2.2. Fransada yerli özünüidarəetmə orqanlarının formalaşması və onların səlahiyyətlərinin təhlili. Fransanın konstitusiyası 1958-ci il əsas qanunu hesab edilir. Daha dəqiq isə Fransanın konstitusiyası üç sənəddən ibarətdir:
1. Böyük Fransa inqilabı dövründə qəbul olunmuş 1789-cu il İnsan və vətəndaş hüquqları Bəyamnaməsi
2. İkinci dünya müharibəsindən sonra demokratik hərəkatın yüksəlişi dövründə qəbul olunmuş 1946-cı il konstitusiyasının preambulası
3. 1958 –ci il Konstitusiyası.
Fransanın 1958-ci il Konstitusiyasında yuxarıda göstərilən iki sənədə istinad vardır və o, ilk növbədə ali dövlət orqanları arasında münasibətləri tənzimləyir. Fransanın 1958-ci il konstitusiyası ABŞ konstitusiyasından geniş olsa da, həcminə görə o qədər də böyük deyildir. O, qısa preambuladan və 15 bölmədə birləşmiş 93 maddədən ibaətdir. Fransanın konstitusiyasına daxil olan 15 bölmədən biri məhz yerli özünüidarəetmə və idarəetmə adlanır.17 Fransa regionlara, departamentlərə və kommunalara bölünür. Bu vahidlər ərazi kollektivləri hesab edildiyindən , onlarda seçkili özünüidarəetmə orqanları mövcuddur. Həmin vahidlərlə yanaşı, seçkili özünüidarəetmə orqanları olmayan və yuxarıdan təyin olunmuş suprefekt tərəfindən idarə olunan inzibati dairələr də vardır. Özünüidarəetmə və idarəetmə orqanlarına malik olmayan tarixi-coğrafi vahidlər – kontonlar da mövcuddur. Onlar departament şuralarına seçkilər zamanı seçki dairələri qismində çıxış edir, bəzən onlarda məhkəmə orqanları- kiçik instansiya tribunaları yaradılır. Aralıq dənizində Korsika adası siyasi muxtariyyət forması olmaqla, xüsusi statusa malikdir. Oada məhdud səlahiyyətli yerli parlament və onun seçdiyi kiçik kollegial orqan- şura fəaliyyət göstərir. Lakin icra hakimiyyətini şuranın sədri təkbaşına həayta keçirir. Bundan başqa , parlament yanında məşvərətçi səs hüququ olan daha üç şura yaradılır:
1. İqtisadi şura
2. Sosial şura
3. Mədəniyyət şuraları.
Yeni Koledoniya hazırda Fransa ilə « assosiativ dövlət » statusuna malikdir. Onun yeni parlamenti vardır. Lakin əvvəllər qəyyumluq altında olmuş ABŞ-ın « assosiativ dövlət » lərindən fərli olaraq, Yeni Koledoniyanın BMT-də üzvlüyü haqqında məsələ qaldırılmamışdır.
Kommunalar yəni icmalar aşağı inzibati-ərazi vahidləridir. Iri şəhərlər də icma statusuna malikdir, lakin onların səlahiyyətləri daha genişdir. Iri şəhərlərin özünüidarəetməsi hələ keçən əsarlərdən mövcuddur. Kommunların ümumi sayı 37 000-dən artıqdır. Onların arasında 100 nəfər sakini olan kəndlədən başlamış 1 000 000 nəfərədək əhalisi olan şəhərlərə qədər müxtəlif yaşayış məntəqələri vardır. Icmada altı il müddətinə şura seçillir. Həmin şura 9-69 nəfərdən ibarət tərkibdə olur. Şura isə gizli səsvermə yolu ilə altı il müddətinə meri və onun müavinlərini seçir. Mer və onun müavinləri idarəetmə ilə məşğul olurlar. Mer vəzifəsinə görə eyni zamanda kommunada dövlət hakimiyyətinin nümayəndəsi sayılır. Hər bir kommunanın 1984-cü ildə təsdiq olunmuş nümunəvi nizamnamə əsasında tərtib olunmuş nizamnaməsi vardır. 18 Kommunaların səlahiyyətlərinə aiddir:
su təhcizatı
bazarlar
bələdiyyə kitabxanaları və muzeyləri
qəbiristanlıqları və s.
Kommuna yəni bələdiyyə şurasının aşağıdakı səlahiyyətləri vardır:
bazarlarla, sanitariya ilə , yerli yollarla məşgul olur və s.
Yerli yollar ümumi mülkiyyət hüququ əsasında , müəssisələr və meşələr isə xüsusi mülkiyyət hüququ əsasında kommunaya məxsusdur. Bələdiyyə şurası yalnız bir halda – kommunanı idarə edə bilmədikdə Nazirlər Şurasının iclasında qəbul edilmiş prezident dekreti ilə vaxtından əvvəl buraxıla bilər. Bu dekretdən inzibati məhkməyə şikayət vermək olar.
Fransada 96 adi və 3 dənizarxası departament vardır. Departamentlərdə də altı il müddətinə baş şura seçilir. Baş şura da təqribən kommuna şurasının məşğul olduğu məsələlərin həllini həyata keçirir, lakin onun səlahiyyətləri xeyli genişdir. Qeyd edilidiyi kimi, şura hissə-hissə təzələnir. Şuranın tərkibi üç ildən bir ½ hissəsi təzələnir. 1982-ci ildən şuranın icra orqanı təyin edilən prefekt deyil, şuranın seçdiyi şura sədridir. Qeyd etmək lazımdır ki, Fransada prefekt vəzifəsi sonralar respublika komissarı adını almışdır.Lakin hazırda əvvəlki prefekt adından istifadə olunur. Bunula belə departament şurası kommuna şurası ilə müqayisədə daha az dərəcədə müstəqildir. Ona mərkəzdən daha ciddi nəzarət edilir. Nazirliklərin bir sıra yerli xidmətləri isə prefektin tabeçiliyindədir.
Fransada özündə 3-5 depatamenti birləşdirən regionlarda da region şurası seçilir. Belə regionlarda 22 adi və 4 dənizarxası region – Qvadelupa, Qviana, Martinika və Reyunyon mövcuddur. Bu regionlarda 1986-cı ilədən region şurasının üzvləri birbaşa seçkilər yolu ilə seçilir. Region şurası daha çox şaxələnmiş xidmətlər sisteminə və bir sıra komitələrə malikdir. Həmin komitələr sərəncamverici deyil, məşvərətçi funksiyaları yerinə yetirir. Komitələrin tərkibinə sahibkarların , həmkarlar ittifaqlarının və ictimai təşkilatların nümayəndələri , habelə hökumət tərəfindən təyin olunan şəxslər daxildir. Region şurasının icra orqanı şuranın seçdiyi sədrdir. Şura sədrlə yanaşı, büro da seçir.
Fransanın adi departamentlərindən bəziləri şəhər rayonlarına – dairələrinə bölünmüşdür. Həmin rayonlarda da şura və mer seçilir. Bunlara misal olaraq , Paris və Lion şəhərlərini misal göstərmək olar.
Fransada inzibati-ərazi vahidlərində seçkili orqanlarla yanaşı yuxarıdan təyin olunmuş məmurlar- dövlət nümayəndələri də vardır. Regionda həmin dövlət nümayəndələri respublika komissarı – region prefekti adlanır. Region prefekti əvəzçilik üzrə regionun ən böyük departamentinin komissarı olur. Departamentdə də onu respublika komissarı – prefekt adlandırırlar. Ərazi kollektivi hesab edilməyən və öz şurası olmayan dairədə isə suprefekt fəaliyyət göstərir. Respublika komissarı Nazirlər Şurası tərəfindən təyin olunur. Respublika komissarı öz inzibati ərazi vahidində hökuməti və hər bir naziri təmsil edir, dövlət xidmətlərinin fəaliyyətinə rəhbərlik edir, milli mənafelərə və qanunlara riayət olunmasına , ictimai asayişin mühafizəsinə görə məsuliyyət daşıyır. Respublika komissarı kənd təsərüfatının vəziyyətinə, sosial məsələlərə , sanitariyaya və abadlığa görə bilavasitə cavabdehdir. Polis respublika komissarının sərəncamındadır. Analoji səlahiyyətləri dairədə suprefekt həyata keçirir. 19 Respublika komissarı hazırda yerli özünüidarəetmə orqanları üzərində inzibati qəyyumluğu həyata keçirmir, lakin qanunçuluğa riayət edilməsi baxımından onlara nəzarət etmək hüququna malikdir. Yerli şuraların qərarları komissarın icazəsindən asılı olmadan icra olunmalıdır. Lakin həmin qərarlar qəbul edildikdən sona on beş gün müddətində komissara təqdim edilməlidir. Komissar bu qərarları qanuna zidd hesab etsə , onların ləğv edilməsi haqqında iddia ilə yerli inzibati məhkməyə müraciət edə bilər.