Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Müh.3. Elmi–tədqiqat işinin mövzunun və istiqamətinin seçilməsi



Yüklə 0,79 Mb.
səhifə10/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Müh.3. Elmi–tədqiqat işinin mövzunun və istiqamətinin seçilməsi. Elmi–tədqiqat işinin. Elmi-texniki problemin qoyuluşu. Elmi–tədqiqat işinin planlaşdırılması
Mövzunun seçilməsi elmi–tədiqiqat işlərinin hazırlanması mərhələsində önəmli yer tutur. Elmi mövzu ya müəyyən elmi istiqamətə, ya da elmi problemə aid edilə bilər. Elmi istiqamət dedikdə elmin müəyyən sahəsində fundamental, nəzəri və ya eksperimental məsələlərin həlli ilə məşğul olan elmi kollektivin fəaliyyət sahəsi nəzərdə tutulur. Məsələn, iqtisadçıların elmi–tədqiqatları „iqtisadiyyat“ adı altında ümumi istiqaməti əhatə edir. Onun daxilində müxtəlif istiqamətlər seçmək mümkündür: iqtisadiyyat nəzəriyyəsi, iqtisadi analiz, vergilərin müəyyənləşdirilməsi, dünya iqtisa- diyyatı, təşkiletmənin iqtisadiyyatı. İstiqamətin struktur elementləri kompleks problem, mövzu və suallardan ibarətdir. Elmi problem – mürəkkəb nəzəri və praktiki məsələlərin, elmi-tədqiqat işlərinin toplumudur. Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə malikdir.
Problemlər bir çox mövzulardan irəli gəlir. Mövzu – müəyyən elmi– tədqiqat sahəsini əhatə edən elmi məsələdir. O, elmi suallara əsaslanır. Elmi sual deyəndə nisbətən kiçik, konkret elmi məsələ nəzərdə tutulur. Mövzular nəzəri, praktiki və ya qarışıq olurlar. Nəzəri mövzular adətən ədəbiyyatlardan istifadə edilməklə işlənir. Praktiki mövzular faktların öyrənilməsi, ümumiləşdirilməsi və analizi əsasında yerinə yetirilir. Qarışıq mövzularda hər iki metoddan istifadə edilir.
Mövzunun işlənməsində konkret tapşırıq qoyulur: yeni konstruksiyanın, proqressiv texnologiyanın, yeni metodikanın işlənməsi və s. Mövzunu dəqiqləşdirmədən öncə milli və beynəlxalq ədəbiyyatlar araşdırılır. Problemin qoyuluşu çətin proses olub, bir neçə mərhələdən ibarədtir.
Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki ziddiyətləri analiz edərək əsas sual–problem formulə edilir və gözlənilən nəticə ümumi formada təsvir edilir.
İkinci mərhələyə – struktur problemlərin işlənməsi daxildir. Bu zaman mövzu, alt mövzular və suallar seçilir. Bu komponentlərin kompozisiyası problem ağacını təsvir edir.
Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və elmi yaxınlaşma metodu əsasında ziddiyyətlər tədricən aradan qaldırılır və seçilən mövzunun real əhəmiyyəti göstərilir.
Problemi əsaslandırdıqdan və onun strukturunu müəyyənləşdirdikdən sonra elmi işçi mövzunun seçilməsini sərbəst həyata keçirir. Bir çox alimlərin fikrincə mövzunun seçilməsi elmi işin icrasından daha çətin və məsuliyyətli sayılır.
Seçilən mövzu aktual, hal–hazrda həlli tələb olunan olmalıdır. Bu əsas tələblərdən biridir. Aktuallığı dəyərləndimək üçün meyar yoxdur. Nəzəri elmi sahələrdə adətən mövzunun aktuallığını tanınmış alimlər təyin edirlər. Texniki sahələrdə isə bu gözlənilən iqtisadi effektlə ölçülür.
Mövzu yeni elmi məsələnin həllini şərtləndirməlidir. Bu o deməkdir ki, bu mövzu seçilən formada heç vaxt işlənməyib. Təkrarlamaya yol verilmir. Elmi–tədqiqat işlərinin planlaşdırılması onun rasional təşkili üçün böyük əhəmiyyət daşıyır. Bunun əsasında elmi–tədqiqat institutlarının qarşısında kompleks problemlərin həlli qoyulur. Planlaşdırmama prosesində aşağıdakı mərhələlər fərqləndirilir.
İşçi proqram – tədqiqatın məqsədi və hipotezlər nəzərə alınmaqla işlənmiş ümumi konsepsiyadır. Adətən iki hissədən ibarətdir: metodoloji və prosedur. Metodoloji hissəyə aşağıdakı bölmələr daxildir:

      • Problemin və ya mövzunun formulə edilməsi;

      • Tədqiqat obyektlərinin və predmetinin təyini;

      • Tədqiqatın məqsədi və problemin qoyuluşu;

      • Əsas anlayışların interpretasiyası;

      • İşçi hipotezlərin formulə edilməsi.

Problemin qoyulması – həll olunacaq məsələlərin müəyyənləşdirilməsinə və ya elmi–praktiki işlərə yönəlirlər. Sosial problem dedikdə cəmiy- yətdə mövcud olan sistemlərin və onun ayrı–ayrı elementlərinin inkişa- fındakı ziddiyyətlər nəzərdə tutulur.
Elmi problem – cəmiyyətin tələbləri haqqında biliklər və onların yerinə yetirilməsi yolları və vasitələri haqqındakı biliklər arasındakı ziddiy- yətlərdir.
Tədqiqatın obyekti və predmetinin təyini elmi–tədqiqat işlərində əsas metodoloji mərhələ sayılır.
Tədqiqat obyekti – ziddiyyətlərlə dolu olan proses olub, problemli situasiya yaradır. Tədqiqat predmeti – araşdırılan obyektin böyük praktiki və nəzəri əhəmiyyəti olan xassəsidir. Məsələn, əgər elmi işin mövzusu kredit–pul tənzimlənməsinin mexanizminin formulə edilməsinə həsr edilərsə, onda tədqiqat obyekti kimi kredit–pul tənzimləmə sistemi, predmeti isə iqtisadiyyatın kredit–pul tənzimlənməsi mexanizmidir.
Tədqiqatın məqsədi – işin ümumi şəkildə gözlənilən nəticələrinin əldə

olunmasına tərəf yönəldilməsidir. Tədqiqatın obyekti və predmeti seçil- dikdən sonra onun məqsədi təyin edilir. Adətən məqsədlər qısa formada ifadə olunsada da onun dəqiqliyi ümumi işin axınına önəmli dərəcədə təsir


edir. Nəzəri olaraq iddia edilir ki, qoyulan məqsədə çatdıqdan sonra qoyulmuş problem tam həll edilmiş sayılır. Qeyd etmək lazımdır ki, humanitar və təbiət elmlərində çalışan tədqiqatçılar dissertasiyanın işlən- məsi zamanı tədqiqatın məqsədinin formulə edilməsində qeyri-dəqiqliyə yol verirlər. Burada hər bir tədqiqatın özəyi sayılan, gözlənilən elmi biliyin əldə olunması əvəzinə praktiki məqsədlər göstərilir. Məsələn: “prosesin təkmilləşdirilməsi..”, “effektivliyin artırılması..” və s. buna aiddir. Bu halda effektivliyin artırılmasına şərait yaradan elmi biliyi önə çəkmək məqsədəuyğun sayılır.
Tədqiqat məsələsi – araşdırma ərəfəsində həlli tələb olunan məsələlərdir.
Əsas anlayışların interpretasiyası – əsas anlayışların izah olunmasıdır. Nəzəri interpretasiya araşdırılan anlayışların xassələrini və onların digərləri ilə əlaqələrinin məntiqi analizindən ibarətdir.
Empirik interpretasiya – əsas nəzəri anlayışların empirik göstəricilərinin təyini olaraq, onları müşahidə olunan faktların dilinə çevirməkdir.
Hipotezlərin formulə edilməsi tədqiqat məsələlərinin həlli yolunda vacib alət hesab edilir. Tədqiqat proqramında bir və ya bir neçə hipotez qoyula bilər. Konkret elmi–tədqiqat işi araşdırılan obyekt haqqında məlumatlardan asılı olaraq qurulan prinsipial plana əsasən həyata keçirilir. Araşdırma planları kəşfiyyat, analitik və eksperimental olurlar. Kəşfiyyat xarakterli planlardan xassələri qaranlıq olan, tam məlum olmayan obyektlərin tədqiqində istifadə olunur. Belə planın işlənməsinin məqsədi problemin dəqiqləşdirilməsi və hipotezin formulə edilməsindən ibarətdir. Bu, mövzuya aid ədəbiyyatın olmaması və ya azlığı zamanı baş verir. Analitik planlar obyektin və tədqiqatın predmeti müəyyən olduqda və hipotez qoyula bildikdə tətbiq tapır. Planın məqsədi bu hipotezin yoxlanmasından, obyekti səciyyələndirən faktların təsvirindən ibarətdir.
Eksperimental plan elmi problem və hipotez qoyulduqda həyata keçirilir. Burada obyektlə ona təsir edən amillər arasında əlaqə müəyyənləşdirilir. Proqramın prosedur hissəsində tədqiqat metodunun seçilməsi əsaslandırılır; metodlarla məqsədlər, tapşırıqlar və hipotezlər arasındakı əlaqələr göstərilir.


    1. Yüklə 0,79 Mb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin