada olduğu kimi mer və onun müavinləri kommuna şurası tərəfindən də şeçilə bilər. Bəzən şura kollegial orqanda seçir. Kommunda yuxarıdan təyin olunmuş heç bir inzibatçı yəni dövlət hakimiyyətinin nümayəndəsi olmur.
Bu sistem üzrə « süni » inzibati ərazi vahidlərinin idarə edilməsinin bir neçə variantı mövcuddur. Birinci varianta müvafiq olaraq, ərazi kollektivi hesab olunmayan vilayət və ya rayon həlqəsinə daxil olan bəzi inzibati ərazi vahidlərində yalnız mərkəzdən təyin olunmuş məmurlar, yəni dövlət orqanları fəaliyyət göstərir. Bu məmurlara Türkiyə və Finlandiyada qubernatorlar, Bolqarıstanda vilayət müdirləri, Polşada voyevodalıqların voyevodaları, Fransada rayon əhəmiyyətli vahidlər olan dairələrdə komissar köməkçiləri və ya suprefektləri göstərmək olar. Ikinci varianta müvafiq olaraq, ərazi kollektivi hesab edilən inzibati ərazi vahidlərində eyni zamanda həm seçkili şuralar- yerli özünüidarəetmə orqanları, həm də mərkəzdən təyin olunan və prezidentin , hökumətin və ya daxili işlər nazirinin nümayəndəsi hesab edilən məmurlar fəaliyyət göstərirlər. Bu məmurlar Fransanın regionlarında və departamentlərində , İtaliyanın vilayətlərində, İndonaziyanın quberniyalarında, Tailandın quberniya və rayonlarında fəaliyyət göstərirlər. Bu məmurlar mərkəzin verdiyi səlahiyyətlər əsasında yerlədə dövlət hakimiyyətini həyata keçirir və yerli özünüidaəetmə orqanlarının fəaliyyətinin qanuniliyinə nəzarət edirlər.Bu variant zamanı şura özünün təkbaşına və ya kollegial icra orqanını yəni sədrini , cuntanı seçir. O, şuraya tabe olan inzibati aparata rəhbərlik edir. Dövlətin nümayəndəsi olan məmurun öz inzibati aparatı vardır. Adətən , onun səlahiyyətlərinə asayişin qorunması məsələləri aiddir.
Əvvəllər 80-ci illərə qədər bəzi Avropa ölkələrində dövlətin regiondakı nümayəndəsi şura tərəfindən qəbul olunan qərarların məqsədə müvafiqliyinə nəzarət edirdi. Bununla əlaqədar « inzibati qəyyumluq » termini işlədilirdi. Məsələn, yerli özünüidarəetmə orqanının aktı qüvvəyə minənə qədər prefekt və ya komissar , qubernator və s. belə akta viza qoyurdu, bunsuz şuranın qərarı qüvvəyə minmirdi. Indi bir çox ölkələrdə belə nəzarət qəbul olunan qərarların yalnız qanuniliyi baxımından həyata keçirilir. Belə nəzarətin ciddiliyi daha azdır. Komissarlar, prefektlər və s. şuraların aktlarını yoxlasalar da, əvvəllər olduğundan fərqli olaraq, viza qoymurlar. Onlar aktların qanuniliyini yalnız yerli inzibati məhkəmədə mübahisə edə bilərlər. Belə etirazlar üçün müddət də müəyyən edilmişdir. Bununla yanaşı, bəzi Avropa ölkələrində əvvəlki qəyyumluq konsepsiyası qalmaqdadır. Məsələn, Polşada voyevoda təkcə qımina şurasının aktlarını ləğv etmir o, həm də şuranı buraxa bilər. əvvəlki qaydalar Asiya və Afrika dövlətlərində saxlanmışdır. Bir sıra ölkələrdə yuxarıdan təyin olunmuş dövlət hakimiyyəti nümayəndəsi şura tərəfindən qanunvericiliyin mütəmadi oaraq pozulması və ya onun iş qabiliyyətinə malik olmamsı ilə əlaqədar həmin seçkili şuranın buraxılması və yeni seçkilər keçirilməsi təklifi ilə dövlət başçısına və ya hökumətə müraciət edə bilər.10
