MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Torpaq və digər təbii ehtiyatlardan istifadə sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri



Yüklə 110,44 Kb.
səhifə14/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
yerli özünüidarəetmə2

3.3.1 Torpaq və digər təbii ehtiyatlardan istifadə sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri
Torpaq və digər təbii ehtiyatlar bələdiyyə ərazisində yaşayan əhalinin həyat və fəaliyyətinin əsasıdır. Yerli özünüidarə orqanları torpaq və digər təbii ehtiyatlardan istifadə sahəsində geniş səlahiyyətlərə malikdir. Bələdiyyə qurumu sərhədləri daxilində mülkiyyət formasından və məqsədli təyinatından asılı olmayan bütün torpaqlar bələdiyyə ərazisi hesab olunur. Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi tarixi və digər yerli xüsusiyyətlər Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Bələdiyyə qurumu ərazisi müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla dəyişdirilə bilər.
Yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətində olan torpaqlardan sahiblik , ondan istifadə edir və sərancam verir, eləcə də bələdiyyə qurumu ərazisindəki torpaqlardan istifadəyə nəzarət edir. Qanuna uyğun olaraq , yerli özünüidarə orqanları əhalinin mənafeyi naminə bələdiyyə qurumu ərazisindəki torpaqlardan istifadə qaydalarını müəyyən edə bilərlər. Yerli özünüidarə orqanları yerli əhəmiyyətli məsələlərin həllində , xüsusən yol tikintisi , ərazinin abadlaşdırılması və dəyişdirilməsində, yaşayış evlərinin tikintisində torpaq və digər təbii ehtiyatlardan istifadə məsələlərinə toxunur.
Yerli özünüidarə orqanları torpaq münasibətlərində aşağıdakı əsas məsələləri həll edir:
- mülkiyyətində olan torpağın istifadəsi və planlaşdırılması ;
- torpaq quruculuğu işlərinin aparılmasının təşkili ;
- mülkiyyətçilik , torpaqdan istifadəçilərin və icarədarların torpaqdan istifadə hüququnun qeydiyyatı :
- torpaqdan ödəmələrin alınması ;
- bələdiyyə qurumu ərazisindəki torpaqdan istifadəyə nazarət .
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq ( o cümlədən natura şəklində ) alırlar. Bələdiyyə qurumu ərazisində yerləşən bütün faydalı qazıntıların olduğu yerlərdə axtarış və kəşfiyyat işlərinin aparılması üçün və nadir olmayan faydalı qazıntıların əldə olunması məqsədi daşımayan yerin təkindən digər məqsədlərlə istifadəyə görə ödəmələr yerli büdcəyə daxil olur . Yerli özünüidarə orqanlarına torpaq və təbii ehtiyatlaedan istifadə sahəsində dövlət orqanları tərəfindən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsi həvalə oluna bilər .Bu səlahiyyətlərin həyata keçirilməsi dövlət orqanları tərəfindən maliyyələşdirilir, onların realizəsinə dövlət orqanları tərəfindən nəzarət olunur.

Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin