MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Yerli özünüidarənin ətraf mühitin mühafizəsi sahəsində səlahiyyətləri



Yüklə 110,44 Kb.
səhifə15/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
yerli özünüidarəetmə2

3.3.2Yerli özünüidarənin ətraf mühitin mühafizəsi sahəsində səlahiyyətləri
Ətraf mühit cəmiyyət və dövlətin sosial-iqtisadi inkişafı üçün zəruri şərait və vasitələri, insanların həyat fəaliyyətinin əsaslarıdır. Azərbaycan Respubıikası Konstitusiyasının 39-cu maddəsinə uyğun olaraq hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Yerli özünüidarə orqanları bələdiyyə qurumu ərazisindəki ətraf mühitin mühafizəsində iştirak edir. Bələdiyyələr büdcə vəsaitləri, eləcə də büdcədənkənar fondlar hesabına maliyyələşdirilən ekoloji proqramları hazırlayaraq təsdiq edirlər. Ekoloji proqramlarda ətraf mühitin mühafizəsinin əsas istiqamətləri əks etdirilir. Yerli ekoloji fondlar təxirə salınmaz təbiəti mühafizə vəzifələrinin həlli, ətraf mühitə vurulan zərərin aradan qaldırılması və digər təbiəti mühafizə tədbirlərinin görülməsi məqsədilə yaradılır. Yerli ekoloji fondlar vətəndaşlar , idarə , müəssisə və təşkilatlardan daxil olan vəsaitlər, ekoloji hüquqpozuntularına görə verilən cərimələr, ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərə görə ödəmələr hesabına yaradılır. Yerli özünüidarə orqanlarının ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti bələdiyyə qurumu ərazisində sağlam təbii mühit yaratmaq məqsədi daşıyır. Bu məqsədlər atmosferin, su obyektlərinin çirklənməsinin qarşısı alınması , toksiki tullantıların zərərsizləşdirilməsinə nəzarət və s. nəzərdə tutur .
Yerli özünüidarə orqanları sağlam təbii mühit yaratmaq məqsədi ilə şəhər və sənaye qəsəbələri ətrafında sanitar-gigyenik funksiyaların həyata keçirilməsinə mənfi təsir göstərən təsərrüfat fəaliyyəti qadağan olunur. Yerli özünüidarə orqanları xüsusi mühafizə qabiliyyətli yerli əhəmiyyətli təbii ərazilərin qorunması məqsədi ilə müvafiq səlahiyyətlərə malik struktur bölmələr yarada bilərlər.
Təsərrüfat və digər fəaliyyət növlərinin ətraf mühitə mənfi təsirinin aradan qaldırılması vasitələrindən biridə ekoloji ekspertizanın aparılmasıdır. Ekoloji ekspertiza ətraf mühitin çirklənməsi, ətraf mühitdə olan zəhərləyici maddələrin , içməli su ehtiyatında olan çirkləndirmənin dərəcəsini müəyyən edir və lazimi tədbirlərin görülməsinə dai rəy verir.
Dövlət ekspertizası ilə yanaşı yerli özünüidarəni həyata keçirən bələdiyyələrin təşəbbüsü və ya yerli əhalinin əksəriyyətinin tələbi nəticəsində ictimai ekoloji ekspetiza keçirilə bilər.İctimai ekspertizanın nəticələri barədə yerli əhali məlumatlandırılır . Ekoloji ekspertizanın nəticələri barədə protokol tərtib olunur və ekspertlərin rəyi göstərilir.

Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin