İddia ərizəsi verildikdən sonra ixtira üçün müəlliflik sənədinin alınmasını gözləmədən eyni ixtira üçün beynəlxalq təşkilatlara da iddia ərizəsi vermək mümkündür. Patent elminin yarandığı gündən ixtiraların hüquqlarının yalnız bir ölkə daxilində deyil xarici ölkələrdə də qorunması ön planda durmuşdur. Bunun üçün hələ qədimdən hüquqi qaydalar işlən- mişdir. Hal–hazırda beynəlxalq patent mühafizə hüquqları iki sütuna söykənir. Birinci halda patent hüququ haqqında milli qanunlar mövcuddur. İkinci halda isə ölkələrarası ikitərəfli razılaşmalar əsasında bir ölkə daxilində əldə olunmuş patent digər ölkədə də qoruna bilir. Burada iki əsas birliyi qeyd etmək yerinə düşərdi [20, 21].
Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası (ingl. PVÜ) 1883-cü ildə bu sahə üzrə əldə olunan ilk beyənlxalq razılaşmadır. Sonralar bir neç dəfə dəyişikliyə məruz qalsa da o, hal-hazırda qüvvədədir. Azərbaycan bu konvensiyaya 1995-ci ildən qoşulub.
Konvensiyanın məqsədi sənaye mülkiyyəti haqqında qüvvədə olan qanun və normaları beynəlxalq aləmdə vahid bir müstəviyə gətirməkdən ibarət olmuşdur. 20 mart 1883-cü ildə bir çox dövlətlər bu konvensiyanı imzalayırlar. Konvensiyanın prinsipləri „dövlətlər daxili proseduralar“a əsaslanır və hər bir ölkədən olan iddiaçıya eyni hüquqların verilməsini nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, ölkə daxilində olanların xaricilər qarşısında üstünlüyə malik olmasına da nəzər yetirilir. „Birlik prioriteti“ prinsipi eyni iddia ilə çıxış edən şəxslər mövcud olduqda konfliktlərin həllini asanlaşdırır. Konvensiyada qərara alınmışdır ki, hər bir üzv ölkədən olan şəxsin patent iddiasına 12 aylıq prioritet müddəti qoyulur. Bu müddətdə digər üzv ölkələrdən heç kim bu yeniliyə oxşar olan iddiaya patent ərizəsi verə bilməz. Müxtəlif üzv ölkələrindən eyni prioritetə aid olan ərizələrə prioritet ailəsi deyilir. Hal–hazırda bu konvensiyaya 170-dən çox ölkə daxildir.
Şəkil 1.2. Milli və beynəlxalq patent ərizələrinin verilmə imkanları. Patent Kooperasiyası haqqında Müqavilə (ingl. Patent Cooperation Treaty, PCT) 1978-ci ildə qəbul edilib. O, Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib. 1978-ci ildə Vaşinqtonda patent mühafizəsi üzrə ölkələrarası kooperasiyanı yaxşılaşdırmaq məqsədilə imzalanan bu müqavilə əqli yaradıcılığın genişlənməsində coğrafi sədləri aşmağa xidmət edirdi. PCT patent ərizəsinin üstünlüyü ondan ibarətdir ki, bu sistem daxilində alınan patent PCT-yə daxil olan bir çox ölkələrdə qüvvədə olur. Patentin hansı ölkələrdə eyni zamanda qeydiyyatdan keçirilməsinə iddiaçı özü qərar verir. Yəni burada avtomatik olaraq patentin bütün 140 üzv ölkədə qeydiyyatdan keçməsi baş vermir. Ölkələrin sayı patent xərcini artırır, çünki hər ölkənin öz daxili qiymət strukturu
mövcuddur. PCT proseduru milli və beynəlxalq olaraq iki mərhələyə bölü- nür. Milli mərhələdə ixtiraya iddia ərizəsi ölkədaxili qaydalara əsasən icra edilir. Bu təşkilat daxilində beynəlxalq patentə ərizə verildikdən sonra ilkin beynəlxalq ekspertiza aparılır və beynəlxalq patent ərizəsi çap edilir. Beynəlxalq patentin çap olunması 18 ay çəkir. Bundan sonra verilən ərizə hər bir ölkə daxilində mövcud qaydada yoxlanılır və uyğun qərar qəbul edilir. PCT üsulunun iki böyük üstünlüyü vardır. Birincisi odur ki, hər bir iddiaçı patent ərizəsini öz ana dilində verə bilər. İkinci üstünlük milli patent mərhələsindən sonra gələn beynəlxaq ekspertiza prosedurudur. Yəni, patent xərci 12 ay sürüşmüş şəkildə yaranır. Bu isə milli patent mərhələsində uğur vəd etməyən patent üçün xərclərin azaldılmasına yol açır. Çatışmayan cəhəti odur ki, bir çox ölkələr beynəlxalq ekspertizanın nəticələrini tanımır və öz ölkələri daxilində yenidən yoxlama aparırlar. Nəticədə əlavə xərc yaranır. Hal-hazırda PCT üzvlərinin sayı 140-dan çoxdur. Şəkil 1.2 patent ərizələrinin verilmə prioritetlərini əyani təsvir edir.