16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
  1   2   3   4   5   6   7   8   9   ...   13
16-29



16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri 
Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri aşağıdakılardır: 
1.İstiqamətin səviyyəsi- şəxsiyyətin əxlaqi simasını üzə çıxarır. 
Yalnız ictimai mənalı fikirlər şəxsiyyətin istiqamətinin səviyyəsini 
təmin edir və onu fəaliyyətə təhrik edir. 
2.İstiqamətin genişliyi- peşə fəaliyyətinə istiqamətləndirilmiş maraq 
dairəsinin genişliyi əsas götürülür. Maraq və tələbatları hərtərəfli 
inkişaf etdirmək zəruridir. 
3.İstiqamətin intensivliyi- emosional boyaya malikdir. İntensivlik 
geniş əhatəlidir və dəqiq olmayan zəif meyldən, dərk edilmiş arzu və 
təşəbbüsdən başlayaraq tam əminlik kəsb edənə qədər davam edir. 
4.İstiqamətin davamlılığı- birinci növbədə iradənin inkişafı ilə 
bağlıdır. İradi keyfiyyətlərin formalaşdırılması şəxsiyyətin 
istiqamətinin tərbiyə olunmasına müsbət təsir göstərir. 
5.İstiqamətin mütəhərrikliyi- fəaliyyət zamanı məqsədin 
reallaşdırılmasını, həyata keçirilməsini fəallaşdırır. Şəxsiyyətin 
istiqamətinin əsas keyfiyyətləri şəxsiyyətin formalaşması prosesində 
böyük praktik əhəmiyyətə malikdir. Şəxsiyyətin həyatda qazanmış 
olduğu keyfiyyətləri onun anadangəlmə xüsusiyyətləri ilə müqayisədə 
daha qeyri-sabitdir. Bu da ona sosial şərait dəyişdikdə, müxtəlif həyat 
tərzinə uyğunlaşmaqda kömək edir. Deyilənlərə misal olaraq 
Respublikamızın müstəqillik qazanmasından sonra iqtisadi, siyasi, 
ideoloji dəyişikliklərin şəxsiyyətin keyfiyyətlərinə təsirini göstərə 
bilərik. 
17.Şəxsiyyətin istiqamətinin əsas formaları 
Şəxsiyyətin istiqaməti müxtəlif formalarda özünü göstərir:
 
1.Həvəs və meyl- hər hansı bir əşyaya və ya hərəkətə doğru 
yönəldilmiş, az ifadəli tələbatın nəticəsi kimi aydın dərk edilməyən 
cəhddir. Həvəs insanın davranış motivlərinin formalaşması 
mərhələsidir. 



Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin