2.4. ABŞ yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili.
Ştatlarda yerli özünüidarəetmə və idarəetmə orqanları sistemi inzibati-ərazi bölgüsü əsasında qurulur. İnzibati-ərazi bölgüsünü müəyyən etmək isə ştatların səlahiyyətlərini aiddir. Ona görə də ayrı-ayrı ştatlarda yerli özünüidarəetmə sistemləri müxtəlifdir.
Ştatların əksəriyyəti qraflıqlara bölünür. Qeyd etmək lazımdır ki, qraflıqlar termini ota əsr ingiltərəsindən miras qalmışdır, ABŞ-da isə heç vaxt qraflar olmamışdır. ABŞ-ın yaradılmasından hdərhal sonra zadəgan titulları ləğv edilmişdir. Abş-daümumilikdə 3 000-dən artıq qraflıq vardır. Onların əhalisi qraflıq şuralarını və bir çox vəzifəli şəxsləri – ictimai asayişə görə məsuliyyət daşıyan şerifi , ştatın təmsilçisi olan prokuroru və ya attorneyi , xəzinadarı və başqalarını seçir. Şuranın təsdiq etdiyi bələdiyyə məmurları şuranın və həmin vəzifəli şəxslərin rəhbərliyi atında fəaliyyət göstərir. Şura kollegial icra orqanı təşkil etmir. Şura başlıca olaraq , yerli büdcə məsələlərini həll edir və inkişaf proqramlarını müəyyən edir. 24 Şəhərlər qraflıqlardan ayrılmışdır və ayrıca özünüidarəetmə sisteminə malikdir. ABŞ-da şəhər özününidarəetmənin üç sistemi mövcuddur. Şəhərlərin əksəriyyətində şura – idarəedən sistemi tətbiq olunur. Əhali şuranı , şura isə meri seçir, lakin mer yalnız şurada sədrlik edir və idarəetmə fəaliyyəti ilə məşğul olmur. Idarəetməni kontrakt üzrə işə götürülən mütəəssis – məmur –menecer həyata keçirir. Məmur –menecer büdcənin icrasına görə məsuliyyət daşıyır, konkret sahələri idarə etmək üçün məmurları işə götürür və onların işinə rəhbərlik edir. Şəhərlərin təqribən 40 % -də şura – mer sistemi mövcuddur. Əhali ayrı-ayrılıqda şəhər şurasını və meri seçir. Şəhəri mer idarə edir. Mer şuranın qəraları barəsində təxiredici veto hüququna malikdir. Mer məmurları təyin edir, habelə büdcəni və şuranın qərarlarını icra edir. Az sayda şəhərlərdə komissiya sistemi mövcuddur. Əhali adətən , 3-7 nəfərdən ibarət tərkibdə komissiya seçir. Komissiya üzvləri eyni zamanda şəhər şurasının funksiyalarını və öz aralarında bölünmüş müvafiq sahələr üzrə idarəetməni həyata keçirir.
Qraflıqlar taunlara və taunşiplərə bölünür. Bu adlar tarixən yaranmışdır və əslində onlar arsında fərq yoxdur. Lakin ətrafı ilə birlikdə kiçik şəhərləri taun , təqribən eyni cinsli qəsəbələr qrupunu isə taunşip adlandırırlar. Bu kiçik inzibati-ərazi vahidlərində sakinlərin yığıncaqları keçirilir. Belə yığıncaqlarda ümumi məsələlər həll edirlir və 3-5 nəfərdən ibarət icraiyyə komitəsi seçilir. Nisbətən iri vahidlərdə sakinlərin yığıncaqları qəsəbələr üzrə keçirilir. Yığıncalar ümumi məsələlərin həlli və icraiyyə komitələrinin seçilməsi ilə yanaşı bəzi vəzifəli şəxsləri – xəzinədarı , ictimai asayişə görə məsuliyyət daşıyan konstebli də seçir.
Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri ştatların konstitusiya və qanunları ilə müəyyən edilir. Həmin səlahiyyətlər yerli özünüidarəetmənin ümumi səlahiyyətlərinə uyğundur.
Həmin səlahiyyətlər aşağıdakılardır :
yerli büdcənin qəbul edilməsi və icrası ,
ictimai asayiş məsələləri ,
sosial xidmətlərin göstərilməsi – bələdiyyə mənzili, xəstəxanaların saxlanılmasına
nəzarət
yerli yolların çəkilməsinə nəzarət
ehtiyacı olanlara yardım ,
təsərrüfat fəaliyyəti ,
yerli idaretmə orqanlarına nəzarət ,
federasiya və ştatların aktları haqqında əhaliyə məlumat verilməsi və bu aktların icrası. 25
ABŞ-da inzibati-ərazi vahidlərindən başqa, çoxlu xüsusi dairələr də-məktəb,ekoloji,yanğından mühafizə və s.vardır. Onlar inzibati-ərazi bölgüsü ilə üst-üstə düşmür və təbii səbəblər və amillərlə şərtlənmişdir. Belə dairələrdə əhali komitə
və ya vəzifəli şəxsləri seçir, yaxud dairəni yaratmış orqan oraya məmurlar təyin edir. Lakin həmin komitələr və ya vəzifəli şəxslər yalnız dairənin profilinə aid məsələlərlə məşğul olurlar.
İnzibati-ərazi vahidlərində və şəhərlərdə əhali və ya şəhər şurası
tərəfindən ayrı-ayrı məsələlər üzrə müxtəlif şuralar və komitələr də- məktəb şuraları, ehtiyacı olanlara yardım işləri ilə qəyyumluq şuraları, kitabxana şuraları və s. seçilir.
ABŞ-da yerli özünüidarəetmə böyük rol oynayır. İdarəetmə işçilərinin
yarıdan çoxu yerli özünüidarəetmə orqanlarında işləyir.yerli büdcələrə vergilərin kiçik gəlir nəzərdə tutan maddələrdən ayrılmsına baxmayaraq , bələdiyyə büdcələrinin məcmusu federal büdcənin təqribən 40% -nə bərabərdir. Ştatların səlahiyyəti kimi , yerli orqanların da səaiyyətləri genişlənməkdə davam edir. Belə ki, federal büdcəni və ştatın büdcəsini ağırlaşdıran sosial məsələlər onların səlahiyətinə verilir.