Yerli idarəetmənin iberiya sistemi Braziliyada, atın Amerikasının bir çox ispan dilli ölkələrində mövcuddur. Lakin indi İspaniyaanın özündə belə sistem mövcud deyildir. Bir sıra ölkələrdə onun mühüm xüsusiyyətləri vardır. Meksikada bu sistem Nikaraquaya nisbətən bir qədər fəqlidir, Argentinada isə Kolumbiyada mövcud olan sistemə tamamilə oxşar deyildir. Bəzi ölkələrdə bu sistem yuxarıda xarakterizə olunmuş roman-german sisteminə yaxındır. Lakin Latın Amerikası ölkələrində prezident səlahiyyətləri geniş olduğundan mərkəzin yerlərdəki nümayəndələrinin rolu həmişə çox əhəmiyyətli olur. Bundan başqa , bir çox Latın Amerikası ölkələrində iri torpaq latifunduyaları mövcuddur və yerli torpaq sahiblərinin ağalığı idarəetmə sisteminə mühüm təsir göstərir.
Yerli özününidarəetmənin iberiya sistemində inzibati ərazi vahidlərinin o cümlədən, icmaların munisipilərin əhalisi həmin inzibati vahidin şurasını və baş vəzifəli şəxsini – alkaldı , reqidoru, prefekti və ya meri seçir. Bəzən vəzifəli şəxslərin kollegiyasıda seçilir. Bəzi ölkələrdə baş vəzifəli şəxsi əhali deyil, şura seçir. Alkald , prefekt və s. eyni zamanda şuranın sədri və onun icra orqanıdır və hökumət, prezident , daxili işlər naziri tərəfindən həmin inzibati ərazi vahidlərində onun nümayəndəsi kimi təsdiq olunur. O, şuranın fəaliyyətinə nəzarət etmək hüququna malikdir. Bir sözlə, alkald yerli rəhbərliyin əsas səlahiyyətlərini öz əlində cəmləşdirir və böyük hakimiyyətə malikdir.
Yerli özününidarəetmənin sovetlər sistemi yuxarıda nəzərdən keçirdiyimiz sistemlərdən prinsipial olaraq fərqlənir. O, totalitar sosializm ölkələrində tətbiq olunur. Bu sistem hal-hazırda Çin Xalq Respublikasında tətbiq edilir. Sovetlər təkcə yerli deyil ümumdövlət məsələlərini də həll edirlər. Sovetlərin fəaliyyətinə nəzarət etmək üçün yuxarıdan məmurlar təyin olunmur, lakin sovetlər , dövlət hakimiyyəti orqanı kimi , şaquli xətt üzrə yuxarı nümayəndəli orqanlara tabedir. Bəzən sovet icraiyyə komitəsi ilə yanaşı , daimi komitədə seçir. Daimi komitə sessiyalar arasında sovetin səlahiyyətlərini həyata keçirir. Çində bu , yerli xalq nümayəndələri məclisinin daimi komitəsidir.
Hərbi rejimlər şəraitində yerli özünüidarəetmənin xüsusi formaları prezidentin fərmanı ilə və ya qanunvericilik orqanının qərarı ilə yaradıla bilər. Inzibati ərzi vahidlərinə, xüsusən iri vahidlərə hərbi qubernatorlar və komendantlar təyin olunur, onlar da öz növbəsində , aşağı inzibati ərazi vahidlərinə zabitləri təyin edirlər. Təyin olunmuş vəzifəli şəxslər idarəetməni təkbaşına rəhbərlik əsasında və hərbi tənzim etmə metodlarını tətbiq etməklə həyata keçirirlər. Lakin buna praktikada çox nadir hallarda rast gəlinir.



Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin